İlham A.Mazanlı_________________________________________________________
129
informasiya vasitələrinin bu aktorların cərgəsinə daxil
edilib-edilməməsi məsələsi xüsusi əhəmiyyət kəsb edir.
Müasir dövrdə beynəlxalq həyat məsələləri,
beynəlxalq münasibətlər, güclü dövlətlərin, o cümlədən
dünyada gedən siyasi proseslərin bu və ya digər şəkildə
iştirakçısına çevrilmiş ölkələrin daxili, xüsusilə də xarici
siyasət məsələləri qlobal xarakter almış, KİV-in mərkəzi
mövzusu və təhlil obyekti səviyyəsinə yüksəlmişdir.
Bununla əlaqədar olaraq, beynəlxalq münasibətlər,
beynəlxalq əlaqələr, beynəlxalq həyat, geosiyasət və s.
terminlər hazırda həm cəmiyyətdə, həm də jurnalistikada
geniş işlənən terminlərdir və bu anlayışlar çoxplanlı şəkildə
təfsir edilir. Jurnalistika bu terminləri dövlətlərin siyasi
mövqelərinin qiymətləndirilməsi, beynəlxalq münasibətlər
sistemində onların yerinin və rolunun müəyyən olunması,
dünya dövlətlərinin daxili və xarici siyasətlərinin təhlili
üçün istifadə edir.
Hazırda beynəlxalq iqlimin “mülayimləşməsinə”,
silahlanmanın azalmasına, nüvə təhlükəsi probleminin ara-
dan qaldırılmasına müəyyən dərəcədə zəmin yaransa da,
hələ də bəzi dövlətlər arasında qarşıdurma vəziyyəti davam
edir, lokal konfliktlərin və kiçik müharibələrin baş verməsi
təhlükəsi tam aradan qaldırılmamışdır. Həmçinin, atom
silahının hansısa siyasi təcavüzkar qrupların əllərinə düşə
biləcəyi səbəbindən nüvə kataklizmləri təhlükəsi də
getdikcə artmaqdadır.
KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi
130
Buna görə də jurnalistika bynəlxalq həyat
məsələlərinin işıqlandırılmasında iqtisadi, siyasi, hərbi-
strateji, resurs, həmçinin ümumdünya və regional güc
balansının saxlanılmasında və dəyişməsində mühüm rol
oynayan digər məsələləri kompleks şəkildə izləməyə və
işıqlandırmağa çalışmalıdır. Bunun üçün ilk növbədə
jurnalistlər özləri geosiyasətin nə olduğunu aydınlaşdırmalı,
onun mahiyyətini dərk etməlidirlər. Geosiyasət - xarici
siyasətin siyasi partnyorlar arasındakı ərazi, mənafe və
maraq yaxınlığı ilə müəyyən olunan, həmhüdud (olmaya da
bilər) ölkələrin və qüvvələrin maraqları arasında bağlılıq
münasibəti yaradan növlərindən biridir.
Soyuq müharibənin başa çatması və ikiqütblüyün
aradan qalxması əvvəlki xarici siyasət və beynəlxalq
münasibətlər oriyentirlərinin dağılmasına gətirib çıxarmış,
eyni zamanda siyasət elmi, beynəlxalq münasibətlər
nəzəriyyəsi və eləcə də jurnalistika tərəfindən istifadə
olunan nəzəri proqnozlaşdırma potensialının zəif olmasını
aşkar etmişdir. Həqiqətən də, böyük dövlətlər və onların
daxil olduqları bloklar arasındakı qarşıdurmadan və ideoloji
antaqonizmdən qaynaqlanan münaqişələrin bir qədər
zəifləməsi fonunda ölkədaxili münaqişələrin sürət
götürməsi (əlbəttə, xarici faktorların təsiri ilə - İ.M.) açıq
şəkildə nəzərə çarpır. Yaranmış vəziyyət geosiyasət və
beynəlxalq münasibətlər mövzusunda yazan jurnalistlərdən
peşəkarlıq, problemə bələdlilik (nəzəri və praktik
kontekstdə) və xüsusi takt tələb edir.
İlham A.Mazanlı_________________________________________________________
131
Müasir beynəlxalq münasibətlər
anlayışının
səciyyəvi cizgilərini dəqiqləşdirmədən KİV-in millətlərarası
və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi amili
kimi xarakterizə edilməsi, onun problematikaya uyğun
funksiya özəlliklərinin müəyyən edilməsi ilk baxışdan
göründüyü kimi elə də asan deyildir.
Beləliklə, beynəlxalq münasibətlər
71
- beynəlxalq
arenada fəaliyyət göstərən subyektlər arasında siyasi,
iqtisadi, ideoloji, hüquqi, diplomatik, hərbi, mədəni və digər
əlaqələrin və qarşılıqlı münasibətlərin məcmusudur.
Beynəlxalq münasibətlər onu ictimai həyatda olan bütün
digər münasibətlərdən keyfiyyətcə fərqləndirən aşağıdakı
cizgilərə malikdir:
a)
mərkəzi hakimiyyətin olmaması və qərar qəbul
olunması üçün xeyli sayda nisbətən bərabər və
suveren mərkəzlərin mövcudluğu;
b)
beynəlxalq proseslərin gedişində qeyri-
mütəşəkkil xarakterin əhəmiyyətli dərəcədə yer
tutması, iştirakçıların müxtəlif mövqelərə malik
olması və proseslər üzərində mərkəzəqaçan
ənənələrin üstünlük təşkil etməsi;
c)
məşhur liderlərin, həmçinin beynəlxalq
münasibətlərin digər iştirakçılarının
71
Понятие международных отношений и их субекты. http://about-
political.ru/ponyatie-mezhdunarodnyx-otnoshenij-i-ix-subekty/
KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi
132
məramlarının rolunu əks etdirən subyektiv
amillərin əhəmiyyətliliyi.
Beynəlxalq münasibətlər öz məzmunlarına görə
siyasi, iqtisadi, elmi-texniki, informasiya-ideoloji, beynəl-
xalq-hüquqi, hərbi, mədəni və s. növlərə bölünür. Bu növlər
arasında millətlərarası və dövlətlərarası münasibətləri
özündə əks etdirən beynəlxalq siyasi münasibətlər ön plana
çəkilir, çünki siyasi qərarları dövlət qəbul edir və digər
münasibətləri də o müəyyən edir.
Müasir dövrdə mütəxəssislər beynəlxalq
münasibətlərin subyektlərini 3 əsas qrupa bölürlər:
1.
Müstəqil milli dövlətlər.
2.
Dövlətlərarası birliklər.
3.
Beynəlxalq təşkilatlar (bu təşkilatlar
hökumətlərarası, qeyri-hökumət və qarışıq tipli
ola bilərlər).
Beynəlxalq münasibətlərin subyekti kimi dövlətin
əsas əlaməti onun suverenliyidir (2 əsas aspektə malikdir:
daxili və xarici. Daxili aspekt dövlətin öz daxili və xarici
siyasətini müəyyən etməkdə tam azadlığını ifadə edir.
Xarici aspekt isə dövlətlərin bir-birilərinin daxili işlərinə
qarışmamalarını, qarşılıqlı münasibətlərdə onların
bərabərliyini və müstəqilliyini ifadə edir. Lakin, formal
olaraq dövlətlərin hüquqi bərabərliyi beynəlxalq
Dostları ilə paylaş: |