İlham A.Mazanlı_________________________________________________________
137
və dövlətlər qrupu, sosial, iqtisadi, siyasi güclər, təşkilatlar
və hərəkatlar, xalqlar və ayrı-ayrı insan qrupları arasında
beynəlxalq aləmdə (öz ölkəsinin sərhədləri xaricində
istənilən təmas nəzərdə tutulur) həyata keçirilən siyasi,
iqtisadi, ideoloji, mənəvi, diplomatik və başqa əlaqələrin
birgə məcmusu” kimi xarakterizə edilir]
72
vəziyyətə kifayət
qədər aydınlıq gətirmir və beynəlxalq münasibətləri
iştirakçıların qarşılıqlı fəaliyyətinin məcmusu kimi nəzərdən
keçirir. Ümumiyyətlə, bu və ya bu kimi anlayışlar son
həddə beynəlxalq münasibətləri onun çoxşaxəliliyinə diqqət
yetirmədən yalnız dövlətlərin qarşılıqlı fəaliyyətləri kimi
izah edirlər. Zənnimizcə, bu cür yanaşmanı sözügedən
anlayışların hamısının çatışmayan cəhəti hesab etmək olar.
Beynəlxalq münasibətlərin tənzimlənməsində
transmilli, inteqrasiya və qarşılıqlı asılılıq problemləri
daim tədqiqatın əsas obyektlərindən olmuşdur. Bəzi
tədqiqatçılar beynəlxalq münasibətləri “dövlətlərarası
qarşılıqlı fəaliyyət” çərçivəsindən kənara çıxararaq, onu
“insan cəmiyyətini formalaşdıran inteqrasiya əlaqələrinin
məcmusu” adlandırırlar. Siyasi inteqrasiya nəzəriyyəsinin
(“Dünyanın sistemi” müəllifi, ingilis iqtisadçısı Devid
Mitranidir) tərəfdarları dövlətləri beynəlxalq
münasibətlərin əsas aktorları kimi qəbul edirlər.
73
Bu cür
72
Həsənov Ə.M. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın
xarici siyasəti. Dərslk. – Bakı, “Azərbaycan” nəşriyyatı, 2005, səh. 20.
73
Шевчук Д.А. Мировая экономика. http://www.e-
reading.mobi/chapter.php/143271/3/Shevchuk_-_Mirovaya_ekonomika.html
KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi
138
yanaşma beynəlxalq münasibətlərin iştirakçıları haqqında
məsələni açıq saxlayır və onların yerli-yersiz dövlətlərarası
münasibətlərə aid edilməsinin qarşısını alır. Bu anlayış
həmçinin diqqəti beynəlxalq münasibətlərin əsas inkişaf
ənənələrindən birinə cəlb edir. Lakin, bu anlayışı həddən
artıq geniş hesab edən tədqiqatçılar da var və onların fikrinə
görə, bu anlayış cəmiyyətdaxili və beynəlxalq münasibətlər
arasında heç bir fərq qoymur, əsasən diqqəti beynəlxalq
münasibətlərin iştirakçılarına deyil, onların bir-biri ilə
qarşılıqlı fəaliyyətlərinə yönəldir.
Müasir dövr millətlərarası və dövlətlərarası
münasibətlər problematikasının fəal tədqiqatçısı, professor
Ə.Həsənov da inteqrasiya prosesini beynəlxalq münasibət-
lərə, xüsusilə də onun müasir vəziyyətinə ciddi təsir
göstərən, dövlətlərarası sədləri sürətlə aradan qaldıran,
vahid daxili və xarici siyasət strategiyası formalaşdıran
amil kimi nəzərdən keçirir. O, eyni zamanda, müasir
inteqrasiya fonunda mərkəzdənqaçma meyllərinin, etnik
separatizmin, davakar millətçiliyin və dini ayrı-seçkilik
hisslərinin yüksəldiyini də müasir dünya siyasətinin reallığı
kimi xarakterizə edir.
74
Beləliklə, beynəlxalq aləmdə baş
verən proseslərin məzmunu və bu sahədə yaranan
problemlərin tənzimlənməsinə və həllinə göstərilən ikili
münasibət cəmiyyətin aparıcı sosial-siyasi institutlarından
74
Həsənov Ə.M. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın
xarici siyasəti. Dərslk. – Bakı, “Azərbaycan” nəşriyyatı, 2005, s. 133.
İlham A.Mazanlı_________________________________________________________
139
biri olan kütləvi informasiya vasitələrinin də sözügedən
problemlərin işıqlandırılmasında və müvafiq olaraq
təkmilləşdirilməsində ikili – a) struktiv (qurucu) və ya b)
destruktiv (dağıdıcı) rol oynadığını anlaşıqlı edir.
Bununla bərabər, beynəlxalq münasibətlərin
iştirakçılarından hansının qanuni və ya təsadüfi, əsas və ya
ikincidərəcəli olduğunu, həmçinin onlar arasında
iyerarxiyanı (əsas və qeyri-əsas iştirakçıları) düzgün
anlamadan, beynəlxalq münasibətlərin spesifik cizgilərini
müəyyən etmək həqiqətən də çox çətindir.
“Anlayışlar hər şeyi əhatə etməlidir” - iddiasında
olmaq da düzgün deyildir. Heç bir definisiya müəyyən
edilmiş obyektin məzmununu tam açmaq iqtidarında olmur.
Xüsusilə də yeni informasiya texnologiyalarının sürətli
inkişafı və onların KİV-ə tətbiqi yeni anlayışların yaranma
sürətini və adekvat əhatəliliyini xeyli qabaqlayır. Bununla
belə, definisiyanın vəzifəsi obyekt haqqında ilkin təəssürat
yaratmaqdan ibarətdir. Ona görə də tədqiqatçılar beynəlxalq
münasibətləri, o cümlədən də, dövlətlərarası əlaqələri təhlil
edərkən müfəssəl anlam müəyyən etməkdənsə, onların
mahiyyətini və spesifik cəhətlərini başa düşməyə kömək
edən meyarların müəyyən edilməsinə cəhd göstərirlər.
Bir sıra tədqiqatçılar beynəlxalq münasibətlərin və
dövlətlərarası əlaqələrin tədqiqinin başlanğıc nöqtəsi kimi
onların iştirakçılarını (aktorlarını) götürürlər. Məşhur
fransız tarixçisi, sosioloqu və siyasi təhlilçisi, Tuluza
Universitetinin sosial fəlsəfə professoru, dövrünün aktiv
Dostları ilə paylaş: |