İlham A.Mazanlı_________________________________________________________
143
əsrin əvvəllərində Amerika psixologiyasının bir istiqaməti,
psixologiyada şüur və təfəkkür anlayışlarının işlənilməsinin
əleyhinə çıxış edir; davranışı psixologiyanın predmeti
hesab edir və bu söz altında stimullara sırf fizioloji
reaksiyanı qəbul edirlər) nümayəndəsi D.Singer beynəlxalq
münasibətlərin, fərddən tutmuş qlobal birliklərə qədər,
bütün iştirakçılarının davranışının öyrənilməsini təklif edir
və dünya arenasında onların rolunun artması məqsədi ilə
prioritetlərin yaranmasını yolverilməz hesab edir.
79
Beynəlxalq münasibətlər sahəsində başqa bir məşhur
Amerikalı mütəxəssis C.Rozenaunun fikrinə görə, son
onilliklərdə dünya siyasətində baş verən struktur
dəyişiklikləri öz növbəsində millətlərin və cəmiyyətlərin
qarşılıqlı asılılığına səbəb olmuş və beynəlxalq
münasibətlərdə ciddi transformasiyalar yaratmışdır. Bu
transformasiyaların nəticəsində beynəlxalq münasibətlərin
əsas iştirakçısı qismində artıq dövlətlər deyil, onların cüzi
dəstəyi ilə və ya da onların iradəsinin əksinə olaraq konkret
şəxslər çıxış edirlər. R.Aron beynəlxalq münasibətlərin
məzmununu diplomat və
əsgər fiqurları ilə
simvollaşdırılmış dövlətlər arasında qarşılıqlı fəaliyyət
kimi görürsə, C.Rozenau beynəlxalq münasibətlər
sahəsindəki dəyişikliklərin nəticəsi kimi beynəlxalq
kontinuumu (latınca continuum – fasiləsiz, bütöv –
79
Synger D . (ed). Quantitative Intemationan Politics: Insights and
Evidence. N.Y., 1978.
KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi
144
təzahürlərin, proseslərin fasiləsizliyi, qırılmazlığı) görür,
turisti və terrorçunu onun rəmzi subyektləri adlandırır.
80
Göründüyü kimi, beynəlxalq münasibətləri təhlil
edənlər arasında ya iki meyarı (iştirakçıların spesifikliyini
və beynəlxalq münasibətlərin xüsusi mahiyyətini)
birləşdirməyə, ya da beynəlxalq münasibətlərin təhlilində
üstünlyü onlardan birinə vermək cəhdi özünü büruzə verir.
Məsələ burasındadır ki, bu meyarlardan hər biri birmənalı
nəticələrə gətirib çıxarmaya bilər və təbii ki, onlardan hər
birinin öz üstün və çatışmayan cəhətləri vardır. Həmçinin
bir yanaşma çərçivəsində beynəlxalq münasibətləri ya
dövlətlər arasında qarşılıqlı fəaliyyət sahəsinə, ya da dövləti
təmsil etməyən iştirakçılara aid etmək imkanının da
olduğunun şahidi oluruq. Əlbəttə, bunların hər ikisini yanlış
da hesab etmək olar.
Son dövlərdə dünyada demokratikləşən cəmiyyət-
lərin xəritəsinin genişlənməsi nəticəsində yeni yaranan
dövlət, qeyri-dövlət və özəl subyektlərin hesabına
beynəlxalq münasibətlərin iştirakçılarının saylarının artması
ənənəsi onların dünya arenasında baş verən dəyişikliklərdə
rollarının diqqətlə izlənilməsi və öyrənilməsi bir neçə
aspektdən, o cümlədən kütləvi informasiya vasitələrinin
beynəlxalq münasibətlərdə iştirakı praktikasının təhlili
80
Rosenau J.X . Le touriste et le terroriste on les deux extremes du
continuntinternational// Etudes intemationales. 1979. Juin, p. 220.
İlham A.Mazanlı_________________________________________________________
145
baxımından müəyyən əhəmiyyət kəsb edir. Bu cür təhlillər
beynəlxalq münasibətlərin iştirakçılarının, xüsusilə də
dövlətlərin və o dövlətlərə aid olan kütləvi informasiya
vasitələrinin bu proseslərdə tutduqları yerlərin müqayisə
edilməsi baxımından da əhəmiyyətlidir. Təcrübə göstərir ki,
müasir dövrdə beynəlxalq münasibətlərdə dövlətlər
dominantlıq edən iştirakçı kimi qalsalar da, onların rolunun
“yeganə”ləşdirilməsi və mütləqləşdirilməsi həm bu
sahədəki mövcud beynəlxalq hüquqi qaydalara, həm də
zamanın çağırışlarına adekvat deyil, çünki ictimai
təşkilatların və KİV-in, xüsusilə də internet KİV-nin, o
cümlədən sosial medianın bu münasibətlərin
mülayimləşməsində və ya əksinə, gərginlşməsində
“çəkiləri” və verdikləri “töhfələr” heç də az deyildir.
İkinci yanaşma da bir-birinə əks olan və bir-birini
inkar edən nəticələrə yol verir. Beynəlxalq münasibətlərin
təbiətinin yalnız “təbii” və “vətəndaş cəmiyyətinə qədərki”
vəziyyət kimi başa düşülməsi onların ictimailəşdirilməsi
ənənələrini hesaba almır, bu vəziyyətin aradan
qaldırılmasını və yeni dünya nizamının bərqərar olmasını
inkar edir. Əgər biz beynəlxalq münasibətlərə təkcə
ictimailəşdirilmə ənənəsindən yanaşsaq, dünyanın getdikcə
bütövləşməsinə və qarşılıqlı asılılığının artmasına,
beynəlxalq inteqrasiya proseslərinin güclənməsinə, müxtəlif
dövlətlərin və millətlərin iqtisadi, siyasi, sosial və digər
sahələrdə əməkdaşlıqlarının genişlənməsinə baxmayaraq,
belə bir yanlış nəticəyə gələ bilərik ki, beynəlxalq
KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi
146
münasibətlər bu gün də hələ bir-birinə uyğun gəlməyən
maraq, rəqabət və hətta ziddiyyət və zorakılıq meydanı
olaraq qalmaqdadır. Beynəlxalq münasibətlər artıq
“cəngəllik”, “hamıya qarşı hamının müharibəsi” deyilsə də,
vahid qanunlarla, bütün üzvlərin bölüşdüyü dəyərlərlə və
normalarla yaşayan birlik də deyildir. Amma bir şey
həqiqətdir ki, bəşəriyyətin dünya cəmiyyətinə doğru
irəliləməsi, “suverenitetlərin plüralizmi”nə, qaşılıqlı marağa
və təkmilləşməyə söykənən beynəlxalq əməkdaşlıq
dönməzdir.
Mütəxəssislər belə bir fikirdədirlər ki, beynəlxalq
münasibətlərin səciyyəvi cəhətlərini müəyyən etmək üçün
yuxarıda göstərilən meyarlar kifayət etmir. Onlar belə hesab
edirlər ki, əgər bu meyarları dəyişmək mümkün deyilsə də,
onlara yeni meyarların əlavə edilməsi vacibdir. Məşhur
fransız tədqiqatçısı M.Merlenin təklif etdiyi yeni
“lokallaşdırma meyarı”na görə, beynəlxalq münasibətlər
“sərhədləri keçən və ya da sərhədləri keçmək ənənəsinə
malik olan razılaşma və axınların məcmusudur.”
81
M.Merlenin təklif etdiyi meyarın anlamı dünyanın öz
əraziləri üzərində suverenlikərini saxlaya bilən dövlətlərə
bölünməsi praktikasına söykənir və həm beynəlxalq
münasibətlərin inkişaf mərhələlərinin spesifik
xüsusiyyətlərini nəzərə almağa, həm onların dövlətlərarası
81
http://ru.wikipedia.org/wiki/Международные_отношения
Dostları ilə paylaş: |