İlham A.Mazanlı_________________________________________________________
151
kəsiyini götürsək, əsasında guya dinin - islam faktorunun
dayandığı Azərbaycan - Ermənistan, Çeçenistan - Rusiya
münaqişələrinin (Ermənistan və Rusiya KİV-ləri bu amili
xüsusi “yaradıcılıqla” təbliğ edirlər) şahidi oluruq. Eyni
zamanda, SSRİ - Əfqanıstan, ABŞ - Əfqanıstan, ABŞ - İraq,
faktiki iştirakı olmasa da, ABŞ - Liviya, ABŞ - Suriya, bir
qədər əvvəl serblərlə albanlar arasında baş vermiş
münaqişələri də islamla bağlayanlar az deyildir. Bir qədər
də keçmişə qayıtsaq, ABŞ-la Vyetnam, Yponiya,
İndoneziya, Panama, Honduras və s. ölkələrlə münaqişələri
təfərrüatı ilə yadımza sala bilərik. Rusiya və Gürcüstan
arasındakı (hər ikisi xristianlığın pravoslav məzhəbinə
aiddir) silahlı münaqişə isə gözlərimizin önündə baş verir.
Əgər biz də millətlər və dövlətlər arasındakı münaqişələrin
səbəbini dini amillərlə izah etməyə başlasaq, eyni ənənədən
çıxış edərək, onları avropa bütpərəstliyi və katolosizmi, rus
şovinizmi ilə əlaqələndirmək haqqına malikik. Eyni fikri
Qərb mətbuatının “islam fundamentalizmi” anlayışı
ətrafında formlaşdırdığı neqativ rəy barədə də demək
mümkündür. Hər bir təlimin (din təlimdir) söykəndiyi
fundament (lat. fundamentum – özül, təməl) vardır. Təməli,
əsası olmayan hər bir şey, o cümlədən, təlim də məhvə
məhkumdur. Xristianlığın protestantlıq teologiyasının
cərəyanlarından biri olan fundamentalizm köhnəlmiş dini
anlayışların tənqidi cəhətən yenidən baxılmasının əleyhinə
çıxış edir. Ümmiyyətlə, dinlərdə ortodoksiyanın
tərəfdarlarını fundamentalistlər adlandırırlar. Necə ola
KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi
152
bilərki, eyni tələblər irəli sürənlər, eyni mövqe nümayiş
etdirənlər - xristian dinindəki ortodokslar “sivil”,
islamdakılar isə “varvar” olsunlar?
Dinlərarası münaqişələr KİV-lərarası
müharibələrə gətirib çıxarır həmişə. Qərbi Avropa KİV-
lərində vaxtaşırı Məhəmməd Peygəmbərin karikaturalarının
yerləşdirilməsi, islam
əleyhinə yazıların verilməsi
qərbsayağı söz, ifadə və əqidə azadlığı kimi deyil, 2 milyard
insanın (Yer kürəsi əhalisnin təxminən 25 %-ni təşkil edir)
şərəf və ləyaqətinin təhir edilməsi kimi, əqidə və inamına
hörmətsizlik kimi qiymətləndirilməlidir və varvarlığa daha
çox uyğundur.
Qərb mətbuatının islama qarşı sonuncu “səlib
yürüşünü” izləsək, onların bu kampaniya və kompaniyda
xüsusi fəallığının və geniş coğrafiyasının şahidi oluruq.
85
İlk dəfə Danimarkanın “Jyllands-Posten” qəzeti (ingilis
dilində çap olunur – İ.M.) Məhəmməd Peygəmbərin 12
karikaturasını 2005-ci il 30 sentyabr tarixli sayında
özünüsenzura və söz azadlığı haqqında məqaləyə illüstrativ
əlavələr kimi çap edir.
2006-cı il fevralın 9-da Volqoqradın (Rusiya)
«Городские вести» qəzeti “İrqçilərə hakimiyyətdə yer
85
http://ru.wikipedia.org/wiki/кариктурный_ скандал_ (2005-2006)
İlham A.Mazanlı_________________________________________________________
153
yoxdur” məqaləsini çap edir. Məqaləni müşayiət edən
illüstrasiya materialında yəhudi, xristian və islam dininin
peyğəmbərlərinin Buddanın ətrafına toplaşıb silahlı
münaqişələri pislədikləri mənzərə təsvir edilir.
Belorusda çıxan «Згода» qəzeti 2006-cı il 18-26
fevral tarixli sayında çap olunuş «Палітычны крэатыў»
(“Siyasi kreativ”) başlıqlı
məqaləyə “Jyllands-
Posten” qəzetinin 2005-ci ilin sentyabrında Məhəmməd
Peygəmbərin çap etdyi karikaturalarını illüstrasiya kimi
əlavə edir.
2007-ci ilin avqustunda İsveçin “Nerikes Allehanda”
qəzeti insanların əqidə azadlığı hüququna “hörmət”də daha
uzağa gedir və peyğəmbərin başının it bədəni üstündə
təsvirini yaradan karikatura çap edir. Qəzet özünün
insanlığa ləkə gətirən bu addımını ölkə qalereyalarının
rəssam Lars Uilksin işlərini sərgilərə çıxarmaqdan imtina
etdirdiklərinə görə ona dəstək mənasında və “söz və məzhəb
azadlığının İcveç üçün boş, mənasız” bir şey olmadığını
sübuta yetirmək məqsədilə etdiyini bildirir.
2008-ci ildə Avropada İslama qarşı media hücumları
yeni vüsət almağa başlayır. Fevral ayının 16-da
Danimarkada çıxan beş qəzet Məhəmməd Peygəmbərin
bombaya oxşayan əmmamə ilə təsvirini çap edir.
“Berlingske Tidende” qəzeti özünün bu “coşqunluğunu”
“söz azadlığını dəstəklə” izah edir və bunu gələcəkdə də
edəcəklərini bildirir. Daha sonrakı illərdə Danimarkanın
“Politiken” jurnalı,
İspaniyanın “El Jueves” jurnalı,
KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi
154
Fransanın həftəlik satirik “Charlie Hebdo” jurnalı da
86
qitənin
digər KİV-lərilə həmrəylik
nümayiş etdirərək
Məhəmməd Peyğəmbərin karikaturalarını çap edirlər.
Almaniyanın
Berlin və Brandenburq federal
torpaqlarının ali inzibati məhkəməsi ultrasağ «Almaniya
uğrunda» hərəkatının nümayəndələrinə Berlində
Məhəmməd Peyğəmbərin karikaturalarını nümayiş etdirə
biləcəkləri barədə müvafiq qərar çıxardır.
87
ABŞ-da
istehsal olunan və
Məhəmməd Peyğəmbərin ələ salındığı
“Müsəlmanların məsumluğu” filmi İnternet şəbəkəsində
yerləşdirilir.
Zənnimizcə, Avropa KİV-lərinin bu cür heç bir
əndazəyə sığmayan davranışlarını Avropanın sürətlə
müsəlmanlaşmasına qısqanclıqla yanaşmanın nəticəsi kimi
də nəzərdən keçirmək olar. Dünya ölkələrində tolerantlıqla
bağlı monitoinqlər keçirib vəziyyəti qiymətləndirənlərin,
başqa millətlərə və dövlətlərə demokratiya dərsi keçənlərin
özlərini bu cür aparmaları yalnız təəssüf və onların
obyektivliyinə və demokratikliklərinə inamsızlıq hissi
doğurur.
Əlbəttə, vəziyyət bu cür birtərəfli – “bir qapıya
oyun” şəklində qala bilməzdi. Müsəlman dünyasının cavabı
özünü çox gözlətmir. On bir İslam ölkəsinin xarici işlər
nazirlikləri Danimarka hökumətindən karikaturalara görə
86
“Charlie Hebdo” jurnalı, 18 sentyabr 2012.
87
http://proses.az/?m=xeber&id=2797
Dostları ilə paylaş: |