İlham A.Mazanlı_________________________________________________________
147
qarşılıqlı fəaliyyətə aid edilməməsinə, eyni zamanda bütün
bu proseslərdə kütləvi informasiya vasitələrinin iştirakını
tədqiq etməyə imkan verir.
Beləliklə, elmi ədəbiyyatda millətlərarası və
dövlətlərarası əlaqələrlə bağlı deyilən fikir və mülahizələri
ümumiləşdirərək, beynəlxalq münasibətlərin istiqamətləri,
növləri, səviyyələri və vəziyyəti, KİV-in beynəlxalq
münasibətlərin təkmilləşməsində iştirakı barədə elmi
polemika aparmaq mümkündür.
Sosializm dönəmində sovet və Şərqi Avropa elmi
ədəbiyyatında xalqlar arasındakı münasibətlər sinfi
meyarlar; hökmranlıq və tabelik; əməkdaşlıq və qarşılıqlı
yardım; və keçid münasibətləri kimi növlərə ayrılır. Birinci
növə feodal və kapitalist; ikinci növə sosialist ölkələri
arasındakı münasibətlər; üçüncü növə müstəmləkə
zülmündən azad olmuş və inkişaf etməkdə olan ölkələr
arasındakı münasibətlər aid edilirdi.
82
Lakin, beynəlxalq həyatın mənzərəsi bu bölgüyə heç
cür uyğun gəlmirdi. Sosialist ölkələri arasındakı
ziddiyyətlər, hətta silahlı münaqişələr belə, cəmiyyətdən
gizlədilir, bu barədə informasiya verilmirdi. Həmçinin,
kapitalist ölkələri arasındakı münasibətlərdə mövcud olan
82
Həsənov Ə.M. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın
xarici siyasəti. Dərslik – Bakı, “Azərbaycan” nəşriyyatı, 2005. s. 106-
121.
KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi
148
əsl əməkdaşlıq əlaqələri də (ziddiyyətlər də daxil olmaqla)
geniş auditoriyadan gizlədilirdi.
Nəhayət, 1990-cı illərin başlanğıcında Şərqi
Avropda baş verən hadisələr nəticəsində dünya sosializm
sisteminin dağılması dövlət xadimlərini, siyasətçiləri,
politoloqları, sahə mütəxəssislərini, o cümlədən, kütləvi
informasiya vasitələrini beynəlxalq münasibətlərin
təsnifatında və işıqlandırılmasında sinfi meyardan imtina
edib, ümumi fəlsəfi yanaşma metoduna, “ümumbəşəri”
meyara keçməyə vadar edir. Yeni elmi dövriyyədə
beynəlxalq münasibətlərin iki növü: a) güc balansına və b)
maraq balansına əsaslanan növləri müəyyən edilir.
M.S.Qorbaçovun “yeni siyasi təfəkkürünə” “aşiq” olanların
da əksəriyyətinin “elmi axtarışları” faktiki olaraq heç bir
elmi əhəmiyyətə malik olmur və SSRİ süqut edəndən sonra
isə tamamilə unudulmuşdur.
83
Ümumiyyətlə, beynəlxalq münasibətlərin təsnifatı ya
ictimai həyatın sferalarına (münasibətlərin məzmunu nəzərə
alınmaqla) – iqtisadi, siyasi, hərbi-strateji, mədəni, ideoloji
və s., münasibətlərə, ya da bu münasibətlərin aktorlarına
görə aşağıdakı kimi verilir:
83
Həsənov Ə.M. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın
xarici siyasəti. Dərslik – Bakı, “Azərbaycan” nəşriyyatı, 2005. s. 126-
202.
İlham A.Mazanlı_________________________________________________________
149
millətlərarası və dövlətlərarası münasibətlər;
partiyalararası münasibətlər;
nüfuzlu beyəlxalq təşkilatlar arasındakı
münasibətlər;
transnasional korporasiyalar arasındakı
münasibətlər.
Biz isə belə hesab edirik ki, kütləvi informasiya
vasitələri arasındakı əməkdaşlıq əlaqələrinin də bu təsnifata
daxil edilməsi məqsədəmüvafiq olardı. Bunu deməyə bizə -
a) KİV-in millətlər və dövlətlər arasındakı
münasibətlərin təkmilləşməsində oynadığı
mühüm rol (qurucu və ya dağıdıcı faktor kimi);
b) dövlətlər arasında ikitərəfli və çoxtərəfli
danışıqlarda və razılaşmalarda tərəfləri təmsil
edən KİV-lər arasında əməkdaşlıq haqqında
ayrıca maddələrin olması;
c) beynəlxalq təşkilatların egidası altında keçirilən
nüfuzlu tədbirlərdə, sammitlərdə müzakirə
olunan məsələlərin icrası ilə əlaqədar ölkələrin
öz üzərlərinə götürdükləri öhdəliklər sırasına
sözügedən sahədə KİV-in səmərəli fəaliyyət
göstərməsi üçün lazımi şəraitin yaradılması,
jurnalistlərin, xüsusilə də əcnəbi jurnalistlərin
imtiyazları və mühafizəsi, onlara münasibətdə
KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi
150
beynəlxaq humanitar hüququn tətbiq edilməsi ilə
bağlı öhdəliyin də daxil edilməsi və s. faktlar
əsas verir.
84
Beynəlxalq münasibətlər başqa bir göstəriciyə -
inkişafına və intensivliyinə görə yüksək, orta və aşağı
səviyyələrə bölünür. Bəzi mütəxəssislər isə beynəlxalq
münasibətlərin geosiyasi meyarlar əsasında bölünməsini
daha düzgün hesab edirlər. Məsələn, qlobal və yaxud
ümumplanetar, regional (Avropa, Asiya və s.), subregional
səviyyəli beynəlxalq qarşılıqlı təsiri buna misal göstərmək
olar.
Gərginlik dərəcəsinə görə isə beynəlxalq
münasibətlərin aşağıdakı təsnifatını vermək olur:
-
sabit və qeyri-sabit;
-
inam və düşmənçilik;
-
əməkdaşlıq və münaqişə;
-
sülh və müharibə və s.
Göründüyü kimi, beynəlxalq münasibətlərin təkcə
gərginlik dərəcəsinə görə təsnifatına nəzər yetirmək
intersosial palitranın bir-biri ilə uyuşmayan şoxsaylı
rənglərdən, ziddiyyətli çalarlardan ibarət olduğunu dərk
etmək üçün kifayət edir. Əgər biz yalnız son 20-30 il zaman
84
Mazanlı İ.A. Söz azadlığı və informasiya təhlükəsizliyi: milli və
beynəlxalq təminat. Terminlər və anlayışlar. Bakı, “UniPrint” nəşriyyatı,
2005. səh. 105-156.
Dostları ilə paylaş: |