İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə32/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   28   29   30   31   32   33   34   35   ...   154

İlham A.Mazanlı_________________________________________________________ 

 

121 


 

Müasir dövrdə iqtisadi əlaqələrin yaradılması  və 

genişləndirilməsi, qlobal iqtisadi və sosial layihələrin 

hazırlanması və reallaşdırılması millətçiliyin güclənməsinin 

qarşısını alan amil kimi xarakterizə olunur.  

Millətçilik platformasında dayanan qüvvələr yalnız 

kütlələrin  şüuruna güclü psixoloji təsir etməklə 

kifayətlənmir, eyni zamanda öz doktrina və proqramlarını 

milli  ərazidə yerləşən hakimiyyət institutlarına qəbul 

etdirməyə çalışırlar. Bəzi hallarda milli zəmində başlamış 

münaqişə elə bir həddə gəlib çatır ki, üz-üzə duran ayrı-ayrı 

qruplar, tayfalar, dəstələr deyil, siyasi hakimiyyət 

strukturları ilə birlikdə millətçilik xəstəliyinə tutulmuş 

bütün xalq üz-üzə dayanır və axıra qədər durmağa hazır 

olduğunu da nümayiş etdirir.  

Millətçilik, milli düşmənçilik, qarşılıqlı milli nifrət, 

həmçinin, cəmiyyətdə demokratiyanın bərqərar olmasını və 

inkişafını ləngidən, xalqın böhran vəziyyətindən çıxmasına 

maneçilik törədən faktor olmaqla yanaşı, özünü həm də 

xalqın yenidən dirçəlməsinə, mənəviyyatca saflaşmasına 

mane olan amil kimi də  büruzə verir.

68

   



Millətlərarası  və dövlətlərarası, o cümlədən dövlət-

daxili münasibətlər kütləvi informasiya vasitələrində 

işıqlandırılarkən  və yaxud da KİV-in bu istiqamətdə 

fəaliyəti araşdırılarkən istifdə olunan terminlərdən biri də 

                                            

68

 Politologiya. Ensiklopedik lüğət. - Bakı: „Elm“ nəşriyyatı, 2007. səh. 



146-148. 


KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

122 


 

milli azadlıq  anlayışıdır. Həm sahə elmi, həm də 

jurnalistika bu anlayışı ictimai-siyasi proses, yaxud da bu və 

ya digər ölkənin milli suverenlik (müstəqillik)  əldə etməsi 

aktı kimi qəbul edir.

69

  

Milli azadlıq  hərəkatı kapitalizmin inkişafı  və 



millətlərin formalaşması dövründə daha geniş  məna kəsb 

etmişdir.  Əgər biz problemə bu aspektdən yanaşsaq, XVI-

XVIII  əsrlər və XIX əsrin birinci yarısını  Qərbi Avropa, 

Şimali Amerika və çar Rusiyası xalqlarının və milli 

dövlətlərinin formalaşması dövrü kimi  (Niderland burjua 

inqilabı,  Şimali Amerikada istiqlaliyyət uğrunda müharibə 

və s.) səciyyələndirə bilərik. XIX əsrin ikinci yarısında 

İtaliyanın və Almaniyanın birləşməsi başa çatmış, bolqar, 

rumın, serb dövlətləri yaranmış, çex, polyak, fin və s. 

xalqların milli istiqlaliyyət uğrunda mübarizəsi daha geniş 

vüsət almışdır. 

XX  əsrdə milli azadlıq  hərəkatı beynəlxalq aləmdə 

baş verən hadisələrin təsiri ilə bir qədər də genişlənmiş

müstəmləkə ölkələrinin və xalqlarının milli azadlıq hərəkatı 

yaranmış, 1917-ci ildə Rusiyada çevriliş baş vermiş,  çar 

hakimiyyəti devrilmişdir.  İkinci dünya müharibəsində faşist 

Almaniyasının süqutu isə milli azadlıq prosesini yeni 

səviyyəyə qaldırmışdır.   

                                            

69

 Politologiya. Ensiklopedik lüğət. - Bakı: „Elm“ nəşriyyatı, 2007. səh. 



148-149.

 


İlham A.Mazanlı_________________________________________________________ 

 

123 


 

Milli azadlığın birinci dalğası XX əsrin əvvəllərində 

(təxminən iyirmi il) baş verir. Bu zaman bir çox Asiya və 

Afrika ölkələri öz dövlət müstəqilliklərini qazanırlar. İkinci 

dünya müharibəsindən sonrakı dövrdə bütün dünyada 

genişlənən  ikinci  dalğa müstəmləkə sisteminin dağılması 

ilə nəticələnir. O vaxt İndoneziya, Hindistan, Pakistan kimi 

iri ölkələr və bir çox xırda,  əsasən də Asiya ölkələri 

asılılıqdan azad olurlar. Üçüncü dalğa dövründə isə (50-ci 

illərin sonu - 60-cı illərin  əvvəlləri) Afrika ölkələri 

müstəmləkə  zəncirlərindən azad olurlar. Portuqaliya 

müstəmləkə imperiyasının (70-ci illər) dağılması dördüncü 



dalğa, dünyanın sonuncu imperiyalarından olan SSRİ  və 

Yuqoslaviyanın süqutu isə beşinci dalğa (80-ci illərin sonu 

- 90-cı illərin  əvvəli) dövrünə düşür. Bəzi politoloqlar  bu 

fikirlə razılaşmır, dünyada hələ bəzi imperiyaların (Rusiya, 

Çin,  İran və s.) qaldığını israr edir və yaxın onilliklərdə 

onların da dağılacağını poqnozlaşdırırlar.  

Milli azadlıq  ictimai-siyasi proses kimi iki əsas 

formada baş verir: 

 

birinci -    müstəmləkəçilərə qarşı aparılan silahlı 



mübarizə azadlıq inqilabı xarakteri kəsb 

edir və bunun da nəticəsində 

müstəmləkəçi hakimiyyət ləğv edilir

ikinci -       istiqlaliyyət istiqamətində gedən təkamül 

hərəkatı  nəticəsində hakimiyyət dinc 

yolla milli hökumətə verilir. 




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

124 


 

 

Milli azadlıq hərəkatı prosesi zamanı  aşağıdakı 



aralıq variantlarının olması da mümkündür: 

 

a) istiqlaliyyətin elan olunması aktı nisbətən dinc 



şəraitdə həyata keçirilir, lakin sonra milli azadlığı 

qorumaq üçün silahlı mübarizə aparmaq lazım 

gəlir; 

b) real milli azadlığa çatım  istiqamətində  əldə 



edilən ilk uğur istiqlaliyyət bəyannaməsinin qəbul 

olunmasıdır. Sonradan onun tam həyata 

keçirilməsi üçün əlavə addımlar atılır. 

 

Milli azadlıq mübarizəsinə  əhalinin daha çox 



hissəsini öz sıralarında birləşdirən nüfuzlu təşkilatlar 

(qabaqcıl partiya, bir neçə partiyanın yaratdıqları koalisiya, 

silahlı azadlıq təşkilatı  və s.) rəhbərlik edir. Milli azadlıq 

prosesinə  rəhbərlik tipi ayrı-ayrılıqda, yaxud da məcmu 

halda fəaliyyət göstərən sinfi, milli-etnik və dini amillərlə 

müəyyən olunur, adətən radikal və mötədil dairələrin və 

yaxud da inqilabçı demokratların rəhbərliyi altında inkişaf 

edir. Tarixdə milli azadlıq mübarizəsinə aid monarxiyanın 

və yaxud da kommunistlərin (“milli-vətənpərvər” 

qüvvələrin) başçılıq etdikləri praktika da mövcuddur. 

XX əsrdə bəzi imperiyaların süqutu nəticəsində milli 

azadlıq hərəkatı özünün ənənəvi kəskinliyini bir qədər 

itirmiş  və iqtisadi azadlıq problemi özünü daha qabarıq 



Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə