İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə17/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   13   14   15   16   17   18   19   20   ...   154

İlham A.Mazanlı_________________________________________________________ 

 

63 


 

milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət 

quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirir.

29

 



Heydər  Əliyevin - “Mən fəxr edirəm ki, azərbaycanlıyam. 

Mən fəxr edirəm ki, Azərbaycan torpağı  mənim doğma 

torpağımdır. Mən fəxr edirəm ki, mənim Azərbaycan kimi 

millətim var. Mən fəxr edirəm ki, mənim doğma ana dilim - 

Azərbaycan dilim var. Mən fəxr edirəm ki, müstəqil, azad, 

qüdrətli Azərbaycan dövləti var.”

30

- qanadlı sözləri hər bir 



Azərbaycanlı körpədən tutmuş  ağsaqqala, ağbirçəyə  qədər 

hamının dilində bütün dünyanı  fəxarətlə dolanır və  hər bir 

Azərbaycanlını  həyatı boyu milli, mənəvi-əxlaqi və dini 

dəyərlərimizin, adət-ənənələrimizin keşiyində durmağa 

səfərbər edir.  

Hazırda Azərbaycan öz milli inkişafının yeni 

mərhələsini yaşayır. Milli-mənəvi dəyərlərin qorunması bu 

dövrün  ən ümdə  vəzifələrindən biri kimi qiymətləndirilir. 

Sahə mütəxəssislərinin fikrinə görə, gələcəyini düşünən 

xalq daim irəliyə baxmalı, insani, maddi və  mənəvi 

resursları  səfərbər etməlidir. Millətin tarixi keçmişi onun 

gələcəyə uğurla addımlaması üçün həm etibarlı zəmin, həm 

                                            

29

Cəbrayılov R. Heydər  Əliyev və Azərbaycançılıq ideologiyası. 



“Azərbaycan” qəzeti, 17 may 2011-ci il.

  

30

 “Azərbaycan” qəzeti, 15 oktyabr 1999-cu il. 




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

64 


 

də ibrət dərsidir. Xalqın inkişaf yolunda varisliklə 

novatorluq vəhdət təşkil etməlidir.

31

 



Bir sıra ictimai-siyasi xadimlər və tətqiqatçılar yeni 

dövr milli inkişaf siyasətinin davamlı  şəkildə  həyata 

keçirilməsini milli dövlətçiliyin, milli ruhun qorunmasının, 

inkişaf etdirilməsinin və yeni nəsillərə çatdırılmasının  

mühüm şərtlərindən biri kimi xarakterizə edirlər. Filologiya 

elmləri doktoru, professor N.M.Əliyeva zamanla 

mübarizənin qalibi, böyük siyasət xadimi Heydər  Əliyevin 

“milli dövlətin ancaq ərazinin, maddi sərvətlərin deyil, həm 

də milli-mənəvi dəyərlərin qorunmasına xidmət etməsi”, 

“dövlətçilik hisslərinə malik olmayan xalq öz milli dövlətini 

inkişaf etdirə bilməz” və s. diskurslarını  zəngin empirik 

materiallara istinad edərək elmi cəhətdən peşəkarlıqla 

əsaslandırır.

32

 Bu səpkidən olan materialların respublikanın 



ən populyar KİV-lərində yayılması onların daha geniş 

ictimai auditoriyanı  əhatə etməsi və  cəmiyyətin qarşısında 

duran problemlərin həllində 

KİV-in iştirakının 

səmərəliliyinin artırılması baxımından da olduqca 

əhəmiyyətlidir.  

                                            

31

 Mehdiyev R. İctimai və humanitar elmlər: zaman kontekstində baxış. 



http://azertag.com/store/News/Politics/ICTIMAI-VA-HUMANITAR-

ELMLAR.htm 

32

 Əliyeva N. Zamanla mübarizənin qalibi. “Azərbaycan” qəzeti, 2013, 



7 may. 


İlham A.Mazanlı_________________________________________________________ 

 

65 


 

M

illətlərarası  və dövlətlərarası münasibətlərlə 

kütləvi informasiya vasitələri arasında qarşılıqlı  təsir 

problemləri  KİV 

əməkdaşlarından nəzəri bilik, müvafiq 

məsələlərə aid fakt və  məlumatları toplamaq, elmi təhlil 

metodundan istifadə etmək, elmi ədəbiyyat və  mənbələrlə 

işləmək bacarığı  tələb edir. Milli inkişaf siyasətinin, 

millətlərarası  və dövlətlərarası münasi-bətlərin kütləvi 

informasiya vasitələrin

də  işıqlandırılması jurnalistdən 

yüksək səriştəlilik və  sənətkarlıq keyfiyyətləri ilə yanaşı, 

həm də böyük məsuliyyət tələb edir. 

 Beynəlxalq təcrübə göstərir ki, 

kütləvi informasiya 

vasitələri

nin millətlərarası  və dövlətlərarası münasibət-

lərə ikili (xüsusilə də neqativ) təsiri müəyyən dərəcədə bu 

problemlərin işıqlandırılması zamanı cəmiyyətdə baş verən 

bütün proseslərdə, o cümlədən, dövlətçilik və dövlət 

quruculuğu  prosesində hansısa xalqın (əsasən, çoxsaylı) 

istisnalığının xüsusi vurğulanması ölkədə yaşayan digər 

xalqlarda (əsasən, azsaylı) assimilyasiya assosiasiyası 

yaradır.  Əksər hallarda, azsaylı xalqlar bu amilə çox 

həssaslıqla yanaşır və assimilyasıyanın məqsədli şəkildə və 

zorla həyata keçirildiyini düşünürlər. Məhz bu xüsusiyyəti 

nəzərə alaraq, media öz fəaliyyətində bu mühüm sosial-



psixoloji amili daim nəzərə almalı, yerli etnosların 

minillər boyu dinc-yanaşı yaşamalarını, etnik 

özəlliklərini, mədəniyyətlərini, dilini və dinini, milli 

adət-ənənələrini qoruyub-saxlamalarını  və inkişaf 

etdirmələrini bu ərazidə məskunlaşmış bütün xalqların, 


KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

66 


 

ilk növbədə isə Azərbaycan xalqının xoşbəxtliyi kimi 

səciyyələndirməlidir.  Təəssüf ki, qonşularımızın hamısı 

haqqında bu fikri qətiyyətlə söyləyə bilmirik.  

Hazırda Azərbaycanda yaşayan etnik icmaların 

dilində 15-dən, təkcə rus dilində isə 30-dan çox qəzet və 

jurnal nəşr olunur. Televiziya kanallarında milli azlıqların 

etnik-mədəni həyatı, etnoqrafiyası barədə müntəzəm olaraq 

materiallar nümayiş etdirilir. Milli azlıqların sıx yaşadıqları 

5 bölgədə yerli televiziya və radio kanalları  fəaliyyət 

göstərir. Azərbaycan Dövlət Radiosu

33

 ilə mütəmadi olaraq 



rus, kürd, ləzgi, talış, gürcü və s. dillərində 15-ədək veriliş 

yayımlanır. Azərbaycan və talış dillərində “Talışın səsi” 

(“Talışi sədo”) qəzeti nəşr olunur. 

İctimai Televiziya fəaliyyətə başladığı vaxtdan (26 

avqust 2005-ci il) burada Milli Azlıqlar üçün Verilişlər 

Departamenti fəaliyyət göstərir. Departament ölkədə 

yaşayan bütün xalqların və etnik qrupların, hətta bir və ya 

bir neçə kənddə məskunlaşmış, sayları bir neçə mindən artıq 

olmayan etnosların maddi mədəniyyət nümunələrini, etnik 

və  məişət özəlliklərini geniş ictimaiyyətə çatdırır. 

Departamentin təqdim etdiyi “Körpü”, “Bura vətəndir”, 

“Danışan tarix” və s. verilişləri televiziya publisistikasının 

                                            

33

 



Azərbaycan Dövlət Radiosu 6 noyabr 1926-cı ildə yaradılmışdır. Hal-

hazırda Azərbaycan Dövlət Teleradio Şirkətinin tərkibinə daxildir.  3 

proqramı və 1 səsyazma evi mövcuddur.  Problematika istiqamətlərinə 

görə 13 şöbə fəaliyyət göstərir.  105 FM dalğasında yayımlanır.

 



Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə