İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə15/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   11   12   13   14   15   16   17   18   ...   154

İlham A.Mazanlı_________________________________________________________ 

 

55 


 

cavabını verən respondentlərin aid olduqları  cəmiyyətləri 

daha az tolerant xalqların siyahısına daxil etmişlər. 

 

Dünyanın ən tolerant ölkələrinin 

X Ə R İ T Ə S İ 

 

 

 Azərbaycan, əhalisinin 10-15 %-nin bu suala “başqa 



irqdən olan insanların” cavabını verən ölkələrin kateqoriya-

sına daxil edilmişdir. Beləliklə, Azərbaycan regiondakı 

qonşuları Gürcüstan, Ermənistan, Türkiyə, Rusiya və İrana 

nisbətən daha tolerant ölkədir.  

 Azərbaycan cəmiyyətinin tolerantlıq göstəriciləri bir 

sıra Avropa ölkələrinin göstəricilərindən də xeyli yüksəkdir. 

Maraqlı burasıdır ki, bu ölkələrin öz göstəricilərinin də 

arasında böyük fərqlər vardır. Tədqiqat göstərir ki, hətta 

iqtisadi inkişaf və savadlılıq üzrə yüksək göstəricilərə malik 



KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

56 


 

Qərbi Avropa ölkələri belə heç də  hər zaman tolerant ola 

bilmirlər. Məsələn, rəyi soruşulan və 23 %-i başqa 

millətlərdən olan insanları öz qonşuları kimi görmək 

istəməyən Fransa Avropanın tolerantlıq dərəcəsi zəif olan 

ölkəsi kimi müəyyən edilmişdir.

  Hətta, bu qiymətləndir-

məyə görə, keçmiş sovet respublikaları Belarus və Latviya 

Avropanın bəzi inkişaf etmiş ölkələrini qabaqlayırlar.    

 Hindistanlıların 43,5 %-i, İordaniyalıların 51,4 %-i, 

Banqladeş  və Honq-Qonq əhalisinin isə  təxminən 70 %-i 

başqa irqlərdən olan insanların onlara qonşu olmalarını 

istəmirlər.

 

 



 

Tədqiqatın nəticələrinə görə, 

İngiltərə, 

Skandinaviya, Şimali Amerika və cənubi Amerikanın əksər 

ölkələri, həmçinin Avstraliya dünyanın  ən tolerant 

ölkələridir. 

 

Zənnimizcə, 



Azərbaycanın və Azərbaycan xalqının 

bütün tarixi boyunca bu ölkədə tolerantlıq mühitinin 

yaradılması  və qorunub saxlanılması, etnik ədavət və ayrı-

seçkilik faktlarının qeydə alınmaması (hətta, başqa siyasi 

sistem daxilində olduqda belə  və ermənilərin təhrikləri 

istisna olmaqla - İ.M.), ilk növbədə Azərbaycan xalqının və 

dövlətinin bu xalqların hər birinin milli-mənəvi dəyərlərinə 

hörmətlə yanaşması və qayğı göstərməsi ilə bağlıdır.

 

Ümumiyyətlə, qədim dövrlərdən başlayaraq günü-



gündən formalaşan, təkmilləşən milli-mənəvi dəyərlərimiz

xalqımız, tariximiz, mədəniyyətimiz və  mənəviyyatımızın 

inkişafı haqqında söz demək üçün ayrı-ayrılıqda hansısa bir 



İlham A.Mazanlı_________________________________________________________ 

 

57 


 

fənn, məsələn, tarix, ədəbiyyat və s. üzrə aldığımız biliyə 

söykənmək yetərli deyil. Bunlarla yanaşı, milli-mənəvi 

dəyərləri fəlsəfi, psixoloji, sosioloji, politoloji, bir sözlə, 

bütün humanitar problematikanı özündə  əks etdirən 

fənnlərarası bir aspektdən yanaşaraq qiymətləndirmək bəlkə 

də müəyyən səviyyədə mümkündür.  

Bu gün fəxr etdiyimiz, xalqımızın Avesta, Dədə 

Qorqud, Qurani-Kərim kimi tarixi-mədəni abidələrdən, 

Nizami Gəncəvi,  Əfzələddin Xaqani, Nəsirəddin Tusi, 

Məhəmməd Füzuli, Şah  İsmayıl Xətai, Mirzə  Fətəli 

Axundzadə, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, 

Məmməd  Əmin Rəsulzadə, Mircəfər Bağırov,  İmam 

Mustafayev, Mirzə  İbrahimov, Mehdi Hüseyn, Şıxəli 

Qurbanov,  Əbülfəz Elçibəy və s. kimi parlaq simalardan 

ərməğan alıb zənginləşdirdiyi, fərqli ictimai-siyasi 

sistemlərdə belə qoruyub-saxladığı  və bizə  ərməğan etdiyi 

milli-mənəvi dəyərlərimiz tarixin bütün zaman kəsiklərində 

mühüm inkişaf yolu keçmişdir.  

Milli dəyərlərimizə bolşevik ictimai-siyasi 

sistemində - ateist sosializm cəmiyyətində müəyyən 

qadağalar qoyulmuş, onları  həyata keçirənlərə qarşı “cəza 

tədbirləri” tətbiq edilmişdir. Lakin, bütün bunlara 

baxmayaraq, Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərini, 

adət-ənənələrini qoruyub saxlamış, milli, dini əxlaq və 

inamını yüksək tutaraq, humanistlik, mənəvi saflıq, 

sadiqlik, mərhəmət və bütövlük nümayiş etdirmiş, milli 



KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

58 


 

(Novruz) və dini (Qurban, Ramazan) bayramlarını 

ümumxalq səviyyəsində qeyd etmişdir.  

Azərbaycan xalqı SSRİ dönəmində  həmişə milli 

ruh və milli hisslər uğrunda mübarizənin önündəkilər-

dən biri olmuş, kommunist partiyasının tətbiq etdiyi heç 

bir cəza tədbiri onu bu amaldan döndərə  bilməmişdir

Azərbaycan dilinin konstitusiyada (1956-cı il və 1978–ci il) 

dövlət dili kimi təsbit olunması, Novruz bayramının milli 

bayram kimi qeyd olunması və s. ilə bağlı hərəkatları buna 

misal göstərmək olar. 

Azərbaycan KP MK bürosu 1956-cı il iyulun 24-də 

Azərbaycan SSR-nin Konstitusiyasına Azərbaycan SSR-in 

dövlət dili barədə maddə  əlavə edilməsi haqqında 

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin təklifini 

müzakirə edir. Büro Azərbaycan SSR-nin Konstitusiyasına 

“Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” və 

“Azərbaycan SSR ərazisində yaşayıb azlıq təşkil edən 

millətlərə  həm öz mədəniyyət idarələrində, həm də dövlət 

idarələrində ana dilini sərbəst inkişaf etdirmək və  işlətmək 

hüququ təmin edilir.” – məzmunda maddələrin  əlavə 

olunması  məqsədi ilə Azərbaycan SSR Ali Sovetinin 

Rəyasət Heyətinə bu maddələrin Azərbaycan SSR Ali 

Sovetinin üçüncü sessiyasının müzakirəsinə  çıxarmağı 

tövsiyə edir.

23

 



                                            

23

 ARSPİHDA, fond 1, siyahı 43, iş 87, vərəq



 

113. 



Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə