İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə12/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   8   9   10   11   12   13   14   15   ...   154

KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

44 


 

artıq 25 ildir ki, respublikada qaçqın-köçkün həyatını 

yaşayır.  

Qarabağ müharibəsindən zərər çəkmiş insanların 

saxlanılması -  yəni məskunlaşmaları,  ərzaqla təminatı, 

əmək məşğulluğu, təhsil, tibbi xidmət və s. sosial-hüquqi 

problemlərinin həlli üçün Azərbaycan dövləti hər il 1 

milyard manatdan çox vəsait xərcləyir.  Əlbəttə, hansı 

vəziyyətdə olmalarından asılı olmayaraq, öz vətəndaşlarının 

yaşayış  şəraitinin beynəlxalq normalara görə heç olmasa, 

minimum səviyyədə  təmin olunması  və  tədricən daha da 

yaxşılaşdırılması  hər bir dövlətin milli siyasətinin strateji 

istiqamətlərindən birini təşkil edir. Amma, etiraf edilməlidir 

ki, müharibə  şəraitində olan bir ölkədə bu qədər böyük 

həcmdə maliyyə resursunun  dinc quruculuq işlərinə, bəşəri 

sosial problemlərin həllinə, insani ehtiyacların ödənilməsinə 

deyil, hansısa eqoist bir millətin tərsliyinin, xəyanətkar-

lığının və nankorluğunun (bəli, erməninin. – İ.M.) bölgəyə 

gətirdiyi humanitar fəlakətin aradan qaldırılmasına yönəldil-

məsi bu bölgədə yaşayan bütün millətlərin və xalqların 

iqtisadi-sosial vəziyyətinə  mənfi təsir göstərdiyi kimi, bu 

problemlərə aid kütləvi informasiya vasitələrində verilən 

materiallar da insanların sosial-psixoloji vəziyyətinə neqativ 

neyro-linqvistik təsir göstərir. Xüsusilə də, yeni informasiya 

texnologiyalarının informasiya industriyasına tətbiqi buna 

daha münbit şərait yaradır.  

Millətlərarası münasibətlər zəminində baş verən 

münaqişələr zamanı özünü daha qabarıq  şəkildə büruzə 




İlham A.Mazanlı_________________________________________________________ 

 

45 


 

verən sosial-siyasi qeyri-sabitlik ucbatından münaqişə 

zonasında yaşayan bütün millətlər, o cümlədən, azsaylı 

xalqların nümayəndələri də  zərər çəkirlər. Bu ziyan 

bütövlükdə ölkənin xarici iqtisadi əlaqələrinə  mənfi təsir 

göstərməklə yanaşı, millətlərarası və dövlətlərarası münasi-

bətlər sahəsində də qarşılıqlı etibarsızlıq, inamsızlıq mühiti 

formalaşdırır. Xarici investorlar qeyri-sabit ölkələrin 

iqtisadiyyatına kapital qoymağa ehtiyat edirlər. Bu da öz 

növbəsində  əksər hallarda ölkə iqtisadiyyatının tamam 

çökməsinə gətirib çıxarır. Konkret olaraq bizim situasiyada 

Ermənistan iqtisadiyyatının düşdüyü vəziyyəti buna misal 

göstərə bilərik. 

Müasir dünyada insan potensialı  və çoxmillətlilik 

ölkəni regionda güc sahibinə çevirə bilən amillərdən biri 

kimi nəzərdən keçirilir. Dəqiq hazırlanmış milli siyasət 

çoxmillətli cəmiyyətin güc mənbələrindən biri hesab olunur. 

Əks təqdirdə o, zəiflik və qeyri-sabitlik amilinə  də çevrilə 

bilir. Ona görə  də  hər bir cəmiyyətdə dövlətin mükəmməl 

milli siyasət konsepsiyasının hazırlanması və ardıcıl olaraq 

həyata keçirilməsi olduqca önəmlidir. Hər bir dövlətin milli 

siyasət Konsepsiyasına KİV-in bu proseslərdə  iştirakını, 

yerini və rolunu təmin edən bölmənin də daxil edilməsi çox 

vacibdir. 

Azərbaycan Respublikası öz müstəqilliyini yenidən 

bərpa etdikdən sonra dövlətin və hökumət orqanlarının ciddi 

əhəmiyyət verdiyi məsələlərdən biri də  məhz ölkədə 

yaşayan bütün xalqların, xüsusilə  də azsaylı xalqların və 




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

46 


 

etnik qrupların hüquq və azadlıqlarının qorunmasına, dil və 

mədəniyyətlərinin inkişafının təmin edilməsinə  zəmanət 

verən milli inkişaf siyasətinin formalaşdırılması və həyata  

keçirilməsi məsələsidir.  İnsan Hüquqları haqqında Ümumi 

Bəyannamənin, Mülki və Siyasi Hüquqlar haqqında 

Beynəlxalq Paktın və Azərbaycan Respublikasının dövlət 

müstəqilliyi haqqında Konstitusiya Aktının 19-cu maddələri 

əsas götürülərək, “Azərbaycan Respublikasında yaşayan 

milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və 

azadlıqlarının qorunması, dil və  mədəniyyətinin inkişafı 

üçün dövlət yardımı haqqında” Fərman imzalanmışdır (16 

sentyabr 1992-ci il).  

Fərmanda sözügedən məsələ ilə bağlı dövlət və 

hökumət strukturlarının qarşısında duran aşağıdakı vəzifələr  

müəyyən edilmişdir: 

 

 

milli azlıq, azsaylı xalq və etnik qrupların mədəni, 



dil və din özgünlüyünün qorunub saxlanması  və 

inkişaf etdirilməsi; 

 

 milli  ənənə  və adətlərə  əməl, dini mərasim və 



ayinlərin tam azad icra edilməsi, ibadət yerlərinin 

qorunub saxlanılması və onlardan istifadə olunması; 

 

milli sənətkarlığın, peşəkarlıq və özfəaliyyət 



yaradıcılığı  və xalq sənətlərinin sərbəst inkişaf 

etdirilməsi;  

 

bütün millətlərin tarix və  mədəniyyət abidələrinin 



qorunması;  


İlham A.Mazanlı_________________________________________________________ 

 

47 


 

 

əhali üçün əhəmiyyəti olan yerlər, qoruqlar, parklar 



və digər təbiət obyektlərinin mühafizə olunub 

saxlanılması.  

Fərmanda, həmçinin aparıcı elmi-tədqiqt və ali təhsil 

müəssisələri qarşısında Azərbaycanda (güney bölgəsi də 

daxil olmaqla) yaşayan bütün xalqların qədim köklərinin, 

tarixi inkişafının, dil və  ədəbiyyatının tədqiqinin təmin 

edilməsi üçün semitologiya, antik dillər, qafqazşünaslıq 

kafedra və  şöbələrinin açılması, qədim etnosların tarix və 

mədəni irsini araşdırmağa qadir olan mütəxəssislərin 

hazırlanması və s. vəzifələr qoyulmuşdur. 

Eyni zamanda, aidiyyəti qurumlara azsaylı xalqların 

sənətkarlığını, bədii peşəkarlıq və özfəaliyyət yaradıcılığını, 

qədim sənətlərini yaşatmağa, milli mədəniyyət 

mərkəzlərində kitabxanaların, bədii özfəaliyyət 

kollektivlərinin, xalq incəsənəti studiyalarının və 

emalatxanalarının yaradılmasına yardım göstərilməsi barədə 

tapşırıqlar verilir. 

Fərmanda, həmçinin bu prosesdə kütləvi informasi-

ya vasitələrinin yerini, rolunu və  fəaliyyət istiqamətlərini 

müəyyən edən müddəalar da öz əksini tapır. Ölkəmizdə 

bütün xalqların həyat və yaradıcılığını,  əməyini, mənəvi 

dünyasını işıqlandırmaq, dil və mədəniyyətlərinin inkişafına 

və yayılmasına dövlət yardımı göstərmək məqsədilə yeni 

kütləvi informasiya vasitələrinin yaradılması məqsədəuyğun 

hesab edilir. 



Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə