İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə6/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   2   3   4   5   6   7   8   9   ...   154

İlham A.Mazanlı_________________________________________________________ 

 

21 


 

təkmilləşdirici, maarifləndirici və s. funksiyaları yerinə 

yetirir. Onlar, eyni zamanda, cəmiyyətdə destruktiv, 

dezinteqrativ, dağıdıcı faktorlar kimi də çıxış edirlər.  

Kütləvi informsiya vasitələri bütövlükdə cəmiyyətin 

həyatına, ayrı-ayrılıqda isə heç bir fərq qoymadan onun 

bütün üzvlərinin sosial-siyasi, psixoloji və mənəvi simasına 

bilavasitə böyük təsir göstərir. Bu, ilk növbədə onunla izah 

olunur ki, KİV-lə yayılan hər bir yeni informasiya 

stereotiplənmiş olur və özündə  dəfələrlə  təkrar olunmuş 

siyasi məzmun, yönüm və dəyərləri daşıyır, həmçinin uzun 

müddət insanların  şüurunda yaşayır. Böhran dövrlərində, 

xüsusilə  də millətlərarası  və dövlətlərarası münasibətlərin 

gərginləşməsi, sosial narahatlıq  şəraitində insanlar təlqinə 

və  təsirə xüsusilə tez məruz qalır, müxtəlif yeni ideya və 

stimula  əks-səda verir, “informasiya hücumuna” daha tez 

təslim olurlar. Təcrübə göstərir ki, milliyyətindən, dinindən, 

hər hansı bir korporativ qrupa mənsub olmasından asılı 

olmayaraq, insanlar KİV-in bəzi ideya və çağırışları 

ətrafında daha tez cəmləşirlər. Kütləvi informsiya vasitələri 

insanları birləşdirir, milli səviyyədə vahid dəyər və 

rəmzlərin hazırlanmasını  və onlara inamın artmasını 

tezləşdirir və ümumi “axına” yönəldir. Beynəlxalq təcrübə, 

xüsusilə də XX əsrin  sonlarında postsovet və Şərqi Avropa 

regionunda baş vermiş məlum hadisələr göstərmişdir ki, bu 

prosesi kütləvi informsiya vasitələri özləri yaradır və özləri 

də onu qlobal səviyyəyə qaldırırlar.  Əgər kütləvi 

informasiya vasitələrinin müasir dövrdə rolunun getdikcə 




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

22 


 

daha da artdığını  nəzərə alsaq, KİV-in sözügedən sahədə 

fəaliyyətinin, xüsusilə də onun millətlərarası və ya müxtəlif 

insan birlikləri, ya da dövlətlərarası münasibətlərin 

təkmilləşdirilməsi və stabilləşdirilməsi faktoru kimi 

müəyyən edilməsinin və sistemləşdirilməsinin aktuallığı və 

elmi-praktik əhəmiyyəti heç bir şübhə doğurmur. 

XX  əsrin sonlarında bu səpkidən olan konfliktlərin 

cərgəsində Dağlıq Qarabağ  və onun ətrafında baş vermiş, 

Azərbaycan və Ermənistan arasındakı münasibətləri sonuna 

qədər gərginləşdirmiş və tarıma çəkmiş (birinci dəfə deyil – 

İ.M.), dünya ictimaiyyətinin və bir sıra güclü dövlətlərin 

(xüsusilə  də regionda geosiyasi marağı olan) diqqətini 

regiona cəlb etmiş, həmçinin bəzi postsovet ölkələrində 

istənilən an özünəxas detonator rolunu oynaya biləcək 

hadisələr [Rusiya Federasiyasının Abxaziyanın və  Cənubi 

Osetiyanın müstəqilliyini tanıması, Ukrayna hadisələri 

(fevral-aprel 2014-cü il) zamanı Krıma hərbi kontingent 

yeritməsi və Krımı öz tərkibinə qatması bu ehtimalı daha 

real edir – İ.M.] xüsusi yer tutur.  

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqi-

şəsi bir tərəfdən özündə millətlərarası  və dövlətlərarası 

münasibətlərin ümumi problemlərini cəmləşdirsə  də, digər 

tərəfdən bu münaqişə özünəməxsus spesifik xüsusiyyətlərə 

malikdir. Hər  şeydən  əvvəl qeyd edilməlidir ki, həmişə 

cəmiyyətdə “inqilabi yüksəliş və kardinal dəyişikliklər” baş 

verdiyi dövrlərdə “Dağlıq Qarabağ haqqında məsələ” 

qaldırılmışdır. Dağlıq Qarabağ  ətrafında yaradılmış 



İlham A.Mazanlı_________________________________________________________ 

 

23 


 

situasiyanın qeyri-adiliyi özünü problemin süni yaradılması 

və  qızışdırılmasında, millətçi və separatçı qüvvələr 

tərəfindən  əvvəlcədən verilmiş parametrlərə uyğun olaraq 

gərginliyin artırılmasında büruzə verirdi. Problemin (proses 

də adlandırmaq olar – İ.M.) gedişinin davamlı olaraq 

uzadılması da bu münaqişənin xarakterik xüsusiyyət-

lərindəndir. Zənnimizcə, bu baxımdan da kütləvi 

informasiya vasitələrinin fəaliyyətlərinin araşdırılması 

qanunauyğun elmi maraq doğurur. 

Yuxarıda deyilənlərdən obyektiv olaraq belə bir 

nəticəyə  gəlmək olur ki, fərqli sistemlərdə belə, millət-

lərarası  və dövlətlərarası münasibətlərin KİV-də  işıqlan-

dırılması  təcrübəsinin öyrənilməsi hər zaman faydalıdır və 

bu, aşağıda göstərilən obyektiv səbəblərlə izah olunur: 

-

 



millətlərarası  və dövlətlərarası münasibətlərin 

KİV-də 


işıqlandırılması sahəsində tarixi 

təcrübənin öyrənilməsinin vacibliyi; 

-

 

millətlərarası  və dövlətlərarası münasibətlər 



probleminə, xüsusilə  də hüquqi, demokratik 

dövlətin  əsaslarının yaranmasına yeni yanaşma-

nın formalaşmasında kütləvi informasiya 

vasitələrinin rolunun artması;  

-

 

postsovet regionunun bəzi dövlətləri və kütləvi 



informasiya vasitələri arasında millətlərarası 

münasibətlərin mürəkkəbləşməsi nəticəsində 

yaranmış sosial-siyasi gərginliyin aradan 

qaldırılması; 




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

24 


 

-

 



milli regionlarda yaranmış münaqişə  şəraitində 

kütləvi informasiya vasitələrinin fəaliyyətinin 

kompleks halda araşdırılması; 

-

 



bu problematikanın yalnız tarixilik və ya müasir 

dövrün hərtərəfli təhlili baxımından deyil, eyni 

zamanda, kütləvi informasiya vasitələrinin 

millətlərarası  və dövlətlərarası münasibətlərin 

təkmilləşdirilməsi amili kimi fəaliyyətlərinin 

optimallaşdırılması yollarının elmi cəhətdən 

araşdırılması. 

Ümumiyyətlə, indiyədək KİV-in fəaliyyətinin 

araşdırılması  məqsədi ilə müxtəlif istiqamətlərdə çoxsaylı 

tədqiqat işləri aparılmışdır. Lakin, XX əsrin son 

onilliklərində xeyli empirik material toplanılsa da, bu 

problem üzrə elmi publikasiyalar sırf ümumi nəzəri xarakter 

daşıyır və onların  əksəriyyəti kommunist ideologiyası 

çərçivəsində hazırlanmışdır. Bu publikasiyalarda KİV-in 

fəaliyyət problemləri bir qayda olaraq, ümumi siyasi 

prosesin tərkib hissəsi kimi deyil, onun illüstrativ hissəsi 

kimi nəzərdən keçirilir. Aydındır ki, bu cür yanaşmalar 

yaşarlı ola bilirlər. Hətta, müxtəlif növ elmi invektivlərin 

(lat.  invectiva – nəyə qarşısa sərt, ifşaedici çıxış) sübut 

olunmasında kifayət qədər inandırıcı arqument rolunu 

oynaya bilsələr də, KİV-in fəaliyyətinin “sistemdaxili” 

təhlili üçün o qədər də yararlı ola bilmirlər. Bu problem, 

Azərbaycan elminin və jurnalistikasının da daxil olduğu 

sovet elminin müxtəlif sahələrini - siyasi fəlsəfə




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə