İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə4/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   2   3   4   5   6   7   8   9   ...   154

İlham A.Mazanlı_________________________________________________________ 

 

13 


 

mürəkkəbliyini nəzərə alaraq, ona “ehtiyatla yanaşmağın” 

vacibliyini diqqətə çatdırmışdı.

2

 



Həm SSRİ-nin tərkibinə daxil olan müttəfiq 

respublikalar, həm də sosializm düşərgəsi ölkələri 

arasındakı münasibətlər sahəsində hökm sürən zahiri 

sakitlik millətlərarası  və dövlətlərarası münasibətlərdə 

problemlərin olmaması, narazılıqların aradan qaldırılması 

anlamını vermirdi. XX əsrin 50-ci illərində  bəzi sovet 

respublikalarında (Ukrayna, Pribaltika, Azərbaycan, 

Moldaviya, Kabardin-Balkariya, Çeçen-İnquşetiya, 

Tatarıstan, Abxaziya MSSR) ana dili ilə  əlaqəli milli 

hərəkatlarla, 1968-ci ildə baş vermiş Çexoslovakiya 

hadisələri ilə bağlı yüksək səviyyədə keçirilmiş 

müzakirələrin sənədləri ilə tanışlıq bu müttəfiq 

respublikaların və ölkələrin rəhbərliyində, o cümlədən, 

ictimaiyyətdə sosializmin möhkəmliyinə  və perspektivinə 

böyük əminliyin olmadığını ortaya qoyur.

3

 



Kommunist partiyasının bütün cəhdlərinə 

baxmayaraq, milli məsələ dünyada gedən demokratikləşmə, 

vətəndaş  cəmiyyətinin formalaşması, hüquqi dövlətin 

əsaslarının yaranması  şəraitində - ötən  əsrin 80-90-cı 

illərindəki “məşhur sosial tərəqqi”nin məlum xüsusiyyətləri 

nəzərə alınmaqla, həm qlobal, həm də regional miqyasda 

                                            

2

 Е.Зубкова. Власть и развитие этноконфликтной ситуации в СССР 



1953-1985 годы.//

 “

Отечественная история”, 2004, № 4, с. 10. 



3

 C.Həsənli. Azərbaycanda milli məsələ: siyasi rəhbərlik və ziyalılar 

(1954-1959). Bakı, “Adiloğlu”, 2008, s. 530-531. 



KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

14 


 

daha kəskin xarakter almışdı. Bu dövrdə cəmiyyətdə gedən 

milli proseslər qeyri-adi dərəcədə mürəkkəbləşmiş, müxtəlif 

ictimai təzahürlər daha da gərginləşmiş, çoxçalarlılığı 

artmış, səbəb-nəticə  əlaqələrinin dəyişkən qeyri-ardıcıllığı 

dərinləşmiş, qarşılıqlı  fəaliyyətdə olan tərəflər arasındakı 

münasibətlər olduqca kəskinləşmişdi. 

Sov.İKP özünün XXVII qurultayında (26 fevral 

1986-cı il) ölkədə millətlərarası münasibətlərdə bir sıra 

ciddi problemlərin olduğunu ilk dəfə bütün ölkə 

ictimaiyyəti qarşısında etiraf etməyə  məcbur olur: “Milli 

münasibətlərin inkişafının çoxmillətli Sovet dövləti üçün 

çox böyük əhəmiyyəti vardır. Kommunist Partiyası bu 

sahədə  nəhəng dəyişdirici iş görmüşdür. Bu işin nəticələri 

sosializmin görkəmli nailiyyətidir, dünya sivilizasiyasını 

zənginləşdirmiş nailiyyətdir. Milli əsarətin və milli hüquq 

bərabərsizliyinin bütün formaları  və  təzahürləri birdəfəlik 

və həmişəlik məhv edilmişdir. Xalqların sarsılmaz dostluğu, 

bütün xalqların milli mədəniyyətinə  və milli ləyaqətinə 

hörmət bərqərar olmuş, on milyonlarla insanın  şüurunda 

kök salmışdır. Sovet xalqı iqtisadi mənafeyin, ideologiyanın 

və siyasi məqsədlərin vəhdəti ilə sıx birləşmiş, keyfiyyətcə 

yeni sosial və beynəlmiləl birlikdir. Lakin nailiyyətlərimiz 

milli proseslərdə problemlər olmadığı  təsəvvürünü 

yaratmamalıdır”.

4

  



                                            

4

 



Sovet  İttifaqı Kommunist Partiyası XXVII qurultayının materialları. 

B.: Azərnəşr,

 

1986.


 

-

 



s.58. 


İlham A.Mazanlı_________________________________________________________ 

 

15 


 

 “Şüar beynəlmiləlçiliyi”, “böyük tarixi birlik” və s. 

bu kimi əvvəllər fetişləşdirilmiş ideyalar real praktikada 

özünü doğrultmur, millətlərarası  əmin-amanlığın uydurma 

olduğu və milli mənsubiyyət motivlərinə görə bu sahədə 

qarşılıqlı inciklik və ya iradların olmaması haqqında 

xülyalar sabun köpüyü kimi partlayırdı. 

Millətlərarası münasibətlər sahəsində baş verən 

proseslərin bir-biri ilə  səbəb-nəticə  əlaqələri ilə bağlı 

olmadığı barədə söylənilən diskurslar özünün praktik 

təsdiqini tapa bilmirdi. Real həyat hadisələri zamanı [Almatı 

(17-19 dekabr 1986-cı il), Tbilisi (9 aprel 1989-cu il), Bakı 

(20 yanvar 1990-cı il), Düşənbə (11 fevral 1990-cı il), bir 

qədər sonra isə Vilnüs (11-13 yanvar 1991-cı il) və Riqa (20 

yanvar; 31 iyul 1991-ci il)] sovet ordusu və daxili qoşun 

bölmələrinin öz xalqına – dinc əhaliyə qarşı törətdiyi 

qırğınlar, xüsusilə 

də Molodovada (Dnestryanı), 

Gürcüstanda (Abxaziya və Cənubi Osetiya), Azərbaycanda 

(Dağlıq Qarabağın və ətraf ərazilərin Ermənistan tərəfindən 

işğalı, Ermənistan  ərazisinin azərbaycanlılardan etnik 

təmizlənməsi, Krım tatarlarının, Volqaboyu ərazilərdə 

yaşayan almanların, öz vətənlərindən deportasiya olunmuş 

ahısqa türklərinin tələbləri və s.) kütləvi insan tələfatı ilə 

müşayiət olunan irimiqyaslı silahlı qarşıdurmalar “vahid 

sovet xalqı”, “milli tolerantlıq” və s. haqqında bu səpkidən 

olan baxışların yanlış olduğunu, oktyabr çevrilişindən 

sonrakı dövrdə milli münasibətlərin ziddiyyətsiz inkişafı 

barədə  rəsmi iddiaların möhkəm  əsaslara söykənmədiyini 



KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

16 


 

bir daha açıq şəkildə sübut etdi. Bu hadisələr göstərdi ki, bir 

çox problemlərin səbəbi elə milli siyasətin və onun əsasını 

təşkil edən Lenin prinsiplərinin özünün mahiyyəti 

(mahiyyətsizliyi),  şəxsiyyətəpərəstiş dövründə qanunların 

pozulması, sosializm quruluşunun ideologiyası  və 

psixologiyası ilə  sıx bağlıdır. Xalqlar arasındakı 

münasibətlərdə bərabərlik və ədalət prinsiplərinə biganəlik, 

“müttəfiq respublikalarda milli siyasətlə bağlı  vəzifələrin 

yerinə yetirilməsinin” başlı-başına buraxılması, amiranə-

inzibati idarəetmə sisteminin müxtəlif millətlərin və 

xalqların iqtisadi, sosial, mənəvi inkişaflarının ümdə 

ehtiyaclarına lazımi diqqət yetirməməsi vəziyyəti daha da 

mürəkkəbləşdirmişdi.  

Vacib və  təxirəsalınmaz vəzifələr arasında 

millətlərarası münasibətlərin tənzimlənməsi məsələləri ön 

plana çıxırdı. Xalqların milli özünüdərki, cəmiyyətdəki 

reallıqların çətinliklə qavranılması hissi xeyli artmışdı. 

Sov.İKP MK-nın (1989-cu il) sentyabr Plenumunda 

millətlərarası münasibətlər sahəsində  vəziyyətin doğrudan 

da çox mürəkkəb olduğu xüsusilə vurğulanır. Göstərildi ki, 

bu sahədə  həll olunmamış  məsələlər, illərlə  yığılıb qalmış 

problemlər bir-birinin ardınca üzə çıxır, buraxılmış səhvlər  

və deformasiyalar özünü daha qabarıq formada büruzə verir

milli zəmində münaqişələr getdikcə daha çox alovlanır. 

Dilin və  mədəniyyətin inkişafı, milli ənənələrin qorunub 

saxlanılması problemləri düyünə düşmüşdü. Onların hər biri 

böyük diqqət tələb edir, hər birinin arxasında canlı insanlar, 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə