İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə5/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   2   3   4   5   6   7   8   9   ...   154

İlham A.Mazanlı_________________________________________________________ 

 

17 


 

bütöv millətlərin taleyi dururdu. Bizim qarşımızda ölkədə 

milli münasibətlərin vəziyyətini prinsipial mövqelərdən 

müzakirə etmək və lenin prinsiplərinə, mövcud reallıqlara, 

dünya ictimai inkişafının hakim ənənələrinə söykənərək,  

partiyanın millli məsələlər üzrə müasir strategiyasını işləyib 

hazırlamaq kimi vəzifələr durur.

5

 Zənnimizcə, kommunist 



partiyasının XXVII qurultayından sonrakı üç il müddətində 

Mərkəzi Komitənin belə açıqlığı ilə etirafını millətlərarası 

münasibətlər sahəsində həyata keçirilən siyasətin iflası kimi 

qiymətləndirməkdən başqa bir yolumuz qalmır.  

Xalqların və dövlətlərin siyasi, iqtisadi və  mənəvi 

problemlərinin obyektiv reallıqlarının tam və  dəqiq uçotu, 

insanların dəyişmiş sosial psixologiyası problemlərin vaxtlı-

vaxtında siyasi həlli, millətlərarası  və dövlətlərarası 

münasibətlər sahəsində effektli formaların axtarılması  və 

həyata keçirilməsi, ilk növbədə isə milli məsələlərin həlli 

prinsipcə yeni yanaşma tələb edirdi. Bu yanaşma yığılıb 

qalmış problemlərin,  əldə olunmuş  təcrübənin tənqidi 

təhlilini, real praktikanın hərtərəfli öyrənilməsini və 

ümumiləşdirilməsini, insanların şüurunda köhnə, öz ömrünü 

artıq başa vurmuş stereotiplərin köklü şəkildə  dəyişdiril-

məsini nəzərdə tuturdu. Siyasi quruluş  dəyişilmədən, 

                                            

5

 Sovet  İttifaqı Kommunist Partiyası  Mərkəzi Komitəsi Plenumunun 



materialları, 19-20 sentyabr 1989-cu il. B.: Az rn r, 1989. – s. 14-15. 


KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

18 


 

kompleks yeni siyasi və  təsərrüfat-idarəetmə alətləri tətbiq 

edilmədən millətlərarası münasibətlərin stabilləşməsində 

hər hansı bir müsbət irəliləyişdən danışmaq olmazdı. 

Beynəlxalq təcrübəyə görə, bu prosesdə  əsas rolu kütləvi 

informasiya vasitələri oynamalı, siyasi, iqtisadi və sosial 

dəyişikliklərin həyata keçirilməsinin vacibliyini göstərməli 

və geniş auditoriyanı buna inandırmalı idi.  

Məlum olduğu kimi, kütləvi informasiya vasitələri 

kütləvi şüuru formalaşdırır, milli və beynəlxalq münasibət-

lərdə (o cümldən, digər məsələlərdə) toplanılmış praktik 

təcrübənin dərk edilməsi, cəmiyyətin demokratikləşməsi, 

hüquqi dövlətin  əsaslarının yaradılması prosesində  iştirak 

edilməsi, eyni zamanda, elmi biliklərin, elmi informasiya-

nın, yeni nəzəri axtarışların, millətlərarası və dövlətlərarası 

münasibətlərdə siyasi islahatların aparılması  məqsədi ilə 

əsaslı metodoloji yanaşmaların tətbiqi vasitəsilə yeni 

təfəkkürün formalaşmasına təsir göstərir. Ümumiyyətlə, 

ictimai həyatın bütün sahələrində əhəmiyyətli nailiyyətlərin 

əldə olunması KİV-in cəmiyyətdəki problemlər barədə tam, 

siyasi cəhətdən düşünülmüş, obyektiv və  səriştəli məlumat 

verməsindən, geniş auditoriyaya səmərəli təsir forma və 

metodları axtarmasından, həqiqəti  əks etdirməsindən 

olduqca asılıdır. 

Keçmiş Sovet İttifaqının müxtəlif respublikalarında 

baş verən hadisə  və proseslər təkcə millətlərarası 

münasibətlər sahəsində mövcud olan mürəkkəb problemləri 

deyil, həmçinin kütləvi informasiya vasitələrinin bu 




İlham A.Mazanlı_________________________________________________________ 

 

19 


 

problemləri işıqlandırması sahəsindəki fəaliyyətində  də 

ciddi boşluqların olduğunu aşkara çıxardır. Bir sıra milli 

respublikalarda qəzet və jurnal səhifələrində, televiziya və 

radio verilişlərində bəzi xalqların tarixi və mədəniyyəti, adət 

və ənənələri ideallaşdırılır, ayrı-ayrı tarixi hadisə və faktlara 

milliyyətçi yanaşmalar, milli maraqların digər xalqların 

maraqlarına qarşı qoyulması və s. özünə yer alırdı. Mətbuat 

orqanları insanların başqa xalqlara hörmət və vətənpərvərlik 

ruhunda tərbiyə edilməsi işində xalqlar və dövlətlər arasında 

ziddiyyətlərin, münaqişə situasiyalarının beynəlxalq aləmdə 

aradan qaldırılması nümunələrindən deyil, marksizm-

leninizm ideologiyası  çərçivəsində  məqbul sayıla bilən və 

arzuolunan “müsbət” nümunələrdən istifadə edir, bəzi 

hallarda isə özünü kəskin  şəkildə büruzə verən faktların 

üstündən sükutla keçirdilər. Millətlərin və xalqların inkişafı 

ilə bağlı ortaya çıxan mürəkkəb məsələlər, ayrı-ayrı 

regionlarda və respublikalarda sosial-iqtisadi və  mədəni 

siyasətin həyata keçirilməsində yol verilən səhvlər və 

çatışmazlıqlar kütləvi informsiya vasitələrində öz əksini və 

təhlilini tapmırdı. KİV-in bu sahədə  fəaliyyətində, demək 

olar ki, deklarativlik üstünlük təşkil edirdi. 

Müasir şəraitdə yeni elektron, xüsusilə də rəqəm və 

nano informasiya texnologiyalarının imkanları, onların daha 

keyfiyyətli jurnalist məhsullarının yaradılması prosesində 

istifadə olunması istənilən cəmiyyətin inkişaf istiqamət-

lərinin və həyatın özünün xarakterinin müəyyən olunmasına 

ciddi təsir göstərir. Məhz belə bir şəraitdə  cəmiyyətlə 




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

20 


 

kütləvi informsiya vasitələri arasındakı qarşılıqlı münasibət, 

KİV-in cəmiyyətdən, hakimiyyətdən və yaxud demokratik 

status imicinə nail olmaq istəyən dövlətdən nə  dərəcədə 

asılılığı  və ya azadlığı  məsələləri daha mühüm əhəmiyyət 

kəsb edir. Kütləvi informsiya vasitələri cəmiyyətin həyatına 

və bütün fəaliyyət sahələrinə, o cümlədən, milli siyasətin 

hazırlanmasına və həyata keçirilməsinə birbaşa nüfuz etmək 

imkanına malikdir. Kütləvi informsiya vasitələri cəmiyyətdə 

reproduktiv (siyasətin elektron KİV-lər – radio, televiziya, 

İnternet, mobil telefon və s. istənilən elektron informasiya 

daşıyan və yayan vasitə ilə  əks olunması) və produktiv 

(yaradıcı) funksiyaları yerinə yetirir və bununla da 

cəmiyyətin milli və beynəlxalq həyat məsələlərini də 

özündə ehtiva edən siyasi həyatında mühüm rol oynayır, 

həm də buna uyğun olaraq cəmiyyətdə baş verən proseslərə 

görə məsuliyyət daşıyırlar.

6

  



KİV-in cəmiyyətin siyasi həyatına nüfuzu bir proses 

kimi olduqca çoxşaxəlidir. KİV cəmiyyətin həyatında 

kütləvi kommunikasiyanın həm bütöv, həm də bir tərkib 

hissəsi kimi müxtəlif sosial-siyasi rol oynaya bilir, bəziləri 

isə tipik sosial-siyasi situasiyaların sayından asılı olaraq, 

xüsusi ictimai əhəmiyyətə malik olurlar. Kütləvi informsiya 

vasitələri cəmiyyətdə  təşkilatçı, səfərbəredici, birləşdirici

                                            

6

 Чичановский А.А. Средства массовой информации и власть // 



Диалог №№ 5-6.М., 1995.с.124. 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə