İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə3/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   2   3   4   5   6   7   8   9   ...   154

İlham A.Mazanlı_________________________________________________________ 

 

 



yolda yaxın bələdçim – atam Abbas Mazanova hədsiz 

hörmət və ehtiramımı bildirirəm.  

Ümumiyyətlə, bu monoqrafiyanın araya-ərsəyə 

gəlməsində az da olsa əməyi olan hər bir kəsə, fikirlərindən, 

ideyalarından yararlandığım bütün həmkarlarıma minnət-

darlığımı bildirir, təşəkkürlərimi və ən xoş arzularımı qəbul 

etmələrini xahiş edirəm.  

Dos. Dr. İlham Mazanlı       

11 fevral 2014-cü il 

 

 



        

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

10 


 

 

GİRİŞ 

Müasir dövrdə ciddi sosial-siyasi dəyişikliklər gedən 

postsovet regionu ölkələrində millətlərarası  və dövlətlər-

arası münasibətlərin tənzimlənməsi amillərindən biri kimi 

kütləvi informasiya vasitələrinin fəaliyyətinin tədqiq 

edilməsi mühüm əhəmiyyət kəsb edir. Xüsusilə  də 

sözügedən sahədə baş verən və  cəmiyyətlərin bütün sosial 

təbəqələrinin marağını özündə ehtiva edən və  əlbəttə ki, 

kütləvi informasiya vasitələrində getdikcə özünə daha geniş 

yer tutan məsələlərin KİV-in məlumatlandırma, 

maarifləndirmə, problemlərin həlli yollarının araşdırılması 

və müəyyən edilməsi, həmçinin ictimai nəzarətin təşkili 

yolu ilə onların həyata keçirilməsi proseslərinin 

təkmilləşdirilməsi və indiki şəraitdə  rəsmi və alternativ 

KİV-lərin fəaliyyətinin səmərəliliyinin artırılması 

baxımından daha geniş elmi təhlillərin aparılmasına ciddi 

ehtiyac duyulur. Bu təhlillərin aparılmasının vacibliyi, eyni 

zamanda, SSRİ-nin mövcudluğunun son illərində (“yeni-

dənqurma”, “aşkarlıq”, “cəmiyyətin demokratikləşməsi” və 

s. proseslər) KİV-in bu sahədə  fəaliyyətinin yeni elmi 

metodologiya (ümumi fəlsəfi yanaşma) mövqeyindən 

araşdırılması ilə izah olunur. Bu cür yanaşma, KİV-in 

faktiki olaraq, müxtəlif ictimai-siyasi sistemlərdə millət-

lərarası  və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi 

və sabitləşdirilməsi amili kimi fəaliyyətinin müqayisəli 



İlham A.Mazanlı_________________________________________________________ 

 

11 


 

təhlili baxımından da müəyyən elmi-praktik əhəmiyyətə 

malikdir. 

Milli tərkibinə görə çoxmillətli ölkə hesab edilən 

keçmiş SSRİ-də, dövlətin siyasi sisteminin “opponentsiz 

lideri” Sovet İttifaqı Kommunist Partiyasının (Sov.İKP) 

iddiasına görə, rejimin mövcud olduğu bütün tarixi 

mərhələlərdə, milli məsələ ictimai həyat məsələlərinin 

önündə durmuş  və kommunist partiyası bu məsələni daim 

diqqət mərkəzində saxlamışdır. Lakin, deyilənlərin  əksinə 

olaraq, bu problem müəyyən mərhələlərdə özünü fərqli 

cəhətlərdən büruzə vermiş, hətta partiyanın yuxarı 

eşelonunda ciddi fikir və mövqe toqquşmalarına belə səbəb 

olmuşdur.  

Hələ, 1956-cı ilin avqust ayında

 

Azərbaycan 



Respublikası Ali Sovetinin sessiyasında müzakirə 

edildikdən sonra Azərbaycan Respublikası Ali Soveti 

Rəyasət Heyətinin Qərarı ilə Azərbaycan dilinin dövlət dili 

kimi tətbiq edilməsi haqqında qanunun qəbul edilməsi və 

bununla  əlaqədar Azərbaycan SSR-in Konstitusiyasına 

dəyişiklik edilərək, müvafiq maddənin  əlavə olunması, 

Azərbaycan Kommunist Partiyası tarixinin yazılmasındakı 

“əyintilər” Moskvanı  hədsiz dərəcədə  qəzəbləndirmişdi. 

Sov.İKP MK Rəyasət Heyəti 1959-cu il iyunun 26-30-da 

keçirilmiş iclasında Azərbaycan partiya təşkilatının son iki-

üç ildəki fəaliyyətini müzakirə etmiş, Sov.İKP milli 

siyasətinin həyata keçirilməsində yol verilmiş “kobud 

pozuntuları” ciddi tənqid etmişdi. 



KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

12 


 

Sov.İKP MK-nın Baş katibi N.Xruşşov həmin 

iclasda Azərbaycan Kommunist Partiyasının tarixinə aid 

kitablarda Nəriman Nərimanovun fəaliyyətinin həddən artıq 

şişirdildiyini, xüsusilə  də milli siyasət sahəsində onun 

böyük nöqsanları oduğunu deyir və onu millətçilikdə 

günahlandırır. Azərbaycan SSR Ali Soveti Rəyasət 

Heyətinin sədri Mirzə  İbrahimovu “bizim düşmənimiz”, 

“qatı millətçi” adlandırmaqdan belə  çəkinmir. Bütün bu 

nöqsanları Azərbaycan KP MK-nın birinci katibi 

İ.Mustafayevin respublikaya rəhbərlik edə bilməməsi ilə 

əlaqələndirir və Azərbaycanda siyasi rəhbərliyin dəyişdiril-

məsinin vacibliyini vurğulayır.

1

 (bu  məsələ üzərində sonra 



daha ətraflı dayanacağıq – İ.M.).  

1972-ci ilin mart ayında isə Sov.İKP MK Siyasi 

Bürosunun iclasında “qərb təbliğatının təsiri ilə ölkədə 

millətçiliyin artması 

məsələsi” müzakirə edilmiş, 

“millətçilik antisovetizmin daha geniş yayılmış 

formalarından biri kimi” qiymətləndirilmişdi. Siyasi 

Büronun üzvlərindən bəziləri hətta, millətçiliyi 

qızışdıranları “xalq düşməni” kimi güllələməyi də  təklif 

etmişdilər. Kommunist Partiyasının Baş katibi L.İ.Brejnev 

millətçiliyə qarşı mübarizədə “müdafiədən hücuma 

keçməyin” zəruri olduğunu bildirsə  də, milli məsələnin 

                                            

1

 Президиум ЦК КПСС. 1954-1964. Черновые протокольные записи 



заседаний. Стенограммы. Постановления, т. 1, с. 1058. 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə