Imamet indd



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə16/112
tarix07.08.2018
ölçüsü3,35 Mb.
#60958
1   ...   12   13   14   15   16   17   18   19   ...   112

          48             
                                            
Əbülqasim Əlyan Nejadi
Bu ayədə “vəli” sözü “köməkçi” mənasında işlənmişdir. 
2. “Vəli” sözü bəzi ayələrdə “məbud” mənasındadır. “Bəqərə” 
surəsinin 257-ci ayəsi həmin ayələrdəndir:
ُتﻮُﻏﺎّﻄﻟا ُﻢُﻬُﺋﺎﻴِﻟْوَا اوُﺮَﻔَﻛ َﻦﻳﺬﱠﻟاَو ... اﻮُﻨَﻣآ َﻦﻳﺬﱠﻟا ﱡ ِﱃَو ُﻪﻠﻟَا
“Allah iman gətirən kəslərin məbududur. Amma kafirlərin məbudu 
isə tağutdur.”
Bu ayədə “vəli” sözü “məbud” mənasındadır və möminlərin 
məbudu Allah, kafirlərin məbudu isə tağut,  şeytan və onların nəfsi 
istəkləridir. 
3. Həmin söz Quranda “yol göstərən” və “bələdçi” mənalarında da 
işlənmişdir. “Kəhf” surəsinin 17-ci ayəsində oxuyuruq:
ًاﺪ ِﺷْﺮُﻣ ًﺎّﻴِﻟَو ُﻪَﻟ َﺪِﺠَﺗ ْﻦَﻠَﻓ  ْﻞِﻠ ْﻀُﻳ ْﻦَﻣَو
“Sən Allahın zəlalətə saldığı bir kimsə üçün əsla yol göstərən və 
bələdçi tapa bilməzsən!” 
Bu ayədə də müşahidə etdiyiniz kimi, “vəli” sözü “yol göstərən” 
və “bələdçi” mənalarında istifadə edilmişdir. 
4. Bu kəlmənin (vəli)  şamil olduğu  əksər ayələrdə “vəli” sözü 
“rəhbər” və “ixtiyar sahibi” mənalarında işlənmişdir. Həmin ayələrdən 
olan nümunələrə nəzər salın:
a) “Şura” surəsinin 27-ci ayəsində belə buyurulur:
ﺪﻴِﻤَﺤْﻟا ﱡ ِﱃَﻮْﻟا َﻮُﻫَو ُﻪَﺘَﻤْﺣَر ُ ُﴩْﻨَﻳَو اﻮُﻄَﻨَﻗ ﺎـﻣ ِﺪْﻌَﺑ ْﻦِﻣ  َﺚْﻴَﻐْﻟا  ُلﱢﺰَﻨُﻳ يﺬﱠﻟا َﻮُﻫَو
“(İnsanlar) naümid olduqdan sonra faydalı yağışı nazil edən və öz 
rəhmətini yayan odur və odur başçı, dost, yardımçı və (bütün sifət və 
işləri) təriflənmiş!”
“Vəli” sözü bu ayədə “ixtiyar sahibi” və “rəhbər” mənasındadır, 
həmçinin “vilayət” də təkvini vilayətdir. 
b) Təşrii vilayətdən bəhs edən “İsra” surəsinin 33-cü ayəsində 
buyurulur:
ًﺎﻧﺎﻄْﻠ ُﺳ ِﻪﱢﻴِﻟَﻮِﻟ ﺎﻨْﻠَﻌَﺟ ْﺪَﻘَﻓ ًﺎﻣﻮُﻠْﻈَﻣ  َﻞِﺘُﻗ ْﻦَﻣَو
“Biz məzlumcasına (haqsız yerə) öldürülmüş  şəxsin qəyyumuna 
hökmranlıq (qisas, qanbahası almaq və yaxud bağışlamaq ixtiyarı) 
vermişik.”
Bu ayədə “vəli” sözü “ixtiyar sahibi” və “qəyyum” mənasında 
işlənmişdir. Çünki qisas almaq hökmü dosta deyil, öldürülən  şəxsin 
varis və qəyyumuna şamildir. 
c) Qurani-Kərimin  ən uzun və borc verərkən onun yazılması
1
 ilə 
1. Borcun yazılması ilə bağlı ən uzun ayə olmasına baxmayaraq, təəssüflər olsun ki, bu hökm 


                                                                                                  49
bağlı ayələrindən olan “Bəqərə” surəsinin 282-ci ayəsində oxuyuruq:
ِلْﺪَﻌﻟﺎﺑ ُﻪﱡﻴِﻟَو  ْﻞِﻠْﻤُﻴﻠَﻓ
“Əgər boynunda haqqı olan şəxs səfeh, zəif (az yaşlı) və ya dilində 
olan qüsur səbəbilə söyləməyə qadir deyilsə, onun qəyyumu  ədalətlə 
imla etsin.” 
Bu ayədə də “vəli” sözü “qəyyum” və “ixtiyar sahibi” mənasında 
işlənmişdir. 
d) “Ənfal” surəsinin 34-cü ayəsində belə buyurulur:
َنﻮُﻘﱠﺘُﻤْﻟا ﱠﻻِإ  ُﻩُؤﺎﻴِﻟْوَأ ْنِا ُﻪَﺋﺎﻴِﻟْوَأ اﻮُﻧﺎـﻛ ﺎـﻣَو  ِماﺮَﺤْﻟا ِﺪِﺠ ْﺴَﻤْﻟا ِﻦَﻋ َنوﱡﺪ ُﺼَﻳ ْﻢُﻫَو
“Məscidül-Həramın başçısı olmaya-olmaya insanları ora daxil 
olmaqdan saxladıqları (camaatın ora daxil olmalasına mane olduqları) 
halda, Allah onlara nə üçün əzab verməməlidir? Oranın başçısı yalnız 
pərhizkarlardırlar, lakin çoxları bilmirlər.”
“Vəli” sözü bu ayədə “başçı” mənasındadır və aydındır ki, kafir 
və müşriklərin belə müqəddəs məkanla irtibat və ona məhəbbətləri 
yoxdur. 
e) “Məryəm” surəsinin 5-ci ayəsində də bu cür oxuyuruq:
َبﻮُﻘْﻌَﻳ ِلآ ْﻦِﻣ  ُثِﺮَﻳَو ﻰﻨُﺛِﺮَﻳ ًﺎّﻴِﻟَو  َﻚْﻧُﺪَﻟ ْﻦِﻣ ﱃ  ْﺐَﻬَﻓ
“(Ey mənim Rəbbim!) Öz dərgahından mənə və Ali-Yaquba (Yaqub 
nəslinə) varis olacaq bir övlad bəxş et!” 
Aydın məsələdir ki, vərəsə vəlinin vəfatından sonra onun malı və 
mirasının sahibidir, nəinki, ona nisbətdə dost və köməkçi. 
“Vəli” kəlməsinin Quran ayələrində müxtəlif mənalarda işlənməsi 
və  əksər hallarda “ixtiyar sahibi” və “rəhbər” mənasında olması 
nəticəsinə gəlirik. 
Bəhs edilən ayədəki “vəli” sözündə məqsəd 
nədir?
Qeyd edilənlərə diqqət etməklə, “Vilayət” ayəsində işlənmiş “vəli” 
sözündə  məqsəd nədir? “Vəli” sözü bu ayədə “dost”, “köməkçi” və 
“qəyyum” mənasındadırmı?  Əgər belədirsə, həmin məsələ Quranda 
işlənmiş  əksər mənalarla müxalif və ziddiyyət təşkil edir. İnsaf bu 
ayədəki “vəli” sözünün “dost” və “köməkçi” mənasında olmasını 
bildirməkdə deyil, onun “ixtiyar sahibi” və “rəhbər” mənasında 
olduğunu söyləməkdədir. Alınan nəticə belədir:
müsəlmanlar arasında tərk olunmuş və həmin sünnənin tərk olunması nəticəsində, də bir çox 
çətinlik və problemlər meydana gəlmişdir.


          50             
                                            
Əbülqasim Əlyan Nejadi
Birincisi, ayənin  əvvəlində  gələn “innəma” 
(ﺎَﻤﱠﻧِﺇ)
  kəlməsi həsr 
və  məxsusluğu bildirir. Yəni, fəqət bu üç dəstə möminlərin vəlisi 
və  rəhbəridir.  Əgər “dost” mənasında olsa, həsr və  məxsusluqdan 
danışmaq faydasız olar. Beləliklə, aydın olur ki, həmin üç dəstədən 
başqa, digərləri də möminlərin dostu və köməkçisidir. Bundan əlavə, 
əgər “vəli” sözü “dost” mənasında olsaydı, “iman gətirən kəslər” 
َﻦﻳﺬﱠﻟﺍ) 
(ﺍﻮُﻨَﻣﺁ
 üçün “namaz qılan və rüku halında ikən zəkat verən” qeydinə 
ehtiyac qalmazdı, çünki bütün möminlər, hətta namaz halında və 
ümumiyyətlə, namaz qılan belə olmasa da müsəlmanların dost və 
köməkçisi ola bilərdi. Nəticədə, həsr və məxsusluğu bildirən “innəma” 
(ﺎَﻤﱠﻧِﺇ)
 kəlməsindən və ayədə “iman gətirən kəslər”
 (ﺍﻮُﻨَﻣﺁ َﻦﻳﺬﱠﻟﺍ) 
barəsində 
işlədilən çoxlu saydakı qeydlərdən “vilayət”in “dostluq” və “nüsrət” 
mənasında deyil, əksinə “rəhbər” və “ixtiyar sahibi” mənasında olması 
başa düşülür. Yəni, Allah, Peyğəmbər (s) və möminlər (ayədə  gələn 
şərtlərə uyğun olaraq) sizin rəhbər və ixtiyar sahibinizdir. 
İkincisi, 
bəhs etdiyimiz ayənin ardınca gələn “Maidə” surəsinin 
56-cı ayəsi bizim iddia etdiklərimizə ən yaxşı dəlil və şahid dir.  Allah-
taala həmin ayədə buyurur: 
َنﻮُﺒِﻟﺎﻐْﻟا ُﻢُﻫ ِﻪﻠﻟا  َبْﺰِﺣ ﱠنِﺎَﻓ اﻮﻨَﻣآ َﻦﻳﺬﱠﻟاَو ُﻪَﻟﻮُﺳَرَو َﻪﻠﻟا  ﱠلَﻮَﺘَﻳ ْﻦَﻣَو
“Kim Allahı, onun Peyğəmbərini və iman gətirənləri (öz) sahib və 
başçı(sı) kimi qəbul etsə, (Allahın  firqəsindəndir və)  şübhəsiz, Allah 
firqəsi qalib gələnlərdir.” 
“Hizb” sözü “mütəşəkkil olan cəmiyyət” mənasındadır və onların 
qələbəsi ictimai bir hərəkat və fəaliyyətlə bağlıdır. Beləliklə, barəsində 
bəhs etdiyimiz yuxarıdakı ayə ilə rabitəli və onunla eyni zamanda nazil 
olmuş bu ayədən belə bir nəticə əldə olunur ki, ayədə istifadə edilən 
“vilayət”də məqsəd siyasi və hakimiyyətlə bağlı olan vilayətdir. Onda, 
ayənin mənası belə olacaqdır: “Allahın, onun Peyğəmbəri və 
ﺍﻮُﻨَﻣﺁ َﻦﻳﺬﱠﻟﺍ 
– iman gətirən kəslərin hakimiyyətini qəbul edən şəxslər – belə hizb 
(qrup) və cəmiyyət qalibdir.” 
Nəticədə, “Vilayət” ayəsinin söz və cümlələrində dərindən düşünüb 
təfəkkür etdikdə və ayə barəsində nəql edilən çoxlu saydakı rəvayətləri 
nəzərə almadıqda, aydın olur ki, ayədə istifadə edilən “vəli” sözünün 
mənası “rəhbər”, “imam” və “öndərdir” və Allah, Peyğəmbər (s) və 
ﺍﻮُﻨَﻣﺁ َﻦﻳﺬﱠﻟﺍ
 – iman gətirən kəslərin hakimiyyətini, əlbəttə, onun deyilən 
şərtləri ilə birlikdə  qəbul edən  şəxslər qalibdirlər və onlara Allah 


Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə