44
Əbülqasim Əlyan Nejadi
demişdi: “Mən həzrət Əliyə (ə) məhəbbət
bəsləyirəm və ona qəlbimdə
sevgim var, amma kimsə şaha qarşı müxalifətçilik etsə, onun uğrunda
milyonlarla adamı qətlə yetirməyə hazıram.” Görəsən, bu cür əməl və
rəftar vilayətlə uyğun gəlirmi, yoxsa, belə bir vilayət yalançı (aldadıcı)
bir vilayətdir?
Bəli, vilayət bütün əməl, rəftar və düşüncənin məsum imamların
(ə) danışıq, əməl və əqidəsinə uyğun olması deməkdir.
45
3 “VİLAYƏT” AYƏSİ
َنﻮُﻌِﻛاَر ْﻢُﻫَو َةﺎَﻛﱠﺰﻟا َنﻮُﺗْﺆُﻳَو َةَﻼ ﱠﺼﻟا َنﻮُﻤﻴِﻘُﻳ َﻦﻳِﺬﱠﻟا ْاﻮُﻨَﻣآ َﻦﻳِﺬﱠﻟاَو ُﻪُﻟﻮُﺳَرَو ُﻪّﻠﻟا ُﻢُﻜﱡﻴِﻟَو ﺎَ ﱠنمِإ
“Həqiqətən, sizin rəhbəriniz Allah, onun rəsulu və iman gətirən
kəslərdir – o kəslər ki, namaz qılır və rüku halında zəkat verirlər.”
“Maidə” surəsi, ayə 55
Bəhsə qısa bir nəzər
“Maidə” surəsi vilayət ayələrinin mühüm bir qismini təşkil edir.
Bu surə İslam Peyğəmbərin (s) ömrünün sonlarında nazil olunmuşdur.
Digər tərəfdən, vilayət və canişinlik məsələsi də təbii olaraq, o həzrətin
(s) ömrünün axırlarında bəyan edilmişdi və bu səbəbdən, həmin surə
çoxlu sayda vilayət ayələrini əhatə edir.
Hər halda, yuxarıda qeyd edilən ayə də – ona izah veriləcək – açıq-
aşkar Əmirəl-möminin Əlinin (ə) vilayətinə dəlalət
edən digər bir
ayədir.
46
Əbülqasim Əlyan Nejadi
Şərh və təfsir
Vəlinin (rəhbərin) nişanələri
ﹾ
ﺍﻮُﻨَﻣﺁ َﻦﻳِﺬﱠﻟﺍَﻭ ُﻪُﻟﻮُﺳَﺭَﻭ ﱡﷲﺍ ُﻢُﻜﱡﻴِﻟَﻭ ﺎَﻤﱠﻧِﺇ
“Həqiqətən, sizin rəhbəriniz Allah, onun
rəsulu və iman gətirən kəslərdir.”
–
Bilirik ki, ərəb qrammatikasında
ﺎﹶ ﱠﳕﹺﺇ (innəma) kəlməsi “həsr” və “məxsusluq” bildirmək mənasındadır
və onun dilimizdəki qarşılığı “fəqət” və ya “həqiqətən” sözləridir.
Beləliklə, sizin rəhbər və vəliniz möminlərdir və onlar fəqət üç
dəstədir ki, bu ayədə bildirilmişdir və həmin üç dəstədən başqa, heç
kəs möminlərin vəlisi hesab edilmir. Həmin üç dəstə aşağıdakılardır:
1. Allah, 2. Peyğəmbər (s), 3. İman gətirən kəslər
( ﺍﻮُﻨَﻣﺁ َﻦﻳِﺬﱠﻟﺍَ )
.
Əlbəttə, bütün möminlər deyil, ayənin davamında gələn şərtə əsasən,
onların bəziləridir.
َﻥﻮُﻌِﻛﺍَﺭ ْﻢُﻫَﻭ َﺓﺎَﻛﱠﺰﻟﺍ َﻥﻮُﺗْﺆُﻳَﻭ َﺓَﻼ ﱠﺼﻟﺍ َﻥﻮُﻤﻴِﻘُﻳ َﻦﻳِﺬﱠﻟﺍ
“O kəslər ki, namaz qılır və
rüku halında zəkat verirlər.”
– Üçüncü
dəstədən olanlar möminlərdir,
amma onların hamısı deyil, əksinə birincisi, namaz qılırlar, ikincisi,
namaz qılmaqdan əlavə, zəkat ödəyirlər, üçüncüsü, zəkatı rüku
halında və ona ehtiyaclı olana verirlər.
Nəticədə, siz möminlərin vəli və rəhbəri fəqət üç dəstədir:
Allah, Peyğəmbər (s) və iman gətirərək namaz qılan və rüku halında
zəkat verənlər.
Sual:
Bu ayədəki ﹾ
ﺍﻮُﻨَﻣﺁ َﻦﻳِﺬﱠﻟﺍ
(iman gətirən kəslər) kimdir? “Vəli”
sözü hansı mənadadır? Yuxarıdakı ayədə iki cəhətdən anlaşılmazlıq
var.
Birincisi, ayədəki “vəli” sözündə məqsəd nədir? “Vəli” sözünün
müxtəlif mənaları olduğundan, bu ayədə işlənmiş həmin sözün
mənasını aydınlaşdırmalıyıq.
İkincisi, ﹾ
ﺍﻮُﻨَﻣﺁ َﻦﻳِﺬﱠﻟﺍ
(əlləzinə amənu) sözündə üç cür qeydin olmasına
baxmayaraq, məqsəd kimdir? Görəsən, ayədəki məqsəd xüsusi bir
şəxsdir, yoxsa, ayə həmin üç xüsusiyyətə malik olan bütün şəxslərə də
şamildirmi?
Cavab:
Bu sualların cavabı aydın
olsun deyə, əvvəlki ayələrdə
bəhrələndiyimiz iki üsuldan istifadə edəcək və daha sonra digər suallar
və bəhanə axtarışında olan fərdlərin təəssübkeşliyinə – təəssübkeşlik
47
onların haqq və həqiqəti anlamasına mane olmuşdur – cavab verəcəyik.
Birinci yol: Ayəni hədisləri nəzərə almadan
təfsir etmək
Əvvəlcə, “vəli” sözünü bəyan və şərh edirik, çünki bu sözün
mənası aydınlaşsa, digər məsələlərin çoxu həll ediləcək. Əhli-sünnə
təfsirçilərinin əksəriyyəti ayənin aşkar olan mənasını xitab
etdikləri
şəxslərin diqqətindən yayındırmaq üçün “vəli” sözü barədə həddən
artıq çox – iyirmi yeddi məna
1
xatırlatmışlar ki, həmin sözün bir sıra
müxtəlif mənaları bildirməkdə müştərək olduğunu və Allahın bu ayədə
hansı mənanı iradə etdiyini (nəzərdə tutuduğunu) bilmədiklərini
desinlər. Onların nəzərincə, ayə anlaşılmazdır və heç bir şeyə dəlalət
etmir.
Amma lüğətlərə müraciət
və lüğət mütəxəssislərinin
(leksikoloqların) nəzəriyyələri ilə bağlı mütaliələr etdikdə, müşahidə
edirik ki, onlar “vəli” sözü ilə əlaqədar iki və üç mənadan artıq bir
məna göstərməmişlər və digər mənalar da həmin üç mənaya qayıdır.
O üç məna aşağıdakılardan ibarətdir:
1. “Vəli” sözü – “dost”, “köməkçi” və “kömək edən” mənasındadır.
“Vilayət” isə “kömək” və “nüsrət” mənasını bildirir.
2. “Vəli” sözü üçün deyilən ikinci məna “rəhbər” və “ixtiyar
sahibi”dir və nəticədə, həmin söz bu mənalardadır.
3. “Vəli” sözünün üçüncü mənası “dost” və “rəfiq”dir (onlar
insana kömək etməsələr belə, həmin mənadadır). Nəticədə, rəfiqlik və
dostluq bir-biri ilə yardımlaşmaya əsaslanır deyə, üçüncü məna birinci
mənaya qayıdır. Deməli, lüğət alimlərinin nəzərində “vəli” sözü iki
əsas mənaya malikdir və digər mənalar da bu iki mənaya qayıdır.
Quranda “vəli” sözünün işlədilməsi
İndi isə Qurana üz tutaraq bu sözün həmin müqəddəs kitabda
işlənən mənalarını araşdırırıq. “Vəli” və “övliya” sözü Qurani-Kərimdə
yetmiş dəfəyə yaxın işlənmiş və müxtəlif mənaları ifadə etmişdir.
1. “Bəqərə” surəsinin 107-ci ayəsi kimi bəzi ayələrdə “dost”,
“köməkçi və kömək edən” mənalarında istifadə edilmişdir. Həmin
ayədə Allah buyurur:
يرﺼَﻧ ﻻَو ﱟ ِﱃَو ْﻦِﻣ ِﻪﻠﻟا ِنوُد ْﻦِﻣ ْﻢُﻜَﻟ ﺎـﻣَو
“Allahdan başqa, sizə kömək edən biri və yardımçı yoxdur.”
1. Mərhum Əllamə Əmini dəyərli “Əl-Qədir” kitabı, 1-ci cild, səh. 362-də həmin iyirmi
yeddi ehtimalı qeyd etmişdir.