Imamet indd



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə15/112
tarix07.08.2018
ölçüsü3,35 Mb.
#60958
1   ...   11   12   13   14   15   16   17   18   ...   112

          44             
                                            
Əbülqasim Əlyan Nejadi
demişdi: “Mən həzrət Əliyə (ə) məhəbbət bəsləyirəm və ona qəlbimdə 
sevgim var, amma kimsə şaha qarşı müxalifətçilik etsə, onun uğrunda 
milyonlarla adamı qətlə yetirməyə hazıram.” Görəsən, bu cür əməl və 
rəftar vilayətlə uyğun gəlirmi, yoxsa, belə bir vilayət yalançı (aldadıcı) 
bir vilayətdir? 
Bəli, vilayət bütün əməl, rəftar və düşüncənin məsum imamların 
(ə) danışıq, əməl və əqidəsinə uyğun olması deməkdir. 


                                                                                                  45
3 “VİLAYƏT” AYƏSİ
َنﻮُﻌِﻛاَر ْﻢُﻫَو َةﺎَﻛﱠﺰﻟا َنﻮُﺗْﺆُﻳَو َةَﻼ ﱠﺼﻟا َنﻮُﻤﻴِﻘُﻳ َﻦﻳِﺬﱠﻟا ْاﻮُﻨَﻣآ َﻦﻳِﺬﱠﻟاَو ُﻪُﻟﻮُﺳَرَو ُﻪّﻠﻟا ُﻢُﻜﱡﻴِﻟَو ﺎَ ﱠنمِإ
“Həqiqətən, sizin rəhbəriniz Allah, onun rəsulu və iman gətirən 
kəslərdir – o kəslər ki, namaz qılır və rüku halında zəkat verirlər.”
“Maidə” surəsi, ayə 55
Bəhsə qısa bir nəzər
“Maidə” surəsi vilayət ayələrinin mühüm bir qismini təşkil edir. 
Bu surə İslam Peyğəmbərin (s) ömrünün sonlarında nazil olunmuşdur. 
Digər tərəfdən, vilayət və canişinlik məsələsi də təbii olaraq, o həzrətin 
(s) ömrünün axırlarında bəyan edilmişdi və bu səbəbdən, həmin surə 
çoxlu sayda vilayət ayələrini əhatə edir. 
Hər halda, yuxarıda qeyd edilən ayə də – ona izah veriləcək – açıq-
aşkar  Əmirəl-möminin  Əlinin (ə) vilayətinə  dəlalət edən digər bir 
ayədir. 


          46             
                                            
Əbülqasim Əlyan Nejadi
Şərh və təfsir
Vəlinin (rəhbərin) nişanələri

ﺍﻮُﻨَﻣﺁ َﻦﻳِﺬﱠﻟﺍَﻭ ُﻪُﻟﻮُﺳَﺭَﻭ ﱡﷲﺍ ُﻢُﻜﱡﻴِﻟَﻭ ﺎَﻤﱠﻧِﺇ
 
“Həqiqətən, sizin rəhbəriniz Allah, onun 
rəsulu və iman gətirən kəslərdir.” 
Bilirik ki, ərəb qrammatikasında 
ﺎﹶ ﱠﳕﹺﺇ (innəma) kəlməsi “həsr” və “məxsusluq” bildirmək mənasındadır 
və onun dilimizdəki qarşılığı “fəqət” və ya “həqiqətən” sözləridir. 
Beləliklə, sizin rəhbər və  vəliniz möminlərdir və onlar fəqət üç 
dəstədir ki, bu ayədə bildirilmişdir və həmin üç dəstədən başqa, heç 
kəs möminlərin vəlisi hesab edilmir. Həmin üç dəstə aşağıdakılardır:
1. Allah, 2. Peyğəmbər (s), 3. İman gətirən kəslər 
(  ﺍﻮُﻨَﻣﺁ  َﻦﻳِﺬﱠﻟﺍَ )

Əlbəttə, bütün möminlər deyil, ayənin davamında gələn şərtə əsasən, 
onların bəziləridir. 
َﻥﻮُﻌِﻛﺍَﺭ ْﻢُﻫَﻭ َﺓﺎَﻛﱠﺰﻟﺍ َﻥﻮُﺗْﺆُﻳَﻭ َﺓَﻼ ﱠﺼﻟﺍ َﻥﻮُﻤﻴِﻘُﻳ َﻦﻳِﺬﱠﻟﺍ
 
“O kəslər ki, namaz qılır və 
rüku halında zəkat verirlər.” 
– Üçüncü dəstədən olanlar möminlərdir
amma onların hamısı deyil, əksinə birincisi, namaz qılırlar, ikincisi, 
namaz qılmaqdan  əlavə, zəkat ödəyirlər, üçüncüsü, zəkatı rüku 
halında və ona ehtiyaclı olana verirlər. 
Nəticədə, siz möminlərin vəli və rəhbəri fəqət üç dəstədir:
Allah, Peyğəmbər (s) və iman gətirərək namaz qılan və rüku halında 
zəkat verənlər. 
Sual:
 Bu ayədəki  ﹾ
ﺍﻮُﻨَﻣﺁ  َﻦﻳِﺬﱠﻟﺍ
 (iman gətirən kəslər) kimdir? “Vəli” 
sözü hansı  mənadadır? Yuxarıdakı ayədə iki cəhətdən anlaşılmazlıq 
var. 
Birincisi, ayədəki “vəli” sözündə  məqsəd nədir? “Vəli” sözünün 
müxtəlif mənaları olduğundan, bu ayədə  işlənmiş  həmin sözün 
mənasını aydınlaşdırmalıyıq. 
İkincisi, ﹾ
ﺍﻮُﻨَﻣﺁ َﻦﻳِﺬﱠﻟﺍ
 (əlləzinə amənu) sözündə üç cür qeydin olmasına 
baxmayaraq, məqsəd kimdir? Görəsən, ayədəki məqsəd xüsusi bir 
şəxsdir, yoxsa, ayə həmin üç xüsusiyyətə malik olan bütün şəxslərə də 
şamildirmi? 
Cavab:
 Bu sualların cavabı aydın olsun deyə,  əvvəlki ayələrdə 
bəhrələndiyimiz iki üsuldan istifadə edəcək və daha sonra digər suallar 
və bəhanə axtarışında olan fərdlərin təəssübkeşliyinə – təəssübkeşlik 


                                                                                                  47
onların haqq və həqiqəti anlamasına mane olmuşdur – cavab verəcəyik. 
Birinci yol: Ayəni hədisləri nəzərə almadan 
təfsir etmək
Əvvəlcə, “vəli” sözünü bəyan və  şərh edirik, çünki bu sözün 
mənası aydınlaşsa, digər məsələlərin çoxu həll ediləcək.  Əhli-sünnə 
təfsirçilərinin  əksəriyyəti ayənin aşkar olan mənasını xitab etdikləri 
şəxslərin diqqətindən yayındırmaq üçün “vəli” sözü barədə  həddən 
artıq çox – iyirmi yeddi məna
1
 xatırlatmışlar ki, həmin sözün bir sıra 
müxtəlif mənaları bildirməkdə müştərək olduğunu və Allahın bu ayədə 
hansı  mənanı iradə etdiyini (nəzərdə tutuduğunu) bilmədiklərini 
desinlər. Onların nəzərincə, ayə anlaşılmazdır və heç bir şeyə dəlalət 
etmir. 
Amma lüğətlərə müraciət və lüğət mütəxəssislərinin 
(leksikoloqların) nəzəriyyələri ilə bağlı mütaliələr etdikdə, müşahidə 
edirik ki, onlar “vəli” sözü ilə  əlaqədar iki və üç mənadan artıq bir 
məna göstərməmişlər və digər mənalar da həmin üç mənaya qayıdır. 
O üç məna aşağıdakılardan ibarətdir: 
1. “Vəli” sözü – “dost”, “köməkçi” və “kömək edən” mənasındadır. 
“Vilayət” isə “kömək” və “nüsrət” mənasını bildirir. 
2. “Vəli” sözü üçün deyilən ikinci məna “rəhbər” və “ixtiyar 
sahibi”dir və nəticədə, həmin söz bu mənalardadır. 
3. “Vəli” sözünün üçüncü mənası “dost” və “rəfiq”dir (onlar 
insana kömək etməsələr belə, həmin mənadadır). Nəticədə, rəfiqlik və 
dostluq bir-biri ilə yardımlaşmaya əsaslanır deyə, üçüncü məna birinci 
mənaya qayıdır. Deməli, lüğət alimlərinin nəzərində “vəli” sözü iki 
əsas mənaya malikdir və digər mənalar da bu iki mənaya qayıdır. 
Quranda “vəli” sözünün işlədilməsi
İndi isə Qurana üz tutaraq bu sözün həmin müqəddəs kitabda 
işlənən mənalarını araşdırırıq. “Vəli” və “övliya” sözü Qurani-Kərimdə 
yetmiş dəfəyə yaxın işlənmiş və müxtəlif mənaları ifadə etmişdir. 
1. “Bəqərə” surəsinin 107-ci ayəsi kimi bəzi ayələrdə “dost”, 
“köməkçi və kömək edən” mənalarında istifadə edilmişdir. Həmin 
ayədə Allah buyurur:
يرﺼَﻧ ﻻَو ﱟ ِﱃَو ْﻦِﻣ ِﻪﻠﻟا ِنوُد ْﻦِﻣ ْﻢُﻜَﻟ ﺎـﻣَو
“Allahdan başqa, sizə kömək edən biri və yardımçı yoxdur.”
1.   Mərhum  Əllamə  Əmini dəyərli “Əl-Qədir” kitabı, 1-ci cild, səh. 362-də  həmin iyirmi 
yeddi ehtimalı qeyd etmişdir.


Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə