Imamet indd



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə18/112
tarix07.08.2018
ölçüsü3,35 Mb.
#60958
1   ...   14   15   16   17   18   19   20   21   ...   112

          54             
                                            
Əbülqasim Əlyan Nejadi
kürəyimi möhkəmləndir.” Əbuzər hədisin davamında çox gözəl şəkildə 
belə deyir: “Allaha and olsun ki, hələ Peyğəmbərin (s) sözləri sona 
çatmamış Cəbrayıl nazil oldu və ….
ﻭ ﷲﺍ ﻢﻜﹼﻴﻟﻭ ﺎ ﹼﳕﺍ. ayəsini Peyğəmbərə 
(s) oxudu.””
Fəxri Razi bu üç rəvayəti nəql etdikdən sonra deyir: “Bu məsələ 
barədə gəlib çatan rəvayətlərin məcmusu elə üç rəvayətdən ibarətdir.”.
1
 
İki mətləbin xatırladılması
1. Əbuzərin nəql etdiyi rəvayət həzrət Əlinin (ə) verdiyi sədəqənin 
sadəcə kömək məqsədi ilə olmadığını, əksinə səhabə və müsəlmanların 
toplanma mərkəzi olan Peyğəmbər (s) məscidinin  əzəmət və 
ehtiramının qorunmasına xidmət etdiyini də nişan verir. Çünki kömək 
istəyən şəxs əzəmət və ehtirama malik Peyğəmbər (s) məscidində ona 
yardım edilmədiyindən, Allaha şikayət edir. Nəticədə, namazın rüku 
halında həzrət  Əlinin (ə) o şəxsə  sədəqə verməsi onun ehtiyaclarını 
ödəməkdən əlavə, Peyğəmbər (s) məscidinin əzəmət və ehtiramı, həm 
də səhabələrin etibarının qorunmasına səbəb olmuşdur. 
2. Fəxri Razinin sözügedən ayə ilə bağlı  “Əlimizə  gəlib çatan 
rəvayətlərin sayının cəmi üç ədəd olması”nı deməsi əsassız iddiadan 
ibarətdir. Məlum olduğu kimi, bu zəminədə  qırxdan artıq rəvayət 
mövcuddur və maraqlı burasındadır ki, onların  əksəriyyəti  əhli-
sünnədən nəql edilmişdir. Amma təəssüf edilməli məsələ  təəssüb 
və  tərsliyin insana üz gətirdiyi zaman alim olmasına baxmayaraq, 
Fəxri Razi kimi birindən gözlənilməyən sözlərin deyilməsinə  səbəb 
olmasıdır. Bundan əlavə,  əlimizə bu ayə barədə sadəcə  qırxa yaxın 
rəvayət gəlib çatmasına əsasən, biz tarix ərzində həmin zəminədə onun 
neçə bərabəri olan rəvayətlərin də aradan getdiyini iddia edə bilərik. 
Xüsusən, tarixin Bəni-Üməyyə dövrü kimi qaranlıq bir dövründə 
Əhli-beytin (ə) və ümdə olaraq Əmirəl-mömininin (ə) fəzilətlərinin 
camaat arasında yayılması ilə bağlı mübarizə aparılmış  və o həzrət 
barəsində bir çox fəzilətlərdən xəbərdar olan şəxlər onları deməyə 
cürət etməmiş və həmin fəzilətlərlə bağlı məlumatları özləri ilə qəbrə 
aparmışlar. Həmin zamanlarda elə bir vəziyyət yaranmışdı ki, əgər 
bir kəs o həzrətin fəzilətlərini dilə gətirərdisə, hakimiyyət tərəfindən 
təqib edilir və bir sıra  əziyyətlərə  məruz qalırdı, hətta kiminsə öz 
övladının adını  Əli qoymağa belə ixtiyarı yox idi. Bunları  nəzərə 
almaqla, əlimizdəki qırx hədisə istinadən biz də cürətlə deyə bilərik ki, 
tarix ərzində həmin hədislərin neçə bərabəri aradan aparılaraq məhv 
edilmişdir. 
1. «Təfsirul-kəbir”, c.12, səh. 26.


                                                                                                  55
Nəticədə, bu ayə barəsində gəlib çatan rəvayətlərin təvatür həddəki 
say çoxluğu və onlara geniş və müfəssəl şəkildə şərhlər verilməsi ilə 
ﺎﳕﺇ) 
 (ﷲﺍ ﻢﻜﻴﻟﻭ
ayəsinin həzrət Əmirəl-möminin (ə) barəsində nazil edilməsi 
və o həzrətin Allah və Peyğəmbərdən (s) sonra müsəlmanların rəhbər, 
imam və öndəri olması kimi düşünülməsinə heç bir şəkk-şübhə yeri 
qalmır. 
Bəhanə və iradlar
Ayənin Əmirəl-mömininin (ə) vilayətinə açıq-aşkar şəkildə dəlalət 
etməsi ilə yanaşı, bəzi alimlər ayənin işarə etdiyi mövzu barəsində bir 
sıra iradlar bəyan etmişlər və  həmin iradların  əksəriyyətinin sual və 
irad qəlibində olmasına baxmayaraq, həqiqətdə, onlar bəhanələrdir.
1
 
Birinci irad:  “İnnəma” sözü həsr və məxsusluğa dəlalət 
etmir
Ötən bəhslərdə qeyd etdiyimiz kimi, yuxarıdakı ayəyə  gətirilən 
dəlillər üç məsələ üzərində möhkəmlənmişdir. (ﺎﻤﱠﻧﺇ)'>Birincisi, 
(ﺎﻤﱠﻧﺇ)
 
“innəma” sözü həsr və məxsusluğu bildirir və vilayəti ayədə gələnlərə 
əsaslanaraq üç dəstəyə şamil edir. Beləliklə, vilayət məsələsi onlardan 
başqası üçün sübuta yetmir. 
Əhli-sünnədən olan bəzi təfsirçilər 
(ﺎﻤﱠﻧﺇ)
 “innəma” sözünün həsr və 
məxsusluğu bildirmədiyini deyirlər, çünki həmin söz digər ayələrdə 
də işlənmiş, amma həsr mənasını ifadə etməmişdir. Onlar misal olaraq 
“Hədid” surəsinin 20-ci ayəsini göstərirlər. Ayədə deyilir:
ِدﻻْوَْﻻاَو ِلاﻮْﻣَْﻻا  ِﰱ ٌﺮُﺛﺎـﻜَﺗَو ْﻢُﻜَﻨْﻴَﺑ ٌﺮُﺧﺎـﻔَﺗَو ٌﺔَﻨﻳزَو ٌﻮْﻬَﻟَو  ٌﺐِﻌَﻟ ﺎـﻴْﻧﱡﺪﻟا ُةﺎـﻴَﺤْﻟا ﺎـ ﱠنمَأ اﻮُﻤَﻠْﻋِإ ...
“(Ey insanlar!) Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-
birinizin qarşısında öyünmək, mal-dövlət və oğul-uşağı çoxaltmaqdan 
ibarətdir.”
“İnnəma”
 (ﺎﻤﱠﻧﺇ)
  sözü bu ayədə “həsr” və “məxsusluq” mənasında 
1. Əlbəttə, sual və soruşmağın məchul və qaranlıq məsələlərin həlli, elm və biliyin əldə edilməsi 
ilə bağlı əsas rola malik olmasında şübhə yoxdur. Bu baxımdan, Quranın iki ayəsində tədqiqat 
və araşdırma üçün sual verilməsinə göstəriş verilmişdir. Allah-taala “Nəhl” surəsinin 43 və 
“Ənbiya” surəsinin 7-ci ayəsində buyurur:
 َﻥﻮُﻤَﻠْﻌَﺗ َﻻ ْﻢُﺘﻨُﻛ ﻥِﺇ ِﺮْﻛﱢﺬﻟﺍ َﻞْﻫَﺃ ْﺍﻮُﻟَﺄْﺳﺎَﻓ
“ Əgər bilmirsinizsə, zikr əhlindən soruşun!” Bu şərif ayə hər 
bir cəhətdən mütləq  şəkildədir. Yəni, hər hansı bir sualı olan şəxs onu bilənlərdən soruşa 
bilər. Bu barədə də çoxlu rəvayət və hədislər mövcuddur. Amma mühüm olan məsələ sualın 
həqiqətləri anlamaq üçün verilməsidir, nəinki, yuxarıda qeyd edilən ayə barəsində bəzi əhli-
sünnə alimlərinin təəssübkeşlik səbəbilə suallar verməsi.


          56             
                                            
Əbülqasim Əlyan Nejadi
deyil, çünki dünya həyatı təkcə ayədə gələnlərdən təşkil olunmamışdır, 
əksinə elm, təhsil, fəaliyyət və digər əldə edilən ləzzətlərə də şamildir. 
Nəticədə, bu ayədə 
 (ﺎﻤﱠﻧﺇ)
sözü həsr və məxsusluğu bildirmədiyi kimi
“Vilayət” ayəsində  də  həsr və  məxsusluğu ifadə etmir və sizin bu 
barədəki dəliliniz naqisdir. 
Cavab:
 Bu irad da sual formasında olan bəhanələrdəndir və bizim 
etiqadımız belədir:
Birincisi,
 
(ﺎﻤﱠﻧﺇ)
 “innəma” sözü bu ayədə  də  həsr və  məxsusluq 
mənasındadır və dünya, həqiqətdə, mömin və arif olan bir insanın 
nəzərində  əyləncə  və oyun-oyuncaqdan başqa, bir şey deyil. Siz 
dünyanın bər-bəzəyinə giriftar olmuş və elə hesab edirsiniz ki, dünya 
həmin məsələləri yox, digərlərini  əhatə edir, amma həqiqəti görən 
gözlərlə diqqət etsəniz, onda, qəsr və sarayların, məqam və cah-
cəlalın dünyaya pərəstiş edənlərin başını qatmaq üçün uşaq oyun-
oyuncağından başqa, bir şey olmadığını görəcəksiniz. 
İkincisi,
 bir yerdə 
(ﺎﻤﱠﻧﺇ)
 “innəma” sözünün öz həqiqi mənasında 
istifadə edilmədiyini fərz etsək, bu, həmin qeyri-həqiqi mənanı digər 
ayələrə də tətbiq etməyimiz üçün dəlil sayılmaz. Nəticədə, 
(ﺎﻤﱠﻧﺇ)
 sözü 
həsr və  məxsusluq mənasındadır və ayə ilə bağlı bizim dəlilimiz 
kamildir. 
İkinci irad: Namazda üzük bağışlamaq artıq bir işidir 
(hərəkətdir)
Əhli-sünnə tərəfindən bəyan edilən və daha çox bəhanəyə bənzəyən 
ikinci bir irad “Ayənin həzrət Əli (ə) barəsində nazil olduğunu qəbul 
edirik, amma bu işin Əli ibn Əbu Talib (ə) tərəfindən namazda yerinə 
yetirilməsi artıq (namazdan sayılmayan) bir işdir və namazda artıq bir 
iş (hərəkət) onun batil olmasına səbəb olur.” – demələridir. Görəsən, 
həzrət Əli (ə) namazın batil olması üçün artıq bir iş görərmi?
Cavab:
 Bu bəhanəyə cavab çox aydındır:
Birincisi,
 “artıq iş” adından da məlum olduğu kimi, namaza 
aidiyyatı olmayan və namazın halət və surətinin pozulmasına bais olan 
əlavə işlərə deyilir. Məsələn, namazın ortasında sevindirici bir xəbər 
eşidərək şadlanan və şadlığından əl çalmağa, yerində atılıb-düşməyə 
başlayan bir şəxsin əməlləri kimi. Amma namazda ehtiyaclı və dilənçi 
bir şəxsə barmağı ilə işarə etmək və hətta həzrətin barmağından üzüyü 
özü deyil, həmin şəxsin çıxarmasına səbəb olan hərəkət, görəsən, artıq 


Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə