Imamet indd



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə19/112
tarix07.08.2018
ölçüsü3,35 Mb.
#60958
1   ...   15   16   17   18   19   20   21   22   ...   112

                                                                                                  57
işdirmi?! 
1
Rəvayətə uyğun olaraq namaz qılan  şəxsin burnundan qan 
gəldiyində, əgər yaxınlığında su olarsa, burnunu yumasına və sonra 
namazı davam etdirməsinə icazə verildiyi halda, bu işin “artıq iş” 
olmasını necə deyirlər?! Yaxud da, öz yaxınlığında yırtıcı və təhlükəli 
bir heyvanın olduğunu müşahidə etdikdə, onu öldürməsi və sonra 
namazını davam etdirməsinə icazə verildiyinə  nə deyirsiniz?! Bütün 
bu işlər artıq iş deyil, amma bir işarə artıq işdirmi? 
İkincisi, 
(Allaha pənah aparırıq) bu irad və bəhanə Allaha tutulan 
iraddır, çünki həzrət Əlinin (ə) yerinə yetirdiyi həmin işlə bağlı nazil 
edilən ayədə o həzrət təriflənir.  Əgər o həzrətin işi namazın batil 
olmasına səbəb olsaydı, görəsən, Allah-taala onun mədhi ilə əlaqədar 
ayə nazil edərdimi? 
Belə nəticəyə gəlirik ki, bu irad da təəssüb, inadkarlıq və bəhanədən 
başqa, bir şey deyil. 
 Üçüncü irad: Üzük həddən artıq bahalı və qiymətli idi
Bəzi rəvayətlərə uyğun olaraq üzük həddən artıq bahalı və qiymətli 
bir üzük idi, hətta bəzilərinin dediklərinə görə, üzüyün qiyməti Şamat 
(Şam) kimi bir şəhərin gəlirinə  bərabər idi. Görəsən, belə bahalı  və 
qiymətli bir üzükdən istifadə etmək Əli ibn Əbu Talib (ə) üçün israf və 
haram deyildimi?
Cavab: 
Əlbəttə, bu bəhanənin də cavabı aydındır belə ki:
Birincisi,
 heç bir mötəbər rəvayətdə bu mətləb qeyd edilməmişdir, 
əksinə nəzərdə tutulan üzük adi və sadə bir üzük olmuşdur. Həmin 
dövrlərdə İran, Şamat (Şam) və digər şəhərlər hələ fəth edilməmiş və 
onun külli miqdarda olan sərvətləri müsəlmanların əlinə keçməmişdi, 
bundan  əlavə, onların fəthi Peyğəmbərin (s) vəfatından sonra və 
xəlifələr zamanında baş vermişdir. Eyni zamanda, xəlifə  və qüdrət 
sahibi olmasına baxmayaraq, həzrət  Əlinin (ə) yeməyi bir növ sadə 
yeməkdən ibarət idi. Adətən, o həzrət arpa unundan olan çörəklə 
kifayətlənər və sadə paltarlar geyinərdi. Belə olan halda, onun bu cür 
bahalı bir üzükdən istifadə etm əsi necə mümkün idi? 
Deməli, şübhə yoxdur ki, həmin zəif rəvayət nə digər rəvayətlərlə 
uyğunluq təşkil edir, nə də həzrət Əlinin (ə) yaşayış tərzi onu təsdiqləyir. 
Həmçinin, bu məsələnin tarixlə də uzlaşmayaraq şəxsi qərəzçilikdən 
düzəldildiyi aydın olur. 
İkincisi,
  həzrət  Əlinin (ə) haram və israfa səbəb olan və  həddən 
1.  Zəməxşəri özünün “Əl-Kəşşaf” təfsirinin 1-ci cild, 649-cu səhifəsində bu işin artıq iş 
olmadığını etiraf etmişdir.


          58             
                                            
Əbülqasim Əlyan Nejadi
artıq bahalı qiymətə malik üzüyə sahib olması və onu sədəqə verdiyi 
zaman Allahın da onu mədh etməsi necə mümkün ola bilər?! Ayənin 
belə bir şəxs və bü cür iş barəsində nazil olaraq onu mədh və  tərif 
etməsindən yuxarıda deyilən sözlərin boş  və  əsassız olduğunu və 
xüsusi məqsədlə hazırlandığını anlayırıq. 
Dördüncü irad: Bu iş (namazda) hüzuri-qəlblə uyğun 
gəlmir
Sual: 
Həzrət  Əlinin (ə) Allahı xatırlayıb zikr edərkən, xüsusən, 
namaz halında tamamilə hüzuri-qəlbə malik olmasına, Allahın camal 
və cəlal sifətlərində qərq olaraq ondan başqasına diqqət etməməsinə, 
ayağına batmış oxun çıxarılmasının adi və qeyri-namaz halında 
qeyri-mümkün və dözülməz olduğu, amma o həzrətin namaz qıldığı 
vaxt asanlıqla çıxarıldığına və onun heç bir ağrı hiss etməməsinə  və 
Allahda fəna olmasına, eyni zamanda, ondakı bu cür qeyri-adi hüzuri-
qəlbə  nəzər saldıqda, həzrət  Əlinin (ə) dilənçinin sözlərinə diqqət 
və namazın rükusunda ona yardım etdiyini necə söyləyə bilirsiniz?! 
Xülasə, namazdakı bu məsələ  həzrət  Əlidə  (ə) olan hüzuri 
-qəlblə 
uyğun gəlmir. 
Cavab: 
Birincisi,
 dilənçi öna kömək edilməsindən naümid olduqda, 
Allahla razu-niyaz edərək öz şikayətinə Allahın adı ilə başlayır:   
ﱠﻢُﻬّﻠﻟَﺍ   
 ﺪﻬﺷﺍ
“İlahi! Sən özün şahid ol...”
 
Deməli, Allahın adı idi ki, həzrət  Əlinin (ə) diqqətini dilənçiyə 
yönəltmişdir. Bunun namazda hüzuri-qəlbə malik olmaq və Allaha 
diqqətlə heç bir ziddiyyəti yoxdur. Bundan əlavə, bəyəm, camaat 
namazında pişnamaza iqtida edən (məmum) mükəbbirin (təkbir 
deyənin) səsini namazda eşitmir və ona uyğun hərəkət etmirmi? Əgər 
eşitməsə, onunla birlikdə necə namaz qıla bilər?! Yox, əgər eşidirsə, 
onda, heç bir camaat namazında hüzuri-qəlb mövcud deyilmi?! 
İkincisi, 
dilənçinin səsini eşitməkdə – onun barəsində hədislərdə 
“Allahın göndərdiyi” (elçisi) deyə ifadə edilmişdir – hansısa bir irad 
vardırmı? Allahın göndərdiyi şəxsin səsini eşitməyin hüzuri-qəlblə nə 
ziddiyyəti vardır?
1
Üçüncüsü:
  Məzlumun səsini eşitmək və  hətta namazda da olsa 
1.  Əmirəl-möminindən (ə) olan bir hədisdə belə  gəlmişdir: «Miskin və dilənçi Allahın 
göndərdiyidir, hər kəs onu geri çevirsə, sanki Allahı geri çevirmişdir və hər kəs ona bir şey 
versə, sanki Allaha bir şey vermişdir.» “Vəsailuş-şiə”, c.6, 23-cü bölmə, “Sədəqə” bölməsi, 
hədis 11.


                                                                                                  59
belə, onun çətinliyini həll etmək ibadət deyilmi?
1
  Əgər ibadətdirsə, 
bu, həzrət Əlinin (ə) diqqətini çəkmiş və həmin işi yerinə yetirmişdir. 
O həzrətin əməli iradtutulası deyil, əksinə ibadət içində ibadət hesab 
olunur. İradtutulası məsələ namazda insanın öz yaxınlarına diqqətidir, 
amma ehtiyaclı  və  məzlum olan birinə diqqət və ona kömək etmək 
ibadətdir və heç bir iradı yoxdur. 
Nəticədə, bu irad da yersizdir və  həqiqətdə, onu və ona bənzər 
iradları düzəldənlərin hədəfi həzrət Əlinin (ə) vilayəti ilə bağlı bizim 
dəlillərimizi zəiflətməkdir. 
Beşinci irad: Nə üçün ayədəki bütün əvəzliklər cəm 
halındadır?
Ötən bəhslərdə dediklərimizə  əsasən, ayə üç qrupdan olanların 
vilayəti barədədir və üçüncü dəstə barədə  gələn bütün əvəzliklər
fellər və s. cəm halındadır. Diqqət edin:
1. ﻦﻳﺬﱠﻟﺍ 2. ﺍﻮﻨﻣﺁ 3. ﻦﻳﺬﹼﻟﺍ 4. ﻥﻮﻤﻴﻘﻳ 5. ﻥﻮﺗﺆﻳ 6. ﻢﻫ 7. ﻥﻮﻌﻛﺍﺭ. 
Xatırladılan bu yeddi sözün hamısı cəm şəkildədir. Yəni, müxtəlif 
fərdlərin rüku halında fəqirə kömək etməsinə baxmayaraq, bütün 
rəvayətlər fəqət həzrət Əlinin (ə) rüku halında sədəqə verən şəxs kimi 
tanındırır. Bu mətləbə diqqət etməklə, ayənin nazil edilməsi ilə bağlı 
nəql edilən rəvayətlər ayə ilə uyğunluq təşkil edirmi?
Aydın məsələdir ki, əgər Qurani-Kərimin ayələri ilə onun 
barəsində nəql edilən rəvayət arasında ziddiyyət meydana gələrsə, biz 
rəvayəti kənara qoyaraq ayənin məzmununa əməl etməliyik. Deməli, 
yuxarıdakı ayə ilə  rəvayət arasındakı ziddiyyət rəvayətin etibardan 
düşməsinə səbəb olur. 
Cavab: 
Əhli-sünnənin öz alim və  təfsirçiləri bu irada cavab 
vermişlər. Fəxri Razi bu sualın cavabında belə deyir: “Sözün cəm 
halda işlədilməsi bəzən ehtiram üçündür, yəni xitab edilən tərəfin bir 
nəfərdən artıq olmamasına baxmayaraq, ona hörmət mənasında cəm 
təşkil edən sözlərdən istifadə olunur. Belə  məsələlər digər dillərdə 
də mövcuddur. Məsələn, “sən gəldin, getdin və sairə” yerinə ”siz 
gəldiniz, getdiniz və sairə” kimi cümlələr işlədilir. Nəticədə,  ərəb 
qrammatikasında da tək halda olan sözlər yerinə ehtiram məqsədi ilə 
cəm haldakı sözlərdən istifadə olunur. Yuxarıdakı ayə də, eynilə, bu 
1.  Sədəqənin fəzilət və  təsirləri, həmçinin, ehtiyacı olanlara kömək etmək barəsində çoxlu 
rəvayətlər gəlib çatmışdır. O cümlədən, imam Baqirdən (ə) olan hədisdə belə oxuyururq: 
“Mən həcc əməlini yerinə yetirməyi yetmiş qulu azad etməkdən daha çox sevirəm və ehtiyacı 
olan bir müsəlman ailəsinə kömək etmək, onların qarınlarını doyurmaq və əyinlərinə libas 
geyindirmək, həmçinin, abır-həyalarını qorumaq mənim üçün yetmiş  həcdən üstündür.” 
(“Vəsailuş-şiə”, c.6, “sədəqə” bölməsi, 2-ci bölmə, hədis 3).


Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə