Imamet indd



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə22/112
tarix07.08.2018
ölçüsü3,35 Mb.
#60958
1   ...   18   19   20   21   22   23   24   25   ...   112

          66             
                                            
Əbülqasim Əlyan Nejadi
batinində yerləşdirilmişdir. Məsələn, həzrət Zəkəriyyə  (ə) Allahdan 
ona varis, vəli və canişin olacaq bir övlad bəxş etməsini istəyir və Allah-
taala da onun hacətini qəbul edərək Yəhyanı (ə) o həzrətə nəsib edir.
1
 
Onda, görəsən, Yəhya (ə) atasının sağlığında onun varis və canişinidir, 
yoxsa, onun vəfatından sonra? Aydın məsələdir ki, atasının vəfatından 
sonradır. 
Bu məsələ  əqli və ürfi bir məsələdir. Vəsiyyətnamə yazan və 
özlərinə  vəsi təyin edən kəslərin vəsisi, görəsən, onların ölümündən 
qabaq vilayət və ixtiyara malikdir, yoxsa, bunlar ölümdən sonrakı 
məsələlərə aiddir? Məlum məsələdir ki, Fəxri Razi də  vəsiyyətnamə 
yazaraq özünə vəsi təyin etmişdir. Belə isə, onun təyin etdiyi vəsi Fəxri 
Razi həyatda ikən onun canişidir, yoxsa, ölümündən sonra?! Bundan 
əlavə, dünyanın bütün hökmdarları özlərinə  xəlifə  və canişin təyin 
edirlər, amma onların (canişinlərin) heç biri hökmdar həyatda olduğu 
müddətdə qüdrətə malik olmur, əksinə ixtiyar və qüdrətə hökmdarın 
vəfatından sonra yiyələnirlər.
Beləliklə, ayədəki “vilayət” sözü “rəhbər”, “ixtiyar sahibi” və 
“ümmətə imamlıq etmək” mənasındadır və bütün bu mənalar 
Peyğəmbərin (s) vəfatından sonra həzrət  Əli (ə) üçün gerçəkləşərək 
həqiqət tapır. Bundan əlavə, Peyğəmbərin (s) canişininin təyin 
edilməsinin təkcə bu ayəyə  məxsusluğu yoxdur, əksinə  İslam 
Peyğəmbəri (s) iyirmi üç illik peyğəmbərliyi  ərzində  həzrət  Əlinin 
(ə) xəlifəlik məsələsini təkrarən və dəfələrlə bəyan etmişdir və bunun 
ilkin nümunəsi “Yəvmud-dar” (Ev günü) hadisəsidir. 
Peyğəmbər (s) üç illik məxfi  və gizli şəkildə  təbliğdən sonra, öz 
təbliğini aşkar formada həyata keçirməyə başladı və o həzrətin birinci 
addımı Qüreyş böyüklərini ziyafətə dəvət etmək və ziyafətdən sonra 
da onlara öz risalətini bildirmək oldu. O həzrət sonda belə buyurur:
ِﺮْﻣَْﻻا اَﺬـﻫ ﲆَﻋ  ِنيُرِزاﻮُﻳ ْﻢُﻜﱡﻳَأ
“Sizin hansınız mənə bu mühüm və məsuliyyətli işdə kömək edər?”
Həzrət  Əlidən (ə) başqa, heç kəs müsbət cavab vermədi və 
Peyğəmbər (s) elə həmin məclisdə buyurdu ki, 
ﻰّﻴ ِﺻَﻭ  َﺖْﻧَﺍ 
(əntə vəsiyyi)

sən mənim vəsim və canişinimsən. Peyğəmbər (s) həyatda olduğu və 
yaşadığı müddətdə canişin və vəsini nə üçün istəyirdi?!
Nəticədə, bu cür iradların bəhanə axtarmaqdan başqa, digər bir 
cavabının olmadığı aydındır. 
1. “Məryəm” surəsi, ayə 5-6.


                                                                                                  67
Yeddinci irad: Zəkatda məqsəd nədir?
Diqqət etdiyiniz kimi, “Vilayət” ayəsi barədə müxtəlif bəhanələr 
meydana çıxmış və onu sözbəsöz, kəlməbəkəlmə sual altında qoymağa 
çalışmışlar. 
ﺎﻤّﻧﺇ
 
(innəma)
,  ﹼﻰﻟﻭ 
(vəliyy)

ﻥﻮﻌﻛﺍﺭ 
 
(rakiun)

ﺓﺎﻛّﺰﻟﺍ
 
(əz-zəkat)
 – kimi 
sözlərin hamısına irad tutulmuş  və barəsində sual verilmişdir. Fəxri 
Razi və başqaları demişlər: “Ayədəki zəkatda məqsəd hansı zəkatdır? 
Görəsən, vacib zəkatdır, yoxsa, müstəhəb zəkat?” Müstəhəb zəkat adlı 
bir məsələ yoxdur, deməli, zəkatda məqsəd, hökmən vacib zəkatdır. 
Əgər zəkatda məqsədin “vacib zəkat” olduğunu və digər tərəfdən də 
“Ayə  Əli ibn Əbu Talib (ə) barəsindədir.” – desək, onda, ziddiyyətə 
düçar olmuş olarıq, çünki həzrət Əli (ə) iqtisadi və var-dövlət baxımdan 
o həddə deyildi ki, ona vacib zəkat aid olsun. “Dəhr” (insan) surəsinin 
nazil edilməsi barədə deyirdilər ki, həzrət  Əli (ə) və ailəsi oruc 
tutmuşdu və onların qapısına dilənçi gəldikdə, öz şam yeməklərini 
ona verdilər və iftar üçün heç bir yeməkləri qalmadı və bu səbəbdən, 
su ilə iftar etməyə məcbur oldular. Uzun sözün qısası, həzrət Əlinin (ə) 
bir günlük yeməkdən başqa, əlavə yeməyi olmadığı halda, vacib zəkat 
ona necə aid ola bilərdi ki, rüku halında onu (zəkatı) ödəsin?! 
Cavab:
 Bu iradın, daha doğrusu, bəhanənin cavabında 
deyirik:
Birincisi, 
İslamın nəzərində  həm müstəhəb, həm də vacib zəkat 
vardır. Zəkatın toplanması  İslam Peyğəmbərinin (s) Mədinəyə 
hicrətindən sonra həyata keçirilmişdir. Bununla yanaşı, Məkki 
surələrdə  də  zəkat barəsində söhbət açılmış  və Allah-taala insanları 
zəkat ödəməyə  təşviq etmişdir. Deməli, məqsəd müstəhəb zəkatdır, 
çünki isalmi hökumət təşkil edilməyən zamana qədər vacib zəkat 
toplanılmırdı. 
Məkkədə nazil edilmiş həmin ayələrdən üçünə diqqət edin:
a)
  Məkki surələrindən olan “Muminun” surəsinin 4-cü ayəsində 
buyurulur
:
َنﻮُﻠِﻋﺎﻓ ِةﺎﻛﱠﺰﻠِﻟ ْﻢُﻫ َﻦﻳﺬﱠﻟاَو
“O kəslər (möminlər) ki, zəkat verirlər.”
Bu ayədə  zəkatın ödənilməsi möminlərin xüsusiyyəti kimi 
tanıtdırılır və surə  Məkki olduğu və  zəkat hökmü qanun şəklini 
almazdan qabaq nazil edildiyi üçün onun müstəhəb zəkat barəsində 
olduğunu anlayırıq.
b)
 Möminlərin vəsfi barədə olan “Nəml” surəsinin 3-cü ayəsində 


          68             
                                            
Əbülqasim Əlyan Nejadi
deyilir:
َنﻮُﻨِﻗﻮُﻳ ْﻢُﻫ ِةَﺮِﺧْﻻﺎِﺑ ْﻢُﻫَو َةﺎـﻛﱠﺰﻟا َنﻮُﺗْﺆُﻳَو َةﻮﻠ ﱠﺼﻟا َنﻮُﻤﻴِﻘُﻳ َﻦﻳِﺬﱠﻟا
“(Möminlər –) o kəslər ki, (vaxtlı-vaxtında və lazımınca) namaz 
qılır, zəkat verir və axirətə möhkəm inanırlar (yəqin edirlər).”
“Nəml” surəsi də  Məkki surələrdəndir və burada da zəkatda 
məqsəd müstəhəb zəkatdır.
c)
 “Rum” surəsinin 39-cu ayəsində belə buyurulur:
َنﻮُﻔِﻌ ْﻀُﻤْﻟا ُﻢُﻫ َﻚِﺌـﻟوُﺎَﻓ ِﻪﻠﻟا َﻪْﺟَو َنوُﺪﻳِﺮُﺗ ةﺎـﻛَز ْﻦِﻣ ْﻢُﺘْﻴَﺗآ ﺎـﻣَو
“Allahın razılığını diləyərək verdiyinizdən (zəkatdan) isə (mənfəət 
götürəcəksiniz). Bunu edənlər mənfəətlərini qat-qat artıranlardır.” 
Bu surə  də  Məkki surələrdəndir və ayədəki zəkatda məqsəd 
müstəhəb zəkatdır. 
Nəticədə, Qurandan əldə etdiklərimizə  əsasən, həm vacib, həm 
də müstəhəb zəkat vardır. Eyni zamanda, şiə fiqhində də bəzi mallar 
vacib, bəziləri isə müstəhəb zəkata malikdirlər. 
İkincisi,
 Peyğəmbərin (s) ömrünün sonlarında nazil olan ayə 
zamanındakı Əli ibn Əbu Talibin (ə) iqtisadi vəziyyətini “Dəhr” surəsi 
nazil olan zamandakı  vəziyyətlə müqayisə etmək düzgün müqayisə 
deyil, çünki İslam Məkkədə yenicə yarandığı zaman, müsəlmanların 
vəziyyəti ümumi halda münasib şəkildə deyildi və müsəlmanlarının 
əksəriyyətinin iqtisadi vəziyyəti – xüsusən də, onların Məkkədə 
iqtisadi mühasirədə olduğunu nəzərə alsaq – çox pis idi.
Amma  İslam inkişaf etdikcə  və onlar Məkkə müşriklərinin 
caynağından yaxa qurtarıb Mədinəyə mühacirət etdikləri və iqtisadi 
mühasirədən xilas olduqlarında, müsəlmanların iqtisadi vəziyyəti 
yaxşılaşırdı, həmçinin, onlar əkinçilik və ticarətlə də məşğul olurdular 
ki, bu da onların maddi durumunun yaxşılaşmasına təsir edirdi. Eyni 
zamanda, döyüş  qənimətləri hesabına onların iqtisadi vəziyyəti o 
qədər irəlilədi ki, artıq Peyğəmbərin (s) mübarək ömrünün sonlarında 
demək olar ki, müsəlmanların əksəriyyəti firavan həyat sürürdülər. 
“Maidə” surəsinin Peyğəmbərin (s) həyatının sonlarında nazil 
olduğunu nəzərə aldıqda, vacib zəkatın həzrət  Əliyə  (ə) də  şamil 
olmasını düşünmək mümkündür və biz həzrət Əlinin (ə) bu zamandakı 
iqtisadi vəziyyətini – bütün müsəlmanlar demək olar ki, iqtisadi 
baxımdan yaxşı  vəziyyətdə idilər – “Dəhr” surəsinin nazil olduğu 
zamanla (şiə etiqadına əsasən hicrətin əvvəlləri, ya da bəzi əhli-sünnə 
mənbələrinə əsasən, hicrətdən qabaq) – qeyd edək ki, həmin zamanlar 
müsəlmanlar çox çətin həyat sürürdülər – müqayisə etməməliyik. 


Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə