Imamet indd



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə24/112
tarix07.08.2018
ölçüsü3,35 Mb.
#60958
1   ...   20   21   22   23   24   25   26   27   ...   112

          72             
                                            
Əbülqasim Əlyan Nejadi
4 “ULUL-ƏMR” AYƏSİ
 ُهوﱡدُﺮَﻓ ء َﳾ  ِﰲ ْﻢُﺘْﻋَزﺎـﻨَﺗ ْنِﺎَﻓ ْﻢُﻜْﻨِﻣ ِﺮْﻣَْﻻا ﱄوُاَو  َلﻮُﺳﱠﺮﻟا اﻮُﻌﻴِﻃَأَو َﻪﻠﻟا اﻮُﻌﻴِﻃَأ اﻮُﻨَﻣآ َﻦﻳِﺬﱠﻟا ﺎَﻬﱡﻳَأ ﺎـﻳ
ﻼﻳِوْﺄَﺗ ُﻦ َﺴْﺣَأَو ٌ ْيرَﺧ َﻚِﻟذ ِﺮِﺧْﻻا  ِمْﻮَﻴْﻟاَو ِﻪﻠﻟﺎِﺑ َنﻮُﻨِﻣْﺆُﺗ ْﻢُﺘْﻨُﻛ ْنِإ ِلﻮُﺳﱠﺮﻟاَو ِﻪﻠﻟا  َﱃِإ
“Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar 
(əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, 
Allaha və qiyamət gününə inanırsınızsa, onu Allah və Peyğəmbərə 
həvalə edin! Bu, daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.”
“Nisa” surəsi, ayə 59 
Bəhsə qısa bir nəzər
Digər bir adı  “İtaət ayəsi” olan yuxarıdakı ayə  aşkar  şəkildə 
Əmirəl-mömininin (ə) vilayətinə  dəlalət edən digər ayələrdəndir və 
bu ayədəki  əsas bəhs “Ulul-əmr” (əmr sahibləri) sözü üzərindədir 
və onun barəsində müxtəlif nəzəriyyələr bəyan edilmişdir. Həmin 
nəzəriyyələr barədə şərh və izahlar qeyd ediləcəkdir.


                                                                                                  73
Şərh və təfsir
“Ulul-əmr” kimlərdir?
 ْﻢُﻜْﻨِﻣ ِﺮْﻣَْﻻا ﱄوُاَو  َلﻮُﺳﱠﺮﻟا اﻮُﻌﻴِﻃَأَو َﻪﻠﻟا اﻮُﻌﻴِﻃَأ اﻮُﻨَﻣآ َﻦﻳِﺬﱠﻟا ﺎَﻬﱡﻳَأ ﺎـﻳ
“Ey iman gətirənlər! Allaha, peyğəmbərə və özünüzdən olan ixtiyar 
(əmr) sahiblərinə itaət edin!” – 
Allah-taala ayənin bu hissəsində dünyanın bütün yerində olan
bütün zamanlarda qiyamətə qədər İslama iman gətirəcək müsəlmanlara 
xitab edərək üç şəxsə mütləq  şəkildə  və sorğu-sualsız itaət etməyin 
lazım və vacib olduğunu buyurmuş  və ardıcıl olaraq, Allah, ondan 
sonra Peyğəmbər (s) və daha sonra isə “Ulul-əmr”ə (əmr sahiblərinə) 
itaətin vacibliyi bildirilmişdir. 
 ﺮِﺧْﻻا  ِمْﻮَﻴْﻟاَو ِﻪﻠﻟﺎِﺑ َنﻮُﻨِﻣْﺆُﺗ ْﻢُﺘْﻨُﻛ ْنِإ ِلﻮُﺳﱠﺮﻟاَو ِﻪﻠﻟا  َﱃِإ ُهوﱡدُﺮَﻓ ء َﳾ  ِﰲ ْﻢُﺘْﻋَزﺎـﻨَﺗ ْنِﺎَﻓ
“ Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə 
inanırsınızsa, onu Allah və Peyğəmbərə həvalə edin!” – 
Ayənin ikinci hissəsində müsəlmanların ixtilaf və münaqişə zamanı 
müraciət etməli olduqları mənbə müəyyən edilir və sanki, onlar üçün 
müstəqil bir qəzavət sisteminin əsası təşkil olunaraq buyurulur ki, əgər 
hansısa bir məsələ barədə ixtilafa düçar olsanız, Allaha, Peyğəmbərə 
(s) müraciət edin və öz mübahisəli məsələlərinizi İslamdan olmayanlar 
yanında bəyan etməyin (açıb-ağartmayın). Ayədə “Allah” və “axirətə 
iman” qeydlərinin işlənməsinə diqqət etməklə, ixtilaflı  məsələlərdə 
islami mənbə  və hökmlərə müraciət etməyən müsəlmanların Allah 
və axirətə iman gətirmədiyi məlum olur. Diqqət edilməli digər bir 
məsələ ayənin  əvvəlində itaət olunması vacib hesab edilən kəslərin 
sırasında “Ulul-əmr” sözünün nəzərə çarpmasıdır. Amma bununla 
yanaşı, ixtilaflı  məsələlərdə müraciət olunanlar “ Ulul-əmr”  şəklində 
bildirilməmişdir. Bu mətləb yuxarıdakı ayə barədə  bəyan edilən 
mühüm suallardandır və inşallah onun barəsində gələn bəhslərimizdə 
söhbət açacağıq. 
 ﻼﻳِوْﺄَﺗ ُﻦ َﺴْﺣَأَو ٌ ْيرَﺧ َﻚِﻟذ
“ Bu, daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.” – 
Bu cümlə, həqiqətdə, əvvəlki iki cümlənin səbəbidir.
Möminlər nə üçün Allah, Peyğəmbər (s) və “Ulul-əmrə” (əmr 
sahiblərinə) itaət etməlidirlər? Özlərinin ixtilaf və mübahisəli 


          74             
                                            
Əbülqasim Əlyan Nejadi
məsələlərində Allah və onun Peyğəmbərindən (s) başqa, nə üçün 
kimisə hakim seçməməlidirlər? Çünki bu iş möminlərə aqibət və əməl 
baxımından daha xeyirli və yaxşıdır.
 “Ulul-əmr”ə itaətin əhatə dairəsi
Ayənin  əsas düyün və qaranlıq nöqtəsi yuxarıdakı cümə ilə 
bağlıdır.  Əgər “Ulul-əmr”in kim olduğu məlum olsa, ayənin təfsiri 
aydın və  aşkar olacaqdır. Beləliklə, təfsirçilər “Ulul-əmr”in misdaq 
və nümunəsi barədə söhbət açmış və onunla əlaqədar yeddiyə yaxın 
müxtəlif nəzəriyyələr irəli sürmüşlər.
Sual:
 “Ulul-əmr”in kim olması barədə  təfsirçilərin nəzəriyyəsinə 
toxunmazdan  əvvəl, həmin sözün mənasının anlaşılmasında daha 
çox rol oynayan bir suala cavab verməyimiz lazım gəlir. Həmin sual 
belədir: 
“Ulul-əmr”ə itaət etmək, görəsən, hansısa bir şərt və qeydlərlə 
məhdudlaşır, yoxsa, onlara itaət etmək Allah və onun Peyğəmbərinə (s) 
itaət etmək kimi mütləq şəkildə vacibdirmi? Başqa bir deyimlə, “Ulul-
əmr”ə itaət etmək, məkan zaman və s. baxımından müəyyən qeydlərə 
malikdir, yoxsa, hər bir zaman, məkan və şəraitdə zəruridirmi? 
Cavab:
 Ayənin zahirindən “Ulul-əmr”ə itaətin mütləq olduğu və heç 
bir şərt və qeydlə məhdudlaşmadığı aydın olur. Başqa sözlə, bu ayədə 
“Ulul-əmr”ə itaət onların səhv və xətasız olması ilə qeydlənməmişdir, 
yəni Allah və onun Peyğəmbərinə (s) itaət mütləq şəkildə olduğu kimi, 
onlarla eyni səviyyədə duran “Ulul-əmr”ə itaət də mütləq  şəkildə 
vacibdir. Deməli, “Ulul-əmr” istər-istəməz məsum olmalıdır, çünki 
heç bir qeyd və şərt olmadan itaətedilmə sadəcə onlara şamil ola bilər. 
Yəni, səhv və xəta edən hansısa bir şəxsə qeydsiz və şərtsiz itaət etmək 
və tabe olmaq olmaz. 
Bu cəhətdən, əgər hansısa bir hakim verdiyi hökmdə xətaya düçar 
olar və şikayətçi tərəf də məsələnin (hökmün) yanlış olmasına yəqin 
edərsə, onun hökmünə əsasən, tərəflərdən birinin mənfəəti, digərinin 
isə  məhkum edilməsini müəyyən etmək olmaz və biz bu məsələyə 
etiqad bəsləyirik. Hətta mərcəyi-təqlidlərə (din alimləri) təqlid 
edənlərin itaət etməsi zəruri olduqda belə,  əgər onlar (alimlər) xəta 
etmiş olsalar, onlara itaət etmək olmaz. Məsələn, mübarək Ramazan 
ayının otuzuncu gecəsində ayı görmək mərcəyi-təqlidə mümkün 
olmasa və o, hökm versə ki, camaat Ramazan ayının otuzuncu günü 
də oruc tutsun, amma onun müqəllidlərindən bəzisi öz gözləri ilə 
otuzuncu gün Şəvval ayının girdiyini bildirən göydəki ayı görmüş 
olsalar, həmin alimə itaət edərək oruc tuta bilməzlər,  əksinə onlar 


Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə