Imamet indd



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə25/112
tarix07.08.2018
ölçüsü3,35 Mb.
#60958
1   ...   21   22   23   24   25   26   27   28   ...   112

                                                                                                  75
oruclarını açmalıdırlar, çünki mərcəyi-təqlid bu məsələdə  səhvə yol 
vermişdir. 
Nəticədə, təkcə  məsumlara sorğu-sualsız və mütləq  şəkildə itaət 
etmək caizdir və qeyri-məsumlara itaət isə düzgün deyil. “Ulul-əmr”ə 
itaəti mütləq  şəkildə Allahın vacib etdiyini nəzərə aldıqda, onların 
(“Ulul-əmr”in) məsum olduğu nəticəsinə gəlirik. 
“Ulul-əmr” barəsində müxtəlif nəzəriyyələr
Əvvəldə qeyd etdiyimiz kimi, “Ulul-əmr”in təfsiri barəsində 
müxtəlif nəzəriyyələr mövcuddur və biz onlardan bəzilərinə  işarə 
edirik:
1. “Ulul-əmr”də  məqsəd cəmiyyətin hakim və  rəhbərləridir
 – 
İslami cəmiyyətdə hər hansı bir şəkildə hakim olan və müsəlmanların 
rəhbərliyini öz öhdəsinə götürən  şəxslər “Ulul-əmr”dən hesab 
ediləcəklər və onlara qeydsiz və  şərtsiz itaət edilməlidir – hətta 
onlar camaatın iradə və istəyinin ziddinə olaraq qılınc və zor gücünə 
hakimiyyətə  gəlsə  və  ən pis və fasiq insanlar olsalar belə. Nəticədə, 
monqollar və Çingiz xan kimilər də  əgər  İslam cəmiyyətinə hakim 
olsalar, onlara itaət etmək vacibdir.
Əhli-sünnə alimlərindən bir neçəsi bu nəzəriyyənin tərəfdarıdır. 
Görəsən, sağlam  əql və düşüncəyə sahib olan hansısa bir şəxs bu 
sözləri qəbul edə bilərmi? Allah öz Peyğəmbərini (s) yer üzərində 
ədalət və əmin-amanlığı bərpa etmək üçün göndərməmişdirmi?
1
 Belə 
olan halda, zalım bir şəxs necə Peyğəmbərin (s) canişini ola bilər və 
əgər o, hökmranlıq etsə, ədalət aradan qaldırılmazmı? Ayədəki “Ulul-
əmr”in bu şəkildə  təfsir edilməsi  İslamın hansı  ümidverici proqram 
və planları ilə uyğun gəlir? Görəsən, bu sözləri deyənlər doğrudan da, 
İslam cəmiyyətinə zorla və qılınc gücünə hakim kəsilən, bütün islami 
dəyərləri ayaq altında qoyan, haramları halal edən və Allahın vacib 
buyurduqlarını aradan aparan zalım, kafir və azğın bir şəxsin “Ulul-
əmr”dən olmasına etiqad bəsləyərək ona itaət edilməsinin vacibliyini 
düşünürmü?! 
Təəssüflər olsun ki, onların bu barədə cavabı müsbətdir və onlar 
Müaviyyə və oğlu Yezid kimi insanları “Ulul-əmr”dən hesab etmişlər. 
Kaş ki, heç bir müsəlman alimi ayəni bu cür təfsir etməyəydi!
2. Alimlərdən bəziləri yuxarıdakı  əqidələri inkar edərək, “Ulul-
əmr”in məsum olması  fikrindədirlər 
– Bütün insanların səhv və 
xətaya düçar olduğunu düşündükdə, “Ulul-əmr”dəki məqsədin 
“bütün  İslam cəmiyyəti” olduğunu söyləmişlər, çünki İslam ümməti 
1. Bu barədə “Hədid” surəsinin 25-ci ayəsində söhbət açılmışdır.


          76             
                                            
Əbülqasim Əlyan Nejadi
ismətə malikdir və cəmiyyətdəki fərdlərin ayrılıqda xətakar olmasına 
baxmayaraq, bütün müsəlman camaatının səhv və xəta etməsi mümkün 
deyil. Nəticədə, Allah və Peyğəmbərə (s) itaət vacib olduğu kimi, İslam 
ümmətinə  də itaət etmək vacibdir. Bu nəzəriyyənin cavabında belə 
deyirik:
Siz hansısa bir məsələdə bütün müsəlman ümmətinin düşüncə və 
nəzərini necə  əldə edə bilərsiniz? Həmin nəzəriyyəyə  əsasən, bütün 
müsəlmanların düşüncəsini ələ gətirmək lazım deyilmi? Ola bilsin ki, 
cavabında “Bütün müsəlmanların ayrı-ayrılıqda nəzərini  əldə etmək 
lazım deyil, əksinə nümayəndələrin seçilməsi və onların icması və fikir 
birliyi müsəlman ümməti üçün kifayət edər.” – deyilsin. Belə isə, biz də 
soruşuruq ki, görəsən, (bütün müsəlmanların deyil,) nümayəndələrin 
düşüncə və nəzərlərini əldə etmək mümkündürmü? 
Həqiqətdə, isalmi ümmətin nümayəndələrinin belə, düşüncə və fikir 
birliyini əldə etmək mümkün olası iş deyil. Bəlkə də, “Ümumiyyətlə, 
fikir birliyinə ehtiyac yoxdur, bizim meyarımız əksəriyyətdir, hansısa 
bir məsələdə  İslam ümmətinin nümayəndələrinin  əksəriyyəti 
müsbət rəy versə, “Ulul-əmr” ünvanında ona itaət etmək vacibdir!” 
– deyilsin. Görəsən, “Ulul-əmr”in mənası  “İslam ümmətinin 
nümayəndələri”dirmi? 
3. Bəziləri bundan da irəli keçə  və yadelli mədəniyyətlər 
müqabilində ruh düşkünlüyünə düçar olaraq, “Ulul-əmr”in nümunə 
və misdaqının “Qərb demokratiyası” olduğunu demişlər –
 Görəsən, 
bu cür təfsir və izahlar şəxsi düşüncə və nəzərə əsasən deyilmi?! Bu 
məsələlər Qurana yeridilmək istənilən nəzəriyyələr hesab edilmirmi?! 
Belə nəticə çıxarmaq Qurana diqqətsizlik və hörmətsizlik deyilmi?! 
Bütün bunları bir kənara qoyaraq deyə bilərik ki, Qərb demokratiyası 
işə yarayan bir şey deyil. Onların (alimlərin) özləri də etiraf edərək 
qəbul edirlər ki, qərblilərin demokratiyası ideal deyil və məcburiyyət 
səbəbindən ona pənah aparmışlar.  Əgər hazırkı  vəziyyətdə ona 
sığınmasaydılar, onlar bundan da pis hala düçar olacaqdılar və zərəri 
daha da azaltmaq məqsədi ilə ona əməl etmişlər. Yoxsa, hansı  ağıllı 
insan ölkə  cəmiyyətinin yüz faiz təşkil edən  əhalisindən  əlli faizinin 
seçkilərdə iştirak edərək iyirmi altı faizinin bir nəfərə və iyirmi dörd 
faizinin isə digər bir nəfərə səs verməsini və nəticədə, iyirmi faiz rəyin 
yüz faizə hakim olmasını qəbul edər? Görəsən, bu, ədalətdirmi?!
Özlərini Qərb demokratiyası müqabilində satan şəxslər Amerikanı 
həmin məsələnin (demokratiyanın) beşiyi hesab edirlər. Xoşbəxtlikdən, 
son zamanlarda Amerikadakı seçkilərlə bağlı yaranan rüsvayçılıq bu 
cür demokratiyanın mahiyyət və həqiqətini bütün dünyaya aşkarladı. 


                                                                                                  77
Öz ölkə, idarə  və  şirkətlərini kompyuter sistemləri ilə idarə edənlər 
beş-on mindən ibarət səsvermə vərəqələrini əllə, yoxsa, kompyuterlə 
saymaq üstündə dava və mübahisə edirlər. Görəsən, belə mübahisənin 
nə  mənası var? Bir günlük vaxt aparacaq iş barəsində o qədər dava 
və səs-küy qaldırdılar ki, onun səs-sədadı bütün dünyanı bürüdü. Bu 
qəbildən olan məsələlər demokratiya iddiaçıları və millət öncüllərinin 
özlərinə  və  təşkilatlarına etimad etmədiklərini nişan verir. Dünya 
həmin seçkilərə gülərək rişxənd etməlidir. Tədqiqatçılar, xüsusən 
də, Amerika demokratiyasını öz əməllərinin qibləsi hesab edənlər 
həmin hadisələri çox diqqətlə araşdırmalıdır ki, onun əsil mahiyyəti 
onlar üçün aydınlaşsın. Münsifanə şəkildə deməliyik ki, “Ulul-əmr”in 
ayənin zahirinin əksinə olaraq “demokratiya” kimi təfsir edilməsi, 
həqiqətdə, Qurani-Kərimə böyük zülmdür. 
4. Şiə alimlərinin nəzərincə, “Ulul-əmr” məsum olmalıdır və hər 
bir zaman və əsrdə bir nəfərdən artıq şəxs ola bilməz. Həmin şəxs 
Peyğəmbər (s) zamanında həzrət Əmirəl-möminin (ə) idi və ondan 
sonra da on bir nəfərdən ibarət olan imamlardır.
Əlavə izahlar: 
a)
 Qeyd edildiyi kimi, “Ulul-əmr” ayənin tələbinə uyğun olaraq 
(Allah Peyğəmbər (s) və “Ulul-əmr”ə itaəti mütləq  şəkildə vacib 
etmişdir) belə şəxs məsum olmalıdır ki, ona sorğu-sualsız və mütləq 
şəkildə itaət edilsin. Yəni, “Ulul-əmr” günah, xəta və  səhvdən 
sığortalanmış  kəslər olmalıdır. Başqa bir ifadə ilə desək, “ismət” 
mənəvi bir qüdrət və yüksək təqvadır ki, məsum olan şəxs ixtiyara 
malik və məcbur olmamasına, həmçinin, günah edə bilmə imkanının 
olmasına baxmayaraq, onun (üstün təqvanın) bərəkəti hesabına günah 
və xətaya mürətkib olmur. 
Təqvanın müxtəlif mərtəbələri vardır. Bir mərtəbəsi kəbirə (böyük) 
günahlardan çəkinməkdir, əgər insan təsadüfən ona mürtəkib olsa belə, 
dərhal tövbə edir. İkinci mərtəbəsi kəbirə (böyük) günahlara yanaşı, 
səğirə (kiçik) günahlardan da çəkinmək və günaha düşdükdə dərhal 
tövbə etməkdir. Əvvəlki iki mərhələdən üstün olan üçüncü mərhələdə 
həm kəbirə  və  səğirə günhlar, həm də  məkruhlardan (bəyənilməz 
işlərdən) çəkinilir. Təqvanın mərtəbəsi bu minvalla, daha da yüksəlir 
və nəhayət, günah və xətalardan amanda qalmağa səbəb olan “mütləq 
ismət” mərtəbəsinə yetişir. Bəzilərinin güman etdiyi kimi, ismət cəbrin 
(məcburiyyətin) bir növü deyil, əksinə təqvanın ən ali mərtəbəsidir.
b) 
Məsum olan “Ulul-əmr” – onun şərhini verdik – bütün İslam 
ümməti və ya İslam ümmətinin nümayəndələri, yaxud da onların 


Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə