Imamet indd



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə28/112
tarix07.08.2018
ölçüsü3,35 Mb.
#60958
1   ...   24   25   26   27   28   29   30   31   ...   112

          82             
                                            
Əbülqasim Əlyan Nejadi
iki şei sizin aranızda (əmanət) qoyuram: Allahın kitabı və itrətim olan 
Əhli-beyt (ə)!””
Yəni, höccət bu hədisdə barəsində buyurulan kəslərdir. “Ulul-əmr” 
həmin hədisdə bəyan edilən kəsdir.
Bu rəvayətdə “Səqəleyn” hədisi ilə “Ulul-əmr”in rabitəsi aşkar və 
aydın şəkildə bəyan edilmişdir. 
2. Əbu Bəkr Mömin Şirazi İbn Abbasdan belə nəql edir:
“Peyğəmbəri-Əkrəm (s) “Təbuk” döyüşünə yola düşdüyü zaman, 
həzrət Əlini (ə) Mədinədə öz yerində saxlamaq və digər müsəlmanlarla 
döyüş meydanına getmək qərarına gəlir.
1
 Həzrət Əli (ə) (Peyğəmbərin 
(s) bu işinin fəlsəfəsini bildiyi halda, münafiqlərin hadisələri mənfi 
şəkildə  təbliğ etməməsi üçün) Peyğəmbərə (s) “Nə üçün məni 
Mədinədə qadın və uşaqlarla birlikdə qoyur və digər müsəlmanlarla 
döyüşə gedərək bu fəzilətdən məhrum olmağımı istəyirsiniz?” – deyir. 
Peyğəmbər (s) cavabında buyurur: 
  َلﺎـﻘَﻓ ،ْﺢِﻠ ْﺻَأَو ﻲِﻣْﻮَﻗ ﰲ ﻲِﻨْﻔُﻠْﺧُا : َلﺎـﻗ َينِﺣ ،ﳻﻮُﻣ ْﻦِﻣ َنوُرﺎـﻫ ِﺔَﻟَﺰْﻨَ ِبم ﻲﱢﻨِﻣ َنﻮُﻜَﺗ ْنَأ ﴇْﺮَﺗ ﺎـﻣَأ
ْﻢُﻜْﻨِﻣ ِﺮْﻣَْﻻا اﻮُﻟوُاَو  ﱠﻞَﺟَو ﱠﺰَﻋ
“Sənin mənə olan nisbətinin Harunun (ə) Musaya (ə) nisbəti 
mənziləsində olmasını istəmirsənmi? O, Tur dağına yola düşmək 
istəyən zaman (qövmü arasında ixtilaf yaranacağından qorxurdu və 
belə də oldu və Samirinin buzovu məsələsi meydana çıxdı. Bu cəhətdən) 
qardaşı Haruna (ə) dedi ki, sən mən qayıdana qədər yerimə qövmümün 
arasında canişinim ol! Allah da bu barədə buyurur ki, ﹾﻢﹸﻜﹾﻨﹺﻣ ﹺﺮﹾﻣﹶﹾﻻﺍ ﺍﻮﹸﻟﻭﹸﺍﹶﻭ  
2
””
Yəni, sən “Ulul-əmr”sən və bu iş  sənə  məxsusdur. Beləliklə, 
rəvayətləri nəzərə almadıqda, ayədəki “Ulul-əmr”in Allah tərəfindən 
təyin edilmiş məsum və müəyyən bir şəxsə dəlalət etməsi nəticəsinə 
gəlirik. Rəvayətlərin sayəsində  də Allah tərəfindən təyin edilmiş 
məsum və müəyyən bir şəxsin şiənin on iki imamı, yəni həzrət Əli (ə) 
və onun on bir övladının olmasını anlayırıq. 
Suallar və cavablar
Ayə barəsində müxtəlif və çoxlu sayda suallar verilmişdir ki, 
1. Peyğəmbərin (s) həzrət Əlini (ə) öz yerinə Mədinədə qalmasını istəməsinə səbəb «Təbuk» 
döyüşünün Mədinədən uzaq bir məsafədə olması idi və ehtimal olunurdu ki, Mədinə 
daxilindəki münafiqlər Peyğəmbər (s) və müsəlmanların olmamasından istifadə edərək 
Mədinədən xaricdəki münafiqlərlə  əlbir olsun və hakimiyyəti  ələ keçirmək üçün üsyan 
qaldırsınlar. Bu baxımdan, o, ümmətin ən güclü və şücaətli fərdini öz yerinə təyin etdi. 
2. «İhqaqul-həqq», c.3, səh. 435.


                                                                                                  83
onlardan ən əsas və mühümü üç ədəddir. Həmin suallara və onların 
cavablarına diqqət edin:
Birinci sual:
  Şiənin inandığı kimi, əgər “Ulul-əmr”də  məqsəd 
həzrət  Əlidirsə  (ə), onda, nə üçün Peyğəmbər (s) zamanında ona 
itaət vacib deyildi, halbuki, ayədə “Ulul-əmr”ə itaət Allah və onun 
Peyğəmbərinə (s) itaət kimi vacib hesab edilmişdir? Başqa sözlə, həzrət 
Əli (ə) Peyğəmbər (s) zamanında müsəlmanların itaət etməsi vacib 
olan şəxs deyil, onun özü itaət edən idi. Nəticədə, ayənin yuxarıdakı 
kimi təfsir edilməsi “Ulul-əmr”ə itaətin vacibliyi ilə uyğun gəlmir.
Cavab:
 Bu irada iki şəkildə cavab vermək mümkündür:
a)  Əvvəlcə, “Rəsul” və “Ulul-əmr” sözlərinə diqqət edək.  Əgər 
bu iki sözün fərqini anlaya bilsək, onda, yuxarıdakı sualın cavabı da 
aydın olacaq. “Rəsul” – Allah tərəfindən dinin təbliği, ilahi hökmlərin 
çatdırılması  və camaatın (qiyamətlə) qorxudulması üçün göndərilən 
şəxsdir. Yəni, o, nübüvvətdən əlavə, əhkam və dinin təbliği və camaata 
xəbərdarlıq etmək və onları  çəkindirmək vəzifəsinə  də malikdir və 
daha sadə və anlaşıqlı dillə desək, “Rəsul” əhkamın bəyanı və onun 
təbliği ilə vəzifəlidir. 
Amma “Ulul-əmr” – qanun təyin etmək vəzifəsinə malik deyil, 
əksinə onlar mövcud olan həmin qanunları qorumaq və icra etməklə 
vəzifələndirilmişlər. Sadə  və aydın bir cümlə ilə Peyğəmbərin (s) 
“qanun təyinedicisi” və “Ulul-əmr”in isə “qanun icraçısı”na bənzdiyini 
deyə bilərik. Verdiyimiz izaha əsasən, Peyğəmbərin (s) özünün həmin 
zamanda “qanunu təyinedən” olması aydın olur. Eyni zamanda
qanunun mühafizəçi və icraçısı da, şəxsən, o həzrətin özü idi. 
Nəticədə, Quranda həzrət  İbrahim (ə) barədə onun Ulul-əzm 
Peyğəmbər olması  və imam təyin edildiyini bildiyimiz kimi, İslam 
Peyğəmbəri (s) də  həyatda olduğu zamanda o həzrətin özü həm 
“Rəsul” idi, həm də “Ulul-əmr”. Yəni, qanunu təyin etməkdən əlavə, 
həm də onun icraçısı idi. Risalət məqamı qanunun təyin edilməsi, 
imamət məqamı və “Ulul-əmr” isə qanunun icra edilməsi üçündür və 
Peyğəmbər (s) həyatda olduğu müddətdə  həm “Rəsul” idi, həm də 
“Ulul-əmr”, amma o həzrətin vəfatından sonra Allah və Peyğəmbər 
(s) tərəfindən təyin edilmiş məsum şəxs “Ulul-əmr”dir və o, həzrət Əli 
(ə) və ondan sonra bir-birinin ardınca gələn imamlardan başqası deyil, 
çünki onlardan başqa, digər şəxslər üçün bu məqamın təyin edildiyi 
iddia edilməyib. 
Beləliklə, rəvayətlərdən də aydın olduğu kimi, həzrət  Əli (ə) 
barəsində “Ulul-əmr”ə itaətin vacibliyi Peyğəmbərin (s) vəfatından 
qabaq gerçəkləşmir, həmçinin, bu məsələ  həzrət  Əlinin (ə) övladları 


          84             
                                            
Əbülqasim Əlyan Nejadi
barəsində də keçərlidir. 
b) İkinci cavabımız budur ki, həzrət Əli (ə) də Peyğəmbər (s) həyatda 
olduğu zamanlarda bir müddət “Ulul-əmr” funksiyasını daşımışdır. 
Misal olaraq, Peyğəmbərin (s) “Təbuk” döyüşünə gedərkən o həzrəti 
Mədinədə öz yerinə canişin təyin etməsini göstərmək olar. Bu mətləbin 
daha da aydın olması üçün “Təbuk” döyüşü barədə müxtəsər bir izaha 
ehtiyac vardır:

Təbuk

 döyüşü
“Təbuk” döyüşü Peyğəmbərin (s) risaləti boyun ca və ömrünün 
son illərində həyata keçirdiyi ən axırıncı döyüşdür. Bu döyüş Hicazın 
ən  şimal  ərazisində – Hicazla Şərqi-Rumun müştərək sərhəddi olan 
məntəqədə – baş vermişdir. 
İslam get-gedə genişlənərək öz dayaqlarını 
Mədinədə 
möhkəmlətdikcə və onun əks-sədası bütün dünyaya yayıldıqca, islami 
ölkələrin qonşuları – xüsusən, Şərqi-Rum, yəni həmin Şamat (Fələstin 
və Suriya) – onu özləri üçün bir xətər hesab etmiş və İslamın onların 
ölkələrinə nüfuz edərək hakimiyyət və taxt-tacı  ələ keçirməsinin 
qarşısını almaq səbəbilə müsəlmanlara həmlə etmək  fikrinə 
düşümşdülər.
1
 Onlar bu məqsədlə qırx min nəfərlik və kamil şəkildə 
təchiz olunmuş bir orduyla Hicaza tərəf hərəkət etməyə başladılar. 
Bu xəbər müsəlmanlar və  şəxsən, Peyğəmbərə (s) yetişdi. 
Peyğəmbəri-Əkrəm (s) müsəlmanları  Mədinədə qalaraq düşmənin 
onlara həmlə etməsini gözləmələrini deyil, əksinə düşməni qarşılamağa 
dəvət edərək təşviq etdi. Bunun özü ən yaxşı döyüş taktikası idi, çünki 
döyüşdə müdafiə  və gözləmə taktikası  həmisə  məqbul deyil, əksinə 
düşmənin hücumu müqabilində hücum etmək lazımdır. 
Həqiqətdə, “Təbuk” döyüşü münasib bir zamanda baş verməmişdi. 
Bir tərəfdən, Ərəbistan yarımadasının yandırıcı və qızmar istisi, digər 
tərəfdən də, müsəlmanların keçən ildən qalan ərzaq ehtiyyatının 
bitməsi və yeni ərzaq tədarükünün görülməməsi, həmçinin, Mədinə 
ilə “Təbuk” döyüşü olan ərazi arasında həddən artıq fasilənin olması 
müsəlmanların ora qədər piyada getməsinə səbəb olaraq vəziyyəti daha 
1. Hicaz İslamdan  əvvəl dünyanın qüdrətli dövlətlərindən heç birinin diqqət mərkəzində 
olmamışdır. Bu cəhətdən, oranın  əhalisi nə hansısa bir təhlükəylə üzləşirdi, nə  də orada 
inkişaf etmiş iqtisadiyyat, mədəniyyət və din vardı, əksinə Hicaz əhalisi yarıvəhşi bir camaat 
kimi tanınırdı, çünki onlar daimən bir-biri ilə ixtilaf və müharibədə idilər. Bu səbəbdən, 
onlaı heç bir təhlükə gözləmirdi.  Əgər Hicazı mü  belə olsa, hansısa bir qüdrətli dövlətə 
təqdim etsəydilər, onu qəbul etməzdi və o, fatehlərin diqqətini də cəlb etmirdi. Amma İslamın 
meydana çıxması, müsəlmanların birlik və  vəhdəti, həmçinin, yeni yaranan mədəniyyət 
düşmənlər üçün xətər hesab edilməyə başladı.


Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə