Imamet indd



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə27/112
tarix07.08.2018
ölçüsü3,35 Mb.
#60958
1   ...   23   24   25   26   27   28   29   30   ...   112

          80             
                                            
Əbülqasim Əlyan Nejadi
uyğundur.” 
“Səqəleyn” hədisi yeddilik təşkil edən yuxarıdakı kitabların 
üçündə, yəni “Səhih Müslim”, “Sünəne Tirmizi”
1
  və “Müstədrəkus-
səhihəyn”də
2
 qeyd edilmişdir. “Səhih Müslim”də qeyd edilən rəvayətə 
diqqət edin:
“Yezid ibn Həyyan deyir: “Hüseyn ibn Səbrə və Ömər ibn Müslimlə 
birlikdə Peyğəmbərin (s) məşhur səhabələrindən olan Zeyd ibn 
Ərqəmin yanına getdik. Onun yanında əyləşdiyimiz zaman, Hüseyn 
ona dedi ki, ey Zeyd ibn Ərqəm, sən böyük bir iftixara maliksən, belə 
ki, Peyğəmbəri (s) çox ziyarət etmiş, ondan hədislər eşitmiş, o həzrətin 
kənarında döyüşmüş  və onun arxasında namaz qılmısan. Həqiqətən 
də, bu, böyük fəxrdir. İndi Peyğəmbərdən (s) eşitdiyin hansısa bir hədisi 
bizə nəql et!” Zeyd ibn Ərqəm dedi: “Mənim yaşım artmış və qocalıq 
səbəbi ilə Peyğəmbərdən (s) eşitdiklərimin bəzisini unutmuşam.” 
Sonra o, aşağıdakı  hədisi bizə  nəql etdi: “”Bir gün Peyğəmbər (s) 
Qədir-Xum səhrasında sözə başlayaraq Allaha həmd və səna dedi və 
camaata moizə etdikdən sonra buyurdu: 
 ِﻪﻠﻟا  ُبﺎـﺘِﻛ ماُﻬُﻟﱠوَأ ِ ْينَﻠْﻘِﺛ ْﻢُﻜﻴِﻓ ٌكِرﺎـﺗ ﺎَﻧَأَو  َﺐﻴِﺟُﺄَﻓ  ّبيَر  ُلﻮُﺳَر َ ِتيْﺄَﻳ ْنَأ ُﻚَﺷﻮُﻳ ٌ َﴩَﺑ ﺎَﻧَأ ﺎ ﱠنمِﺈَﻓ ! ُسﺎـّﻨﻟا ﺎَﻬﱡﻳَ
أ
 ﻲﺘْﻴَﺑ  ُﻞْﻫَأَو : َلﺎﻗ ﱠﻢُﺛ ِﻪﻴِﻓ  َﺐﱠﻏَرَو ِﻪﻠﻟا  ِبﺎﺘِﻛ ﲆَﻋ  ﱠﺚَﺤَﻓ ﻪِﺑ اﻮُﻜ ِﺴْﻤَﺘْﺳاَو ِﻪﻠﻟا  ِبﺎـﺘِﻜِﺑ اوُﺬُﺨَﻓ ُرﻮﱡﻨﻟاَو ىﺪُﻬْﻟا ِﻪﻴِﻓ
...ﻲِﺘْﻴَﺑِ ﻞْﻫَأ  ِﰲ َﻪﻠﻟا ُﻢُﻛُﺮﱢﻛَذُا
“Ey camaat! Mən də sizin kimi bir insanam və tezliklə Allahın 
dəvətini qəbul edəcəyəm (vəfat edəcəyəm). Mən sizin aranızda iki 
qiymətli və  ağır  əmanət qoyuram. Onlardan birincisi, nur və hidayət 
olan Allahın kitabıdır. Onu qəbul edin və ondan möhkəm yapışın.” ”
Zeyd ardınca  əlavə edir: “Peyğəmbər (s) Allahın kitabı barəsində 
camaatı  təşviq edəndən sonra buyurdu: “İkincisi isə, mənim  Əhli-
beytimdir ki, onları sizə əmanət qoyuram. Sonra üç dəfə “Əhli-beytimlə 
rəftarınızda Allahı nəzərdə tutmağınızı sizə xatırladıram.”
3
 – dedi.””
Yuxarıdakı üç kitabdan əlavə, xatırlatdığımız rəvayət “Xəsaisun-
Nəsai” adlı kitabda qeyd edilmişdir.
4
 Təəccüblü burasındadır ki, İbn 
Həcər həddən artıq təəssübkeş biri olmasına və şiənin əleyhinə “Əs-
Səvaiqul-mühriqə” adlı bir kitab yazmasına baxmayaraq, o da öz 
1. «Sünəne-Tirmizi», c.5, səh. 662, hədis 3786 («Quranın mesajları» kitabına istinadən nəql 
edilmişdir).
2. «Müstədrəkus-səhihəyn», c.1, səh. 93 və c.3, səh. 109.
3. “Səhih Müslim”, c.4, səh. 1873.
4. “Xəsaisun-Nəsai”, səh. 20 (“Quranın mesajları” kitabı, c.9, səh. 66-da nəql edilənlərə 
əsasən).


                                                                                                  81
kitabında həmin rəvayəti qələmə almışdır.
1
 
Yolundan azmış vəhhabi firqəsinin əsasını qoyan İbn Teymiyyənin 
də “Minhacus-sünnə” adlı kitabında “Səqəleyn” hədisini nəql etməsi 
də çox maraqlıdır.
2
 
Beləliklə, yüksək  əhəmiyyətə malik və  dərin mənalı “Səqəleyn” 
hədisinin əhli-sünnə və şiə mənbələrində qeyd edilən mütəvatir hədis 
olması anlaşılır.
3
 
Bu mətləb “Səqəleyn” hədisinin həddən artıq  əhəmiyyət və 
xüsusiyyətlərə malik olduğunu nişan verir. Mərhum imam Xomeyni 
(r.ə) özünün tarixi vəsiyyətnaməsini həmin hədislə başlamışdır, çünki 
o, söz sərrafıdır və bu hədisin tutarlı bir hədis olduğunu və onun 
barəsində şəkk-şübhə edilməyəcəyini yaxşı bilirdi. 
“Səqəleyn” hədisi vasitəsi ilə “Ulul-əmr”in məsum və tahir, 
həmçinin, öz zamanlarında onların hər birinə itaət edilməsi vacib olan 
və bu baxımdan, (itaətdə) heç bir qeyd və şərtə ehtiyac duyulmayan 
imamlar olduğu məlumdur. 
“Səqəleyn” hədisindən  əlavə, ayənin nazilolma səbəbi barədə 
nəql edilən digər xüsusi rəvayətlər də mövcuddur. Burada onların iki 
nümaunəsinə işarə etməklə kifayətlənirik:
1. Şeyx Süleyman Hənəfi Qunduzi “Yənabiul-məvəddəh” əsərinin 
116-cı səhifəsində belə yazır:
“Bir nəfər imam Əli ibn Əbu Talibdən (ə) soruşdu: “İnsanı doğru 
yoldan yayındıran və azğınlardan olmasına səbəb olan ən aşağı 
bir məsələ  nədir?” Həzrət cavabında buyurdu: “Allahın höccətini 
görməzdən gələrək ona itaət etməməkdir. Kim Allahın höccətinə itaət 
etməsə, azğındır.” Həmin  şəxs yenidən soruşdu ki, bir qədər artıq  
izah verərək Allah höcətinin kim olduğunu bildirin. Həzrət  Əli (ə) 
ona cavabında həmin şəxslərin “Nisa” surəsinin 59-cu ayəsində “Ulul-
əmr” kimi tanıtdırılanlar olduğunu söylədi. Sual verən bir daha “Ulul-
əmr”in kim olduğunu soruşdu. İmam cavabında dedi ki, həmin şəxs 
barəsində Peyğəmbər (s) dəfələrlə belə buyurmuşdur:
ﻲﺘْﻴَﺑ  َﻞْﻫَأ  ِتيَ ْﱰِﻋَو  ﱠﻞَﺟَوﱠﺰَﻋ ِﻪﻠﻟا  َبﺎـﺘِﻛ ﺎـﻤِﻬِﺑ ْﻢُﺘْﻜ ﱠﺴَ َتم ْنِإ يِﺪْﻌَﺑ اﻮّﻠ ِﻀَﺗ ْﻦَﻟ ِﻦْﻳَﺮْﻣَأ ْﻢُﻜﻴِﻓ  ُﺖْﻛَﺮَﺗ  ّنيِإ
“Məndən sonra ona yapışdığınız zaman heç vaxt azmayacağınız 
1. “Əs-Səvaiqul-mühriqə”, Misir, “Əbdüllətif” nəşriyyatı, səh. 226 (“Quranın mesajları” 
kitabı, c.9, səh. 67-də nəql edilənlərə əsasən).
2. “Minhacus-sünnə”, c.4, səh. 104 (“Quranın mesajları” kitabı, c.9, səh. 69-da nəql 
edilənlərə əsasən).
3. Qeyd edilən yuxarıdakı kitablardan əlavə, «Səqəleyn» hədisini əhli-sünnənin digər mötəbər 
kitablarında tapmaq olar. Bu mətləbin şərhini “Quranın mesajları” kitabı, c.9, səh. 62-dən 
sonra və “İhqaqul-həqq” kitabı, c.4, səh. 438-dən sonra müatliə edə bilərsiniz.


Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə