Imamet indd



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə23/112
tarix07.08.2018
ölçüsü3,35 Mb.
#60958
1   ...   19   20   21   22   23   24   25   26   ...   112

                                                                                                  69
Çünki Tilbeginin dediyi kimi, ziddiyyətdə  səkkiz vəhdətin olması 
şərtdir və zaman və  məkan vəhdəti onlardan ikisidir ki, bizim bəhs 
etdiyimiz mövzuda mövcud deyil. 
Bunlardan  əlavə,  Əmirəl-möminin (ə) barədə qeyd edilən bir 
rəvayətdə deyilir:
ﻩِﺪَﻳ ﱢﺪَﻛ ْﻦِﻣ  كﻮُﻠْﻤَﻣ َﻒْﻟَا  َﻖَﺘْﻋَا
“Həzrət Əli (ə) öz zəhməti ilə qazandığı gəlirlə min nəfər qul azad 
etmişdir.”
1
 
Aydındır ki, o həzrət xəlifə olduğu dövrdə iqtisadi baxımdan elə 
də fəaliyyət göstərməmiş və çoxlu gəlir əldə etməmişdir ki, bu qədər 
qul azad edə bilsin. Deməli, bu əməli yerinə yetirməyə xilafət və 
hakimiyyətə yetişməzdən qabaq nail ola bilmişdi. Nəticədə, həzrət Əli 
(ə) tərəfindən üzüyün vacib zəkat ünvanında verilməsində təəccüblü 
və gözlənilməz bir məsələ yoxdur. 
Həqiqətən də, bahanə axtarışında olanlar açıq-aşkar ziddiyyətə 
düçar olmuşlar. Onlar bir tərəfdən, üzüyün həddən artıq baha və 
qiymətli olmasını bəhanə edərək onun israfa bərabər tutmuş və digər 
tərəfdən də işin əslini – həzrət Əlinin (ə) vacib zəkatı yerinə yetirmək 
üçün lazımı miqdarda imkana malik olmadığını deyərək – inkar 
etmişlər. 
Beləliklə, “Vilayət” ayəsi barədə  gətirilən dəlillərə tutulmuş irad 
və  bəhanələrin  ən mühümlərinə yuxarıda qeyd edildiyi kimi, geniş 
şəkildə cavab verməklə ayənin vilayətə dəlalət etməsi aydın olur. Qeyd 
edilən ayə vilayət, rəhbərlik və imaməti üç qrup üçün sübuta yetirir: 
Birinci, Allah-taala, ikinci, onun Peyğəmbəri (s) və o həzrətdən sonra 
da Əmirəl-möminin Əli ibn Əbu Talib (ə) üçün.
Həddən artıq mühüm olan bir mətləb
Əgər  yuxarıda qeyd edilənlər kimi, Quranın hər bir ayəsi barədə 
bəhanə və iradlar gətirilərsə, ən aydın və aşkar tövhid ayələri də sual 
altına düşər və  dəlil gətirmək üçün ayələrdən heç bir əsər-əlamət 
qalmaz. Müşahidə e tdiyiniz kimi,  nəzərə elə çarpır ki, Quranın digər 
ayələri barədə tutulan irad və  gətirilən bəhanələrə göz yumulur və 
təkcə “Vilayət” ayəsi və Əhli-beytin (ə) fəzilətləri ilə bağlı ayələrdən 
söhbət gedəndə həmin məsələlər (bəhanələr) meydana çıxır. 
Əgər Quran və onun ayələri ilə bu cür ikili (ziddiyyətli) rəftarın 
səbəblərini araşdırmaq istəsəniz, deməliyik ki, belə  şəxslər Quran 
müqabilində  ədəb göstərərək diz çökməmiş  və onun dediklərini 
1. «Biharul-ənvar», c.41, səh. 43.


          70             
                                            
Əbülqasim Əlyan Nejadi
öyrənmək fikrində də deyillər. Əksinə, onlar Qurana müəllim kəsilmək 
və öz düşüncələri üçün Qurandan dəlillər tapmaq fikrindədirlər. Bu, 
islami rəvayətlərdə çox şiddətli şəkildə məzəmmət edilən və barəsində 
kəskin sözlər deyilən “şəxsi nəzər və düşüncəyə əsasən təfsir”dir.
1
 
Əziz oxucular! Əgər Quran, rəvayət, vəhy və ya məsumların 
sözlərindən düzgün istifadə etmək və  həqiqətlərə yetişmək 
istəyirsinizsə, Quran və  hədislərin  şagirdi olmalı  və sizin meyil və 
istəklərinizin xilafına olsa belə, bu iki dəyərli və islami maarifi əhatə 
edən mənbədən anlayıb başa düşdüklərinizi qəbul etməlisiniz.  Əks 
təqdirdə, bu, çox aydın və aşkar olan mətləblərlə bağlı bəhanə axtarışı 
və irad tutmaqla, həmçinin,  şəxsi düşüncəyə  əsasən təfsir etməklə 
nəticələnəcək. 
Peyğəmbərdən (s) nəql edilən rəvayətlərin birində Quranla bağlı 
bu cür rəftar edənlərin aqibət və taleyi barədə buyururlur:
ِرﺎّﻨﻟا  َﱃِا ُﻪَﻗﺎﺳ ُﻪَﻔْﻠَﺧ ُﻪَﻠَﻌَﺟ ْﻦَﻣَو ِﺔﱠﻨَﺠْﻟا  َﱃِا  ُﻩَدﺎﻗ ُﻪَﻣﺎﻣَا ُﻪَﻠَﻌَﺟ ْﻦَﻣ ...
“Qur an onu özünə rəhbər və imam təyin edənləri (və onun qarşısında 
şagird kimi diz çökənləri) cənnətə  tərəf yönəldər və özünü Qurana 
rəhbər və imam təyin edən (öz nəzər və düşüncələrini Qurna yeritmək 
istəyən) kəsləri isə cəhənnəmə tərəf istiqamətləndirər.”
2
 
Həqiqətən də, bu rəvayət Quranı şəxsi düşüncələrinə əsasən təfsir 
edən kəsləri lərzəyə gətirəndir.
“Vilayət” ayəsinin verdiyi mesajlar
Bəhs etdiyimiz ayənin  Əmirəl-mömininin (ə) vilayətini sübuta 
yetirməkdən  əlavə, o həzrətin  şiələri, həmçinin, dünyanın bütün 
müsəlmanlar üçün mühüm bir mesajı vardır. 
Həzrət Əli (ə) təsadüfi və gözlənilməz şəkildə möminlərin rəhbəri, 
Allah-taalanın layiqli xəlifəsi və axiruz-zaman (sonuncu) Peyğəmbərin 
(s) canişini olaraq seçilməmişdir, əksinə bu böyük məqama yetişmək 
üçün bəhs etdiyimiz ayədə bəzi səbəblərin olduğu da göstərilmişdir. 
O həzrətin güclü imana sahib olması, özü və Allahı arasında rabitəsi
namazı  bərpa etməsi, zəkat ödəməsi, özü ilə digər insanlar arasında 
münasibət və rəftarları həzrət Əlinin (ə) “Əmirəl-möminin” seçilməsinə 
səbəb olmuşdur.
3
 
1. Şəxsi düşüncəyə əsasən təfsir barədə daha ətraflı məlumata sahib olmaq üçün Ayətullah 
Məkarim Şirazinin “Təfsir be rəy” kitabına müraciət edərək mütaliə edin.
2. «Biharul-ənvar», c.74, səh. 134.
3. Biz elmi hövzə tələbələrinin ifadəsi ilə desək, “Hökmün sifətə şamil olması, səbəb adı ilə 
tanınır”, yəni hansısa bir hökmü sifət (vəsf) üçün qeyd etsələr, ondan anlaşılan nəticə həmin 
sifətin bu hökm üçün səbəb olmasıdır. Məsələn, “alim olan insanlara ehtiram edin” deyilsə, 


                                                                                                  71
Yuxarıda qeyd edilən ayədə  həzrət  Əlinin (ə) tərafdarlarına 
belə deyilir: “Əgər siz də  həzrət  Əlinin (ə) yolu ilə addımlamaq 
istəyirsinizsə, onda, güclü imana sahib olmalı, onu qorumaq və hifz 
etmək üçün çalışmalı, Allahla öz aranızdakı rabitə  və münasibətləri 
daha da yaxşılaşdırmalı və hətta zəkat və digər vergiləri də namazda 
ödəməkdən qəflət etməməlisiniz. Xüsusən, ayıqlıq, özünü düzəltmək 
və ibadət ayı olan mübarək Ramazan ayında çalışaraq bu ayda xəstələrin 
şəfa tapması, vəfat edənlərin bağışlanması, acların doyurulması  və 
ehtiyaclıların çətinliklə 
rinin aradan qaldırılması  və s. üçün dualar 
etməlisiniz.”
aydın olur ki, onların elmi ehtiram edilmələrinə səbəb olmuşdur.


Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə