Imamet indd



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə26/112
tarix07.08.2018
ölçüsü3,35 Mb.
#60958
1   ...   22   23   24   25   26   27   28   29   ...   112

          78             
                                            
Əbülqasim Əlyan Nejadi
(nümayəndələrin)  əksəriyyəti ünvanında alimlər deyil, əksinə 
müəyyən və xüsusi bir şəxs olmalıdır. 
c)
 “İsmət” mənəvi qüdrət və təqvanın ən üstün mərhələsi olduğu 
üçün, həmin meyarın bütün adi insanlarda olduğunu demək mümkün 
deyil. Məsum “Ulul-əmr” Allah, Peyğəmbər (s) və ya isməti sübuta 
yetmiş digər məsum tərəfindən tanıtdırılmalıdır.
Nəticədə, 
birincisi, 
“Ulul-əmr” məsum, 
ikincisi,
 müəyyən və 
xüsusi bir şəxs və üçüncüsü, “Ulul-əmr” və məsumun təyin edilməsi 
Allah tərəfindən olmalıdır. 
Burada bəhsimizin ikinci qisminə – yəni, ayənin nazilolma səbəbi 
barədə nəql edilən rəvayətlərə diqqət etməli və bilməliyik ki, görəsən, 
“Ulul-əmr”in m 
isdaq və nümunəsi müəyyən olunmuş, Allah və 
Peyğəmbər (s) belə bir məsumu təyin etmişdirmi? 
Ayənin rəvayətlər sayəsində təfsir edilməsi
ﷲﺍﺍﻮﻌﻴﻃﺍ...
 
(Allaha itaət edin)
 – ayəsinin məqsədi olan məsum şəxsin 
tanıtdırılması ilə bağlı müxtəlif rəvayətlər mövcuddur və onlardan ən 
önəmlisi “Səqəleyn” hədisidir. 
Bu hədisə uyğun olaraq, Peyğəmbəri-Əkrəm (s) mübarək ömrünün 
sonlarında buyurmuşdur:
  َﻞْﻫَأ  ِتيَ ْﱰِﻋَو ...ِﻪﻠﻟا  َبﺎـﺘِﻛ ...يِﺪْﻌَﺑ اﻮﱡﻠ ِﻀَﺗ ْﻦَﻟ ﺎـﻤِﻬِﺑ ْﻢُﺘْﻜ ﱠﺴَ َتم ْنإ ﺎـﻣ ِ ْينَﻠْﻘﱢﺜﻟا ُﻢُﻜﻴِﻓ  ُﺖْﻛَﺮَﺗ ْﺪَﻗ  ّنيِإ
 
١
 ﻲِﺘْﻴَﺑ
“Mən sizi tərk edərək aranızda iki ağır  əmanət qoyuram. Kim 
onlardan ya pışsa, məndən sonra heç vaxt doğru yoldan azmaz....Allahın 
kitabı...və itrətim (Əhli-beytim).” 
Hədisin mənası Quranın səhv və  xətadan qorunmuş olması  və 
onun sayəsində  hərəkət edənlərin də  səhv və günahlardan amanda 
qalacağıdır. Bu baxımdan,  Əhli-beyt (ə) də  məsum olmalıdır ki, 
onlardan yapışanlar da səhv və  xətadan amanda qalsınlar. Yoxsa, 
onlar məsum olmadığı halda, onlara təvəssül edənlərin səhv və 
günahlardan amanda qala bilməsi mümkün deyil. Deməli, həmin 
rəvayətə uyğun olaraq, Əhli-beyt (ə) ismət və  təharətə malik və 
məsumdur, eyni zamanda, ... 
ﷲﺍﺍﻮﻌﻴﻃﺍ
  (Allaha itaət edin!) – ayəsinin 
şərhində dediklərimizə  əsasən, “Ulul-əmr” Allah tərəfindən seçilmiş 
məsum bir fərd olmalıdır. Beləliklə, onların bir-birinin ardınca məsum 
imamlar olması aydın olur. 
1. “Mizanul-hikmət”, bölmə 161, hədis 917.


                                                                                                  79

Səqəleyn

 hədisinin əhəmiyyəti
“Səqəleyn” hədisi “imamət” və “vilayət” mövzusu ilə bağlı həddən 
artıq əhəmiyyətə malikdir və onun tayı-bərabəri yoxdur. Bu hədis dəlil 
baxımından tutarlı  və güclü sübutlara malikdir və  sənəd cəhətdən 
isə  əhli-sünnə  və  şiə  mənbələrində mütəvatir və geniş  şəkildə  nəql 
edilmişdir. Həmin hədis barədəki mənbə və sənədlərə nəzər saldıqda, 
Peyğəmbərin (s) onu bir dəfə deyil, dəfələrlə söylədiyi məlum olur. 
Qeyd edilən hədis həm  şiənin mötəbər mənbələrində (“Təhzibul-
əxbar”, “Əl-İstibsar”, “Üsuli-kafi” və “Mən la yəhzurul-fəqih”) 
1
, həm 
də əhli-sünnənin “Sihahe sittə” kitablarında gəlmişdir. “Sihahe sittə” 
bunlardan ibarətdir:
1. “Səhih Buxari” – həmin altı kitab arasında ən əhəmiyyətlisidir və 
onun müəllifi Buxari hicri-qəməri 256-cı ildə vəfat etmişdir.
2. “Səhih Müslim” – “Səhih Buxari”dən sonra ən mötəbər kitabdır. 
Kitabın müəllifi Müslim ibn Hicar hicri-qəməri 261-ci ildə vəfat etmişdir. 
Bu iki kitabı “Səhiheyn” və müəlliflərini də “Şeyxeyn” adlandırırlar. 
3. “Sünəne İbn Davud” – İbn Davudun vəfat etdiyi il hicri-qəməri 
275-ci ildir.
4. “Sünəne Tirmizi” – Tirmizi hicri-qəməri 279-cu ildə vəfat etmişdir. 
5. “Sünəne Nəsai” – Nəsai hicri-qəməri 303-cü ildə vəfat etmişdir.
6. “Sünəne  İbn Mace” – İbn Macenin vəfat etdiyi il 273-cü hicri-
qəməri ilidir.
Əhli-sünnə nəzərində yuxarıdakı altı kitabın rəvayətlərinin hamısı 
mötəbərdir və  həmin rəvayətlər təkcə bu kitablarla məhdudlaşmır. 
Hakim adlı bir şəxs “Müstədrəkus-səhihəyn” kitabını yazaraq “Səhih 
Müslim” və “Səhih Buxari”də olmayan mötəbər hədisləri orada 
toplamışdır.
2
 
Bu kitabın müəllifi deyir: “Mənim “Müstədrəkus-səhihəyn” 
kitabında topladığım bütün rəvayətlər Buxari və Müslimin meyarlarına 
1. “Təhzibul-əxbar”, “Əl-İstibsar” Şeyx Tusinin, “Üsuli-kafi” mərhum Kuleyninin və “Mən 
la yəhzurul-fəqih” Şeyx Səduqun əsrlərindəndir və hər üç əsər şiənin ən dəyərli və mötəbər 
mənbələrindən hesab edilir. Xatırladırıq ki, həmin kitabların  şiənin  ən mötəbər kitabları 
olduğunu demək oradakı hədislərin tədqiqə ehtiyaclı olmadığı mənasında deyil, əksinə həmin 
kitablardakı hədislərin sənədləri araşdırıldıqda, mötəbərliyi aydın olur.
2. İbn Əbil Hədid deyir: «Ustadım Əbdül Vəhhabdan soruşdum ki, bütün səhih və mötəbər 
hədislər «Səhihe sittə» də gəlmişdirmi və ya həmin hədislər bu kitabda olanlarla bitmirmi? 
Cavab verdi ki, çoxlu sayda digər mötəbər hədislər bu kitablarda qeyd edilməmişdir. Mən 
soruşdum: “Peyğəmbərdən (s) nəql edilən (Zülfüqar kimi qılınc və Əli (ə) kimi qəhrəman 
yoxdur)  
ﻰﻠﻋ ّﻻﺍ ﱴﻓﻻ ﻭ ﺭﺎﻘﻔﻟﺍ ﻭﺫ ّﻻﺍ ﻒﻴﺳ ﻻ
(Əli ibn Əbutalibin (ə) şənində nəql edilmişdir) hədisi 
mötəbərdirmi? “Bəli” deyərək onu təsdiqlədi və bildirdi ki ,  “Səhihe-sittə” də gəlməyən coxlu 
səhih hədislər mövcuddur.”” 


Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə