Imamet indd



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə20/112
tarix07.08.2018
ölçüsü3,35 Mb.
#60958
1   ...   16   17   18   19   20   21   22   23   ...   112

          60             
                                            
Əbülqasim Əlyan Nejadi
cürdür.”
1
 
Alusi “Ruhul-məani” kitabında aşağıdakı kimi fərqli bir cavab 
vermişdir: “Bəzi vaxtlarda şəxsin, bəzən də işin əzəmət və böyüklüyü 
səbəbi ilə təklik bildirən (müfrəd) sözlər yerinə cəmdən istifadə olunur. 
Bu, ərəb dilində olan bir ənənədir və belə istifadə məcazi olduğu üçün 
qərinə və şahidə ehtiyac vardır.”
2
 
İndi isə biz həmin məsələyə cavab veririk:
Birincisi,
 deyirsiniz ki, iş  və ya şəxsin  əzəməti və ona ehtiram 
edilməsi üçün müfrəd (tək) yerinə  cəmdən istifadə olunması  ərəblər 
arasında adət və  ənənə halını almış  və sözügedən ayədə  də  həmin 
cəhət nəzərdə tutularaq cəm  şəkilçiləri işlədilmişdir. Bu məcazi 
mənanın  ən yaxşı  qərinəsi heç bir alimin, hətta  əhli-sünnədən olan 
təəssübkeş alimlərin də  həzrət  Əlidən (ə) başqa, ayənin ona şamil 
olması üçün kiminsə namazın rüku halında sədəqə verməsinə etiqad 
bəsləməməsidir və bunun özü tək haldakı söz yerinə cəmin işlədilməsi 
üçün ən yaxşı qərinə və şahiddir. 
İkincisi,
 Qurani-Kərimin bir çox ayələrində  tək haldakı sözün 
işlənməsi lazım gəldiyi yerdə, cəmin işlədilməsi görülmüşdür. 
Nümunə üçün, yeddi ayəni diqqətinizə çatdırırıq:
1. “Bəqərə” surəsinin 215-ci ayəsi:
 ِﻦْﺑاَو َينِﻛﺎـﺴَﻤْﻟاَو ﻰﻣﺎـﺘَﻴْﻟاَو َينِﺑَﺮْﻗَْﻻاَو ِﻦْﻳَﺪِﻟاﻮْﻠِﻠَﻓ  ْيرَﺧ ْﻦِﻣ ْﻢُﺘْﻘَﻔْﻧَأ ﺎـﻣ  ْﻞُﻗ َنﻮُﻘِﻔْﻨُﻳ اذﺎـﻣ َﻚَﻧﻮُﻠَﺌ ْﺴَﻳ
ٌﻢﻴِﻠَﻋ ِﻪِﺑ َﻪﻠﻟا ﱠنِﺎَﻓ  ْيرَﺧ ْﻦِﻣ اﻮُﻠَﻌْﻔَﺗ ﺎـﻣَو ِﻞﻴِﺒ ﱠﺴﻟا
“(Ey Rəsulum!) Səndən (Allah yolunda) nə verəcəkləri (infaq) 
haqqında soruşanlara de: «(Malınızdan) verəcəyiniz  şey ata-anaya, 
(yoxsul) qohumlara, yetimlərə, miskinlərə və (pulu qurtaran) müsafirə 
(yolçulara) məxsusdur. «Şübhəsiz ki, Allah etdiyiniz xeyirli işi biləndir.””
Bu  şərif ayədə
 ﺍﻮﻠﻌﻔﺗ  ﺎﻣ  ﻭ  ﻢﺘﻘﻔﻧﺍ  ،ﻥﻮﻘﻔﻨﻳ  ،ﻚﻧﻮﻟﺄﺴﻳ  
– kimi sözlər cəm 
halda işlədilmişdir və elə  nəzərə çarpır ki, bütün müsəlmanlar 
yuxarıdakı sualı vermişlər. Amma ayənin nazilolma səbəbi ilə bağlı 
deyilənlərə uyğun olaraq, bu sualı bir nəfərdən – varlı şəxs olan Ömər 
ibn Cumuhdan – başqa, kimsə verməmişdir.
3
  Nəticədə, bu ayədə  də 
ya infaq kimi əhəmiyyətli işə, ya da sual verənin (Ömər ibn Cumuh) 
ehtiramına xatir müfrəd yerinə cəm işlədilmişdir. 
Bir mətləb: 
Bu ayədə  nəzərə çarpan maraqlı  məsələ Ömər ibn 
Cumuhun verdiyi sualın cavabında Allahın digər bir mövzuya 
1. “Ət-Təfsirul-kəbir”, c.12, səh. 28.
2. “Ruhul-məani”, c.6, səh. 168.
3. “Əl-Kəşşaf”, c.1, səh. 257.


                                                                                                  61
toxunmasıdır. Yəni, Ömər ibn Cumuh hansı mallardan infaq etməyi 
soruşur, amma Allah-taala sualın cavabını bildirməkdən əlavə, həmin 
malların kimlərə xərclənməli olması barədə söhbət açır. Bu cür cavabın 
verdiyi mesaj malın xərclənmə yerlərinin  əhəmiyyətliliyindədir və 
insanın  əvvəlcə, ata-anası, yaxınları  və qohum-əqrəbasını  və daha 
sonra digərlərini nəzərdə tutmasını diqqətə çatdırır. 
2. Allah-taala “Bəqərə” surəsinin 274-cü ayəsində buyurur:
 ﻻَو ْﻢِﻬْﻴَﻠَﻋ ٌفْﻮَﺧ ﻻَو ْﻢِﻬﱢﺑَر َﺪْﻨِﻋ ْﻢُﻫُﺮْﺟَأ ْﻢُﻬَﻠَﻓ ًﺔَﻴِﻧﻼَﻋَو ًاّ ِﴎ ِرﺎﻬﱠﻨﻟاَو ِﻞْﻴﱠﻠﻟﺎِﺑ ْﻢُﻬَﻟاﻮْﻣَأ َنﻮُﻘِﻔْﻨُﻳ َﻦﻳِﺬﱠﻟا
َنﻮُﻧَﺰْﺤَﻳ ْﻢُﻫ
“Mallarını gecə və gündüz, gizli və aşkar (yoxsullara) sərf edənlərin 
Allah yanında böyük mükafatları vardır. Onların (axirətdə) heç bir 
qorxusu yoxdur və onlar qəm-qüssə də görməzlər.” 
Bu ayədə  də 
ﻥﻮﻧﺰﳛ ،ﻢﻫ ،ﻢﻬﻴﻠﻋ ،ﻢﻬّﺑﺭ ،ﻢﻫﺮﺟﺍ ،ﻢﻬﻠﻓ ،ﻢﳍﺍﻮﻣﺍ ،ﻥﻮﻘﻔﻨﻳ ،ﻦﻳﺬّﻟﺍ
 
– sözləri cəm şəklində nazil edilmişdir, lakin əksər təfsirçilər ayədəki 
məqsədin Əli ibn Əbu Talib (ə) olduğunu və o həzrətin gecə-gündüz
aşkar və gizlində infaq etdiyini demişlər. Rəvayətə əsasən, o həzrətin 
dörd dirhəm pulu vardı və o, bir dirhəmi gecə, bir dirhəmi günüz və 
yerdə qalan iki dirhəmi isə aşkar və gizlində infaq etmiş və həmin ayə 
də onun barəsində nazil edilmişdir.
1
 
Sual:
 Dörd dirhəmin infaq edilməsi kimi cüzi və kiçik işlər üçün 
ayə nazil edilməsi mümkündürmü? 
Cavab:
  İslamın nəzərində  əhəmiyyətli və mühüm olan əməlin 
kəmiyyət və miqdarı deyil, onun keyfiyyət və necəliyidir. Əgər əməl 
ixlasla yerinə yetirilmiş olarsa, dörd dirhəmlik azacıq infaqla bağlı 
ayənin nazil edilməsi mümkündür, amma kimsə  qızıldan olan bir 
gövhəri infaq etsə və əməli ixlas üzündən olmasa, heç bir dəyərə malik 
olmayacaq və onun barəsində bir ayə belə, nazil edilməyəcəkdi! 
3. “Ali-İmran” surəsinin 173-cü ayəsində buyurulur:
 ُﻪﻠﻟا ﺎَﻨُﺒ ْﺴَﺣ اﻮُﻟﺎـﻗَو ًﺎﻧﺎـيمِإ ْﻢُﻫَداﺰَﻓ ْﻢُﻫْﻮ َﺸْﺧﺎَﻓ ْﻢُﻜَﻟ اﻮُﻌَﻤَﺟ ْﺪَﻗ  َسﺎـّﻨﻟا ﱠنِإ  ُسﺎـّﻨﻟا ُﻢُﻬَﻟ  َلﺎـﻗ َﻦﻳِﺬﱠﻟا
ُﻞﻴِﻛَﻮْﻟا َﻢْﻌِﻧَو
“Onlar (Ühüd döyüşündəki mücahidlər) elə  kəslər idilər ki, 
camaatın bəzisi “Camaat (düşmən qoşunu) sizin (lə vuruşmaq) üçün 
toplaşmışdır, onlardan qorxun!” – dediyində, bu xəbər onların imanını 
artırdı və dedilər: “Allah bizə kifayətdir və o, necə də gözəl vəkildir!””
Bu ayə “Ühüd” döyüşü barədə nazil olmuşdur. Yenicə müsəlman 
olmuş bir qrup döyüşdə Peyğəmbərin (s) göstərişinə itaətsizlik 
1. “Əl-Kəşşaf”, c.1, səh. 319.


          62             
                                            
Əbülqasim Əlyan Nejadi
edərək onlara təyin olunmuş yeri tərk etdilər və döyüş qənimətlərini 
toplamağa başladılar. Bu səbəbdən, məğlubiyyətə uğradılmaqda olan 
düşmən müsəlmanların qəflətindən sui-istifadə edərək Ühüd dağını 
mühasirə edir və beləliklə, müsəlmanlardan yetmiş  nəfər  şəhadətə 
çatdırılır. 
Kafir və müşriklər işi sonuna kimi davam etdirməyərək həmin 
miqdardakı qələbə ilə kifayətlənmiş və Məkkəyə doğru geri qayıtmışlar. 
Məkkəyə qayıtmaq ərəfəsində onlardan biri deyir: “Biz bu mərhələyə 
qədər qələbə çalmağımıza baxmayaraq, nə üçün İslam Peyğəmbərini 
(s) qətlə yetirmədik ki, İslamın işi tamamilə sona yetsin? Əgər elə 
bu gün həmin işi görməsək, gələcəkdə  İslam və müsəlmanlar bizə 
maneçilik törədəcəklər.” Onun sözləri digərlərinə təsir etdi və hamısı 
geri qayıdıb yenidən döyüşmək istədilər. Müşriklərin arasında təkcə 
Nəim ibn Məsud və ya Möbəd Əl-Xüzai adlı bir şəxs döyüşün davam 
etdirilməsindən narazı idi. O, kafirlərin müsəlmanlara yetişməsindən 
qabaq, müşriklərin geri qayıdıb döyüşə  qərar verdikləri xəbərini 
müsəlmanlara çatdırdı. 
Müsəlmanlardan bəziləri bu xəbərdən qorxu və  vəhşət hissi 
keçirərək dedilər: “Sağlam olduğumuz zaman onlarla döyüşdə 
məğlub olduq və indi bu qədər yaralandığımız və  bəzilərimiz 
öldürüldüyü halda, onların müqabilində necə davam gətirə 
biləcəyik?!” Amma müsəlmanların digər dəstəsi dedi ki, biz təkcə 
onlarla döyüşmək deyil, əksinə onların qarşısına da çıxacağıq. Onlar 
hətta yaralananlardan da qoşun toplayaraq düşmən qarşısına çıxdıqda, 
kafir və müşriklər başa düşdülər ki, müsəlmanlar yaralananlarla 
döyüşə gəlmişdir. Bu hadisədən qorxuya düşdülər və həmin miqdar 
qələbə  və müvəffəqiyyətlə kifayətlənərək geri çəkildilər və yenidən 
döyüşməkdən daşınaraq çəkindilər. 
Yuxarıdakı ayə  də  həmin məsələ barədə nazil olmuşdur. 
Eyni zamanda, kafirlərin müsəlmanlarla bağlı verdikləri qərarı 
müsəlmanlara çatdıran Nəim ibn Məsud və ya Möbəd  Əl-Xüzai bir 
nəfər olmasına baxmayaraq, 
ﺱﺎﻧ
 
(camaat)
 sözü ilə ifadə edilmişdir. 
Onun bu cür rəftar və əməli diqqətəlayiq və əzəmətli olduğundan, ona 
ehtiram və hörmət əlaməti olaraq ayədə tək (müfrəd) yerinə cəmdən 
istifadə edilmişdir. 
4. “Ali-İmran” surəsinin 61-ci ayəsində Allah-taala buyurur:
 ﺎـﻨَﺋﺎـﺴِﻧَو ْﻢُﻜَﺋﺎـﻨْﺑَأَو ﺎـﻨَﺋﺎـﻨْﺑَأ ُعْﺪَﻧ اْﻮَﻟﺎـﻌَﺗ  ْﻞُﻘَﻓ  ِﻢْﻠِﻌْﻟا َﻦِﻣ َﻚَﺋﺎـﺟ ﺎـﻣ ِﺪْﻌَﺑ ْﻦِﻣ ِﻪﻴِﻓ َﻚﱠﺟﺎﺣ ْﻦَﻣ
َينِﺑِذﺎـﻜْﻟا  َﲆَﻋ ِﻪﻠﻟا  َﺖَﻨْﻌَﻟ  ْﻞَﻌْﺠَﻨَﻓ  ْﻞِﻬَﺘْﺒَﻧ ﱠﻢُﺛ ،ْﻢُﻜ َﺴُﻔْﻧَأَو ﺎـﻨ َﺴُﻔْﻧَأَو ْﻢُﻜَﺋﺎـﺴِﻧَو
“Buna görə  də  sənə elm gəldikdən sonra, onun barəsində  (İsa 


Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə