Imamet indd



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə17/112
tarix07.08.2018
ölçüsü3,35 Mb.
#60958
1   ...   13   14   15   16   17   18   19   20   ...   112

                                                                                                  51
tərəfindən yardım ediləcək. 
Əlləzinə amənu...rakiun ayəsinin misdaq və nümunəsi kimdir?
Ötən bəhslərimizdə 
(ﺎَﻤﱠﻧِﺇ)
 “innəma” və “vəli” sözlərinin mənalarının 
aydınlaşmasına baxmayaraq, hələ də ayədəki qaranlıq qalmış tərəflər 
tamamilə aradan qalxmamışdır. Çünki keçmiş  bəhslərimizdən 
(ﻮُﻨَﻣﺁ َﻦﻳﺬﱠﻟﺍ.…َﻥﻮُﻌِﻛﺍَﺭ)
 ayəsindəki məqsədin kim olduğu bilinməmişdir. 
Bu suala cavab vermək üçün bilməliyik ki, ravilərin, təfsirçi, əhli-
sünnə və şiə alimlərinin heç biri bu ayənin misdaq və nümunəsi kimi 
həzrət Əlidən (ə) başqa, heç bir şəxsi xatırlatmamışdır. Nəticədə, bütün 
müsəlman alimləri həmin ayənin nümunə  və misdaqının həzrət  Əli 
(ə) olması ilə bağlı fikir birliyinə malikdirlər. Digər tərəfdən, 
ﻮُﻨَﻣﺁ َﻦﻳﺬﱠﻟﺍ
 
(iman gətirən kəslər) üçün ən azı bir nümunə mövcud olmuşdur və 
şübhəsiz ki, o şəxs də Əli ibn Əbu Talibdən (ə) başqası deyildi. 
Beləliklə, ötən bəhslərimizin ümumilikdə  nəticəsi – təfsirçilərin 
hədis, rəvayət və  nəzəriyyələrini çıxmaq  şərti ilə – üç mətləbdən 
ibarətdir:
1.
 ﺎَﻤﱠﻧِﺇ
  (innəma)
 – sözü həsr və məxsusluğu bildirir və vilayəti üç 
dəstəyə şamil edir.
2. Bu ayədəki “vilayət” sözü Quranda işlənən əksər mənaları nəzərə 
aldıqda, “ixtiyar sahibi” və “rəhbər” mənasındadır.
3. 
ﻮُﻨَﻣﺁ َﻦﻳﺬﱠﻟﺍ
 
(əlləzinə amənu)
 – sözündə məqsəd, şübhəsiz ki, həzrət 
Əli ibn Əbu Talibin (ə) müqəddəs vücududur. 
İkinci yol: Ayəni hədisləri nəzərə almaqla 
təfsir etmək
Mərhum Mühəddis Bəhrani “Ğayətul-məram” əsərində əhli-sünnə 
mənbələrindən iyirmi dörd hədis və şiə mənbə və sənədlərindən isə 
on doqquz rəvayət nəql etmişdir ki, birlikdə qırx üç hədisi təşkil edir. 
Bu ayə barəsində gəlib çatan rəvayətlər mütəvatirdir.
1
 Bundan əlavə, 
Əllamə Əmini də öz dəyərli əsəri olan “Əl-Qədir” kitabında həmin ayə 
barəsində  əhli-sünnənin iyirmi dörd tanınmış  mənbəsindən rəvayət 
nəql etmişdir. Onun nəql etdiyi mənbələr bunlardan ibarətdir:
“Təbəri təfsiri”, “Əsbabun-nuzul”, “Fəxri Razi təfsiri”, Sibt ibn 
Cuzinin “Təzkirə”si,  İbn Həcərin “Əs-Səvaiq”,  Şibləncinin “Nurul-
əbsar”  əsəri və  “İbn Kəsir təfsiri”. Bu əsərlər  əhli-sünnə  nəzərində 
1. Hər hansı bir məsələ barəsində həddən artıq rəvayətlərin nəql edilməsi ilə həmin mövzuya 
nisbətdə insan yəqin əldə edərsə, bu cür hədislər “mütəvatir” adlanır və onların sənədlərinin 
araşdırılmasına ehtiyac duyulmur.


          52             
                                            
Əbülqasim Əlyan Nejadi
mötəbərdir və xüsusi əhəmiyyət kəsb edir. Həmin hədislərin raviləri 
Peyğəmbərin (s) on nəfər aşağıda adlarını  çəkdiyimiz məşhur və 
tanınmış səhabələrindəndir:
1.  İbn Abbas, 2. Əmmar Yasir, 3. Cabir ibn Abdullah Ənsari, 4. 
Əbuzər Qəffari (o, bu zəminədə  ən məşhur və geniş  şərhli rəvayəti 
nəql etmişdir), 5. Ənəs ibn Malik, 6. Abdullah ibn Salam, 7. Səlmət ibn 
Kuheyl, 8. Abdullah ibn Qalib, 9. Uqbət ibn Həkim, 10. Abdullah ibn 
Ubəyy.
Bundanə əlavə, bu ayənin nazilolma səbəbi barədə, şəxsən, həzrət 
Əlinin (ə) də  rəvayət nəql etdiyini və o həzrətin dəfələrlə  həmin 
ayəni dəlil gətirdiyini deyə bilərik. Yuxarıdakı rəvayətlərin məzmunu 
belədir: “Bir gün həzrət Əli (ə) Məscidün-Nəbidə (Peyğəmbər məscidi) 
namaz qılmaqla məşğul olduğu zaman məscidə ehtiyacı olan bir şəxs 
(dilənçi) daxil olur və öz ehtiyaclarını ödəmək üçün kömək istəyir. 
Amma heç kəs ona bir şey vermir.
1
 Namazda rüku halında olan həzrət 
Əli (ə)  əli ilə ona işarə edir və  həmin  şəxs yaxın gələrək o həzrətin 
mübarək barmağından üzüyü çıxarıb götürür və sonra məsciddən 
gedir. Elə  həmin vaxt barəsində  bəhs etdiyimiz ayə Peyğəmbərə (s) 
nazil olur.”
Xatırlatdığımız mətləb nazil edilən ayə barəsində  nəql edilmiş 
qırxdan artıq rəvayətin məzmunudur. Biz burada həmin qırx 
rəvayətdən yalnız üçünü nəzərinizə çatdırmaqla kifayətlənir və onları 
müxtəsər şəkildə Fəxri Razinin təfsirindən nəql edirik:
.ﺐِﻟﺎﻄﻴﺑَأ ِﻦْﺑ ﱢ ِﲇَﻋ ﰲ  ْﺖَﻟَﺰَﻧ ﺎـﻬﱠﻧَأ  ْسﺎّﺒَﻋ ِﻦْﺑِا ْﻦَﻋ ﺎـﻄَﻋ ىوَر .١
“Əta adlı bir şəxs Peyğəmbərin (s) məşhur səhabəsi və Quran 
müfəssiri olan İbn Abbasın belə nəql etdiyini buyurur: “Vilayət ayəsi 
Əli ibn Əbu Talibin (ə) barəsində nazil edilmişdir.””
2
  ْﺖَﻟَﺰَﻧ ﺎـّﻤَﻟ :لﺎﻗ مﻼﺳ ﻦﺑ ﻪﻠﻟاﺪﺒﻋ نا ىوﺮﯩﻠَﻋ ِﻪِ َتمﺎـﺨِﺑ  َقﱠﺪ َﺼَﺗ ًﺎّﻴِﻠَﻋ  ُﺖْﻳَأَر ﺎَﻧَأ ِﻪﻠﻟا  َلﻮُﺳَر  .٢
ُﻩّﻻَﻮَﺘَﻧ ُﻦْﺤَﻨَﻓ ٌﻊِﻛار َﻮُﻫَو جﺎـﺘْﺤُﻣ ﺎﻳ ، ُﺖْﻠُﻗ ،ُﺔَﻳْﻻا  ِﻩِﺬـﻫ
“Abdulla ibn Salamın belə dediyi nəql edilmişdir: “Vilayət ayəsi 
nazil olduğu zaman mən Peyğəmbərə (s) dedim ki, həzrət  Əli (ə) öz 
üzüyünü ehtiyaclı olan şəxsə sədəqə verdiyində, mən də orada hazır idim 
və bunların hamısını öz gözlərimlə gördüm (onun vilayəti barəsində 
bu ayənin nazil olmasına diqqət etməklə) mən oun vilayətini qəbul 
1. Peyğəmbər (s) zamanında iqtisadi cəhətdən müsəlmanları  vəziyyəti o qədər də yaxşı 
deyildi və onların  əksəriyyəti çətinliklə  həyat sürür, hətta, zəruri ehtiyaclarını belə, təmin 
edə bilmirdilər.
2. «Təfsirul-kəbir”, c. 12, səh. 26.


                                                                                                  53
edirəm.””
1
 
3. Bu barədə ən geniş şərhə malik və mühüm hesab edilən üçüncü 
rəvayət  Əbuzər Qəffaridən nəql edilmişdir. Fəxri Razi Əbuzərə 
istinadən həmin rəvayəti belə bəyan edir:
 ِﺪِﺠ ْﺴَﻤْﻟا  ِﰱ  ٌﻞِﺋﺎـﺳ  َلَﺄ َﺴَﻓ ،ِﺮْﻬﱡﻈﻟا َةﻮﻠ َﺻ ًﺎﻣْﻮَﻳ ﻪﻟآو ﻪﻴﻠﻋ ﻪﻠﻟا ﲆﺻ ِﻪﻠﻟا ِلﻮُﺳَر َﻊَﻣ  ُﺖْﻴﱠﻠ َﺻ :لﺎـﻗ
 ﺎـﻤَﻓ ِلﻮ ُﺳﱠﺮﻟا ِﺪِﺠ ْﺴَﻣ  ِﰲ  ُﺖْﻟَﺄَﺳ  ﱢنيَأ ْﺪَﻬْﺷا ﱠﻢُﻬّﻠﻟا : َلﺎـﻗَو ِءﺎـﻤ ﱠﺴﻟا  َﱃِإ  ُﻩَﺪَﻳ  ُﻞِﺋﺎـ ّﺴﻟا َﻊَﻓَﺮَﻓ ٌﺪَﺣَأ ِﻪِﻄْﻌُﻳ ْﻢَﻠَﻓ
  ُﻞِﺋﺎـ ّﺴﻟا  َﻞَﺒْﻗَﺄَﻓ ٌﻢَﺗﺎـﺧ ﺎـﻬﻴِﻓ َنﺎـﻛَو ﻰﻨْﻤُﻴـْﻟا  ِﻩِ ِﴫْﻨِﺨِﺑ ِﻪْﻴَﻟِإ ﺄَﻣْوَﺄَﻓ ،ًﺎﻌِﻛار َنﺎـﻛ ﱞ ِﲇَﻋَو !ًﺎﺌْﻴَﺷ ٌﺪَﺣَأ  ِنيﺎـﻄْﻋَأ
 ﻲِﺧَأ ﱠنِإ ﱠﻢُﻬﱠﻠﻟا) :ﻪﻟآو ﻪﻴﻠﻋ ﻪﻠﻟا ﲆﺻ (  َلﺎـﻘَﻓ) ﻪﻟآو ﻪﻴﻠﻋ ﻪﻠﻟا ﲆﺻ (  ﱡﻰِﺒﱠﻨﻟا ىأْﺮَ ِبم َﻢَﺗﺎـﺨْﻟا َﺬَﺧَأ ﻰّﺘَﺣ
 ، ِﱄْﻮَﻗ اﻮُﻬَﻘْﻔَﻳ ، ِنيﺎـﺴِﻟ ْﻦِﻣ ًةَﺪْﻘَﻋ  ْﻞُﻠْﺣاَو ،يﺮْﻣَأ  ِﱄ ْ ﱢﴪَﻳَو ،يِرْﺪ َﺻ  ِﱄ ْحَ ْﴍا  ﱢبَر : َلﺎـﻘَﻓ َﻚَﻟَﺄﺳ ﳻﻮُﻣ
 ﱡﺪ ُﺸَﻨَﺳ :ًﺎﻘِﻃﺎﻧ ًﺎﻧآْﺮُﻗ ﺖَﻟَﺰْﻧَﺄَﻓ يِﺮْﻣَأ  ِﰱ ُﻪْﻛِ ْﴍَأَو يِرْزَأ ِﻪِﺑ ْدُﺪْﺷُا ،ﻲِﺧَأ َنوُرﺎـﻫ ،ﲆْﻫَأ ْﻦِﻣ ًاﺮﻳِزَو  ِﱄ  ْﻞَﻌْﺟاَو
  ِﱄ ْ ﱢﴪَﻳَو يِرْﺪ َﺻ  ِﱄ ْحَ ْﴍﺎَﻓ َﻚﱡﻴِﻔ َﺻَو َﻚﱡﻴِﺒَﻧ ٌﺪﱠﻤَﺤُﻣ ﺎَﻧَأَو ﱠﻢُﻬّﻠﻟَاَو ًﺎﻧﺎـﻄْﻠُﺳ ﺎـﻤُﻜَﻟ  ُﻞَﻌْﺠََﻧَو َﻚﻴﺧَﺎِﺑ َكَﺪ ُﻀَﻋ
 ﲆﺻ ( ِﻪﻠﻟا  ُلﻮ ُﺳَر ﱠﻢَﺗَأ ﺎـﻣ ِﻪﻠﻟا َﻮَﻓ :رَذﻮُﺑَأ  َلﺎـﻗ .يِﺮْﻬَﻇ ِﻪِﺑ ْدُﺪْﺷُا ،ًﺎّﻴِﻠَﻋ ، ِﲇْﻫَأ ْﻦِﻣ ًاﺮﻳِزَو  ِﱄ  ْﻞَﻌْﺟاَو يِﺮْﻣَأ
...ُﻪُﻟﻮُﺳَرَو ُﻪﻠﻟا ُﻢُﻜﱡﻴِﻟَو ﺎـ ﱠنمِإ ْءَﺮْﻗِإ :ُﺪﱠﻤَﺤُﻣ ﺎـﻳ : َلﺎـﻘَﻓ ، ُﻞﻴﺋَ ْﱪِﺟ  َلَﺰَﻧ ﻰﱠﺘَﺣ ِﺔَﻤِﻠَﻜْﻟا  ِﻩِﺬـﻫ) ﻪﻟآو ﻪﻴﻠﻋ ﻪﻠﻟا
Əbuzər deyir: “Bir gün Peyğəmbərlə (s) zöhr namazını camaatla 
birlikdə  qıldıq. Namazdan sonra (əksər müsəlmanlara hakim kəsilən 
fəqirlik səbəbindən) ehtiyacı olan bir şəxs kömək istədi. Amma məsciddə 
olanlardan heç biri ona kömək etmədi. Sonra o, əllərini asimana tərəf 
qaldırıb dua edərək dedi: “İlahi! Sən şahidsən ki, İslam Peyğəmbərinin 
(s) məscidində kömək istədim, amma kimsə mənə kömək etmədi.” 
Həmin vaxt namaz (müstəhəb və nafilə) qılmağa məşğul olan həzrət 
Əli (ə)   sağ əlinin kiçik barmağı ilə (həmin barmağnda üzük vardı) həmin 
şəxsə  işarə etdi. O, həzrət  Əlinin (ə) yanına gələrək üzüyü həzrətin 
barmağından çıxardı və getdi. Bu səhnə Peyğəmbər (s) və səhabələrin 
hüzurunda və gözləri önündə baş verdi. Peyğəmbər (s) (həmin gözəl 
səhnəni gördükdən sonra əllərini asimana qaldırdı  və) dedi: “İlahi! 
Qardaşım Musa ibn İmran səndən hacət istəyərək dedi ki, ey mənim 
Rəbbim, sinəmi genişləndir, işlərimi mənim üçün asan elə, dilimdəki 
düyünü aç ki, sözlərimi başa düşsünlər və xanədanımdan olan bir 
şəxsi – qardaşım Harunu mənə vəzir təyin et! Onunla mənə kömək ol 
(kürəyimi möhkəmləndir) və onu işlərimə şərik et!
Sən Quranda (onun hacətlərini qəbul etməyinlə bağlı) belə 
buyurmusan: “Mən tezliklə  səni qardaşınla qüvvətləndirəcək və sizə 
üstülük və hakimiyyət əta edəcəyəm!” İlahi! Mən Məhəmməd (s) sənin 
peyğəmbər olaraq seçdiyin kəsəm. Sinəmi genişləndir, işlərimi mənim 
üçün asan et və xanədanımdan – Əlini (ə) mənə vəzir təyin elə və onunla 
1.
1
 Təfsirul-kəbir”, c. 12, səh. 26.


Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə