Imamet indd



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə13/112
tarix07.08.2018
ölçüsü3,35 Mb.
#60958
1   ...   9   10   11   12   13   14   15   16   ...   112

                                                                                                  39
özünün “Bağdad tarixi” adlı kitabında Əbu Hüreyrəyə istinadən belə 
nəql edir: 
 ُمﺎـﻴ ِﺻ ُﻪَﻟ  َﺐِﺘُﻛ ِﺔﱠﺠَﺤْﻟا يِذ ْﻦِﻣ َةَ َﴩَﻋ َنﺎـ َثم َمْﻮَﻳ َمﺎـﺻ ْﻦَﻣ ) :ﻪﻟآو ﻪﻴﻠﻋ ﻪﻠﻟا ﲆﺻ (ﻪﻠﻟا  ُلﻮُﺳَر  َلﺎﻗ
 : َلﺎﻘَﻓ ﺐِﻟﺎـﻃ بيَأ ِﻦْﺑ ﱢ ِﲇَﻋ ِﺪَﻴِﺑ ﻪﻟآو ﻪﻴﻠﻋ ﻪﻠﻟا ﲆﺻ  ﱡﻲِﺒﱠﻨﻟا َﺬَﺧَأ ﺎـّﻤَﻟ ﱟﻢُﺧ ِﺮﻳﺪَﻏ ُمْﻮَﻳ َﻮُﻫَو ًاﺮْﻬَﺷ َينّﺘِﺳ
 ُهﻻْﻮَﻣ ﱞ ِﲇَﻋ،ُهﻻْﻮَﻣ  ُﺖْﻨُﻛ ْﻦَﻣ :ﻪﻟآو ﻪﻴﻠﻋ ﻪﻠﻟا ﲆﺻ  َلﺎـﻗ ،ِﻪﻠﻟا  َلﻮُﺳَر ﺎـﻳ ﲆَﺑ :اﻮُﻟﺎـﻗ َينِﻨِﻣْﺆُﻤْﻟا ﱠ ِﱄَو  ُﺖ ْﺴَﻟَأ
  َلَﺰْﻧَﺄَﻓ ،ﺔَﻨِﻣْﺆُﻣَو   ﻦِﻣْﺆُﻣ  ﱢﻞُﻛ ىﻻْﻮَﻣَو َىﻻْﻮَﻣ  َﺖْﺤَﺒ ْﺻَأ ﺐِﻟﺎﻃ بيَأ َﻦْﺑﺎَﻳ َﻚَﻟ ّﺦَﺑ ّﺦَﺑ :بﺎّﻄَﺧ ُﻦْﺑ ُﺮَﻤُﻋ  َلﺎـﻘَﻓ
١
 ... ْﻢُﻜَﻨﻳِد ْﻢُﻜَﻟ  ُﺖْﻠَﻤْﻛَأ َمْﻮَﻴْﻟا ُﻪﻠﻟا
“Peyğəmbər (s) buyurdu: “Zilhəccənin on səkkizinci günü kimi oruc 
tutsa, ona altmış ayın orucunun savabı yazılar.”
٢
  Həmin gün Qədir-
Xum gündür və Peyğəmbər (s) həzrət Əlinin (ə) əlindən tutaraq camaata 
dedi ki, mən müsəlman və möminlərə onların özündən övla və üstün 
deyiləmmi? Hamı «Bəli, üstünsünüz!” – deyə cavab verdi. Peyğəmbər 
(s) bu iqraretmə və təsdiqi onlardan eşitdikdən sonra buyurdu: “Mən 
kimin mövlasıyamsa,  Əli (ə) də onun mövlasıdır.” Ömər ibn Xəttab
٣
 
təbrik demək üçün həzrət  Əlinin (s) yanına gəldi və dedi ki, ey Əbu 
Talibin oğlu, bu məqam və fəzilət sənə mübarək olsun. Sən mənim və 
bütün müsəlmanların mövla və  rəhbəri seçildin. Daha sonra Allah-
taala (
ﻢﹸﻜﹶﻨﻳﹺﺩ ﹾﻢﹸﻜﹶﻟ  ﹸﺖﹾﻠﹶﻤﹾﻛﹶﺃ ﹶﻡﹾﻮﹶﻴﹾﻟﺍ)ﹾ ayəsini nazil etdi.”
4. Beşinci əsrdəki əhli-sünnə alimlərindən olan Hakim Həskani də 
bu zəminədə açıq-aşkar bir rəvayəti öz kitabında qeyd etmişdir ki, biz 
kitabda ixtisarı gözləmək səbəbilə onu nəql etməkdən daşınırıq.
4
 
5. Hafiz  Əbu Nəim  İsfahani “Ma nəzələ minəl Quran fi  Əli (ə)” 
adlı kitabında Peyğəmbərin (s) məşhur səhabələrindən olan Əbu Səid 
Xudridən nəql edir ki, Peyğəmbər (s) Əlini (ə) Qədir-Xumda xəlifə 
və  vəli ünvanında camaata tanıtdırdı  və  hələ onlar bir-birlərindən 
çoxlu sayda kitablar qələmə alınmışdır. 
1. «Bağdad tarixi”, c.8, səh. 290.
2. Aydın məsələdir ki, Zilhəccənin on səkkizinci günü oruc tutmaq vilayət nemətinə şükr 
etmək üçündür və fəziləti o qədərdir ki, onun savabı altmış ayın orucuna bərabərdir. Bunun 
özü həmin mühüm hadisəyə digər bir dəlildir, əgər belə olmasaydı, o günün orucu üçün belə 
savab nəzərdə tutulmazdı.
3. İnsanların vilayət yolundan çıxaraq azmasının əsasını qoyanlardan biri olan Ömər ibn 
Xəttabın Qədir hadisəsindəki “vəli” sözündən “rəhbər” mənasını anlaması çox təəccüblüdür. 
O, “sən mənim və bütün müsəlmanların rəhbəri seçildin” – deyir. Yoxsa ki, Əlinin (ə) Ömər 
və digər müsəlmanlarla dostluğu məsələsi heç də yeni bir məsələ deyildi. Amma bununla 
belə, Ömərin tərəfdarları və hətta, Ömərdən də elmli və savadlı olan alimlər müxtəlif əsrlər 
boyu həmin sözün mənasını təəssübkeşlik və tərslik üzündən başqa bir mənaya təfsir etmişlər. 
4. “Şəvahidut-tənzil”, c.1, səh. 157.


          40             
                                            
Əbülqasim Əlyan Nejadi
ayrılmamış
 (ْﻢُﻜَﻨﻳِﺩ ْﻢُﻜَﻟ ُﺖْﻠَﻤْﻛَﺃ َﻡْﻮَﻴْﻟﺍ)
  ayəsi nazil edildi və həmin vax t o 
həzrət buyurdu: 
 ْﻦِﻣ(مﻼﺴﻟا ﻪﻴﻠﻋ)ﱟ ِﲆَﻌِﻟ ِﺔَﻳﻻِﻮْﻟﺎِﺑ َو ﻰﺘَﻟﺎﺳِﺮِﺑ  ﱢبﱠﺮﻟا  َﴇِرَو ِﺔَﻤْﻌّﻨِﻟا  ِمﺎ ْتمِا َو ِﻦﻳّﺪﻟا ِلماْﻛِا ﲆَﻋ ُ َﱪْﻛَا ُﻪﻠﻟَا
  ُﻩَ َﴫَﻧ ْﻦَﻣ ْ ُﴫْﻧاَو ُهادﺎﻋ ْﻦَﻣ ِدﺎﻋ َو ُهﻻاو ْﻦَﻣ ِلاو ﱠﻢُﻬّﻠﻟَا ،ُهﻻْﻮَﻣ ﱞﲇِﻌَﻓ ُهﻻْﻮَﻣ  ُﺖْﻨُﻛ ْﻦَﻣ : َلﺎﻗ ﱠﻢُﺛ ،ىﺪْﻌَﺑ
ُﻪَﻟَﺬَﺧ ْﻦَﻣ  ْلُﺬْﺧاَو
“Dinini kamilləşdirərək nemətini tamamlayan, mənim risalətim 
və  məndən sonra Əlinin (ə) vilayətinə razı olan Allah böyükdür. O 
həzrət daha sonra buyurur: “Mən kimin mövlasıyamsa,  Əli (ə) də 
onun mövlasıdır.  İlahi! Onu sevəni sev, ona düşmən olanla düşmən 
ol! Ona kömək edənə yardım et və yardımını əsirgəyəndən öz köməyini 
əsirgə!””
1
 
Xatırladılan (və ixtisara riayət etmək səbəbilə qeyd edilməyən) 
rəvayətdən açıq-aşkar  əldə olunan nəticə  “İkmalud-din” ayəsinin 
Qədir hadisəsi ilə  əlaqədar nazil edilməsi və  Əmirəl-mömininin (ə) 
imamət, xilafət və vilayəti ilə bağlı olmasıdır. 
Alusidən təəccüb doğuracaq sözlər
Bu  şərif ayə ilə bağlı  aşkar qərinə  və  şahidlərin (onların  şərhini 
verdik) olmasına və sünni və  şiədən çoxlu sayda rəvayətlərin nəql 
edilməsinə baxmayaraq, bəzi kəslər inadkarlıq və təəssübkeşliyin təsiri 
ilə  həmin məsələlərə göz yumaraq onu öz istəklərinə uyğun  şəkil də 
təfsir etmiş  və  məntiqi bəhsdən xaric olmuşlar. O cümlədən, həmin 
kəslərdən biri əhli-sünnənin tanınmış alim və təfsirçisi, həmçinin, geniş 
şərhlər yazılan “Ruhul-məani” təfsirinin müəllifi Alusidir. O, “Maidə” 
surəsinin 67-ci ayəsinin təfsir və  şərhində  Qədir hadisəsinə yetişdiyi 
zaman deyir: “İbn Cərir Təbəri – əhli-sünnənin tanınmış tarixçisi 
Qədir hədisləri ilə bağlı iki cildlik kitab yazmışdır. Sonra Alusi (həmin 
kitabı nəzərə almadan və ondakı rəvayətləri tədqiq edib araşdırmadan 
rahatlıqla) deyir: “Bu iki kitabda səhih və zəif olan hədislər bir-birinə 
qarışdırılmışdır.” Daha sonra ibn Əsakirin Qədir hədisləri və xütbələri 
ilə əlaqədar çoxlu hədis nəql etmədiyinə toxunur və qeyd edir ki, biz 
təkcə onun hədislərini qəbul edirik və həmin hədislərdə də Əlinin (ə) 
xilafətindən danışılmır.”
2
 Bu sözlər insaflı olan hər bir şəxsdə təəccüb 
doğurur. Görəsən, biz “Hər iki kitabda zəif və səhih hədislər bir-birinə 
qarışmışdır.” – bəhanəsilə bütün kitabı etibarsız hesab edərək kənara 
1. “Təfsire-nümunə”, c.4, səh. 266.
2. “Ruhul-məani”, c.6, səh. 195.


Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə