Imamet indd



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə11/112
tarix07.08.2018
ölçüsü3,35 Mb.
#60958
1   ...   7   8   9   10   11   12   13   14   ...   112

                                                                                                  35
ki, həmin əhəmiyyətli hadisə ilə əlaqədardır və Ərəfə günü ilə heç bir 
rabitəsi yoxdur. Nəticədə, ayənin həzrət  Əmirəl-möminin  Əlinin (ə) 
imamət və canişinliyi ilə bağlı nazil olduğunu göstərən müxtəlif şahid 
və qərinələrin olması aydın olacaq. 
Sual: 
“Maidə” surəsinin üçüncü ayəsinin  əvvəlində haram 
ətlərdən
1
, ayənin sonunda isə onun hökmü
2
, məcburiyyət və iztirari 
(ekstermal) hallardan danışılır və bu iki mətləbin ortasında “imamət” 
və “vilayət” məsələsindən bəhs edilir. Belə olan halda, Peyğəmbərin 
(s) canişini, “imamət” və “vilayət” məsələsi ilə haram ətlər, ekstermal 
və  zəruri vəziyyətlərdə onların hökmü arasında hansı münasibət və 
bağlılıq mövcuddur? Görəsən, bunun özü ayə barədə  bəhs edilən 
cümlələrin “vilayət” məsələsi ilə rabitəsinin olmadığına və onun 
(ayənin) başqa bir mətləbi izlədiyinə dəlil və şahid deyilmi? 
Cavab:
 Quran ayələri klassik bir kitab şəkilində tənzimlənməmiş
əksinə Peyğəmbərin (s) göstərişi ilə nazil oduğu kimi (bəzən dəyişiklik 
və yerbəyer olunma ilə) yazılmışdır. 
Ola bilsin ki, barəsində bəhs edilən ayənin əvvəli Qədir hadisəsindən 
qabaq Peyğəmbərə (s) haram ətlər barəsində verilən suallara görə və 
bir müddət sonra da Qədir hadisəsi baş verdiyi üçün onun barəsində 
nazil edilmiş və vəhy katibləri də ayəni həmin tərtiblə haram ətlərin 
hökmünün ardınca yazmış olsun. Daha sonra məcburiyyət və iztirari 
hallar meydana çıxmış  və onun hökmü nazil edildikdən sonra, 
ayənin ortasında yerləşən Qədir hadisəsinin ardınca yazılmışdır. 
Həmin məsələrə diqqət etməklə, ayələrin bir-birinə nisbətdə xüsusi 
münasibətə malik olması  zəruri deyil. Bu məsələni nəzərə aldıqda, 
Quranın ayələri barəsindəki bəyan edilən irad və şübhələrin çoxu həll 
edilərək aradan qalxır. 
Digər bir sual:
  Əvvəlki bəhslərdə “Maidə” surəsinin üçüncü 
1. Xatırladılan ayənin əvvəli belədir:
ﺎﻣ ّﻻﺇ ﻊﺒ ﱠﺴﻟﺍ ﻞﻛﺃ ﺎﻣﻭ ﺔﺤﻴﻄﱠﻨﻟﺍﻭ ﺔﻳﱢﺩﺮﺘﳌﺍﻭ ﺓﺫﻮﻗﻮﳌﺍﻭ ﺔﻘﻨﺨﻨﳌﺍﻭ ﻪﺑ ﷲﺍ ﲑﻐﻟ ﱠﻞﻫﺍ ﺎﻣﻭ ﺮﻳﱰﳋﺍ ﻢﳊﻭ ﻡﱠﺪﻟﺍﻭ ﺔﺘﻴﳌﺍ ﻢﻜﻴﻠﻋ ﺖﻣّﺮﺣ  
 ﻖﺴﻓ ﻢﻜﻟﺫ ﻡَﻻﺯﻷﺎﺑ ﺍﻮﻤﺴﻘﺘﺴﺗ ﻥﺃﻭ ﺐﺼﱡﻨﻟﺍ ﻰﻠﻋ ﺢﺑﺫ ﺎﻣﻭ ﻢﺘﻴﱠﻛﺫ
“Ölmüş heyvanın əti, qan, donuz əti və 
Allahdan başqasının adı çəkilərək kəsilən, boğulan və buynuzlu heyvanların vurub 
öldürdüyü, hündürlükdən düşüb ölən və yırtıcı heyvanların ovlayaraq parçaladıqları 
(can verməmişdən qabaq başı  şəriətə uyğun olaraq kəsilənlər istisnadır) və ya 
bütlərə qurban edilərək kəsilən heyvanların  əti haramdır. Eyni zamanda, fal və 
qumar alətləri ilə heyvanların ətlərinin bölüşdürülməsi də günahdır.”

Bəhs edilən ayənin sonuncu hissəsi isə aşağıdakı kimidir:
 ﻢﻴﺣﺭ ﺭﻮﻔﻏ ﷲﺍ ّﻥﺈﻓ ﰒﻹ ﻒﻧﺎﺠﺘﻣ ﲑﻏ ﺔﺼﻤﳐ ﰲ ﱠﺮﻄﺿﺍ ﻦﻤﻓ
“Amma günaha meyl olmadan və əlləri digər 
halal yeməklərə çatmayan və ac olan kəslərin ehtiyyacları miqdarda haram ətlərdən 
yeməsində heç bir maneə yoxdur. Allah bağışlayan və mehribandır.”
2.


          36             
                                            
Əbülqasim Əlyan Nejadi
ayəsinin Peyğəmbərə (s) nazil olan sonuncu ayə olduğu və bu ayənin 
nazil edilməsilə dinin kamilləşdiyi və Peyğəmbərə (s) zəruri olan 
bütün qanun və göstərişlərin tamamilə bəyan edildiyi bildirildi. Əgər 
məsələ belədirsə, bəs onda, nə üçün həmin ayə barəsində “məcburiyyət 
və iztirari halla bağlı” hökm bəyan olunur? Əgər “İkmalud-din” 
ayəsi sonuncu, həmçinin, din və qanunların kamilləşməsini bildirən 
ayədirsə, bəs, ondan sonra nazil edilən yeni qanun nədir? 
Cavab:
 Bu irada iki cür cavab vermək olar: 
Birinci cavab:
 Aclıq və qıtlıqla bağlı olaraq nazil edilən məcburiyyət 
və iztirari məsələ yeni və təzə bir hökm deyil, əksinə üzərində təkid 
edilən bir hökmdür. Belə ki, həmin hökm yuxarıdakı ayədən qabaq 
Quranın üç ayəsində nazil edilmişdir: 
a) Məkki surələrdən olan “Ənam” surəsinin 145-ci ayəsində: 
 ْوَأ ًﺎﺣﻮُﻔ ْﺴَﻣ ًﺎﻣَد ْوَأ ًﺔَﺘْﻴَﻣ َنﻮُﻜَﻳ ْنَأ ّﻻِإ ُﻪُﻤَﻌْﻄَﻳ ﻢِﻋﺎـﻃ ﲆَﻋ ًﺎﻣﱠﺮَﺤُﻣ ﱠ َﱃِإ  َﻲِﺣوُا ﺎـﻣ  ِﰲ ُﺪِﺟَأ ﻻ  ْﻞُﻗ
ٌﻢﻴِﺣَر ٌرﻮُﻔَﻏ  َﻚﱠﺑَر ﱠنِﺎَﻓ دﺎـﻋ ﻻَو غﺎـﺑ َ ْيرَﻏ ﱠﺮُﻄ ْﺿا ِﻦَﻤَﻓ ِﻪِﺑ ِﻪﻠﻟا ِ ْيرَﻐِﻟ  ﱠﻞِﻫُا ًﺎﻘ ْﺴِﻓ ْوَأ  ٌﺲْﺟِر ُﻪﱠﻧِﺎَﻓ ﺮﻳﺰْﻨِﺧ َﻢْﺤَﻟ
“(Ey Rəsulum!) De: “Mənə edilən vəhylər içərisində murdar olduqları 
üçün ölü hüyvan, axar qan, dönuz əti və ya Allahdan başqasının adı ilə 
(bismillah deyilmədən) günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, 
hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyururlan bir 
şey görmürəm. Bununla yanaşı, kimsə  məcburiyyət qarşısında qalsa, 
həddi aşmadan zəruri ehtiyyacını ödəyəcək qədər bunlardan yesə, 
Allah ona cəza verməz, çünki sənin Rəbbin həqiqətən, bağışlayan və 
mehribandır.””
Diqqət etdiyiniz kimi, bu ayə Peyğəmbərin (s) Mədinəyə hicrətindən 
qabaq nazil olmuş və məcburiyyət hökmünü bildirməkdədir. 
b) Bir qismi Məkkədə, bir qismi isə  Mədinədə nazil olan “Nəhl” 
surəsinin 115-ci ayəsində belə buyurulur: 
 دﺎـﻋ ﻻَو غﺎـﺑ َ ْيرَﻏ ﱠﺮُﻄ ْﺿا ِﻦَﻤَﻓ ِﻪِﺑ ِﻪﻠﻟا ِ ْيرَﻐِﻟ  ﱠﻞِﻫُا ﺎﻣَو ﺮﻳﺰْﻨِﺨْﻟا َﻢْﺤَﻟَو َمﱠﺪﻟاَو َﺔَﺘْﻴَﻤْﻟا ُﻢُﻜْﻴَﻠَﻋ َمﱢﺮَﺣ ﺎـ ﱠنمِا
ٌﻢﻴﺣَر ٌرﻮُﻔَﻏ َﻪﻠﻟا ﱠنِﺎَﻓ
“Allah sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və Allahın 
adı  çəkilmədən (bismillah deyilmədən) kəsilmiş heyvanı haram 
buyurmuşdur. (Özgənin malına əl uzatmamaq şərtilə) başqa bir şey tapa 
bilməyib zəruri ehtiyacını ödəyəcək qədər bunlardan yeməyə  məcbur 
olan  şəxsə (günah yazılmaz). Çünki Allah (bəndələrini) bağışlayan, 
rəhm edəndir.”
Barəsində bəhs edilən yuxarıdakı ayədən əvvəl nazil olan bu ayədə 
də məcburiyyətlə bağlı hökm qeyd edilmişdir. 


Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə