Imamet indd



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə12/112
tarix07.08.2018
ölçüsü3,35 Mb.
#60958
1   ...   8   9   10   11   12   13   14   15   ...   112

                                                                                                  37
c) Hicrətin  əvvəllərində Peyğəmbərə (s) Mədinədə nazil olan 
“Bəqərə” surəsinin 173-cü ayəsində  də  məcburiyyətlə bağlı hökm 
qeyd edilmişdir və yuxarıdakı ayə ilə eyni və oxşar olduğundan 
(əlbəttə, azacıq fərqə malikdir), biz onun təkrarından daşınırıq. Əldə 
edilən nəticə həmin hökmün üç ayədə gəlməsi
1
 və bəhs edilən ayədə 
həmin hökmün yeni bir hökm olmadığı və “İkmalud-din” ayəsi ilə  heç 
bir ziddiyyət təşkil etməməsidir. Eyni zamanda, Peyğəmbərə (s) bu 
ayədən sonra yeni bir qanun nazil olmamışdır. 
İkinci cavab:
 Quranın ayələri nazilolunma tərtibi ilə toplanmamışdır, 
əksinə Peyğəmbərin (s) göstərişinə uyğun olaraq xüsusi üsluba əsasən 
yazılmışdır. 
Misal üçün, “Maidə” surəsinin 67-ci ayəsi
َﻝِﺰْﻧُﺍ ﺎﻣ ْﻎﱢﻠَﺑ ُﻝﻮُﺳﱠﺮﻟﺍ ﺎَﻬﱡﻳَﺍ ﺎﻳ... 
    َﻚﱢﺑَﺭ  ْﻦِﻣ   َﻚْﻴَﻟِﺍ
  hökmən, bəhs etdiyimiz ayədən (“Maidə” surəsinin 
3-cü ayəsi) qabaq nazil edilmişdir, amma yazılarkən həmin ayədən 
sonra yazılmışdır. Beləliklə, məcburiyyətlə bağlı hökmün “İkmalud-
din” ayəsindən  əvvəl nazil olmasında və yazılarkən ondan sonra 
yazılmasında heç bir maneə yoxdur. 
İkinci yol: Ayənin rəvayətlər sayəsində təfsir 
edilməsi
Bu ayənin nazilolma səbəbi barəsində əlimizə gəlib çatan hədis və 
rəvayətlər həddindən çoxdur. Mərhum  Əllamə  Əmini “Əl-Qədir”
2
 
adlı dəyərli və misilsiz kitabında Qədir hadisəsi barədə geniş şəkildə 
söhbət açmışdır. O, tədqiqat  əsəri olan bu kitabında Qədir hədisini 
Peyğəmbərin (s) yüz on səhabəsindən, bundan əlavə, səksən nəfər 
“tabeindən”
3
  həmin dəyərli hədisi nəql etmişdir. Eyni zamanda, bu 
1.  İztirar və  məcburiyyətlə bağlı olan dörd ayənin məzmunu insanın məcburiyyət və ya 
canının sağlamlığını qoruması səbəbilə qadağan edilmiş ətlərdən ehtiyyacı miqdarında (nəinki 
artıq) istifadə edə bilməsidir. Əlbəttə, bu hökmün bizim dövr və əsrimizdə çox az nümunə 
və misdaqı vardır, amma xarici səfərlərdə  və  şəriətə uyğun olaraq kəsilmiş  ət tapmadıqda 
gerçəkləşir. Nəticədə, belə ölkələrə səfər edən kəslər əgər ət və protein məhsullarından istifadə 
etmədikləri təqdirdə, sağlamlıqları təhlükə və xətərə düşəcəksə, məcburiyyət və iztirar səbəbilə 
təhlükə aradan qalxsın deyə, onlara ehtiyyacları miqdarda həmin məhsullardan istifadə 
etməyə icazə verilir. Fəqət ehtiyyacları miqdarda istifadə etmələrinə icazə verildiyinə bir daha 
təkid edirik. 
2. «Əl-Qədir» kitabının mövzusu ilə bağlı «Əbqatul-ənvar», «Əl-müracat», «İhqaqul-həqq» 
və s. kimi digər kitablar yazılmasına baxmayaraq, həmin kitablar «Əl-Qədir» kitabının 
yerini vermir. Çünki mərhum Əllamə Əmini rəvayət barədə daha dəqiq və münəzzəm olaraq 
bəhs edir. 
3. “Səhabə” ilə “tabein”in fərqi səhabələrin Peyğəmbərin (s) həyatı dövründə yaşayaraq onu 
ziyarət etmiş olmaları, tabeinin isə o həzrətin yaşadığı dövrdə olmadıqları və onun ziyarət və 


          38             
                                            
Əbülqasim Əlyan Nejadi
əsərin qüdrətli müəllifi bənzərsiz və indiyə qədər görünməmiş Qədir 
hadisəsi barəsindəki hədisləri bir qismi əhli-sünnə  və bir qismi də 
şiəyə  məxsus olan üç yüz altmış müxtəlif kitabdan nəql etmişdir. 
Diqqətolunası  məsələ onun Qədir hadisəsi ilə bağlı  nəql etdiyi 
rəvayətlərin hamısının təkcə bizim bəhsə aid olmamasıdır, amma 
bu ayənin nazil olunması ilə bağlı  nəql etdiyi rəvayət bizim bəhslə 
əlaqəlidir. Həqiqətdə, həmin rəvayətlərin sayı heç də az deyil və Əllamə 
Əmininin öz kitabında nəql etdiyi həmin rəvayətlər on altı dənədir.
1
 
Bu rəvayətlərin bəzilərinə diqqət edin: 
1. Əhli-sünnə alimlərindən olub Misirdə yaşayamış və əhli-sünnə 
arasında mötəbər  şəxs hesab edilən Süyuti aşağıdakı  rəvayəti öz 
kitabında nəql etmişdir: 
 ،ِﺔَﻳﻻِﻮْﻟﺎِﺑ ُﻪَﻟ ىدﺎﻨَﻓ ﱟﻢُﺧ ِﺮﻳﺪَﻏ َمْﻮَﻳ مﻼﺴﻟا ﻪﻴﻠﻋ) ًﺎّﻴِﻠَﻋ (ﻪﻟآو ﻪﻴﻠﻋ ﻪﻠﻟا ﲆﺻ) ِﻪﻠﻟا  ُلﻮُﺳَر ( َﺐ َﺼَﻧ  ّماَﻟ
... ْﻢُﻜَﻨﻳد ْﻢُﻜَﻟ  ُﺖْﻠَﻤْﻛَا َمْﻮَﻴْﻟَا :ِﺔَﻳْﻻا  ِﻩِﺬﻬِﺑ  ُﻞﻴﺋَ ْﱪِﺟ َﻂَﺒَﻫ
“İslam Peyğəmbəri (s) Qədir-Xum günündə  həzrət  Əlini (ə) öz 
canişini təyin və onun vilayətini möminlərə elan etdiyi zaman, Cəbrayıl 
nazil oldu və yuxarıdakı ayəni Peyğəmbərə (s) gətirdi.”
2
 
Əhli-sünnədən nəql edilən bu rəvayətə uyğun olaraq, “əl-yəvm” 
sözündə məqsəd Qədir-Xum günüdür və bəhs etdiyimiz ayə Əmirəl-
mömininin (ə) vilayət və xilafəti barədə nazil olmuşdur. 
2. Həmin sünni alimi əhli-sünnə  nəzərində  qəbul edilən  Əbu 
Hüreyrədən digər bir rəvayəti də nəql edir. Əbu Hüreyrə bu rəvayətə 
uyğun olaraq deyir: 
 ْﻦَﻣ :(ﻪﻟآو ﻪﻴﻠﻋ ﻪﻠﻟا ﲆﺻ) ﱡﻲِﺒﱠﻨﻟا  َلﺎﻗ ،ِﺔﱠﺠَﺤْﻟا يِذ ْﻦِﻣ َ َﴩَﻋ نيﺎ َثم ُمْﻮَﻳ َﻮُﻫَو ﱟﻢُﺧ ِﺮﻳﺪَﻏ َمْﻮَﻳ نﺎﻛ ﺎـّﻤَﻟ
…و ْﻢُﻜَﻨﻳد ْﻢُﻜَﻟ  ُﺖْﻠَﻤْﻛَأ َمْﻮَﻴْﻟَا :ُﻪﻠﻟا  َلَﺰْﻧَﺎَﻓ ،ُهﻻْﻮَﻣ ﱞ ِﲇَﻋ اﺬﻬَﻓ ُهﻻْﻮَﻣ  ُﺖْﻨُﻛ
“Zilhəccənin on səkkizi – Qədir-Xum günü yetişdiyi zaman, 
Peyğəmbər (s) buyurdu: «Mən kimin mövlasıyamsa, bu Əli (yəni, 
digər  Əli deyil, Əli ibn Əbu  Talib) də onun mövlasıdır.” Daha sonra 
“İkmalud-din” ayəsi nazil oldu.”
3
Bu rəvayət də barəsində  bəhs etdiyimiz məsələyə  aşkarcasına 
dəlalət edir. 
3. Beşinci  əsrdə
4
 yaşamış digər  əhli-sünnə alimi Xətib Bağdadi 
görüşünə yetişmədikləri, amma o həzrətin səhabələri dövründə yaşayaraq onları (səhabələri) 
görmələri ilə bağlıdır. 
1. «Əl-Qədir fi kitab vəs-sünnə vəl ədəb», c.1, səh. 230.
2. «Durrul-mənsur», c.2, səh. 259.
3. «Durrul-mənsur», c.2, səh. 259.
4. Hicri beşinci əsrdə Qədir hədisinə nisbətdə daha artıq diqqət göstərilmiş və bu zəminədə 


Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə