Imamet indd



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə10/112
tarix07.08.2018
ölçüsü3,35 Mb.
#60958
1   ...   6   7   8   9   10   11   12   13   ...   112

                                                                                                  33
edərək onların şərini müsəlmanların başı üzərindən uzaqlaşdırmasında 
idi. Görəsən, bu söz doğrudurmu?! Hansı düşmən məğlub və məyus 
olmuşdu?  Ərəb müşrikləri hicrətin səkkizinci ilində  Məkkənin fəthi 
ilə müsəlmanlara təslim olmuşdular.  İllərlə  əvvəl müsəlmanlarla 
müharibə edən Mədinə  və Xeybər yəhudiləri, Bəni-Nəzir, Bəni-
Qüreyzə, Bəni-Qəynuqa qəbilələri “Xeybər” və “Əhzab” döyüşlərində 
məğlubiyyəti qəbul etmiş  və ya İslam hökumətinin sərhədlərindən 
kənara çıxaraq hicrət etmişdilər. Məsihilər də müsəlmanlarla sülh 
müqaviləsi imzalamışdılar. Nəticədə, bütün İslam düşmənləri hicrətin 
onuncu ilindən qabaq təslim olmuş idilər. Bununla belə, ən təhlükəli 
düşmən olan və xəncəri arxadan saplayan münafiqlərin təhlükəsi hələ 
də qalmaqda idi. Amma necə oldu ki, onlar məğlub və məyus oldular? 
Bu sual da birinci nəzəriyyədə verilən sual kimidir və  nəzəriyyənin 
müəllifləri tərəfindən hələ də cavablandırılmamışdır.
Amma  şiə alimlərinin təfsiri – xatırlatdığımız kimi – bütün bu 
suallara cavab verərək ayəyə xüsusi bir aydınlıq gətirir. Bəli, Qədir-
Xum hadisəsi və  Əmirəl-mömininin (ə) “canişinlik” və “vilayət” 
məsələsi bu ayə üçün ən yaxşı və yeganə düzgün təfsirdir. Nəticədə, 
bu hadisə ilə münafiqlərin üzərinə məyusluq kölkəsi çökdü və onların 
ümidləri puç oldu. 
Fəxri Razidən maraqlı bir etiraf
Əhli-sünnənin savadlı və məşhur təfsirçisi Fəxri Razi deyir: 
 ﺎﻬﻟوﺰﻧ ﺪﻌﺑ ﺮﻤﻌﻳ لم (ﻪﻟآو ﻪﻴﻠﻋ ﻪﻠﻟا ﲆﺻ) ﻰﺒّﻨﻟا ﲆﻋ ﺔﻳﻻا هﺬﻫ ﺖﻟﺰﻧ ﺎّﳌ ﻪّﻧا رﺎﺛﻵا بﺎﺤﺻا لﺎﻗ
 ﻞﻳﺪﺒﺗ ﻻو ﺦﺴﻧ ﻻو ةدﺎﻳز ﺎﻫﺪﻌﺑ ﺔﻌﻳ ّﴩﻟا ﰱ ﻞﺼﺤﻳ لم و ًﺎﻣﻮﻳ ينﻧﺎثم و ينﻨﺛا وا ًﺎﻣﻮﻳ ينﻧﺎثم و ًاﺪﺣا ّﻻا
ﺔّﺘﺒﻟا
“Tarixçi və hədissöyləyənlər (mühəddislər) bu ayənin nazil olma sın-
dan sonra İslam Peyğəmbərinin (s) səksən bir və ya səksən iki gündən 
ar tıq (hətta, üç ay belə çəkmədi) yaşamadığı barədə fikir birliyinə malik-
dirlər. Həmin müddət ərzində (üç aydan az bir vaxtda) İslamın hökm-
lərinə nə bir şey əlavə edildi, nə də ondan azaldıldı (nəsx edilmədi)
1
.
1. Hazırkı dövrdə məlumatsız və qərəzli olanlar tərəfindən müxtəlif şübhələr bəyan edilir. 
Həmin  şübhələrdən biri İslamın malik olduqlarına nisbətdə heç də  məhdud olmadığı 
və düşünmək və  təfəkkür etməklə ona əlavə qanun və  mətləblərin  əlavə edilməsidir.  Əgər 
İslam Peyğəmbəri (s) daha artıq yaşasaydı, digər qanunlar da vəhy qəlibində o həzrətə nazil 
olacaqdı. Nəticədə, İslam kamil bir din deyil və onu təkmilləşdirmək lazımdır.
Cavab: Fəxri Razinin cümlələrində qeyd edilənlərə əsasən, bu şübhəyə cavab aydınlaşır. Əgər 
belə olsaydı, Peyğəmbərin (s) dinin kamilliyi ilə bağlı ayənin nazilindən sonra yaşadığı son 
səksən iki gün müddətində o həzrətə ayə  və qanunlar nazil edilməli idi. Nəticədə, heç bir 
ayənin o həzrətə nazil olmamasından, deyilməli olan bütün məsələlərin deyildiyi və əgər o 


          34             
                                            
Əbülqasim Əlyan Nejadi
Beləliklə, qanun təyinedilməsi sona çatdı.”
1
 
Fəxri Razinin dediklərinə uyğun olaraq, bu ayə  rəhmət 
Peyğəmbərinin (s) kədərli vəfatından səksən bir və ya səksən iki 
gün  əvvəl nazil edilmişdi. Deyilənləri diqqətə alaraq ayənin hansı 
zamanda nazil edildiyini hesablamaq olar. Bu mətləbin aydınlaşması 
üçün Peyğəmbərin (s) vəfat etdiyi tarixi bilmək lazımdır və əhli-sünnə 
Peyğəmbərin (s) Rəbiül-əvvəlin on ikisində dünyaya gəldiyinə və elə 
həmin gündə də (Rəbiül-əvvəlin on ikisində) vəfat etdiynə inanır. 
Əlbəttə,  şiə alimləri arasında bu nəzəriyyənin tərəfdarları vardır, 
şiələr arasındakı  məşhur nəzərə  əsasən, o həzrətin doğulduğu 
tarixin Rəbiül-əvvəlin on yeddisi olmasına baxmayaraq, mərhum 
Kuleyni Peyğəmbərin (s) vəfatının Rəbiül-əvvəlin on ikisində olması 
fikrindədir.
2
  Rəbiül-əvvəldən səksən bir və ya səksən iki gün geriyə 
qayıtmalıyıq. Bir-birinin ardınca olan üç ayın (təqvimdə ərəb ayı ilə) nə 
otuz gün, nə də iyirmi doqquz gün olmadığına diqqət etməli və iki ayı 
otuz gün, bir ayı isə iyirmi doqquz günlə, yaxud iki ayı iyirmi doqquz 
gün və bir ayı otuz günlə hesablamalıyıq.  Əgər Məhərrəm və  Səfər 
ayını iyirmi doqquz günlə hesablasaq, birlikdə əlli səkkiz gün edəcək 
və on iki gün əlavə etməklə Rəbiül-əvvəl ayı yetmiş günə çatacaq. 
Həmçinin, Zilhəccə ayını otuz gün hesablamalı olduğumuzu 
nəzərə alsaq, on iki gün geri qayıtmalıyıq ki, səksən iki gün etsin və 
Zilhəccədən on iki gün azaltmaqla, bu ayın on səkkizinə – Qədir-
Xum hadisəsi baş verən günə yetişəcəyik.  Əhli-sünnə alimlərinin 
nəzəriyyəsinə uyğun olan bu hesablamalara əsasən, ayə Ərəfə gününə 
deyil, Qədir hadisəsinə aiddir. Əgər meyar və ölçünü səksən bir gün 
belə müəyyən etsək, Qədir hadisəsindən sonrakı günə uyğun gələcək 
və Ərəfə günü ilə onun fasiləsi həddən artıq çox olacaq ki, ayə ilə heç 
bir münasibətə malik deyil. Əgər Məhərrəm və  Səfər aylarının hər 
ikisini otuz günlə, Zilhəccə ayını isə iyirmi doqquz günlə hesablasaq, 
səksən iki günə uyğun olaraq Zilhəccənin on doqquzu və səksən bir 
günə uyğun olaraq Zilhəccənin iyirmisi və ayənin nazil olduğu günə 
təsadüf edəcək, yəni ayə Qədir hadisəsinin baş verməsi və həzrət Əlinin 
(ə) canişin seçilməsindən ya bir, ya da iki gün sonra nazil olmuşdur 
həzrət bundan sonra da yaşamış olsaydı belə, İslama heç bir qanunun əlavə edilməyəcəyini 
anlamaq mümkündür. İslamla kifayət qədər tanışlığa malik olmayan bəzi kəslərin belə nəzərlər 
irəli sürməsindən təəssüfləndiyimizi bildirməliyik. Nə üçün bəzi məsələlərdə nəzər söyləmək 
üçün ixtisasa malik olmağın zəruriliyini  qəbul edirlər, amma dinlə bağlı  məsələlərdə isə 
mütəxəssis olmadığı halda, yerindən duran hər kəs nəzər bildirir?! 
1. «Ət-Təfsirul-kəbir”, c.11, səh. 139.
2. «Üsuli-kafi” kitabının tərcüməsi, c.2, səh. 323 (“kitabul-höccət, əbvabut-tarix, məvlidun-
nəbi” bölməsi).


Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə