Imamet indd



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə9/112
tarix07.08.2018
ölçüsü3,35 Mb.
#60958
1   ...   5   6   7   8   9   10   11   12   ...   112

          30             
                                            
Əbülqasim Əlyan Nejadi
Həmin gün hansı gün idi?
Barəsində  şərif ayənin bəhs etdiyi gün dörd mühüm xüsusiyyətə 
malikdir: 
Birinci:
 Düşmənlərin naümid və məyus olmasına səbəb olmuşdur. 
İkinci: 
Dinin kamil olduğu bir gündür. 
Üçüncü:
 Allahın müsəlmanlara öz nemətini tamamladığı gündür. 
Dördüncü:
 Allahın İslam dininin camaatın əbədi və həmişəlik dini 
olmasına razı olduğu bir gündür. 
Doğrudan da, həmin dörd xüsusiyyətə malik olan gün hansı 
gündür? Bu sualın cavabını əldə etmək üçün iki yol vardır: 
Birinci yol:
 Ayənin öz məzmunu barədə  dərindən düşünüb-
daşınmaq və onun barəsində  əlimizə  gəlib çatan rəvayət və  hədislər 
haqqında alim, təfsirçi və mühəddislərin düşüncə  və  nəzərlərini, 
eyni zamanda, digər xarici şahidləri nəzərə almadan onun barəsində 
mütaliə etmək. 
İkinci yol:
 Ayəni onun nazilolma səbəbilə (şəni-nüzul) bağlı nəql 
edilən rəvayətlər, həmçinin, təfsirçilərin düşüncə  və  nəzərlərindən 
istifadə etməklə təfsir etmək. 
Birinci yol: Ayəni xarici qərinə və şahidlər 
olmadan təfsir etmək
Bu ayə Peyğəmbər (s) zamanında baş verən hansı hadisə ilə 
uyğundur? Sualın cavabında Fəxri Razi iki nəzəriyyəni, mərhum 
Təbərsi isə üçüncü bir nəzəriyyəni bəyan etmişdir. Biz Allahdan yardım 
diləyə  və  təəssübçülükdən uzaq, eynilə elmi bəhslərdə olduğu kimi, 
məntiq və  ağıla  əsaslanaraq bu üçlük təşkil edən nəzəriyyəni dünya 
müsəlmanlarının vəhdətinə zərbə dəyməyəcək şəkildə araş dırırıq. 
Birinci nəzəriyyə:
  Fəxri Razinin ayənin təfsiri ilə  əlaqədar bəyan 
etdiyi nəzəriyyələrdən biri ayədə işlədilmiş olan “əl-yəvm” (bu gün) 
sözünün öz həqiqi mənasında deyil, əksinə məcazi mənada işləndiyini 
deməsidir. Belə ki, ayədə  işlənən həmin söz (əl-yəvm) “zamanın 
qısa bir hissəsi” mənasında deyil, “dövr və zamandan bir müddət” 
mənasındadır. Bu nəzəriyyəyə əsasən, ayə xüsusi bir gün və hadisə ilə 
bağlı deyil, əzəmətli İslam dövrünün başlanması və kafirlərin naümid 
və məyus olacaqları günün yetişməsindən xəbər verir. Eyni zamanda, 
“yəvm” sözünün məcazi mənada işlənməsi camaat arasında daha 
məşhurdur. Misal üçün, bir nəfərin “dünən cavan idim, bu gün isə 
qocalmışam” – deməsinə  bənzəyir, yəni həqiqətdə, “cavanlıq dövrü 
keçmiş və qocalıq dövrü yetişmişdir” m ənasını verir. 


                                                                                                  31
Amma bu nəzəriyyəyə cavab çox aydındır. Məcazi və qeyri-həqiqi 
məna məlum və aşkar bir qərinəyə (şahidə) ehtiyaclıdır. Fəxri Razi bu 
məcazi olan mənaya hansı aşkar qərinəni təqdim edir? 
İkinci nəzəriyyə:
 Ayədəki “əl-yəvm” (bu gün) sözünün həqiqi, 
xüsusi və müəyyən bir mənası var və həmin gün Ərəfə günü – Zilqədə 
ayının səkkizidir. Ərəfə günü “Həccətül-vida” və İslam Peyğəmbərinin 
(s) son həcc səfəridir ki, hicrətin onuncu ilində baş vermişdir. 
Bu nəzəriyyə  də qaneedici və  qənaətbəxş deyil. Görəsən, hicrətin 
səkkiz və doqquzuncu ilindəki Ərəfə gününün hicrətin onuncu ilindəki 
Ərəfə günü ilə nə fərqi vardı ki, onu digərlərindən ayırırdı? Əgər ond a 
əzəmətli bir hadisə baş verməmişdirsə, nə üçün o, belə  əhəmiyyətli 
bir gün olaraq xatırlanır? Bir sözlə, bu nəzəriyyə  də sağlam, təəssüb 
və hissiyyatdan uzaq olan əqlə uyğun gəlmir və  qəbulediləsi deyil. 
Nəticədə, Fəxri Razinin iki nəzəriyyəsinin heç biri ayənin batinində 
gizlənmiş olan sirri açmaq üçün yetərli deyil.
Üçüncü nəzəriyyə:
  Şiənin savadlı  və böyük təfsirçilərindən biri 
mərhum Təbərsi Fəxri Razinin iki nəzəriyyəsini nəql və  onu rədd 
etdikdən sonra, həmin ayə barədə bütün şiə alim və təfsirçilərinin qəbul 
etdiyi Əhli-beytin (ə) təfsirini nəql edir. Bu nəzəriyyənin tərəfdarları 
kafir və İslam düşmənlərinin naümid və məyus olması, ilahi razılığın 
cəlb edilməsi, din və nemətlərin tamamlanmasına səbəb olan həmin 
günün hicrətin onuncu ilindəki Zilhəccənin on səkkizinci günü – 
Qədir-Xum hadisəsi 
– olması fikrindədirlər. Həmin gündə Peyğəmbər 
(s) ilahi fərmanı yerinə yetirərək Əli ibn Əbu Talibi (ə) vilayətə təyin 
etdi və o həzrətin xəlifəliyini bütün müsəlmanlara elan elədi. 
Sual:
 Görəsən, bu nəzəriyyə ayənin məna və məzmunu ilə uyğun 
gəlirmi?
Cavab: 
Əgər insaf və ədalətlə qəzavət etsək, görərik ki, bu şərif ayə 
Qədir hadisəsilə tamamilə uyğundur, çünki: 
Birincisi:
 İslam düşmənləri planlarının alt-üst olması, döyüşlərdə 
məğlubiyyət və  təfriqə salmalardan, xülasə,  İslamı aradan aparmaq 
üçün etdikləri bütün təlaşlardan sonra, təkcə bir şeyə – Peyğəmbərin 
(s) dünyadan getməsinə  və o həzrətin vəfatından sonra, oğlunun 
yoxluğu səbəbilə canişini olmayacağına və indiyə  qədər də kimi isə 
rəsmi olaraq canişin ünvanında təyin etməməsinə  və bu yolla öz 
arzularına çataraq İslama sonuncu zərbələrini vuracaqlarına bel 
bağlayırdılar. Amma hicrətin onuncu ili Zilhəccənin on səkkizində 
həzrət Peyğəmbərin (s) Qədir-Xum səhrasında və müsəlmanların 
indiyə qədər müşahidə olunmamış izdihamlı cəmiyyəti arasında İslam 


          32             
                                            
Əbülqasim Əlyan Nejadi
dünyasının  ən üstün, ən güclü və  məlumatlı  fərdini özündən sonra 
canişin seçdiyini gördükləri zaman, öz arzularının puç olduğunu başa 
düşərək  İslamın məhv edilməsi üçün son ümid qapısının üzlərinə 
bağlandığını anladılar və naümid oldular. 
İkincisi:
  İmam  Əlinin (ə) seçilməsi ilə nübüvvət məsələsi sona 
yetmədi,  əksinə özünün təkamül yolunu davam etdirdi. Nəticədə, 
imamət nübüvvətin təkmilləşdiricisi və dinin kamilliyinə  səbəbdir. 
Beləliklə, Allah Peyğəmbərdən (s) sonra ən üstün, elmli və məlumatlı 
şəxsi “müsəlmanların xəlifəsi” ünvanında təyin etməklə öz dinini 
kamilləşdirdi. 
Üçüncüsü:
  İlahi nemətlər Peyğəmbərdən (s) sonra imam və 
rəhbərin təyin edilməsilə tamamlandı. 
Dördüncüsü: 
Şübhəsiz,  İslam dini imamət və  rəhbərin təyin 
olunmaması ilə bütün dünyaya yayılan sonuncu din ünvanında 
mövcud ola bilməzdi, çünki sonuncu din bütün zamanlarda insanların 
ehtiyyaclarına cavab verməli idi və bu, təkcə hər bir zamanda mövcud 
olan məsum imamın varlığı ilə reallığa çevrilə bilərdi. Nəticədə, ayənin 
“Qədir” hədisi ilə bağlı  təfsir edilməsi, həqiqətdə, qəbul oluna bilən 
yeganə təfsirdir. 
“Dinin kamilliyi”ndə məqsəd nədir?
Ayənin bu qisminin  ﹾ
ﻢُﻜَﻨﻳِﺩ  ْﻢُﻜَﻟ   ُﺖْﻠَﻤْﻛَﺃ  َﻡْﻮَﻴْﻟﺍ  
“Bu gün sizin üçün 
dininizi kamil etdim!”
 təfsiri barədə də üç nəzəriyyə mövcuddur: 
1. Dində  məqsəd “qanunlar”dır, yəni həmin gündə  İslamın 
qanunları kamilləşdi və bundan sonra İslamda qanunla əlaqədar bir 
boşluq olmayacaq. 
Amma bu nəzəriyyəyə cavab olaraq belə bir sual bəyan edilir ki, 
görəsən, həmin gündə ilahi qanunların təkmilləşməsi üçün hansı 
mühüm qanun və hadisə baş vermişdir? (Bu suala cavab ayənin 
aydınlaşması üçün həlledicidir) 
2. Bəziləri ayədəki “din” sözünün “həcc” mənasında olmasını 
düşünürlər, yəni həmin əzəmətli bir gündə Allah sizin həccinizi kamil 
etdi. 
Görəsən, “din” sözü lüğətdə, doğrudan da, “həcc” mənasındadırmı? 
Yoxsa, din – etiqad və əməllərin toplusu, həcc isə onun bir hissəsidir? 
Aydın məsələdir ki, ikinci ehtimal düzgündür. Beləliklə, “din” sözünü 
“həcc” mənasına təfsir etmək üçün heç bir dəlil yoxdur. 
3. Ayənin məzmununun həqiqəti, dinin kamilləşməsi və nemətlərin 
tamamlanması  həmin gündə Allahın müsəlmanları düşmənə qalib 


Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə