Imamet indd



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə21/112
tarix07.08.2018
ölçüsü3,35 Mb.
#60958
1   ...   17   18   19   20   21   22   23   24   ...   112

                                                                                                  63
Məsih haqqında) səninlə mübahisə edən (höcətləşən) kəsə de: “Gəlin 
biz öz oğullarımızı, siz də öz oğullarınızı, biz öz qadınlarımızı, siz də öz 
qadınlarınızı, biz özümüzü, siz də özünüzü (bizim canımız kimi olan 
kəsləri) çağıraq, sonra bir-birimizə nifrin edək və beləliklə, Allahın 
yalançılara lənət etməsini diləyək.” (Peyğəmbər (s) bu hadisədə imam 
Həsənlə (ə) imam Hüseyni (ə) “oğulları”, Fatiməni (ə) “qadın” və Əlini 
(ə) “canı” ünvanında “mübahilə”yə, yəni ayədə işarə olunan “qarşılıqlı 
nifrinetmə” mərasiminə apardı və kafirlər təslim oldular).” 
Bu ayə “mübahilə” məsələsi barədə nazil olmuşdur. Bu macərada 
– hamının bildiyi kimi – Peyğəmbər (s) tərəfindən Əli (ə), Fatimə (ə), 
Həsən (ə) və Hüseyn (ə) mübahiləyə gəlmişdir.
ﺎﻨَﺋﺎﻨْﺑَﺍ 
 (oğullarımız) da 
məqsəd imam Həsən (ə) və Hüseyn (ə), 
ﺎﻨَﺋﺎﺴِﻧ
 (qadınlarımız)da məqsəd 
xanım Fatimədir (ə) və bu söz cəm halda işlənmişdir. 
ﺎﻨ َﺴُﻔْﻧَﺃ
 (özümüz)
də isə məqsəd Əli ibn Əbu Talibdir (ə) və bu söz də cəm şəkildədir.
1
 
Beləliklə, bu ayədə  də 
ﺎﻨَﺋﺎﺴِﻧ
 (qadınlarımız) və
ﺎﻨ َﺴُﻔْﻧَﺃ  
 (özümüz) cəm 
halında işlənməsinə baxmayaraq, müfrəd mənasındadır və  məqsəd 
xanım Fatimə (ə) və həzrət Əlidir (ə). 
5. “Mümtəhinə” surəsinin 5-ci ayəsində oxuyuruq:
َءﺎﻴِﻟْوَأ ْﻢُﻛﱠوُﺪَﻋَو يﱢوُﺪَﻋ اوُﺬِﺨﱠﺘَﺗ ﻻ اﻮُﻨَﻣآ َﻦﻳِﺬﱠﻟا ﺎَﻬﱡﻳَأ ﺎـﻳ ...
“Ey iman gətirən kəslər! Mənim və sizin düşməniniz olanları 
özünüzə dost tutmayın.”
Müfəssirlərin əksəriyyəti bu ayənin Xatib ibn Əbi Bətləə barəsində 
nazil olduğunu demişlər və onun bir nəfər olmasına baxmayaraq,
ْﻢُﻛﱠوُﺪَﻋ َاوُﺬِﺨﱠﺘَﺗ ﻻ اﻮُﻨَﻣآ َﻦﻳِﺬﱠﻟا
kimi sözlər cəm  şəklində istifadə edilmişdir. Buna səbəb onun 
yerinə yetirmək istədiyi işin təhlükəsinin böyüklüyü olmuşdur. Həmin 
iş belə idi: Peyğəmbər (s) Məkkəni fəth etmək qərarına gəldiyi zaman
Məkkəyə gedən bütün yolları bağlatdırmışdı ki, müsəlmanların qoşun 
toplayaraq Məkkəyə gəlmək istəmələri düşmənlərin qulağına çatmasın 
və hadisədən qafil qalsınlar və  həmçinin, bu yolla qan tökülmədən 
döyüşsüz təslim edilsinlər. 
Xatib ibn Əbi Bətləənin Məkkədə çoxlu mal-dövləti var idi və o, öz-
özünə fikirləşdi ki, müsəlmanların Məkkəyə qoşun yeritmək istəməsi 
xəbərini müşriklərə çatdırmaqla, mal-dövlətini müşriklərdən geri ala 
bilər. Bu, indiki siyasətçilərin deyimi ilə “imtiyaz verib imtiyaz almaq” 
1. “Əl-Kəşşaf”, c.1, səh. 368.


          64             
                                            
Əbülqasim Əlyan Nejadi
demək idi. Həmin məqsədlə o, Məkkə böyüklərinə  məktub yazaraq 
onu Sarə adlı bir qadına verdi ki, Məkkəyə çatdırsın. Sarə də məktubu 
öz paltarlarının altında gizlətdi və Məkkəyə yola düşdü. 
Cəbrayıl nazil olaraq bu planı Peyğəmbərə (s) xəbər verdi və o, həzrət 
Əli (ə) və bir neçə nəfəri məktubun tapılması üçün qadının arxasınca 
getməklə vəzifələndirdi. Nəticədə, onlar məktupu taparaq Mədinəyə 
geri qayıtdılar. Bu hadisənin ardınca, qeyd etdiyimiz yuxarıdakı ayə 
nazil oldu və Xatib ibn Əbi Bətləə məzəmmət edildi. Peyğəmbərin (s) 
səhabələri onun qətlə yetirilməsini tələb etdilər, amma Peyğəmbər 
(s) onun İslamdakı xidmətlərini və “Bədr” döyüşündə göstərdiyi 
şücaətini və peşman olmasını nəzərə alaraq onu bağışladı.
1
 Bu ayədə 
də Xatib ibn Əbi Bətləə bir nəfər olduğu halda, cəm bildirən sözlərdən 
istifadə olunmuşdur. 
6. “Maidə” surəsinin 52-ci ayəsində buyurulur:
.ًةَﺮِﺋاد ﺎـﻨَﺒﻴ ِﺼُﺗ ْنَأ ﴙْﺨَﻧ َنﻮُﻟﻮُﻘَﻳ ْﻢِﻬﻴِﻓ َنﻮُﻋِرﺎـﺴُﻳ  ٌضَﺮَﻣ ْﻢِﻬِﺑﻮُﻠُﻗ  ِﰲ َﻦﻳِﺬﱠﻟا ىَ َﱰَﻓ ...
“(Ey möminlər! Yəhudi və  məsihiləri özünüzə dost tutmayın!) 
Beləliklə, sən qəlblərində  xəstəlik (nifaq və ikiüzlülük xəstəliyi) olan 
kəslərin onlar(la dostluğ)a tələsmələrini və “Bizə pis bir hadisənin üz 
verməsindən (İslam dövlətinin süquta uğramasından və onların bizə 
hakim olmalarından) qorxuruq.” – demələrini görürsən.” 
İslam Peyğəmbəri (s) müsəlmanlara müşrik və kafirlərlə “bütün 
əlaqələrini kəsmək” göstərişi vermişdi. Abdulla ibn Ubəyy adlı 
münafiqlərdən biri deyir: “Əgər biz onlarla əlaqələrimizi kəssək
bizim yaşayışımız çətinləşəcək və bir çox çətinliklərlə üzləşəcəyik.” 
Yuxarıdakı ayə  həmin münafiq barəsində nazil edilmişdir.
2
 Kafir və 
müşriklərlə rabitəni kəsmək istəməyən birdən artıq şəxs deyildi, amma 
ayədə 
ﺎﻨﺒﻴﺼﺗ ﻭ ﻰﺸﳔ ،ﻥﻮﻟﻮﻘﻳ ،ﻥﻮﻋﺭﺎﺴﻳ ،ﻢﻮﻠﻗ ،ﻦﻳﺬّﻟﺍ
 – kimi cəm halda işlənən 
sözlərdən istifadə olunmuşdur. Aydın olur ki, cəm və ya tək halda olan 
sözlərin işlədilməsində heç bir problem yoxdur. 
7. Allah-taala “Munafiqun” surəsinin 8-ci ayəsində belə buyurur:
 ﱠﻦِﻜﻟَو َينِﻨِﻣْﺆُﻤْﻠِﻟَو ﻪِﻟﻮُﺳَﺮِﻟ َو ُةﱠﺰِﻌْﻟا ِﻪّﻠِﻟَو  ﱠلَذَْﻻا ﺎَﻬْﻨِﻣ ﱡﺰَﻋَْﻻا ﱠﻦَﺟِﺮْﺨُﻴَﻟ ِﺔَﻨﻳِﺪَﻤْﻟا  َﱃِإ ﺎـﻨْﻌَﺟَر ْ ِﱧَﻟ َنﻮُﻟﻮُﻘَﻳ
َنﻮُﻤَﻠْﻌَﻳ ﻻ َينِﻘِﻓﺎـﻨُﻤْﻟا
“Onlar: “Əgər biz (Bəni-Müstəliq vuruşunda) Mədinəyə qayıtsaq, 
ən güclülər (ən  şərəflilər – münafiqlər)  ən zəifləri (ən həqirləri – 
Peyğəmbəri (s) və ona iman gətirənləri), əlbəttə, oradan çıxardacaqlar!” 
1. “Əl-Kəşşaf”, c.4, səh. 511.
2. “Əl-Kəşşaf”, c.1, səh. 643.


                                                                                                  65
– deyirlər. Halbuki, izzət və cəlal (qüvvət və qələbə də) yalnız Allaha, 
onun Peyğəmbərinə və möminlərə məxsusdur, lakin münafiqlər (bunu) 
bilməzlər!”
Bu ayə hicrətin altıncı ilində  Qədir adlı yerdə baş verən “Bəni-
Müstəliq” vuruşundan sonra nazil edilmişdir. Mühacir və  ənsardan 
olan iki nəfər arasında baş verən ixtilafda münafiqlərin böyüyü 
Abdulla ibn Ubəyy söyüş söyərək dedi: “Bizim mühacirdən olanlara 
pənah verərək onlara kömək etməyimizə baxmayaraq, bizim işimiz 
məşhur bir zərbül-məsəldə deyilənlərə  bənzəyir ki, belədir: “Öz 
itini kökəldərək yaxşı saxla, sonda səni yesin!”” Sonra o, and içir ki, 
Mədinəyə qayıtdıqdan sonra mühacirləri  şəhərdən çıxaracaq. Bu 
hadisə səbəbilə həmin ayə nazil edilir.
1
 Diqqət etdiyiniz kimi, bu sözləri 
söyləyən bir nəfərdir, amma onun barəsində
ﺎﻨﻌﺟﺭ ،ﻥﻮﻟﻮﻘﻳ 
 – bu cür cəm 
halda olan sözlər işlənmişdir. Belə nəticə çıxır ki, şərh verdiyimiz bu 
yeddi ayə və Quranın hələ mürəciət etmədiyimiz digər ayələrində tək 
halda işlənməli olan yerdə cəm işlədilməsi Quranda geniş yayılan və 
ona məxsus bir üslubdur. 
Deməli, “Vilayət” ayəsində də rüku halında Əli ibn Əbu Talibdən (ə) 
başqa, heç kimin sədəqə verməməsinə baxmayaraq, cəm şəkilçisindən 
istifadə edilməsi ayəyə heç bir xələl gətirmir,  əksinə bu məsələ o 
həzrətin işi və özünün əzəmətinə xatirdir.
 
Altıncı irad: Peyğəmbər (s) həyatda olduğu zaman həzrət 
Əlinin (ə) vilayətinin mənası nədir?
Fəxri Razi
2
  və digərlərinin tutduqları irad belədir: “Əgər ayədəki 
vilayət “rəhbər”, “ixtiyar sahibi”, “imamət” mənasındadırsa, həzrət 
Əlinin (ə) vilayətinin Peyğəmbər (s) həyatda olarkən nə  mənası 
vardır? Bu mənanın Əli ibn Əbu Talib (ə) barəsində sübuta yetdiyini 
fərz etsək belə, onun Peyğəmbərin (s) vəfatından sonra gerçəkləşməsi 
aydınlaşacaq və Peyğəmbər (s) həyatda ikən “vilayət” məna kəsb 
etməyəcəkdir. Amma vilayətin “dost” və “köməkçi” mənasında 
olduğunu hesab etsək, heç bir irad yoxdur, çünki həzrət  Əli (ə) 
Peyğəmbər (s) zamanında da möminlərin dostu və köməkçisi idi.” 
Cavab:
 Bu iradın da cavabı aydındır, belə ki, “vilayə” sözü 
“canişin”, “vəli”, “vəsi” və “xəlifə” mənalarında istifadə edilmək 
qabiliyyətinə malikdir və xüsusən, həmin mətləb bu kəlmənin 
1. Bu hadisənin şərhini “Təfsire nümunə” (Nümunə təfsiri), c.24, səh. 156-dan mütaliə edə 
bilərsiniz.
2. “Ət-Təfsirul-kəbir”, c.12, səh. 28.


Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə