Imamet indd



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə33/112
tarix07.08.2018
ölçüsü3,35 Mb.
#60958
1   ...   29   30   31   32   33   34   35   36   ...   112

                                                                                                  95
Əhli-sünnə alimlərinin nəzərləri
Əhli-sünnə təfsirçiləri umumilikdə bu məsələ barəsində iki qrupa 
bölünürlər:
Onlardan bəziləri bu ayənin kənarından çox sadə şəkildə keçərək 
“Sadiqin” sözü barədə məlumat verməmişlər. İkinci qrup isə müxtəlif 
şəkildə bəhs etmiş və əvvəlkilərdənbir qədər irəli gedərək “Sadiqin”in 
məsum olmasını söyləmişlər, çünki məsumdan başqasına mütləq 
şəkildə itaət etmək düzgün deyil. Amma bəzi təəssübkeşlər onların 
həqiqətə yetişməsinə imkan verməmişlər. 
Fəxri Razi ikinci dəstədən olan təfsirçilərdəndir. O, “Sadiqin”in 
məsum olması fikrində olmaqdan əlavə, ayənin təkcə Peyğəmbər (s) 
zamanına aid olmaması, əksinə hər bir zamanda itaət edilməsi vacib olan 
“məsum doğru danışanlar”ın mövcudluğu düşüncəsindədir. Amma 
“Sadiqin”in misdaq və nümunəsini təyin etmək zamanı  gəldikdə, 
o, təəssüb və  şəxsi düşüncəyə  əsasən belə deyir: “Biz “Sadiqin”in 
xüsusi bir dəstə olmasını müəyyən edə bilmərik. Belə olan halda, 
onların bütün İslam ümməti olduğunu demək məcburiyyətindəyik.” 
Yəni, İslam ümməti hansısa bir məsələdə fikir birliyinə gəlsə, həmin 
məsələdə hamının ona itaət etməsi vacibdir. 
Nəticədə, Fəxri Razinin etiqadına əsasən, 
(ﲔﻗﺩﺎ ّﺼﻟﺍ ﻊﻣ ﺍﻮﻧﻮﻛ)
 
“kunu 
məəs-sadiqin”
 hər bir zaman və əsrdə mövcud olan “İslam ümməti”dir. 
Amma biz Fəxri Razidən soruşuruq: “Həqiqətdə, sizin ayəni bu cür 
təfsir edərək belə  nəticəyə  gəlməyiniz Peyğəmbər (s) zamanında və 
ayə nazil olarkən Peyğəmbərin (s) səhabələrinin ağlına batar və onu 
qəbul edərdilərmi?”  Əslində, icma (ümmətin  fikir birliyi) məsələsi 
birinci  əsrdən neçə  əsr sonra meydana çıxmışdır, belə isə, o zamana 
aid olan həmin ayədən “ümmətin icması” məsələsini necə  əldə 
edirsiniz (istinbat edirsiniz)? Əlbəttə, bu cür təfsir səhv və yanlışdır 
və Peyğəmbərin (s) səhabələri “Sadiqin” ayəsindən onun hökmünün 
xüsusi və ismət (məsumluq)) məqamına malik olan bir dəstəyə şamil 
olduğunu anlayırdılar. 
Nəticədə, şübhəsiz ki, “Sadiqin” ismət məqamına malik, günah və 
xətadan amandadır. İkincisi, hər bir əsrdə vardırlar və təkcə Peyğəmbər 
(s) zamanına məxsus deyillər. Üçüncüsü, xüsusi və müəyyən bir 
qrupdurlar.
Ayənin özündən yuxarıda qeyd edilən bu üç məsələ – onu müfəssəl 
şəkildə bəyan etdik – əldə edilir.
1
 Amma “Sadiqin” ayəsinin nümunə 
1.  Təəssübkeşlik olmadan yuxarıdakı ayələr və ona bənzərləri barədə  təfəkkür edənlər çox 
yaxşı nəticələr əldə etmişlər. Həmin şəxslərdən biri əhli-sünnə alimi doktor Səmavi Ticanidir. 


          96             
                                            
Əbülqasim Əlyan Nejadi
və misdaqı ayənin özündən anlaşılmır və onu rəvayətlərdən istifadə 
etməklə anlamalıyıq. 
“Sadiqin” ayəsinin Quranın digər ayələri ilə 
təfsir edilməsi
Əgər Quran müqabilində şagird kimi diz çökərək bu əzəmətli kitabın 
ayələri barədə  təssübkeşlikdən uzaq şəkildə düşünsək, Quranın özü 
digər ayələrində “Sadiqin”in kim olduğunu bizə tanıtdıracaqdır. Allah-
taala “Hucurat” surəsinin 15-ci ayəsində “Sadiqin”i tanıtdırmaqla 
bağlı buyurur:
 ِﻪﻠﻟا ِﻞﻴِﺒ َﺳ  ِﰲ ْﻢِﻬ ِﺴُﻔْﻧَأَو ْﻢِﻬِﻟاﻮْﻣَﺄﺑ اوُﺪَﻫﺎـﺟ َو اﻮُﺑﺎـﺗْﺮَﻳ ْﻢَﻟ ﱠﻢُﺛ ﻪِﻟﻮُﺳَرَو ِﻪﻠﻟﺎِﺑ اﻮُﻨَﻣآ َﻦﻳﺬﱠﻟا َنﻮُﻨِﻣْﺆُﻤْﻟا ﺎَ ﱠنمِ
إ
نﻮُﻗِدﺎـ ﱠﺼﻟا ُﻢُﻫ َﻚِﺌﻟوُا
“Möminlər yalnız Allaha və onun Peyğəmbərinə iman gətirmiş, 
sonra (öz imanında)  əsla  şəkk-şübhəyə düşməyən, mal və canları ilə 
Allah yolunda cihad edən kəslərdir. (Etiqad, söz və  əməldə) doğruçu 
olan onlardır.”
Bu ayəyə uyğun olaraq, “Sadiqin” Allah və onun Peyğəmbərinə (s) 
iman gətirməkdən, başqa sözlə, bütün müsəlmanların iman gətirdiyi 
“məad” və “nübüvvət” məsələsindən  əlavə, onları müsəlmanlardan 
fərqləndirən digər iki xüsusiyyətə də malik idi:
1. “Məad” və “nübüvvət” məsələsinə iman gətirməkdən  əlavə, 
onlar heç vaxt şəkk və şübhəyə düçar olmamış və həyatda olduqları 
müddətdə bu möhkəm və güclü imanı qoruyub saxlamışlar. 
2. İkincisi, onların imanı təkcə qəlb və dillərində deyil, əksinə həmin 
şəxslərin  əməllərində  də zahir olmuşdur. Bu səbəbdən, digərlərinin 
yox, fəqət Allahın razılığını qazanmaq üçün Allah yolunda öz mal və 
canları ilə cihad etmişlər. 
İndi bu iki mühüm və az müşahidə edilən xüsusiyyəti nəzərə almaqla 
Peyğəmbərin (s) bütün səhabələri arasında həmin xüsusiyyətlərə malik 
və “Sadiqin” zümrəsindən olan şəxsi tapmağa çalışmalıyıq.  İslamın 
əvvələrinə məxsus olan tarixi mütaliə etməklə bu həqiqətə yetişirik ki, 
həmin xüsusiyyətlərə malik olan yeganə şəxs Əli ibn Əbu Talibdir (ə). 
Çünki həzrət Əli (ə) bütün ömrünü mal və canı ilə Allah yolunda cihad 
etməkdə keçirmiş və bir göz qırpımı qədər də olsun, öz imanında şəkk 
etməmişdir. 
Bu məsələni isbat etmək üçün sadəcə o həzrətin həyatında baş 
O, təəssübkeşliyə yol vermədən belə ayələr barədə dəqiq mütaliələr etməklə hidayət olmuş və 
ondan “nə üçün şiə olmusunuz?” deyə soruşanlara cavab olaraq “Doğru danışanlarla birgə 
olmaq istəyirəm” adlı kitab yazmışdır. Həmin kitab daha çox “Sadiqin” ayəsi barəsindədir.


                                                                                                  97
vermiş və onun can və malı ilə cihad etdiyinin və yüksək imana malik 
olmasının zirvə nöqtəsini göstərən üç müxtəlif hadisəyə işarə edirik:
1. Məkkə müşrikləri yenicə yaranan İslamı aradan aparmaq üçün 
cürbəcür planlar cızsalar da, öz istəklərinə nail ola bilməmişdilər. Onlar 
bir gün çox təhlükəli və şeytani bir məsələyə əl ataraq Peyğəmbəri (s) 
qətlə yetirmək fikrinə düşdülər. Bu baxımdan, gələcəkdə Peyğəmbərin 
(s) qəbiləsi hansısa bir şəxsdən qisas ala bilməsin deyə, terror aktını 
həyata keçirmək üçün qırx nəfər təyin edildi ki, onlar gecə ilə 
Peyğəmbərin (s) evinə hücum edərək nəzərdə tutulan bu planı həyata 
keçirsinlər. 
Allah-taala vəhy mələyi vasitəsi ilə Peyğəmbəri (s) məsələdən 
xəbərdar etdi. Bu məsələdən Peyğəmbər (s) xilas ola bilməsi üçün 
Mədinəyə hicrət etməli, amma şücaətli və fədakar bir şəxsi düşmənlər 
o həzrətin yoxluğundan xəbər tutmasınlar deyə, öz yerində 
yatırtmalı idi. Peyğəmbər (s) həzrət  Əlini (ə) bu iş üçün müəyyən 
etdi. Rəvayətlərə
1
 uyğun olaraq, Peyğəmbər (ə)  Əmirəl-mömininə 
(ə) xitab edərək buyurur: “Mən Məkkədən Mədinəyə hicrət etməklə 
vəzifələndirilmişəm. Amma qırx qəbilədən olan qırx nəfər  əliqılınclı 
mənim evimin ətrafını mühasirəyə almış və sübh çağı hücum edərək 
məni öz yatağımda qətlə yetirmək  fikrindədirlər. Ey Əli! Mənim 
Mədinəyə  hərəkət edə bilməyim üçün sən mənim yerimdə yatmağa 
hazırsanmı?” 
Peyğəmbərə (s) bütün vücudu ilə  məhəbbət bəsləyən və bir an 
belə olsa, imanında  şəkk etməyən həzrət  Əli (ə) dedi: “Ey Allahın 
Peyğəmbəri (s)! Əgər mən sizin yerinizdə yatsam, sağ-salamat 
Mədinəyə gedə biləcəksinizmi?” Bu sual çox mühüm bir sualdır, çünki 
həzrət Əli (ə) xətər və təhlükənin vəhşətindən və öz canı qorxusundan 
bu sualı vermir, əksinə onun narahatçılığı Peyğəmbərdən (s) yanadır. 
Peyğəmbər (s) belə olan halda salamat qalacağını bildirir. Həzrət Əli 
(ə) Peyğəmbərin (s) salamat qalacağı və cavabının müsbət olduğunu 
bildirərək şükür səcdəsi edir. Bu şükür səcdəsinin İslamda ilkin şükür 
səcdəsi olduğu ehtimalı vardır.
Həqiqətdə, müsəlmanlar arasında bu qədər Peyğəmbərə (s) 
məhəbbət bəsləyən digər bir şəxsi tanıyırsınızmı? Biz Əli (ə) aşiqləri 
və belə bir imamı olan məktəbə  təslim olanlarıq. Həzrət  Əli (ə) 
Peyğəmbərin (s) yatağında uzanır və o həzrət Mədinəyə yola düşür. 
Sübh çağı silahlı düşmənlər evə daxil olanda həzrət Əli (ə) onların səs-
küyünə yerindən qalxır və düşmənlər Peyğəmbəri (s) evdə tapmadıqda, 
1.  Mərhum mühəddis Qummi (r.ə) bu məsələnin şərhini özünün «Muntəhəl-amal», c.1, səh. 
110-da xatırlatmışdır.


Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə