Imamet indd



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə41/112
tarix07.08.2018
ölçüsü3,35 Mb.
#60958
1   ...   37   38   39   40   41   42   43   44   ...   112

          120             
                                            
Əbülqasim Əlyan Nejadi
ayələrinin hamısı bir yerdə nazil edilməmişdir. Hətta bəzən bir ayənin 
cümləsi bir dəfə  də  təkrar olunmurdu. Ayələr baş verən hadisələr 
və  tələbatlara  əsasən nazil edilirdi. Beləliklə, müəyyən bir zamanda 
ayəl ərin bu şəkildə nazil edilməsi və xitabının Peyğəmbərin qadınları 
olması, “Kisa” hədisinin baş verməsi və Peyğəmbərin (s) Əhli-beytlə (ə) 
bağlı hacətlərini Allahdan diləməsi və “Təthir” ayəsinin göndərilməsi 
və onun ardınca xüsusi məsələlər və hadisələrlə bağlı ayənin nazil 
edilməsi də mümkündür. Nəticədə, Quranın bütün ayələrinin bir-biri 
ilə irtibat və bağlılığa malik olması zəruri deyil. 
Beləliklə, “Təthir” ayəsinin həm Əhli-beytdən (ə) olan beş nəfərin 
ismətini bildirdiyi, həm də Əmirəl-möminin Əlinin (ə) vilayətinə aid 
olduğu aydın olur.


                                                                                                  121


MƏVƏDDƏT

 (MƏHƏBBƏT) AYƏSİ
 ٌرﻮُﻔَﻏ َﻪﱠﻠﻟا ﱠنِإ ﺎًﻨ ْﺴُﺣ ﺎَﻬﻴِﻓ ُﻪَﻟ ْدِﺰﱠﻧ ًﺔَﻨ َﺴَﺣ ْفَِﱰْﻘَﻳ ﻦَﻣَو  َبىْﺮُﻘْﻟا  ِﰲ َةﱠدَﻮَﻤْﻟا  ﱠﻻِإ اًﺮْﺟَأ ِﻪْﻴَﻠَﻋ ْﻢُﻜُﻟَﺄْﺳَأ  ﱠﻻ ﻞُﻗ
ٌرﻮُﻜ َﺷ
“(Ey Peyğəmbər!) De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) 
müqabilində qohumluq məhəbbətindən (əhli-beytə sevgidən) başqa, 
bir şey istəmirəm. Kim yaxşı bir iş görərsə, onun yaxşılığının savabını 
(mükafatını) artırarıq!” Həqiqətən, Allah bağışlayan və qədirbiləndir! 
(Şükrün, itaətin və gözəl əməllərin əvəzini verəndir!).”
“Şura” surəsi, ayə 23
Bəhsə qısa bir nəzər
Əhli-sünnə alimləri bu ayəni də şəxsi nəzər və düşüncəyə əsasən 
təfsir etməyə mübtəla olaraq, insanda təəccüb doğuracaq nəzəriyyələr 
irəli sürmüşlər. Biz bəhsin davamında ona toxuna cağıq. Amma şiə 
alimləri ayəni  Əhli-beyt (ə) məktəbi sayəsində daha aydın və yaxşı 
təfsir etmişlər.


          122             
                                            
Əbülqasim Əlyan Nejadi
Əvvəlki ayələrə bir baxış
“Məvəddət” ayəsinin təfsirinin aydın olması üçün əvvəlki ayə (yəni 
“Şura” surəsinin 22-ci ayəsi) və bu ayənin  əvvəlində qeyd edilənlər 
barədə (biz onu ayənin  əvvəlində qeyd etməmişik) bəhs etməyimiz 
zəruridir. 
ِﺕﺎﺤِﻟﺎـ ﱠﺼﻟﺍ  ﺍُﻮﻠِﻤَﻋَﻭ  ﺍﻮُﻨَﻣﺁ  َﻦﻳِﺬﱠﻟﺍَﻭ
 
“İman gətirərək saleh əməl edən 
kəslər”
 – Allah-taala əvvəlki ayələrdə zülmkarların aqibətini və onların 
gələcəyinin zülmətli olacağını  bəyan etdikdən sonra, təkcə Allahın 
yeganəliyi və Peyğəmbərin (s) nübüvvətinə iman gətirmək və əməldə 
bunu təsdiq etməklə kifayətlənməyən müsəlmanların aydın gələcəyi 
barədə söhbət açır və onların saleh əməllər etdiyini vurğulayır. Allah-
taala bundan sonra əməlisaleh möminlə rin  axirətə nail olacaqları  və 
bir-birindən dəyərli olan üç mühüm savabı xatırladır:
1.
 ِﺕﺎـّﻨ َﺠْﻟﺍ  ِﺕﺎـﺿْﻭَﺭ ﻰِﻓ 
“Cənnət bağ ları”
 – Axirətd ə ilkin olaraq 
onların məskun olacaqları yer cənnət bağlarıdır. 
Sual:
  ِﺕﺎـّﻨَﺠْﻟﺍ  ِﺕﺎـﺿْﻭَﺭ 
- Yəni, cənnət bağları haradadır? 
Cavab:
 Əgər Quranı başdan ayağa qədər mütaliə etsək, bu cümləni 
“Şura” surəsinin 23-cü ayəsindən başqa, digər bir ayədə tapa bilmərik. 
Ərəblər yaşıl, bol sulu və çoxlu ağacları olan bağa “rovzə” deyir və 
“rovzat” onun cəmidir. Əlbəttə, bəzən suyun toplandığı yerə də bu söz 
şamildir. Amma “rovzə” sözündə məqsəd onun birinci mənasıdır və
 
  ِﺕﺎـّﻨَﺠْﻟﺍ  ِﺕﺎـﺿْﻭَﺭ
“cənnət bağları” deməkdir. 
Sual:
  Cənnətdəki bütün bağların başdan-başa yaşıl və  təravətli 
olmasına baxmayaraq, “cənnət bağları”nda hansı  məna nəzərdə 
tutulmuşdur?
Cavab:
 Yuxarıdakı cümlədən cən nətdəki bağlardan əlavə, Allahın 
xüsusi bəndələrinə məxsus olan bağların olacağı da anlaşılır. Nəticədə, 
möminlərə saleh əməlləri müqabilində veriləcək ilkin nemətin “cənnət 
bağları” olması aydın olur.
2. 
ﻥَﻭُﺀﺎـﺸَﻳ ﺎـﻣ ْﻢُﻬَﻟ
 
“Onlar üçün istədikləri hər şey var.”
 – Xüsusi 
cənnət bağlarında məskunlaşmış olacaq əməlisaleh möminlər üçün 
onların istədikləri hər bir şey hazır ediləcək. Həqiqətən də, maddi 
nemətlərlə bağlı bundan üstün olan bir məsələ  təsəvvür edilməzdir, 
çünki o, hər nəyi istəsə, ona verəcəklər. 


                                                                                                  123
3. 
ْﻢِﻬِّﺑَﺭ َﺪْﻨِﻋ 
 
“Allah yanında”
 – Cənnət nemətləri maddi və mənəvi 
nemətlərlə qarışıqdır. Aydın olduğu kimi, möminlər saleh əməllər 
nəticəsində ən yaxşı vəziyyətdədirlər və maddi nemətlərdən istifadə 
edirlər. Bu məsələ  mənəvi cəhətdən də belədir. Onlar Allah yanında 
“Ali-İmran” surəsinin 169-cu ayəsində şəhidlər üçün bildirilən yaxınlıq 
məqamına malikdirlər. Amma ﹾ
ﻢِﻬِّﺑَﺭ َﺪْﻨِﻋ 
 məqamının hansı xüsusiyyət və 
üstünlüklərinin olduğu bizə o qədər də aydın deyil. 
ُﲑﺒَﻜْﻟﺍ ُﻞﻀَﻔْﻟﺍ َﻮُﻫ  َﻚِﻟﺫ
 
“Bu, böyük fəzilətdir.”
 – Əməlisaleh möminlərə 
cənnətdə maddi və  mənəvi nemətlərin hazırlanmasını Allah-taala 
“böyük fəzilət” adlandırmışdır.  Əgər Allah bir şeyi “böyük fəzilət” 
adlandırarsa, biz hər nə qədər fikirləşsək də o, bizim düşündüyümüzdən 
əzəmətli və böyük olacaq. 
Deməli, Allaha bəndəlik etməyin iki meyarı vardır: İman və saleh 
əməl. Beləliklə, “elm”, “sərvət”, “mal-dövlət” və “qüdrət” kimi digər 
məsələlər iman və saleh əməl üçün istifadə olunduqda dəyər kəsb 
edəcəkdir. 
ِﺕﺎـﺤِﻟﺎـ ﱠﺼﻟﺍ ﺍُﻮﻠِﻤَﻋَﻭ ﺍﻮُﻨَﻣﺁ َﻦﻳِﺬﱠﻟﺍ ُﻩَﺩﺎـﺒِﻋ ﱡﷲﺍ ُﺮﱢﺸَﺒُﻳ ﻯِﺬﱠﻟﺍ  َﻚِﻟﺫ
 – Allah bu ayədə 
də əməlisaleh möminlərə 
(ﻢﻬّﺑﺭ ﺪﻨﻋ) ,(ﻥﻭُﺀﺎﺸﻳ ﺎﻣ ﻢﳍ) ,(ﺕﺎّﻨﳉﺍ ﺕﺎﺿﻭﺭ)
 kimi 
nemətlər  əta edəcəyini bildirir ki, onlara nəfslə mübarizə, ibadət və 
itaət çətin gəlməsin. Yuxarıdakı ayə barədə verilən qısa izaha diqqət 
etməklə, “Məvəddət” ayəsinin şərh və təfsirinə nəzər salaq.
Şərh və təfsir
Əhli-beytə (ə) məhəbbət risalətin (təbliğin) 
əvəzidir
 ﴽﺮ ْﺟَﺃ ِﻪْﻴَﻠَﻋ ْﻢُﻜُﻠَﺌْﺳَﺃ ﻻ ْﻞُﻗ  
“De ki, mən sizdən heç bir əcr və muzd 
istəmirəm!”
 – Şübhəsiz ki, İslam Peyğəmbəri (s) risalətin təbliği, ilahi 
vəzifələrin yerinə yetirilməsi uğrunda coxlu zəhmət və  əziyyətlərə 
qatlaşmalı olmuşdu. Amma o həzrət heç zaman bu dəyərli işlərin 
müqabilində kimdənsə bir muzd və əcr istəməmişdir. Eyni zamanda, 
Peyğəmbərin (s) xidmətinə yetişən bəzi müsəlmanların: “Əgər maddi 
ehtiyacınız qarşıya çıxarsa, bizim mal və  sərvətimiz qeydsiz-şərtsiz 
sizin ixtiyarınızdadır.” – deməsi ilə yuxarıdakı ayə nazil olmuş
1
  və 
risalət müqabilində Peyğəmbərin (s) heç kəsdən bir muzd istəmədiyini 
bildirmişdir. 
1. “Nümunə” təfsiri, c.2, səh. 402.


Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə