İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab


RUS MƏTBUATININ V ÜMUMDÜNYA



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə37/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   33   34   35   36   37   38   39   40   ...   86

79 
 
 
RUS MƏTBUATININ V ÜMUMDÜNYA  
KONQRESİNİN İŞTİRAKÇILARI İLƏ  
GÖRÜŞDƏ SÖHBƏT 
 
Bakı, Yaxt-klub 
 
20 sentyabr 2003-cü il 
 
Hörmətli Vitali Nikitiç, hörmətli qonaqlar! 
İcazə verin, sizi salamlayım və Azərbaycanda Rus Mətbuatı Konqresinin uğurla keçirilməsi münasibətilə 
təbrik edim. Bu bizim üçün çox böyük və mühüm hadisədir. Biz çox istəyirdik ki, bu konqres Bakıda keçirilsin. 
Odur ki, təkliflərimiz qəbul edildiyinə görə bu təşkilatın rəhbərliyinə çox minnətdarıq. 
Hesab edirəm ki, biz haqlı olaraq V Konqresin keçirilməsinə ev sahibliyi etmək  şərəfinə layiq idik, çünki 
Azərbaycanda rus dilinə, rus mədəniyyətinə münasibət də, rus mətbuatının fəaliyyəti də çox yüksək 
səviyyədədir. Biz dövlətlərarası, hökumətlərarası  səviyyədə  və sadəcə, insanlar arasında mövcud olan 
münasibətlərimizi çox əziz tutmuşuq və tuturuq. Bizim üçün çox dəyərlidir ki, on ildən artıqdır müxtəlif döv-
lətlərdə yaşasaq da, bizi yaxınlaşdıran və  əlaqələrimizi təcəssüm etdirən yaxşı  və  səmimi nə varsa, hamısını 
qoruyub saxlamışıq və  zənnimcə, hətta möhkəmləndirmişik. Prezidentimizin bu siyasəti gələcəkdə mütləq 
davam etdiriləcəkdir. 
Mən elə srağagün Yaltada Rusiya prezidenti, hörmətli Vladimir Vladimiroviç Putinlə görüşmək şərəfinə nail 
oldum. Onun məni belə  səmimiliklə qarşılaması bir daha sübut edir ki, ölkələrimiz arasında münasibətlər  ən 
yüksək səviyyədədir. Biz çox yaxşı görüşlər keçirdik, ikitərəfli münasibətlər və bu münasibətlərin gələcəkdə 
necə inkişaf etməsi barədə açıq və ətraflı danışdıq. Deməliyəm ki, bizim söhbətimiz daha böyük  əminlik yaratdı 
ki, ölkələrimiz bundan sonra da bütün istiqamətlərdə  fəal  əməkdaşlıq edəcək, həm ikitərəfli münasibətlərdə, 
həm də beynəlxalq aləmdə bir-birinə kömək göstərəcək və bununla da əlaqələrimizin daha da 
möhkəmlənməsinə kömək edəcək. Bu münasibətlərin bizim üçün prinsip etibarilə böyük əhəmiyyəti vardır. Biz 
şadıq ki, indi, ilk növbədə, iki prezidentin səyləri ilə münasibətlərimiz uğurla inkişaf edir. Bakıda V 
Ümumdünya Rus Mətbuatı Konqresinin keçirilməsi dediklərimə daha bir sübutdur.  
Mən eşitdim ki, konqres uğurla keçir, çoxlu faydalı iş görülmüşdür. Bu, əlbəttə, vacibdir. Lakin bizim üçün 
daha vacibi odur ki, Bakıya gəlmiş bütün qonaqlarımız və dostlarımız ölkəmizlə, xalqımızla daha yaxından tanış 
olmaq imkanı əldə etmişlər. Mən dəfələrlə demişəm, biz heç də bərabər vəziyyətdə deyilik. Rusiyada nələr baş 
verdiyi barədə bizim tam məlumatımız vardır. Çünki ölkəmiz keçmiş Sovet İttifaqı respublikaları arasında 
Rusiyanın telekanallarının qəbul edildiyi və Rusiya qəzetlərinin çap olunduğu çox az respublikadan biridir. Odur 
ki, Rusiyada nələr baş verdiyi bizə məlumdur, Azərbaycanda baş verənlər isə Rusiya cəmiyyətinin heç də geniş 
dairəsinə  məlum deyildir. Zənn edirəm ki, bu konqresin Bakıda təşkili və  həmin istiqamətdə  gələcəkdə  həyata 
keçiriləcək birgə proqramlar Azərbaycanın bu günü haqqında həqiqətin Rusiyada geniş ictimaiyyətin diqqətinə 
çatdırılmasına kömək göstərəcəkdir. Bu baxımdan konqresin Azərbaycanda keçirilməsi böyük əhəmiyyət kəsb 
edir.  
Vitali Nikitiçə, Bakıda konqresin keçirilməsinə kömək etmiş bütün dostlarımıza və yaxınlarımıza bir daha öz 
minnətdarlığımı bildirmək istəyirəm və ümid edirəm ki, biz gələcəkdə Bakıda, Moskvada görüşmək üçün 
mütləq yeni formalar axtarıb tapacağıq. 
Ən başlıcası odur ki, bu əlaqələr davam etsin və münasibətlərimiz möhkəmlənsin. Mən, həmçinin ümid 
edirəm ki, hava bir o qədər yaxşı olmasa da, Bakı haqqında təəssürat sizin yaddaşınızda uzun müddət 
qalacaqdır.  
V i t a l i     İ q n a t e n k o  (Rusiyanın İTAR-TASS agentliyinin baş direktoru): Sizinlə görüşmək imkanına 
görə çox sağ olun. Düşünürəm ki, bu, işimizin davamıdır. Əminəm ki, həmkarlarım Sizə öz suallarını verəcək 
və minnətdarlıq hisslərini bildirəcəklər. Mən də elə bundan başlayacağam.   
Mənə elə gəlir ki, çox  gözəl  təşkil  edildiyi  üçün bu  kon- 
qres indiyədək keçirdiklərimizin ən yaxşısıdır. Yeri gəlmişkən, Sizin çox yaxşı, cavan və fəal komandanız var 
və bu komanda çox sədaqətli və beynəlmiləldir. Hətta Slavyan Universitetinin volontyorları, bu gənc istedadlar 
da bizim qayğımıza qalırdılar. Biz bu tələbələrin öz işlərinə necə həvəslə, istəklə yanaşdıqlarını gördük. Bütün 
bunlara görə çox sağ olun.  
Siz tamamilə düzgün dediniz ki, konqresin keçirilməsi üçün sizin gözəl ölkəniz – Azərbaycan təsadüfən 
seçilməmişdir. Hər şeydən əvvəl, biz Azərbaycan prezidenti Heydər Əliyevin iki il bundan əvvəl irəli sürdüyü 
təklifi nəzərə almalı idik. Mən başa düşürdüm ki, bu, bir növ bizim qarşılıqlı öhdəliyimizdir. Bizim tərəfimizdən 


80 
 
məzmunlu və ciddi iş tələb olunur. Digər tərəfdən, hələ iki il bundan əvvəl Heydər Əliyeviç Bakının daha gözəl 
olacağını deyirdi. Elə belə də oldu.  
Mənə belə  gəlir ki, xarici teleqraf agentliklərinin beş baş direktorunun burada iştirak etməsi çox 
əhəmiyyətlidir, onların çoxu informasiya naziridir. Burada mən Küveytdən, Çindən olan həmkarlarımı görürəm. 
Onlar çox ciddi və tanınmış jurnalistlərdir, neçə illərdir ki, Azərbaycanı gözəl  tanıyırlar və onun inkişafını 
izləyirlər. Zənnimcə, bu gün onlar Azərbaycan barədə çox söz deyə bilərlər. Artıq hamıya bəllidir ki, ölkəniz 
çox böyük  sürətlə inkişaf edir. Azərbaycanı belə irəliləyişdə görmək bizim üçün çox vacib idi. Biz konqresin 
gedişində qərarlar qəbul etdik və sizə demək istəyirəm ki, qarşıda bizi televiziya yaradılmasına dair böyük iş 
gözləyir.  
Biz bilirik ki, Azərbaycan rus dilində  nəşrlərin sayına görə Qazaxıstan və Ukrayna ilə birlikdə bir neçə 
ölkədən biridir. Elə təkcə “Bakinski raboçi” qəzeti zəngin tarixə malikdir, öz nəşrinə ötən yüzilliyin əvvəllərində 
başlamışdır. Biz Bakıdakı rus mətbuatının tarixini gözəl bilirik. Bu gün müxalifət qəzetləri bəlkə  də daha 
çoxdur. Məncə, bu, qorxulu deyildir. Ümumiyyətlə, rusdilli mətbuat öz mahiyyəti etibarilə  həmişə müxalif 
mətbuat olmuşdur. Bundan qorxmaq lazım deyil, bu, normal demokratik cəmiyyətdə normal prosesdir.  
Mənə elə  gəlir ki, Sizin qonaqpərvərliyinizin  əvəzini yaxşılıqla çıxmalıyıq. Bu gün biz Slavyan 
Universitetində olduq və onun məzunlarından biri – Mixail Qusman orada Səməd Vurğunun şeirlərini oxudu. 
Düşünürəm ki, biz burada iştirak edənlərin səyləri ilə sizin Slavyan Universitetinin tələbələrini Moskvaya və 
ölkəmizin başqa regionlarına təcrübə keçməyə  dəvət edə bilərik. Hesab edirəm ki, bu, faydalı olacaq və 
respublikalar arasında canlı əlaqə meydana gələcək, mətbuatınızın inkişafına canlı töhfə veriləcəkdir. 
Şəxsən Sizə bir daha təşəkkürümü bildirmək və nadir bir hədiyyəni – Berlində rus dilində  nəşr olunmuş 
“Antologiya sovremennoy Azerbaydjanskoy liriki” kitabını təqdim etmək istəyirəm.  
M i x a i l   S e s l a v i n s k i (Rusiyanın mətbuat, teleradio verilişləri və kütləvi informasiya vasitələri 
nazirinin birinci müavini): Azərbaycanda mətbuat və teleradio verilişləri nazirliyinin olmadığını  eşitdikdə 
əvvəlcə heyrətə  gəldim. Sizdə kütləvi informasiya vasitələrinin qeydiyyatdan keçirilməsi  şərtlərinin Rusiya 
Federasiyasındakına nisbətən daha liberal olduğunu, kütləvi informasiyanın çap vasitələrinin, onların yaradıldığı 
barədə  Ədliyyə Nazirliyini, sadəcə, xəbərdar etməli olduğunu, lakin onun icazəsini gözləmədən bir həftədən 
sonra mətbu KİV-in nəşrinə başlandığını eşitdikdə, daha da heyrətləndim. Belə şərait yaradılması məsələləri ilə 
bizim nazirlik də məşğul olur. Bəlkə onu da hökumətin tərkibindən çıxarmaq olar.  
Mən minnətdarlıq hissi ilə bir daha demək istəyirəm ki, Rusiya telekanallarının verilişləri təkcə Bakıda deyil, 
Azərbaycan Respublikasının  ərazisində  də yayımlanır. Bizə söylədilər ki, birinci kanalı da, RTR kanalını da 
hətta dağ yerlərində, bir çox kəndlərdə qəbul etmək mümkündür. Biz gördük ki, burada peyk televiziyası kifayət 
qədər inkişaf edib və çoxlu antena var, rusdilli qəzetlər – “Exo” və “Zerkalo” tirajlarına görə Bakıda  ən 
populyar nəşrlərdəndir. Əlbəttə, bu, çox xoşdur. 
Şəhərdə  gəzərkən görürdük ki, insanlar bizi – moskvalı qonaqları çox mehribanlıqla və  səmimiyyətlə 
qarşılayırlar. Onlar rus dilində yaxşı danışır və Rusiyada baş verən hadisələrə canlı maraq göstərirlər. 
Bilirsinizmi, Rusiyanın kütləvi informasiya vasitələri Azərbaycanda baş verən hadisələrdən,  əslində,  ətraflı 
söhbət açırlar, xüsusilə indi, seçkiqabağı proses gedəndə çoxlu məqalə dərc olunur. Dünən “İzvestiya”nın bütöv 
bir səhifəsində Azərbaycan Prezidenti haqqında məqalə  dərc edilmişdir.  Əlbəttə, jurnalistlər öz materialının 
oxucuda daha canlı reaksiya doğurması üçün onu daha kəskin  şəkildə  təqdim etməyə çalışırlar. Vitali Nikitiç 
tamamilə haqlıdır. Bu, normal haldır. Yəqin elə bir dövlət yoxdur ki, orada jurnalistlər öz materialını maksimum 
kəskin  şəkildə  təqdim etməyə çalışmasınlar. Demək istəyirəm, Bakıda səmimiyyətlə qarşılanmağımız göstərir 
ki, təkcə siyasi, iqtisadi səviyyədə deyil, başqa səviyyələrdə  də  əməkdaşlığımız üçün böyük imkanlar 
mövcuddur. Məsələn, sizdə güclü Ekologiya naziri var - Hüseyn Bağırov. O öz təsərrüfatını bizə göstərdi. Biz 
onun öz işinə nə qədər qüvvə və enerji sərf etdiyini gördük. Hələ Mixail Solomonoviç demişdi ki, kaş bizdə də 
belə nazir olaydı. 
Biz onu da dedik ki, birinci kanalda nümayiş etdirmək üçün Azərbaycanın təbii parkları  və qoruqları 
haqqında verilişlər hazırlamaq lazımdır.  İndi Rusiyada olduqca çox elmi-kütləvi nəşrlər var, onlardan biri də 
“Vokruq sveta” jurnalıdır. 
Gələcəkdə turizmi inkişaf etdirmək üçün ekspedisiyalar da təşkil etmək olar. Siyasi və insani səviyyədə 
mövcud olan əməkdaşlıq intensiv turist mübadiləsinə çevrilməlidir.  
Bizə göstərilən səmimi qəbula görə bir daha minnətdarlığımı bildirirəm.  
İ l h a m   Ə l i y e v: Çox sağ olun. Sizin bu sözlərinizi eşitmək bizim üçün çox xoşdur. Bizdə Mətbuat 
Nazirliyi yoxdur, lakin çap məhsullarının qeydiyyata alınması prosedurunun olmaması, əlbəttə, müsbət haldır və 
bu da ona gətirib çıxarmışdır ki, indi Azərbaycanda 500-dən artıq qəzet və jurnal çıxır. Bilmirəm, onları kimlər 
və neçəsini oxuya bilər. Hər halda, bu, əlbəttə, müsbət faktdır. Bəlkə də hansısa bir ailə,  yaxud bir qrup adam 
hər hansı bir qəzet buraxır. Lakin vəziyyət tamamilə liberaldır və bu, əlbəttə, müsbət haldır.  İnsanlar 
istədiklərini oxumaq hüququna malikdirlər. Qəzetlərin müxalifətyönümlü olmasına gəldikdə isə, biz buna vərdiş 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə