İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə45/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   41   42   43   44   45   46   47   48   ...   86

97 
 
vəsait, bir neçə milyon dollar özəl bankın hesabına köçürülmüş  və ondan sonra da dağıdılmış, onların cibinə 
getmişdir. Biz isə Heydər  Əliyevin rəhbərliyi altında neftin satışından və bonuslardan qısa müddət  ərzində 1 
milyard 400 milyon dollar vəsait  əldə etmişik və o pullar şəffaf  şəkildə Azərbaycan Dövlət Neft Fondunda 
saxlanılır, belə gözəl işlərə xərclənir və gələcək nəsillər üçün də əmanət kimi saxlanılacaqdır.  
Biz bu işləri davam etdirəcəyik.  Əlimizdən gələni edəcəyik ki, Azərbaycanda çətin vəziyyətdə yaşayan 
insanlara – bacılara, qardaşlara imkan daxilində kömək edək. Bu kömək bundan sonra da göstəriləcəkdir. Amma 
əlbəttə, məsələnin tam həlli ondan ibarətdir ki, qaçqınlar, məcburi köçkünlər öz doğma torpaqlarına qayıda 
bilsinlər. Bu istiqamətdə böyük işlər aparılır. Bilirsiniz ki, cənab Prezident bir neçə il ərzində çox gərgin 
danışıqlar aparır, beynəlxalq aləmdə Azərbaycanın mövqeləri möhkəmlənir. Azərbaycanın səsi beynəlxalq 
təşkilatların tribunalarından gəlir. Avropa Şurasında ilk dəfə olaraq, bizim nümayəndə heyətinin fəaliyyəti 
nəticəsində Ermənistan işğalçı dövlət kimi tanınıbdır. Bu, böyük hadisədir. Bu, gələcək danışıqlara çox müsbət 
təsir edə bilər və edəcəkdir.  
Avropa Şurası Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi məruzəçi təyin etmişdir. Halbuki Ermənistan bunun 
əleyhinə idi. Çünki onlara sərf etmir ki, bu məsələ müzakirə obyektinə çevrilsin. İstəyirlər ki, bunu ört-basdır 
eləsinlər və keçmişdə olduğu kimi, özlərinin təbliğatı vasitəsilə dünya ictimaiyyətinə yanlış məlumat versinlər. 
Amma bizim fəaliyyətimizin nəticəsində bütün beynəlxalq təşkilatlarda bu məsələ ilə bağlı fikir formalaşıbdır 
və bu fikir bizim xeyrimizədir.  
Biz çalışacağıq ki, bu məsələni sülh yolu ilə həll edək, çünki müharibə istəmirik. Amma eyni zamanda biz 
heç vaxt barışmayacağıq ki, torpaqlarımız işğal altında qalsın. Nəyin bahasına olursa- olsun, torpaqlarımızı azad 
edəcəyik.  
İndi Ermənistan hesab edir ki, bu münaqişədə üstünlük əldə edibdir. Şəxsən mən bu fikirlə razı deyiləm. 
Gəlin Ermənistanda və Azərbaycanda olan vəziyyətə baxaq. Bizim ölkələrimizin iqtisadi səviyyələri arasında 
uçurum dərinləşir. Azərbaycanın iqtisadiyyatı inkişaf edir. Azərbaycan növbəti beş ildə Bakı–Tbilisi–Ceyhan 
kəməri vasitəsilə təkcə neftin satışından 5 milyard dollar vəsait əldə edəcəkdir. Əlbəttə, bu vəsait Azərbaycanın 
iqtisadi inkişafına, ordu quruculuğuna yönəldiləcəkdir.  İnsanların rifahı yaxşılaşacaq, maaşlar, təqaüdlər 
artacaqdır. Əlbəttə, Azərbaycan iqtisadi cəhətdən daha da güclü olacaqdır.  
Ermənistanda isə belə perspektivlər yoxdur. İndi Ermənistanda iqtisadi böhran yaşanır və heç bir perspektiv 
yoxdur. Çünki biz onları bütün beynəlxalq regional layihələrdən təcrid etdik. Biz onlarla heç vaxt iqtisadi 
əməkdaşlıq etməyəcəyik və belə olan halda onlar tənəzzülə daha çox uğrayacaqlar. Beləliklə, bir neçə ildən 
sonra iqtisadi, siyasi, ümumiyyətlə, hər cəhətdən güclü Azərbaycan zəif Ermənistanla üz-üzə qalsa, əlbəttə, 
üstünlük bizim tərəfimizdə olacaqdır. Bu məqsədlə cənab Prezidentin göstərişləri əsasında ordu quruculuğunda 
böyük işlər görülür və bundan sonra da görəcəyik. Mən  əminəm ki, yaxın gələcəkdə Azərbaycan torpaqları 
işğalçılardan azad olunacaq, qaçqın-köçkünlər öz dədə-baba torpaqlarına qayıdacaqlar. 
Bu gün buraya gələndə bir ailəyə qonaq oldum. Məni çox mehriban qarşıladılar. Mənim arzum var ki, – 
hesab edirəm, bu hamımızın arzusudur – Cəbrayıla qonaq gəlim. Cəbrayıl işğaldan azad olunandan sonra orada 
sizin üçün bundan da gözəl evlər tikəcəyik və mən də gəlib sizin qonağınız olacağam. 
Əziz dostlar, bilin ki, bu siyasət davam etdiriləcəkdir. Heydər  Əliyevin siyasi xətti davam etdiriləcəkdir. 
Bizim başqa alternativimiz yoxdur. Azərbaycanın gələcəyi üçün, Azərbaycanın çiçəklənməsi üçün yalnız bu 
siyasət aparılmalıdır və xalqın dəstəyi ilə aparılacaqdır. O cümlədən, qaçqınların, məcburi köçkünlərin 
problemləri daim diqqət mərkəzində olacaqdır.  
Burada dedilər, bu qəsəbə deyil, şəhərdir. Həqiqətən belədir, görün burada nə qədər evlər, məktəblər, tibb 
məntəqələri, klublar tikilib, yollar salınıb, işıqlar çəkilibdir. Mənə  Əli müəllim deyir ki, burada görülən işlər 
keçmiş Sovet İttifaqı vaxtında bir beşillikdə görülən işlərə bərabərdir. Həqiqətən də  belədir.  
Mən sizi bu gözəl qəsəbənin istifadəyə verilməsi münasibətilə bir daha ürəkdən təbrik edirəm. İstəyirəm ki, 
siz burada xoşbəxt yaşayasınız. Amma bilin, bu, yenə də müvəqqəti bir məkandır. Siz öz doğma torpaqlarınıza 
qayıdacaqsınız. Biz bunu təmin edəcəyik. Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyik. Mən sizin hamınızı 
öpürəm, qucaqlayıram. Sağ olun. 
  
*  *  * 
 
MƏRASİM BAŞA ÇATDIQDAN SONRA 
JURNALİSTLƏRƏ QISA MÜSAHİBƏ 
 
S u a l:  İlham müəllim, bu gün çoxsaylı müxtəlif görüşləriniz oldu. İlkin təəssüratlarınız necədir və 
qarşıda hansı görüşləriniz var? 
C a v a b: Təəssüratlar çox yaxşıdır, müsbətdir və gözləniləndir. Hər yerdə böyük ruh yüksəkliyi görürəm, 
hörmət görürəm.  İnsanların bu münasibəti məni çox sevindirir. Bu gözlənilən idi. Çünki mən bilirəm ki, 


98 
 
Azərbaycanda real vəziyyət necədir və bu görüşlər onu bir daha təsdiqlədi. Azərbaycanın bölgələri inkişaf edir. 
İnsanların əhval-ruhiyyəsi yaxşıdır.  
Bu gün çox sevindirici haldır ki, Azərbaycanda növbəti infrastruktur obyekti açılıbdır. Balıqartırma zavodu 
istifadəyə verilibdir. Düzdür, oradan əldə olunan məhsul bilavasitə satışa çıxarılmır və onun qısa müddət ərzində 
gəlir gətirməsi mümkün deyildir.  
Amma Azərbaycanın gələcəyi üçün, Azərbaycanın təbiətinin qorunub saxlanılması üçün, Xəzər dənizinin 
bioresurslarının artırılması üçün mühüm layihədir. Bu onu göstərir ki, Azərbaycan hökuməti bütün sahələrdə 
fəal iş aparır, bütün sahələri inkişaf etdirməyə çalışır. Ümumiyyətlə, keçirdiyim görüşlər məni çox sevindirir.  
S u a l: Hörmətli Baş nazir, daha hansı rayonlara getməyiniz nəzərdə tutulmuşdur? 
C a v a b: Müxtəlif rayonlarda olacağam. Sizə xəbər veriləcəkdir.  
S u a l: İlham müəllim, seçki bülletenləri iki gündən sonra çap olunacaqdır. Bilmək istərdik ki, iqtidar 
bu seçkilərə nəhayət, neçə namizədlə gedəcəkdir? 
C a v a b: Hələ vaxt var, öyrənərsiniz.  
S u a l: İlham müəllim, Prezident nə vaxt qayıdacaqdır? 
C a v a b: İnşallah, yaxın günlərdə dönəcəkdir. 
 
*  *  * 
 
Həmin gün Baş nazir İlham  Əliyev Bakıya qayıdarkən yolüstü Saatlıda dayandı. Rayonun minlərlə sakini 
onu böyük hörmət və məhəbbətlə qarşıladılar.  
Baş nazir ona göstərdikləri hərarətli münasibətə görə rayon sakinlərinə minnətdarlığını bildirərək dedi:  
- Əziz saatlılılar, çox sağ olun. Mən də çox şadam ki, sizinlə görüşürəm, zəhmət çəkib gəlmisiniz. Bilin, biz 
həmişə bir yerdə olacağıq. Həmişə hörmətli cənab Prezidentin siyasətini birlikdə davam etdirəcəyik. 
Azərbaycan güclənəcək, çiçəklənəcək və möhkəmlənəcəkdir. Hamınızı öpürəm. Çox sağ olun.  
 
 
 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə