İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   24   25   26   27   28   29   30   31   ...   84

75 
 
Diqqətinizə görə təşəkkür edirəm. 
 
Gürcüstan prezidenti Mixail Saakaşvilinin bəyanatı 
 
Mən, öz tərəfimdən, İlham Heydəroviçə çox böyük təşəkkürümü bildirmək istəyirəm. Bir daha bildirirəm ki, 
bizim çox səmimi görüşümüz oldu. Əslində bütün məsələlər barəsində sinxron və vahid mövqe var, bu isə bir 
daha təsdiq edir ki, Azərbaycanın simasında bizim, həqiqətən, sadəcə, dost və yaxşı qonşumuz deyil, həm də 
qardaş dövlətimiz var. 
Bu dostluq son illər insanların şüuruna yeridilmişdir – biz qardaşıq və ayrılmazıq. Mən “Azərbaycan sizin 
evinizdir” sözlərinə görə  İlham Heydəroviçə çox minnətdaram, çünki bu, həqiqətən ümumi evimizdir. 
Düşünürəm ki, belə sözləri elə-belə demirlər, heç yerdə dilə gətirmirlər. Biz dövlət münasibətlərindən, səmimi 
münasibətlərdən danışırıq. 
Əvvəla, biz bir-birimizlə inteqrasiya edəcəyik. Biz vahid tarif sistemi yaradacaq, vergi sistemimizi 
uyğunlaşdıracağıq, gömrük sədlərini, hüquqi sədləri ləğv edəcəyik ki, məsələn, Azərbaycanda qeydiyyata 
alınacaq müəssisələr avtomatik surətdə Gürcüstanda qeydiyyatdan keçmiş hesab olunsun və  əksinə. 
Vətəndaşlarımız bir ölkədən digərinə gedərkən onlar əngəllərlə qarşılaşmasınlar. Bütün regional layihələr hər 
hansı maneələrlə rastlaşmasın. Ümidvaram ki, bu məkan bütün Cənubi Qafqazda genişlənəcəkdir. Bu, regionun 
Avropanın bir hissəsi olması üçün çox vacibdir. 
Biz Azərbaycanın Avropa Birliyinə inteqrasiyası üçün bütün işləri görəcək və bu sahədə bir-birimizə kömək 
edəcəyik. Biz Amerika Birləşmiş  Ştatları ilə tamhüquqlu tərəfdaşlıq münasibətlərinin olmasını istəyirik. 
Ölkələrimizin Rusiya ilə münasibətlərinin əhəmiyyətini xüsusi vurğulamaq istəyirəm. Məmnunluqla qeyd etmək 
istəyirəm ki, Azərbaycanın Rusiya ilə çox səmimi və yaxın münasibətləri var. Biz Rusiya prezidenti Vladimir 
Putinlə bu barədə söhbət etdik. Prezident Putinlə bizim də yaxşı  şəxsi münasibətlərimiz yaranır və  mən bunu 
yüksək qiymətləndirirəm, dövlətlərarası münasibətlər də təşəkkül tapır. Təbii ki, bu illər ərzində yaranmış bütün 
problemləri bir gündə  həll etmək olmaz. Rusiya hər iki  dövlət üçün çox mühüm tərəfdaşdır. Bu məsələdə 
fikirlərimiz oxşardır. Biz bu məsələni də müzakirə etdik. Prezident Putin haqqında və  şəxsən onun baxışları 
barədə çox yaxşı fikirdəyik. Çox ümid edirik ki, onun bütün siyasəti həyata keçiriləcək və Rusiya bütün 
regionun mühüm, tamhüquqlu tərəfdaşı olacaqdır. Bu çox vacibdir. 
Zənnimcə, biz fəaliyyətimizi bu istiqamətdə də əlaqələndirməliyik. 
Bizim konkret iqtisadi layihələrimiz var. Münasibətlərimiz indiyədək də  səmimi idi və neft kəmərinə 
əsaslanmışdır. İndi biz, ilk növbədə, çalışmalıyıq ki, yolumuzda hər hansı maneə olsa da – bunlar olacaqdır, bu 
barədə  məlumat almışam – layihə  həyata keçirilməlidir. Bu layihə Gürcüstan üçün həyati məsələdir. Biz bu 
layihəni axıradək gerçəkləşdirəcəyik. Bu çox mühüm, prinsipial məsələdir. Biz qaz kəməri layihəsini də axıra 
çatdıracağıq. Çünki qaz kəməri energetika təhlükəsizliyi üçün, bütün regionun müstəqilliyi üçün əlavə 
təminatlar verəcəkdir. Biz bu layihələrə  təkcə dövlətlərimizin deyil, Qazaxıstanın və digər ölkələrin də 
qoşulacağına ümid edirik. Çünki bu regional əməkdaşlıqdan onlar da fayda götürməlidirlər. Bu layihələrin 
çoxtərəfli xarakter alması üçün Rusiyanın da onlara qoşulmasına tərəfdarıq. Mən bir daha vurğulamaq istəyirəm 
ki, bu layihələr ölkələrimizin energetika müstəqilliyi üçün çox böyük əhəmiyyətə malikdir. Kimin tərəfindən 
olursa-olsun, təzyiq göstərilməsinin mümkünlüyü ilə bağlı hər cür riski rədd edirik.  
Lakin münasibətlərimizi neft kəmərinin hüdudlarından kənara çıxarmaq çox vacibdir. Münasibətlərimiz 
yalnız bu sahədə əməkdaşlıqdan daha geniş olmalıdır. İnkişaf səviyyəsinə, iqtisadi mentalitetinə görə biz oxşar 
ölkələrik. Bütün bunların müxtəlif iqtisadi sahələrdə konkret layihələrə çevrilməsi çox vacibdir. Bu mənada 
Azərbaycan Gürcüstan üçün,  gürcü mallarının getdikcə artan bazarı üçün çox böyük maraq doğuran bir ölkədir 
və  əksinə. Konkret layihələr var və biz onlara prezidentlər səviyyəsində lobbilik edəcəyik. Bütün bunlar 
vətəndaşlarımızın həyat səviyyəsinə təsir göstərəcəkdir. Siz doğru dediniz ki, bir-birinə kömək göstərmədən və-
təndaşlarımızın həyat səviyyəsini yüksəltmək çətin olacaqdır.  
Biz bildirdik ki, indi Gürcüstanda pensiya 11 dollara çatdırılacaqdır, Azərbaycanda isə 20 dollardır. Əlbəttə, 
bu, çox azdır. Əmək haqqı da artacaqdır. Lakin əmək haqqı azdır, odur ki, hər şey regionun potensialından asılı 
olacaqdır. Zənnimcə, potensial indikindən çox-çox genişdir. Biz çalışmalıyıq ki, Azərbaycanda hər hansı 
iqtisadi fəallıq Gürcüstanda iqtisadi fəallıq doğursun və  əksinə. Bu bizim yeni mövqeyimizdir. Rəhbərliyə 
liderlərin yeni nəsli, yeni enerji, yeni qüvvə  gəlmişdir. 
Bir daha nəzərə çatdırmaq istəyirəm ki, Azərbaycanın yeni prezidentinin baxışlarının və  təfəkkürünün 
miqyası məni heyran etdi. Düşünürəm ki, Azərbaycanın bəxti çox gətirmişdir. Çünki siz nəinki, sadəcə olaraq, 
regional liderə, həm də beynəlxalq miqyaslı liderə maliksiniz. Mənim müqayisə etmək üçün kifayət qədər 
təcrübəm var. Siz hər  şeyi təkcə öz ölkəsinin mövqeyindən deyil, həm də bütün region, Avropa Birliyi 
miqyasında görən və  əlbəttə ki, öz ölkəsinin mənafelərini qoruyan liderə maliksiniz. Bu məni çox sevindirir. 
Ona görə ki, meydana çıxan xırda-para məsələlər dərhal həll edilir. 


76 
 
Eyni zamanda, biz Gürcüstanın azərbaycanlı  əhalisinin ölkənin siyasi və iqtisadi həyatına inteqrasiyasının 
tərəfdarıyıq. Çox vacibdir ki, onlar öz ənənələrini və  mədəniyyətini qoruyub saxlamaqla yanaşı, gürcü dilini 
öyrənsinlər, Gürcüstanın da, bizim qardaşlığımızın da daha güclü olması üçün cəmiyyətimizin tamhüquqlu 
üzvünə çevrilsinlər. Biz çoxmillətli, inteqrasiya olunmuş, güclü Gürcüstanın tərəfdarıyıq. Bu bizim dövlətimizin 
sərvətidir. Biz istəyirik ki, güclü Gürcüstan qarşısında duran bütün vəzifələri həll etsin. Uğurumuzun alternativi 
yoxdur. Bizim uğurlu inkişafımızın alternativi yoxdur. Bizim qardaşlığımızın və əməkdaşlığımızın da alternativi 
yoxdur. Bu mənada biz hamıya minnətdarıq. Biz istəyirik ki, bu bütün Cənubi Qafqaz regionunu əhatə etsin. 
İstəyirik ki, bu regionda sülh olsun, biz məsələlərin zor gücünə həllinə tərəfdar deyilik. Lakin eyni zamanda, biz 
dövlətçiliyimizi gücləndirəcəyik və möhkəmləndirəcəyik. Biz Türkiyə ilə  əməkdaşlığımızı da çox qiymət-
ləndiririk. Bu ölkə bizə çox kömək edir. Türkiyə bizim çox mühüm dostumuz və müttəfiqimizdir. Bu ölkə ilə 
münasibətlərimiz praqmatik məna daşımır, biz əbədi dostuq.  
Gürcüstan bütün Cənubi Qafqazda, Ermənistanla münasibətlərdə sülhməramlı rol oynamağa hazırdır. Rusiya 
ilə münasibətlərdə də birgə əməkdaşlığa ümid bəsləyirik.  
Mənə Bakıda olmaq çox xoşdur. Bu gün bizi hərarətlə qarşılayan təkcə hava deyildi. Mən küçələrdə dayanan 
və bizi salamlayan insanlara təşəkkür etmək istəyirəm. Bu, keçmiş vaxtlar deyil ki, insanları hansısa qonaqları 
salamlamaq üçün küçələrə çıxarsınlar. Bu, ürəkdən, qəlbdən gəlirdi.  
Mən buraya Azərbaycan üçün hüznlü günlərdə  də  gəlmişdim, onda ölkənin bütün vətəndaşları dünya 
miqyaslı, çox böyük dövlət xadimi Heydər Əliyevi son mənzilə yola salırdılar. O zaman mən Bakının küçələri 
ilə gedərkən azərbaycanlıların prezident nümayəndə heyətinin hər bir üzvünə mehriban və səmimi münasibətinə 
heyran qaldım. Bunu mən bu gün də hiss etdim. İnsanlar özləri küçələrə çıxmışdılar, təbii ki, iş vaxtı idi və onlar 
bizi salamlayırdılar. Bu, bir insan kimi, mənə çox xoş idi. Gürcüstan televiziyası da burada idi və Gürcüstan 
prezidentinin Bakıda necə səmimiyyətlə qarşılandığını yəqin ki, çəkmişdir. Düşünürəm ki, heç bir gürcü ailəsi 
buna laqeyd qalmayacaqdır. Zənnimcə, bu, iki ölkə prezidentləri arasındakı münasibətlərdən də artıqdır. Belə 
münasibət bir gündə yaranmır. Düzgün siyasət aparılarsa, bunları yüz ilə də məhv etmək olmaz. 
Mən buraya bütün Azərbaycan hökuməti ilə tanış olmaq üçün gəlmişəm və biz buna nail olduq. Mən buraya 
dost qazanmaq üçün gəlmişəm. Düşünürəm ki, mən dost deyil, qardaş qazandım, bu isə daha mühümdür. Çünki 
dostdan küsmək olar, qardaşla isə normal ailələrdə belə şeylər baş vermir. Düşünürəm ki, bu münasibətlər bizi 
salamlayan bütün insanlara sirayət edəcəkdir. Gürcüstanda da İlham  Əliyevə bu cür münasibət bəsləyirlər. 
İnsanların Heydər Əliyevə haqlı olaraq necə münasibət bəslədikləri, ona necə hörmət etdikləri yadımdadır. Biz 
Bakıda son zamanlar aparılan tikinti işlərinin nəticələrini görürük. Mən burada baş verənlərə yaxşı mənada qibtə 
edirəm. Biz Gürcüstanda da belə tikinti işləri aparmaq, belə  tərəqqiyə nail olmaq istəyirik.  İstəyirik ki, 
insanlarımız belə nikbin olsunlar, gələcəyə böyük inamla baxsınlar, ümidsizlikdən, təsərrüfatsızlıqdan, 
intizamsızlıqdan danışmasınlar. Biz də demokratik dövlət çərçivəsində iqtisadi sabitliyə, nizam-intizama nail olmaq 
istəyirik. Təbii ki, biz çox şeyi Azərbaycandan öyrənmək istəyirik. Hər gəlişimizdə Bakının daha da gözəlləşdiyini 
görürük. Bilirəm ki, ölkənin bölgələri də inkişaf edir. Biz buna çox şadıq, çox sağ olun. Düşünürəm ki, bu gün çox 
yaxşı gündür. Sabah buradan yaxşı əhval-ruhiyyə ilə gedəcəyik.  
*  *  * 
S u a lCənab  Əliyev, prezident Mixail Saakaşvilinin Gürcüstanla Azərbaycan arasında sərhədlərin 
iki il ərzində açılması ilə bağlı  bəyanatı barədə fikrinizi bilmək istərdim. Sonra, Abxaziyada və 
Qarabağda münaqişələrin nizama salınması yolunu nədə görürsünüz?  
İ l h a m  Ə l i y e v: Biz hörmətli Mixail Nikolayeviçlə iqtisadi əməkdaşlığa dair bir çox məsələləri 
müzakirə etdik və belə bir yekdil fikrə  gəldik ki, qarşılıqlı surətdə faydalı ticarət-iqtisadi  əlaqələri inkişaf 
etdirmək üçün böyük potensial vardır. Təbiidir ki, bütün bu illər  ərzində bizim iqtisadi münasibətlərimizdə 
Gürcüstan və Azərbaycan üçün həyati əhəmiyyətli məsələlər, xüsusilə Xəzər dənizinin enerji ehtiyatlarının nəql 
olunmasının əlaqələndirilməsi məsələləri üstünlük təşkil etmişdir. Çünki bu təkcə iqtisadi cəhətdən deyil, həm 
də regionda təhlükəsizliyin möhkəmlənməsi baxımından ölkələrimiz üçün qlobal xarakterli öncül məsələdir. 
Bununla yanaşı, iş elə gətirmişdir ki, energetika sektoru çərçivəsindən kənarda iqtisadi əməkdaşlıq məsələləri 
bir qədər kölgədə qalmış  və arxa plana keçmişdir. Bəlkə  də bunun bir əsası vardır, çünki bütün səylər məhz 
Bakı–Supsa, Bakı–Tbilisi–Ceyhan boru kəmərləri məsələsinin irəliləməsinə yönəldilmişdi. Bu boru kəmərləri 
layihələri çox ağır şəraitdə, bəzən ağır nəticələr verə biləcək mütəmadi hədə-qorxu və təzyiqlərin müşayiəti ilə 
həyata keçirilmişdir.  
Boru kəmərləri ilə bağlı məsələlərin öz həllini tapdığı və həyata keçirildiyi indiki şəraitdə isə, əlbəttə, yeni 
problemlər, yəni ticarət-iqtisadi münasibətlərimizin tarazlaşdırılması məsələləri meydana çıxır. Bu baxımdan biz 
aydın başa düşürük ki, Gürcüstan və Azərbaycan iqtisadi cəhətdən çox fəal surətdə inteqrasiya etməlidir. Mən 
Gürcüstan prezidentinin belə bir fikri ilə tam razıyam ki, Avropa ölkələri arasında iqtisadi sərhədlərin aradan 
götürüldüyü, vahid iqtisadi məkan yaradıldığı  və artıq yarandığı bir vaxtda, əlbəttə, bütün tarixi, mədəni, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə