İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab


RUSİYA FEDERASİYASININ PREZİDENTİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   32   33   34   35   36   37   38   39   ...   84

95 
 
 
RUSİYA FEDERASİYASININ PREZİDENTİ  
ZATİ-ALİLƏRİ  
CƏNAB VLADİMİR PUTİNƏ 
 
 
Hörmətli Vladimir Vladimiroviç! 
Rusiya Federasiyasının prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən 
təbrik edirəm. 
Seçkilərdə qazandığınız inamlı qələbə Rusiya cəmiyyətinin iradəsini özündə əks etdirərək, qətiyyətlə həyata 
keçirdiyiniz dövlətçilik xəttinin, dərin sosial-iqtisadi islahatların, ardıcıl yeritdiyiniz xarici siyasətin tam 
dəstəkləndiyini nümayiş etdirir. Şadam ki, Sizin başçılığınız ilə dost Rusiya artıq yeni inkişaf yoluna çıxaraq 
Dünya Birliyində öz nüfuzunu möhkəmləndirməkdədir. 
Əminəm ki, tarixən dostluq, mehriban qonşuluq və qarşılıqlı faydalı  əməkdaşlıq  şəraitində yaşamış 
xalqlarımızın mənafeyinə uyğun olaraq Azərbaycan ilə Rusiya arasındakı ikitərəfli münasibətlər, genişmiqyaslı 
əlaqələrimiz bundan sonra da bütün sahələrdə inkişaf edərək strateji tərəfdaşlığımızın dərinləşməsinə xidmət 
edəcəkdir. 
Hörmətli Vladimir Vladimiroviç!  
Sizə bir daha öz təbriklərimi yetirərək möhkəm cansağlığı, xoşbəxtlik, dost Rusiyanın rifahı naminə dövləti 
fəaliyyətinizdə uğurlar arzulayıram. 
 
Dərin hörmətlə, 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı şəhəri, 15 mart 2004-cü il 


96 
 
 
GÖRKƏMLİ ALİM, AKADEMİK  
İQRAR ƏLİYEVƏ 
 
Hörmətli İqrar Əliyev!  
Şanlı yubileyiniz – anadan olmağınızın 80 illiyi münasibətilə Sizi ürəkdən təbrik edirəm. 
Siz bütün həyatınızı sevib-seçdiyiniz tarix elminə həsr edərək milli köklərimizin araşdırılması, hərtərəfli 
tədqiqi sahəsində müstəsna xidmətlər göstərmişsiniz.  
Gənclik dövründən taleyinizi bağladığınız Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda 
elmin çətin yollarından addım-addım keçərək alimlik zirvəsinə yüksəlmisiniz. Son 25 ildən çox bir müddətdə 
doğma institutunuzda fasiləsiz olaraq direktor vəzifəsində çalışaraq, fundamental elmi-tədqiqat işinin təşkilinə 
bilavasitə başçılıq edirsiniz. 
Məhz sizin böyük təşkilatçılıq qabiliyyətiniz, elmi əzmkarlığınız sayəsində müstəqil Azərbaycanımızın 
həyatında böyük hadisə olan çoxcildlik "Azərbaycan tarixi" yazılıb çapa hazırlanmış və işıq üzü görmüşdür. 
Siz Azərbaycanın qədim tarixinin tədqiqinə  həsr olunmuş  dəyərli monoqrafiyaların, elmi məqalələrin
publisistik oçerklərin müəllifisiniz. Ölkəmizin hüdudlarından kənarda da sizə böyük şöhrət gətirmiş sanballı 
elmi-tədqiqatlarınız ilə xalqımızın çoxəsrlik tarixini dünyaya tanıtmış və təbliğ etmisiniz. 
Yarıməsrlik elmi fəaliyyətiniz  ərzində Siz tarix elmi sahəsində artıq öz sözünü demiş bir sıra görkəmli 
alimlər yetişdirmiş, gənc istedadların elmə gəlişinə həmişə böyük himayədarlıq göstərmisiniz. 
Qətiyyətiniz, prinsipiallığınız və  əzmkarlığınız təəssübkeş  və  fədakar alim kimi sizin şəxsiyyətinizdə üzvi 
şəkildə birləşmişdir. Çox şadam ki, siz bu gün də ölkəmizin elmi, ictimai-siyasi həyatında eyni dərəcədə fəal 
vətəndaşlıq mövqeyindən iştirak edirsiniz. 
Hörmətli İqrar müəllim! 
Sizi bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram. 
 
Hörmətlə, 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı şəhəri, 16 mart 2004-cü il 


97 
 
 
ATƏT-in HAZIRKI SƏDRİ, BOLQARISTAN RESPUBLİKASININ XARİCİ İŞLƏR NAZİRİ 
SOLOMON PASSİ VƏ ONUN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ  
GÖRÜŞDƏ SÖHBƏT 
 
Prezident sarayı 
 
16 mart 2004-cü il 
 
İ l h a m   Ə l i y e v: Hörmətli Solomon Passi! 
Hörmətli qonaqlar, sizi səmimi-qəlbdən salamlayıram. Biz bundan əvvəl ATƏT-in sədri ilə  təkbətək 
görüş zamanı geniş fikir mübadiləsi apardıq, bir çox məsələni müzakirə etdik. Azərbaycanın strateji istiqaməti 
beynəlxalq strukturlara, Avropa strukturlarına inteqrasiyadan ibarətdir. Azərbaycanda bu vaxta qədər aparılmış 
və bundan sonra da davam etdiriləcək siyasət bizim düz yolla getdiyimizi göstərir.  
Azərbaycan sürətlə inkişaf edən ölkədir. Aparılan iqtisadi, sosial, siyasi islahatlar öz müsbət nəticələrini 
verməkdədir. Bu islahatlar davam etdiriləcək və ölkəmiz hərtərəfli inkişafa nail olacaqdır. Azərbaycanın çox 
güclü iqtisadi potensialı var. Aparılan iqtisadi siyasət ölkəmizi iqtisadi cəhətdən gücləndirməyə imkan verir. 
Bütün iqtisadi göstəricilərimiz yüksəkdir. Adambaşına düşən xarici sərmayələrin həcminə görə Azərbaycan 
MDB məkanında liderdir. Ümumi daxili məhsulun ildən-ilə artması da göstərir ki, iqtisadi islahatlar böyük 
uğurlar gətirir.  
Azərbaycanda aparılan siyasi islahatlar nəticəsində demokratiyanın inkişaf etdiyini, çoxpartiyalı sistemin 
bərqərar olduğunu vurğulayıram. Əminliklə bildirirəm ki, gələcəkdə bizi bu yolda da böyük uğurlar gözləyir. 
Biz əminik, seçdiyimiz yol imkan verəcək ki, Azərbaycanda demokratik dəyərlər bundan sonra da inkişaf etsin 
və ölkəmizə böyük faydalar gətirsin.  
Bütün bunlarla yanaşı, sosial məsələlərin həllinə  də böyük diqqət yetirilir. Regionların sosial-iqtisadi 
inkişafına dair Dövlət Proqramının əsas məqsədi Azərbaycanda yaşayan vətəndaşların həyat səviyyəsini daha da 
yüksəltməkdən,  ən çətin vəziyyətdə yaşayan qaçqınlar və köçkünlərdən ötrü müasir, gözəl  şəraitin təmin 
edilməsindən ibarətdir.  
Azərbaycan üçün ən ağrılı problem Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir: Biz ümid edirik 
ki, ATƏT-in Minsk qrupu bu münaqişənin həlli istiqamətində öz səylərini artıracaqdır.  Əfsuslar olsun ki, bu 
vaxta qədər bu istiqamətdə heç bir müsbət dəyişiklik yoxdur və münaqişə  həll edilməmiş qalır. Artıq bütün 
dünya ictimaiyyəti bilir ki, bu münaqişə nəticəsində Azərbaycan torpağının 20 faizi işğal olunmuş, bir milyondan 
artıq qaçqın-köçkün yaranmışdır. Təəssüflər olsun ki, Ermənistan tərəfi qeyri-konstruktiv mövqe tutur, Ermənistan 
silahlı qüvvələri işğal olunmuş torpaqlardan çıxmaq istəmir. Beləliklə, ümumiyyətlə, region üçün böyük təhlükə 
yaranır. 
Problemin həlli üçün ilk növbədə beynəlxalq hüquq normalarına əməl olunması zəruridir. Münaqişə yalnız 
bu normalar əsasında öz həllini tapa bilər. Yəni, Azərbaycanın  ərazi bütövlüyü bərpa edilməli, Ermənistan 
silahlı qüvvələri işğal olunmuş torpaqlardan çıxarılmalı, qaçqınlar, köçkünlər öz doğma torpaqlarına 
qayıtmalıdırlar. 
Biz ümid edirik ki, ATƏT və onun Minsk qrupu öz səylərini göstərəcək və bu münaqişə tezliklə öz ədalətli, 
beynəlxalq hüquq normalarına əsaslanmış həllini tapacaqdır. 
S o l o m o n   P a s s i: Cənab Prezident, vaxt ayırıb bizi və nümayəndə heyətimizi qəbul etdiyinizə görə 
Sizə öz təşəkkürümü bildirirəm. Azərbaycan prezidenti seçilməniz münasibətilə cənab İlham Əliyev, Sizi  bir 
daha təbrik edirəm, bu məsul vəzifədə Sizə  uğurlar diləyirəm. Mən  Bakıda ilk dəfə olduğumu və şəhərin tarix-
mədəniyyət abidələrinin məndə onda böyük təəssürat yaratdığını qeyd etmək istəyirəm.  
Azərbaycanın Avropaya inteqrasiyası prosesini yüksək qiymətləndirirəm. Mən eyni zamanda, onu da deyim 
ki, 15 il əvvəl heç kimin ağlına belə  gəlməzdi ki, mənim  ölkəmin də yerləşdiyi Balkan yarımadası  Şimali 
Atlantika blokuna bu qədər yaxın olacaqdır. Lakin indi bu reallıqdır və  əminəm ki, inteqrasiya prosesi daha 
geniş vüsət alaraq bütün Qara dəniz məkanını əhatə edəcəkdir. ATƏT-ə üzv ölkələrlə daha sıx inteqrasiya üçün 
Azərbaycana hər cür yardım edəcəyimizi  bildirirəm. 
Dağlıq Qarabağ münaqişəsinin nə dərəcədə ciddi və Azərbaycan xalqı üçün ağrılı problem olduğunu bilirəm. 
Təəssüflə vurğulayıram ki, ATƏT-in Minsk qrupunun vasitəçilik missiyası  hələ  də  nəticə vermir. Mənim  
fikrimcə,  rəhbərlik etdiyim təşkilat yalnız birbaşa danışıqların hər hansı bir nəticə verəcəyinə ümid edir.  Mən 
hər iki ölkənin prezidentlərinin dialoqundan çox şey gözləyirəm və bunu Yerevana səfərim zamanı da bəyan 
edəcəyəm.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə