İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab


"DAHA GENİŞ AVROPAYA DOĞRU



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   34   35   36   37   38   39   40   41   ...   84

101 
 
 
"DAHA GENİŞ AVROPAYA DOĞRU:  
YENİ GÜNDƏLİK"  
MÖVZUSUNDA BEYNƏLXALQ  
KONFRANSDA ÇIXIŞ 
 
19 mart 2004-cü il 
 
Əziz xanımlar və cənablar! 
İlk öncə  mən konfransın təşkilatçılarına və Slovakiya rəhbərliyinə minnətdarlığımı bildirmək istərdim. 
Onlar bizim səmərəli işləməyimiz üçün çox gözəl şərait yaratmışlar. Azərbaycan yeni müstəqillik qazanmış bir 
ölkədir. Yalnız Sovet İttifaqı dağıldıqdan sonra biz digər respublikalarla birlikdə dövlət müstəqilliyi qazandıq. 
Lakin ölkəmiz dövlət müstəqilliyini yenicə qazanmasına baxmayaraq, çox qədim tarixi ənənələrə malikdir. 
Bizim zəngin mədəni irsimiz və nəhəng intellektual potensialımız vardır.  
Müstəqilliyin ilk illəri ölkəmiz üçün çox mürəkkəb olmuşdur.  İqtisadi vəziyyət çox çətin idi, bu sahədə, 
habelə siyasi və  hərbi sahələrdə  dərin böhran hökm sürürdü. Digər tərəfdən, vətəndaş müharibəsi təhlükəsi 
cəmiyyətimizdə sabitliyin təmin edilməsinə imkan vermirdi. Bütün bunlarla yanaşı, Ermənistanın Azərbaycana 
qarşı  təcavüzü və  ərazilərimizin 20 faizinin işğalı ölkəmizi tam süquta gətirib çıxarmışdı. Sabitlik sonradan 
yarandı. Yalnız hökumətin böyük səyləri nəticəsində müstəqilliyimizdən bir qədər sonra, daha dəqiq desək, 
1996-cı ildən başlayaraq, ölkədə iqtisadiyyat inkişaf etməyə başladı, tam ictimai-siyasi sabitlik bərqərar oldu. 
Ölkənin iqtisadi potensialına və əldə etdiyimiz nəticələrə nəzər salsaq, görərik ki, 1996-cı ildən bu günədək hər 
il ümumi daxili məhsul orta hesabla 10 faiz artmış, inflyasiyanın illik səviyyəsi bu müddət ərzində 2 faizdən yu-
xarı qalxmamışdır. Dünyada tanınmış xarici şirkətlərin iqtisadiyyatımıza yatırdığı  nəhəng sərmayələr keçmiş 
sovet respublikaları içərisində adambaşına xarici sərmayənin həcmi baxımından Azərbaycanı aparıcı ölkəyə 
çevirmişdir.  
Ölkəmizdə  həyata keçirilmiş genişmiqyaslı özəlləşdirmə proqramı güclü özəl sektor yaratmağa imkan 
vermişdir. Bu gün ümumi daxili məhsulun 74 faizi məhz bu sektorda formalaşır.  
Siyasi və ictimai sabitlik iqtisadi artıma nail olmağın əsas səbəbidir. Mən əminəm ki, qarşıdakı illər ərzində 
bu iqtisadi artım ölkəmizə daha çox firavanlıq gətirəcəkdir. Bu gün dünyada enerji daşıyıcıları sahəsində  ən 
böyük layihələr Azərbaycan, Gürcüstan və Türkiyədə  həyata keçirilir. Milyardlarla dollar dəyəri olan enerji 
layihələri bizim müstəqil ölkələrin həm bir-birlərinə, həm də Avroatlantik məkanına inteqrasiyasına  şərait 
yaradacaqdır. Bu bizim həqiqi istəyimiz və strateji məqsədimizdir. Azərbaycan öz gələcəyini Avroatlantik 
məkanına daha geniş inteqrasiyada görür. Biz bu istiqamətdə böyük addımlar atırıq və  əminəm ki, Avropa 
strukturları və beynəlxalq strukturlarla əlaqələr gələcəkdə daha da möhkəmlənəcəkdir. 
Azərbaycan NATO-nun "Sülh naminə  tərəfdaşlıq" proqramında fəal iştirak edir. Avropa Birliyinin Cənubi 
Qafqaz məsələləri üzrə xüsusi nümayəndəsinin təyin edilməsi bizdə minnətdarlıq və razılıq hissi doğurmuşdur. 
Bu çox vacib qarşılıqlı addımlar Azərbaycanın və ümumilikdə, Cənubi Qafqazın Avropa ailəsinə daha sıx 
inteqrasiyasına imkan verəcəkdir.  
Əlbəttə, biz hələ çox şey öyrənməliyik. Amma ölkəmizin də  qədim tarixi ənənələri və  zəngin mədəni irsi 
vardır. Biz də Avropaya böyük töhfələr verə  və ümumi dəyərləri bölüşə bilərik. Əminəm ki, yeni xətt – "Daha 
geniş Avropaya doğru" siyasəti bizim ölkəyə daha çox firavanlıq gətirəcəkdir. Bu isə bizim əsas məqsədimizdir.  
Azərbaycan hökumətinin gündəliyindəki ən öncül məsələlərdən biri də sosial problemlərin həllidir. Biz bazar 
münasibətlərinə  əsaslanan iqtisadiyyatımızla sosialyönümlü büdcə arasında çox gözəl vəhdət yaratmağa nail 
olmuşuq.  Əgər büdcəmizə baxsanız, görərsiniz ki, onun 70–80 faizi məhz sosial problemlərin həllinə 
yönəldilmişdir. Eyni zamanda, bazar iqtisadiyyatının bütün əsas komponentləri qüvvədə qalır.  
Bu gün yalnız Azərbaycanda deyil, bütün regionda, habelə daha geniş ərazidə təhlükə mənbəyi olan məsələ 
Dağlıq Qarabağ münaqişəsinin öz həllini tapmamasıdır. Uzun tarixçəsi olan Ermənistan–Azərbaycan, Dağlıq 
Qarabağ münaqişəsi regionda ən böyük təhlükə  mənbəyidir və  vəziyyətin qeyri–sabit olmasına gətirib 
çıxarmışdır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan  ərazisinin 20 faizinin işğal edilməsi 8 
milyonluq ölkə  əhalisinin 1 milyona yaxınının qaçqın və köçkün vəziyyətinə düşməsinə  səbəb olmuşdur. 
Əlbəttə, bu bizim üçün həm də çox mühüm iqtisadi, sosial və siyasi məsələdir. Biz çox istərdik ki, beynəlxalq 
ictimaiyyət bu münaqişənin nizama salınmasında daha fəal iştirak etsin. Uzun illərdir ki, ATƏT-in Minsk qrupu 
Amerika Birləşmiş Ştatları, Fransa və Rusiyanın həmsədrliyi ilə bu münaqişənin həlli ilə məşğuldur. Təəssüf ki, 
hələ də nəzərəçarpacaq bir nəticə yoxdur.  
Ümidvarıq ki, digər beynəlxalq təşkilatlar, o cümlədən Avropa Birliyi və Avropa Şurası da bu məsələyə 
diqqəti artıracaqlar. Biz artıq bu təşkilatların münaqişənin həlli ilə bağlı, ona siyasi qiymət vermək və onu sülh 
yolu ilə nizama salmaqla əlaqədar səylərini hiss edirik. Münaqişəni sülh yolu ilə  həll etməyə çalışsaq da, 


102 
 
deməliyəm ki, Azərbaycan xalqının dözümünün də həddi vardır. Biz ərazi bütövlüyümüzün bərpa olunmasını 
istəyirik və bütün ölkələrin  ərazi bütövlüyünə  və dövlət sərhədlərinə hörmətlə yanaşırıq.  Əlbəttə ki, özümüzə 
qarşı da eyni münasibəti gözləyirik. 
Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır.  
Ermənistan tərəfi bu təcavüzə  və  işğala bəraət qazandırmaq üçün, adətən, beynəlxalq hüququn digər 
prinsiplərindən çıxış etməyə çalışır. Onlar nəzərdə tuturlar ki, Dağlıq Qarabağ erməniləri öz müqəddəratını həll 
etmək hüququna malikdirlər. Lakin mən sizin nəzərinizi bir fakta cəlb etmək istəyirəm. Ermənilərin artıq öz 
ölkəsi və dövləti vardır. Onlar artıq öz müqəddəratını Ermənistan dövləti çərçivəsində  təyin etmişlər.  İndi 
təsəvvür edin ki, ermənilər yaşadıqları  hər bir ölkədə öz müqəddəratını  təyin etməyə çalışsalar, onda nə baş 
verər? Hamıya məlumdur ki, onlar müxtəlif ölkələrdə yaşayırlar, lakin bu o demək deyil ki, yaşadıqları hər bir 
yerdə muxtariyyət yaratmalı  və separatçılıq etməlidirlər. Həm də bu separatçılıq təcavüzkar xarakter daşıyır. 
Əminəm ki, beynəlxalq ictimaiyyətin bu mövzuya daha çox diqqət yetirəcəyi təqdirdə, məsələ beynəlxalq hüquq 
normaları əsasında və sülh yolu ilə həll edilə bilər.  
Düşünürəm ki, problemi həll etməkdən ötrü yardımçı amillərdən biri kimi, Cənubi Qafqazın 
demilitarizasiyası siyasətini yeritmək olar. 
Bizim  ərazimizdə heç bir xarici hərbi baza yoxdur. Əgər Cənubi Qafqazın digər ölkələrində  də buna nail 
olunarsa,  əminəm ki, bu regionda tezliklə sülh və  təhlükəsizlik bərqərar olar. Biz sülh şəraitində yaşamaq 
istəyirik, iqtisadiyyatımızı, ölkəmizi daha da inkişaf etdirmək arzusundayıq, inteqrasiyaya can atırıq. Əminəm 
ki, ölkələrimizin birgə səyləri, bir-birlərinin ərazi bütövlüyünə və insanların sülh şəraitində yaşamaq haqlarına 
hörmət bu sahədə bizə yardımçı olacaqdır.  
Əziz xanımlar və cənablar! 
Bu mühüm tədbirdə  iştirak etmək imkanına görə sizə  təşəkkürümü bildirirəm.  Əminəm ki, bu konfrans 
ölkəmizin Avropa strukturlarına daha da yaxınlaşmasına, bu sahədə apardığımız siyasətin gələcəkdə də davam 
etdirilməsinə kömək edəcəkdir.      
Diqqətinizə görə sağ olun! 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə