İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   37   38   39   40   41   42   43   44   ...   84

109 
 
* * * 
Martın 19-da axşam “Daha geniş Avropaya doğru: yeni gündəlik” mövzusunda beynəlxalq konfrans başa 
çatdı. Azərbaycan prezidenti İlham Əliyev vətənə yola düşdü. 
  


110 
 
 
NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ 
AZƏRBAYCAN XALQINA TƏBRİK 
 
Əziz həmvətənlər!  
Hörmətli soydaşlar!  
Sizi Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə xoş arzularımı yetirirəm.  
Novruz xalqımız tərəfindən qədim zamanlardan həmişə barışıq, dostluq, səmimiyyət, təmizlik və yeniləşmə 
əhval-ruhiyyəsi yaradan Bahar bayramı kimi qeyd olunub. Novruz təbiətin oyanışı ilə ürəklərdə saf niyyətlərin, xoş 
arzuların yarandığı bir bayram, insanla təbiətin bütövləşməsinin, harmoniyasının təcəssümü hesab olunur. Əsrlərin 
sınağından çıxmış  mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və 
mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə  mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl 
yaratmışdır. Azərbaycanın müstəqillik əldə etməsindən sonra Novruz bayramı dövlət səviyyəsində qeyd olunmağa 
başladı ki, bu da tarixi köklərə qayıdışın, milli-mənəvi dəyərlərə qayğının güclənməsini şərtləndirdi.  
Xüsusi qeyd etməyə dəyər ki, Bahar bayramı kimi Novruz təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində 
böyük təntənə ilə qeyd olunur. Bu bayrama hər yerdə yenilik, nikbinlik, arzuların həyata keçməsi və həmrəylik vasitəsi 
kimi baxırlar.  
Novruz bayramını  hər kəsin öz ev-eşiyində, ocağı başında qeyd etməsi xalqımızın gözəl adətlərindəndir. 
Təəssüflər olsun ki, torpaqlarından didərgin salınmış, qaçqın və məcburi köçkünə çevrilmiş həmvətənlərimiz bayramı 
bu il də öz doğma yurdlarında qarşılaya bilmirlər. Əminəm ki, ata-baba ocağından didərgin düşmüş soydaşlarımızın 
bu bayramı öz doğma torpaqlarında qeyd edəcəyi gün uzaqda deyildir. Mən bayram münasibətilə qaçqın və məcburi 
köçkünləri, Azərbaycanın müstəqilliyi və  ərazi bütövlüyü uğrunda öz sağlamlığını itirmiş  və  əlil olmuş insanları, 
şəhid ailələrini, habelə sərhədlərimizin keşiyində duran, ölkəmizin müdafiəsini təmin edən əsgər və zabitləri təbrik 
edir, onlara ən xoş arzularımı çatdırıram.  
Novruz həm də xarici ölkələrdə yaşayan azərbaycanlıların milli birlik bayramıdır. Ölkə hüdudlarından 
kənarda yaşayan bütün azərbaycanlılar bu bayramı böyük sevinc və qürurla qeyd edirlər. Novruz şənliklərində 
yaranan xoş ünsiyyət onları  həm bir-biri ilə, həm də doğma Azərbaycanla daha sıx bağlayır, hər bir 
soydaşımızda milli mənlik şüurunu, azərbaycançılıq hisslərini və duyğularını gücləndirir. Bu bayram şənlikləri 
azərbaycanlıları Vətənə, ata-baba yurdları Azərbaycana, milli köklərə daha sıx bağlayır.  
Xalqımızın ümummilli lideri Heydər  Əliyev tərəfindən  əsasları yaradılmış  və möhkəmləndirilmiş Azərbaycan 
dövləti getdikcə qüdrətlənir. Dövlət və  cəmiyyət həyatının bütün sahələri qabaqcıl dünya standartlarına 
uyğunlaşdırılır, demokratik dəyərlər, insan hüquqları daha dolğun təmin olunur. İqtisadi sahədə inkişaf artır, əhalinin 
sosial rifahı yüksəlir.  
Cəmiyyətimizdə milli birlik, sosial həmrəylik güclənir. Vətəndaşlarımızın nikbin əhval-ruhiyyəsi, sabaha 
inam hissi artır. Əhalinin ən müxtəlif təbəqələri, sosial qrupları arasında əməkdaşlıq və həmrəylik möhkəmlənir.  
Ağrılı problemimiz olan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səyləri 
artırmışıq, bütün daxili imkanlardan, beynəlxalq hüququn gücündən istifadə edirik. Bizim mövqeyimiz qəti və 
prinsipialdır. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü təmin edilməli, regionda sabitlik və  təhlükəsizlik 
qorunmalı, vətəndaşlarımızın pozulmuş hüquqları bərpa olunmalıdır. Dövlətimizin və xalqımızın gücü, birliyi, 
insanlarımızın əzmi və iradəsi məqsədlərimizə çatacağımıza bizdə tam əminlik yaradır.  
Bu əziz bayram günündə hər bir azərbaycanlıya, hər bir ölkə vətəndaşına, onların ailələrinə bir daha səadət, 
firavanlıq, cansağlığı arzu edirəm və uğurlar diləyirəm.  
 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
19 mart 2004-cü il 
 
 


111 
 
 
YAPONİYANIN "İNPEX" ŞİRKƏTİNİN PREZİDENTİ KUNİXİKO MATSUO  
BAŞDA OLMAQLA ŞİRKƏTİN NÜMAYƏNDƏ HEYƏTİ  İLƏ GÖRÜŞDƏ SÖHBƏT 
 
Prezident sarayı  
 
22 mart 2004-cü il 
 
İ l h a m  Ə l i y e v: Sizin şirkəti Azərbaycanda çoxdan tanıyırlar. Bizim neft şirkətimizlə fəal işləyir və 
əməkdaşlıq edirsiniz, böyük layihələr həyata keçirirsiniz. Biz bunu alqışlayırıq. Artıq neçə ildir ki, "İnpex" 
şirkəti Azərbaycanda sərmayə layihələrində fəal iştirak edir, milyonlarla dollar məbləğində sərmayə qoyur, boru 
kəmərləri layihələrində  iştirak edir. Bütün bunlar şirkətin Azərbaycanla  əməkdaşlığa sadiqliyini və qoyulmuş 
kapitalın etibarlı şəkildə qorunacağına, şirkətə də, Azərbaycana da fayda gətirəcəyinə inamı göstərir.  
Prezident  İlham  Əliyev vurğuladı ki, "İnpex"in "Azəri–Çıraq–Günəşli" layihəsində  iştirak payı alması, ola 
bilsin, xarici şirkətlərin Azərbaycanda həyata keçirdikləri  ən böyük kommersiya sazişidir və bu fakt şirkətin 
fəaliyyətində ölkəmizə sadiqliyini bir daha təsdiqləyir. Bu, ilk növbədə, onu sübut edir ki, bizim kimi, siz də 
əminsiniz ki, həmin layihə uğurla həyata keçiriləcək və yaxın vaxtlarda bundan hamı – Azərbaycan da, bizim 
xarici tərəfdaşlarımız da fayda götürəcəklər. Əminəm ki, Azərbaycanın neft şirkəti ilə, Azərbaycan hökuməti ilə 
bundan sonra da əməkdaşlığınız müvəffəqiyyətlə inkişaf edəcək və  gələcək birgə layihələrimiz üçün yeni 
perspektivlər açacaqdır.  
K u n i x i k o  M a t s u o:  Cənab Prezident, səmimi qəbula görə Sizə  təşəkkür edirəm. Biz bilirik ki, iş 
cədvəliniz çox sıxdır və ona görə də bu gün bizi qəbul etdiyiniz üçün çox məmnunuq. Fürsətdən istifadə edərək, 
prezident seçilməyinizlə əlaqədar sevinc hisslərimizi ifadə etmək istərdik.  
Biz prezident Heydər  Əliyevin nurlu xatirəsini, ölkəmizdə  səfərdə olduğu günləri unutmuruq. O bizə çox 
böyük təsir bağışladı. Dünən mənə onun məzarını ziyarət etmək  şərəfi nəsib oldu. Xahiş edirik, atanızın 
xatirəsinə çox dərin hörmət bəslədiyimizə əmin olasınız.  
1998-ci ilin fevralında prezident Heydər  Əliyev ölkəmizə  rəsmi səfərə  gəldi, onun həm siyasi, həm də 
iqtisadi dairələrin liderləri ilə görüşləri oldu. O, vətəndaşlarımıza təkcə dövlət xadimi kimi deyil, həm də böyük 
şəxsiyyət kimi çox dərin təsir bağışladı. Bundan sonra ölkələrimizin iqtisadiyyat sahəsində qarşılıqlı 
münasibətlərində böyük inkişaf başladı. Xalqınızın bəxtindən və özümüzü Azərbaycanın dostları hesab edən 
bizim də bəxtimizdən, bu gün Siz prezident Heydər Əliyevin xəttinin layiqli davamçısısınız. Biz görürük ki, Siz 
ölkənizin daha böyük iqtisadi inkişafı üçün  fəal siyasət aparırsınız və Sizin səyləriniz sayəsində Azərbaycanda 
dünyanın bütün ölkələri ilə dostcasına qarşılıqlı münasibətlər üçün əlverişli mühit yaradılır.  
Cənab Prezident, bizim Azərbaycandakı kiçik fəaliyyətimizi yüksək qiymətləndirməyinizdən çox məmnu-
nuq. Biz "Azəri–Çıraq–Günəşli" kimi mühüm layihənin iştirakçısı olmağı çoxdan arzu edirdik. Bəxtimizdən bu 
layihənin, habelə Bakı–Tbilisi–Ceyhan layihəsinin iştirakçısı olmaq istəyimizdə Sizin tərəfinizdən, Dövlət Neft 
Şirkəti tərəfindən dəstək və diqqət hiss etdik. Bu bizim üçün böyük şərəfdir.  Şirkətimiz planetin müxtəlif 
guşələrində – Yaxın Şərqdə, Afrikada, Cənubi Amerikada, Okeaniyada öz fəaliyyətini genişləndirir. Lakin bu 
cür çoxsaylı layihələr arasında AÇG və BTC layihələrində iştirak etmək bizim üçün çox mühüm və vacibdir. 
İndi biz Azərbaycanın neft sənayesi üçün layiqli tərəfdaş olmaqdan ötrü bütün işləri görəcəyik. Hamıya, o 
cümlədən də sizin ölkənizə fayda gətirəcək bu layihələrin uğurlu olmasına yönəldilmiş işdə öz məsuliyyətimizi 
başa düşürük. Biz çalışacağıq, ona görə də xahiş edirik ki, bizi bundan sonra da dəstəkləyəsiniz, biz Sizə çox 
minnətdar olacağıq.  
Onu da xatırladım ki, hazırda Yaponiya hökuməti ölkənin neft sənayesində özəl sektorun rolunu genişləndir-
məyi qarşısına məqsəd qoymuşdur.  Əgər  əvvəllər bu sektorda Yaponiya Milli Neft Korporasiyası böyük rol 
oynayırdısa, indi onun funksiyalarının  əsas hissəsi özəl  şirkətlərin rolunu möhkəmlətmək üçün məhz bizim 
şirkətə veriləcəkdir.  Şirkətimiz Yaponiyanın neft kəşfiyyatı ilə  məşğul olan aparıcı  şirkətlərindən biridir. Biz 
ölkə qarşısında və mühüm tərəfdaşımız olan Azərbaycan qarşısında öz məsuliyyətimizi yerinə yetirmək üçün 
əlimizdən gələni edəcəyik.  
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə