İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   45   46   47   48   49   50   51   52   ...   84

126 
 
əməkdaşlığın dərinləşməsinə kömək edir. Əminəm ki, səfər çərçivəsində  əldə olunmuş razılaşmaların həyata 
keçirilməsi ölkələrimizin və xalqlarımızın rifahı naminə əməkdaşlığın möhkəmlənməsinə təkan verəcəkdir.  
Əziz dostlar, möhtərəm İslam Abduqəniyeviç bu gün, böyük Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin 
açılışında çıxış edərkən mühüm bir məqama toxundu. Əvvəla, mən bu abidənin ucaldılması barədə qərara görə 
şəxsən Özbəkistan prezidentinə bir daha minnətdarlığımı, eləcə  də bütün Azərbaycan xalqı adından 
təşəkkürümü bildirmək istərdim. Həmçinin demək istərdim ki, Bakıda böyük özbək şairi Əlişir Nəvaiyə abidə 
ucaldılması haqqında Azərbaycanda qərar qəbul edilmişdir.  
İslam Abduqəniyeviçin yadındadır, mən onun, əslində, bütün çıxışını başa düşdüm, hərçənd, bu təəccüblü 
idi, çünki özbək dilində belə geniş həcmdə çıxışı ilk dəfə dinləyirdim. Bu məni çox sevindirdi. Ən əsası budur 
ki, hesab edirəm, bugünkü görüşlər və açıq söhbətlər çərçivəsində bir-birimizi başa düşdük. Bizim dillərimiz də 
oxşardır,  ən başlıcası isə, müstəqilliyin  əldə edildiyi vaxtdan bəri, xüsusən son on ildə Özbəkistanda və 
Azərbaycanda görülmüş işlər xalqlarımızı daha da yaxınlaşdırmışdır.   
Həmin estafeti prezident Heydər Əliyevdən qəbul edərkən, onun işlərini davam etdirərkən əminəm ki, qardaş 
ölkələrimiz arasında keçmişdə mövcud olmuş qarşılıqlı anlaşma,  əlbəttə, davam etdiriləcəkdir. Biz dost 
ölkələrik, mənafe və maraqlarımız da birdir, regional və dünya xarakterli bütün məsələlərdə fikirlərimiz tam 
uyğun gəlir, mən hələ ikitərəfli münasibətlərimizi yeni məzmunla dolğunlaşdırmaq üçün göstərilən səmimi 
cəhdləri demirəm.  
Xarici xarakterli məsələlərdə bizim aramızda tam qarşılıqlı anlaşma var. Ermənistan–Azərbaycan, Dağlıq 
Qarabağ münaqişəsi ilə bağlı  məsələdə  qəti və  ədalətli mövqe tutduğuna görə  İslam Abduqəniyeviçə çox 
minnətdarıq. Ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsi üçün biz öz tərəfimizdən bütün işləri 
görəcəyik. Bundan ötrü potensial var, bundan ötrü siyasi iradə  də mövcuddur, xalqlarımızın intellektual 
səviyyəsi bütün məsələləri istər öz dövlətlərimiz çərçivəsində, istərsə də beynəlxalq aləmdə həll etməyə imkan 
verir. Ona görə  də biz bugünkü danışıqları böyük ruh yüksəkliyi ilə qarşıladıq, imzalanmış  sənədlər səmimi 
niyyətlərimizi təsdiqləyir.  
Belə uzun, saat yarımdan çox çəkən təkbətək səmimi söhbətə görə Özbəkistan prezidentinə çox 
minnətdaram. Biz xalqlarımızın qarşılıqlı münasibətlərinin tarixinin bir çox mərhələlərini xatırladıq, istər 
ikitərəfli, istərsə  də çoxtərəfli münasibətlərə dair çox geniş  səpkili məsələlər barədə fikir mübadiləsi apardıq. 
İslam Abduqəniyeviç dedi və mən də vurğulamaq istəyirəm ki, ölkələrimizi bu gün və sabah necə gördüyümüz 
barədə, hansı yolla gedəcəyimiz barədə, müstəqilliyi və suverenliyi bundan sonra necə möhkəmləndirəcəyimiz, 
xalqlarımızın rifahını necə yüksəldəcəyimiz, iqtisadi və sosial məsələləri necə həll edəcəyimiz barədə aramızda 
tam qarşılıqlı anlaşma oldu. Zənnimcə, Özbəkistan rəhbərliyinin də, Azərbaycan rəhbərliyinin də gücü xalqın 
iradəsinə  əsaslanmasındadır. Biz xalq üçün və xalqın rifahı naminə  işləyirik və qurub-yaradırıq. Bu siyasət 
İslam Abduqəniyeviçin rəhbərliyi ilə Özbəkistanda uzun illərdir aparılır. Bu siyasət Azərbaycanda da Heydər 
Əliyevin rəhbərliyi ilə son on il ərzində aparılmışdır. Mən bu siyasəti davam etdirmək niyyətindəyəm.  
Əziz dostlar, bizə  və nümayəndə heyətimizə göstərilmiş belə qonaqpərvərliyə, diqqətə görə bütün özbək 
xalqına, ilk növbədə, Özbəkistan prezidentinə bir daha təşəkkür etmək və ümidvar olduğumu bildirmək 
istəyirəm ki, əlaqələrimiz davam edəcəkdir.  
Fürsətdən istifadə edərək, İslam Abduqəniyeviçi onun üçün münasib vaxtda Azərbaycana rəsmi səfərə dəvət 
etmək, habelə dostlarımızın hamısını bütün səviyyələrdə yaxından əlaqə saxlamağa və fəal işləməyə çağırmaq 
istəyirəm.  Əminəm ki, hökumətlərarası komissiyanın işi də, nazirlərimizin və digər məsul  əməkdaşlarımızın 
əlaqələri də ümumi məqsədimizə nail olmaqda ancaq kömək edəcəkdir.  
Qardaş Özbəkistanın şərəfinə, onun prezidenti İslam Abduqəniyeviç Kərimovun sağlığına, onun xanımının 
sağlığına, bütün özbək xalqının şərəfinə badə qaldırmağı təklif edirəm.  
 
* * * 
 
Azərbaycan prezidenti İlham  Əliyev Özbəkistana dövlət səfəri çərçivəsində Daşkəndin mərkəzindəki  
"Kədərli ana" abidə kompleksini ziyarət etmişdir.  
Abidə kompleksinin qarşısında dövlətimizin başçısını Daşkənd  şəhərinin hakimi Rüstəm  Şoəbdürəhmanov, 
paytaxt ictimaiyyətinin nümayəndələri hərarətlə qarşıladılar.  
Azərbaycan prezidenti İlham Əliyev "Kədərli ana" abidəsinin önünə əklil qoydu. Sonra dövlətimizin başçısı abidə 
kompleksi ilə tanış oldu, o cümlədən Böyük Vətən müharibəsi zamanı həlak olmuş özbəkistanlı döyüşçülərin adları 
yazılmış lövhələrə baxdı. 
 
 


127 
 
 
AZƏRBAYCANIN ÖZBƏKİSTANDAKI  
SƏFİRLİYİNİN YENİ BİNASININ  
AÇILIŞI MƏRASİMİNDƏ ÇIXIŞ 
 
23 mart 2004-cü il 
 
Hörmətli Baş nazir! 
Cənab səfir, əziz dostlar! 
Bu gün çox əlamətdar gündür. Azərbaycanın Özbəkistandakı  səfirliyinin yeni binası açılır. Bunun 
Azərbaycan prezidentinin Özbəkistana dövlət səfəri günlərində baş verməsinin dərin rəmzi mənası var. Mən 
möhtərəm İslam Abduqəniyeviç Kərimovun dəvətini böyük məmnuniyyətlə qəbul etdim və qardaş Özbəkistana 
gəldim. 
Bu gün geniş  tərkibdə aparılmış danışıqlar və ikitərəfli görüşlər belə deməyə  əsas verir ki, xalqlarımız 
arasındakı ənənəvi tarixi dostluq və qardaşlıq telləri davam və inkişaf etdiriləcəkdir. 
Özbəkistan Azərbaycan üçün qardaş və dost ölkədir. Münasibətlərimizin bütün tarixi ərzində biz bir-birimizə 
dərin rəğbət və hörmət, məhəbbət və dostluq hissləri bəsləmişik. Dövlətlərimizin liderləri İslam Kərimovun və 
Heydər Əliyevin fəaliyyəti sayəsində ölkələrimiz müstəqillik illərində bir-birinə daha yaxın olmuşlar. Gələcək 
üçün vəzifə bu dostluq və qardaşlıq  ənənələrini davam etdirməkdən, bütün sahələrdə münasibətlərimizi 
genişləndirməkdən ibarətdir. 
Bir müddət bundan əvvəl biz Özbəkistan prezidenti ilə birgə dahi Azərbaycan  şairi Nizami Gəncəvinin 
abidəsini açdıq. Orada İslam Abduqəniyeviç özbək dilində, sonra da mən Azərbaycan dilində çıxış etdik. Biz 
başa düşdük ki, tərcüməçiyə ehtiyacımız yoxdur. Dillərimiz nə  dərəcədə bir-birinə yaxındırsa, biz də o qədər 
bir-birimizi başa düşürük. Bu da xalqlarımızı bir-birinə yaxınlaşdıran çox mühüm amildir. Mən dostluğumuzu, 
ikitərəfli  əlaqələrimizi inkişaf etdirmək üçün öz tərəfimdən mümkün olan hər  şeyi edəcəyəm ki, daha tez-tez 
görüşək, fikir mübadiləsi aparaq, Özbəkistanda həmişə bilsinlər ki, Azərbaycanda onların qardaşları yaşayır, 
Azərbaycanda da bilsinlər ki, burada onların qardaşları yaşayır. Biz dost və qardaş xalqlarıq, bizim ümumi 
tariximiz, ümumi problemlərimiz var. Bu illər ərzində liderlərimiz müstəqilliyi möhkəmləndirmiş və onu əbədi 
etmişlər. Biz bu xətti davam etdirəcəyik. 
Mən bütün özbək xalqına firavanlıq, xoşbəxtlik, tərəqqi arzulayıram. Arzu edirəm ki, əlaqələrimiz davam 
etsin, inkişaf etsin, möhkəmlənsin. Özbəkistanda yaşayan azərbaycanlılara isə demək istəyirəm ki, həmişə yadda 
saxlasınlar: biz onları unutmuruq, xatırlayırıq, sevirik. Onlar Özbəkistanın çox ləyaqətli vətəndaşlarıdır. 
Zənn edirəm ki, bu gözəl binanın bugünkü açılışı ümumi məqsədlərimiz – müstəqilliyi, suverenliyi 
möhkəmlətmək, yeni qələbələrə doğru birgə irəliləmək naminə xalqlarımızı, dövlətlərimizi bir-birinə daha da 
yaxınlaşdıracaqdır. 
Bir daha sizin hamınızı təbrik edir və arzu edirəm ki, bizim səfirliyimiz yeni binada iki xalqın rifahı naminə 
daha fəal, səmərəli işləsin. 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə