İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   43   44   45   46   47   48   49   50   ...   84

121 
 
təkcə yüklərin, malların və sadəcə, insanların hərəkəti yolunda əngəl olmamaq haqqında müqavilə 
imzalamayacaq. Onların imzalayacağı müqavilələrdə dəqiq yazılacaq ki, əlverişli rejim yaradılacaqdır. Biz tarif 
dərəcələrinin aşağı salınması haqqında Azərbaycanla və digər ölkələrlə saziş imzalamışıq. Türkmənistan öz 
öhdəliklərindən birtərəfli qaydada tamamilə imtina etmişdir ki, bu da beynəlxalq normalara ziddir. Ona görə də 
bu gün pambığımızın Azərbaycan və  Xəzərdən keçərək Qara dəniz vasitəsilə aparılıb satılması Latviya və 
Litvadan keçən marşrutla müqayisədə 20 faiz bahadır. Bu bəsirətsizlik və  məsələnin dəqiq başa düşülməməsi 
görün nəyə gətirib çıxarmışdır. 
Bazar münasibətləri tranzit marşrutlarının təkmilləşdirilməsini tələb edir. Ona görə də bütün siyasətçilər və 
dövlət rəhbərləri başa düşməlidirlər ki, bu marşrutlar insanları bir-birindən ayrı salmamalı,  əksinə, 
yaxınlaşdırmalıdır. 
Bu gün biz prezident İlham  Əliyevlə bu mövzuda söhbət etdik və belə bir ümumi fikrə  gəldik ki, Avropa 
ölkələrini maraqlandıran yolun böyük əhəmiyyət kəsb etməsi üçün mümkün olan hər  şeyi etmək lazımdır. 
Avropa Birliyi Əfqanıstanın və  İranın TRASEKA layihəsinə qoşulması haqqında Özbəkistanın təşəbbüsünü 
dəstəkləmişdir.  İndi siz təsəvvür edə bilərsiniz, Böyük İpək yolu çərçivəsində hamı üçün daha əlverşli olan 
marşrut yarananda mümkün olan hər şeyi etmək lazımdır ki, TRASEKA insanların və dövlətlərin rifahı üçün 
işləsin. Yollar insanları bir-birindən ayırmamalı, əksinə, yaxınlaşdırmalı və birləşdirməlidir.  
S u a l:  Sualım cənab  Əliyevədir. Cənab Prezident, məlum olduğu kimi, iki ölkə arasında 2010-cu 
ilədək iqtisadi əməkdaşlıq proqramı  qəbul edilmişdir.  Əmtəə dövriyyəsini artırmaq yolunda hansı 
maneələr vardır və Azərbaycan rəhbərliyi bu məsələnin həlli üçün nə etmək fikrindədir?  
İ l h a m  Ə l i y e v: Bu məsələ bu gün çox ətraflı müzakirə edildi. Mənə  məlumdur ki, həmin məsələ 
hökumətlərarası komissiya çərçivəsində də ətraflı müzakirə olunmuşdur. Bu istiqamətdə ən ciddi maneələrdən 
biri bir-birinin bazarına birbaşa çıxışla bağlı  çətinliklərdir.  İndiki halda biz bunu asanlaşdırmaq üçün birgə 
işləyəcək, habelə alternativ yollar axtarıb tapacağıq. Mən bu gün dedim ki, yerüstü nəqliyyat 
kommunikasiyalarından istifadə etməyə ehtiyac olmayan istiqamətlərdə bizim problemimiz yoxdur. Azərbaycan 
tərəfinin Özbəkistanda istehsal olunmuş iki təyyarə alması buna əyani sübutdur. Yəni təyyarələr üçün bu prob-
lem yoxdur, burada havaya qalxıb Bakıda yerə enəcəkdir. Yerüstü yollarla daşınan yüklər üçün isə təhlükəsiz və 
etibarlı kommunikasiyaların olmaması işi ləngidən əsas amildir. Lakin biz bu problemlə barışmaq istəmirik və 
onun həlli üçün hər  şeyi edəcəyik. Zənn edirəm ki, lazım olarsa, beynəlxalq təşkilatların xidmətlərindən də 
istifadə etmək olar.  
İslam Abduqəniyeviç Böyük İpək yolunun potensialı tam işə düşəndə bütün ölkələr üçün necə ciddi 
perspektivlər açılacağından danışdı. Bu ölkələrin coğrafiyası kifayət qədər genişdir. Ona görə də mən əminəm 
ki, bu layihənin təşəbbüskarı olan beynəlxalq təşkilatlar da prosesi gücləndirməlidirlər. Çünki, təəssüf ki, Qərb–
Şərq dəhlizi layihəsinin həyata keçirilməsinin sürəti bir qədər zəifləmişdir. Bu, ölkələrimizin potensialına da 
mənfi təsir göstərə bilər. Bizim ölkələrimiz istehsalçı ölkələrdir, onlar bu gün üçün də, gələcək üçün də ciddi 
potensiala malikdirlər. Ölkələrimiz həm də tranzit yolu kimi çox əlverişlidir. Bu imkanlardan istifadə etməmək 
yolverilməz olardı. 
Təəssüf ki, indiki vəziyyətdə heç də  hər  şey bizdən asılı deyildir. Maraqlı ölkələrin bu istiqamətdə geniş 
konsensusu fəal surətdə irəliləməlidir. Müvafiq qurumun bəzi elementlərinin olmaması əlavə çətinliklər yaradır. 
Lakin mən buna nikbin baxıram və  zənn edirəm ki, tarif siyasətini tənzimləmək tapşırığı almış müvafiq 
idarələrimiz bu vəziyyətdən çıxmaq üçün əlavə yollar axtarıb tapacaqlar. 
İ s l a m  K ə r i m o v: Sizin daha nikbin olmağınız üçün demək istəyirəm ki, bu ilin iki ayı  ərzində 
Azərbaycanla Özbəkistan arasında əmtəə dövriyyəsi 18 milyon dollar təşkil etmişdir. Yəni 2003-cü ilə nisbətən 
iki dəfə çoxdur. Sual verəndə bizim bu məsələdə nikbin olduğumuzu deməyi unutmayın, onda bu, obyektiv olar.  


122 
 
 
DAŞKƏNDDƏ NİZAMİ GƏNCƏVİNİN ABİDƏSİNİN AÇILIŞI  
MƏRASİMİNDƏ ÇIXIŞ 
 
23 mart 2004-cü il 
 
Daşkənd Pedaqoji Universitetinin qarşısında dahi Azərbaycan  şairi və mütəfəkkiri Nizami Gəncəvinin 
abidəsinin təntənəli açılış mərasimi oldu.   
Mərasimə toplaşanlar – Özbəkistanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, 
Azərbaycan diasporunun nümayəndələri, universitetin müəllim və  tələbələri, Özbəkistan ictimaiyyətinin 
nümayəndələri Azərbaycan prezidenti İlham  Əliyevi və Özbəkistan prezidenti İslam Kərimovu hərarətli 
alqışlarla qarşıladılar. 
 
Möhtərəm cənab Prezident! 
Hörmətli xanımlar və cənablar! 
Əziz bacılar və qardaşlar! 
Bu gün həyatımızda çox əlamətdar hadisədir. Özbəkistanın paytaxtı Daşkənd  şəhərində dahi Azərbaycan 
şairi Nizami Gəncəvinin abidəsi ucaldılıb və biz bu abidənin açılış mərasimini keçiririk. Mən sizin hamınızı bu 
münasibətlə təbrik edirəm.  
Dahi Nizaminin əsərləri ölməzdir, dəyərlidir və bütün nəsillər üçün əhəmiyyətlidir. Bu əsərlər bizim üçün və 
gələcək nəsillər üçün daim ilham mənbəyi olacaqdır. Nizaminin əsərləri özbək və Azərbaycan xalqlarını bir-
birinə daha da yaxınlaşdırır və bir-birinə daha sıx bağlayır.  
Xalqlarımız əsrlər boyu bir yerdə olmuş, yaşamış və yaratmışlar. Onlar daim bir-birinə arxa olmuşlar. Bütün 
dövrlərdə Özbəkistanla Azərbaycan arasında qardaşlıq münasibətləri mövcud olmuşdur və biz çox xoşbəxtik ki, 
bu gün bu münasibətlər davam edir. Ölkələrimiz müstəqillik  əldə etdikdən sonra da münasibətlərimiz sürətlə 
inkişaf etmişdir. Bu istiqamətdə  ən böyük xidmət iki xalqın ümummilli liderləri  İslam Kərimov və Heydər 
Əliyevə  məxsusdur. Məhz bu liderlər öz xalqlarının müstəqilliyini  əbədi və dönməz etmişlər, dövlətlərinin 
möhkəmləndirilməsi istiqamətində böyük səylər göstərmişlər. 
Bu gün hörmətli  İslam Abduqəniyeviç mənim haqqımda danışarkən dedi ki, o, Heydər  Əliyevin oğludur. 
Həqiqətən, bu mənim üçün ən böyük vəzifədir. Heydər Əliyevin oğlu olmaq mənim üçün böyük vəzifə və çox 
böyük  şərəfdir.  Əmin etmək istəyirəm ki, mən bu ada layiq olacağam, atamın yolu ilə gedəcəyəm, onun 
siyasətini davam etdirəcəyəm. Çalışacağam əlimdən gələni edim ki, xalqlarımız və ölkələrimiz bir-birinə daha 
yaxın olsunlar.  
Bu gün Azərbaycan prezidenti kimi, mənim Özbəkistana ilk dövlət səfərim başlanmışdır. Bu dəvətə və mənə 
göstərilən qonaqpərvərliyə, diqqətə görə Özbəkistan Respublikasının prezidenti hörmətli İslam Abduqəniyeviç 
Kərimova və bütün özbək xalqına öz dərin minnətdarlığımı bildirirəm.  
Bu gün apardığımız söhbətlər, danışıqlar nəticəsində bir daha əmin oldum ki, ölkələrimiz gələcəkdə də daim 
birlikdə olacaq, xalqlarımız həmişə bir-birinə sıx bağlı olacaqlar. Bizim xoşbəxtliyimiz birlikdədir. Biz daim bir 
yerdə olmalıyıq, çünki taleyimiz, gələcəyimiz və niyyətimiz birdir. Niyyət də ondan ibarətdir ki, Özbəkistan və 
Azərbaycan rahat, azad və firavan yaşasınlar, öz dövlət müstəqilliyini bundan sonra da möhkəmləndirsinlər və 
beləliklə, insanlarımız əmin olsunlar ki, onların gələcəyi etibarlı əllərdədir.  
Bu gün mən öz çıxışlarımda da, ikitərəfli danışıqlar zamanı da bir neçə dəfə qeyd etmişəm ki, Özbəkistan 
xalqı ona ümummilli lideri İslam Abduqəniyeviç Kərimov kimi tanınmış dövlət xadimi rəhbərlik etdiyi üçün 
xoşbəxt və  bəxtiyardır. Özbəkistan dövlət müstəqilliyini  əldə etdikdən sonra məhz onun yorulmaz fəaliyyəti 
nəticəsində böyük uğurlara nail olmuşdur. Ölkənin iqtisadi potensialı güclənmiş, Özbəkistan dünya birliyində 
özünə layiq yerini tuta bilmişdir. Bu gün Özbəkistan bütün region üçün çox əhəmiyyətli bir ölkədir.  Əlbəttə, 
gələcəkdə Özbəkistan–Azərbaycan münasibətləri də bizim hamımızın diqqət mərkəzində olmalıdır. Biz bu 
siyasəti davam etdirməliyik. Əminəm ki, xalqlarımız bundan böyük fayda görəcəklər.  
Sizə onu da demək istəyirəm ki, yaxın zamanlarda Bakı şəhərində dahi özbək şairi Əlişir Nəvainin də abidəsi 
ucaldılacaqdır və  əminəm ki, əziz dostumuz və qardaşımız  İslam Abduqəniyeviç və sizlər,  əziz bacılar və 
qardaşlar, bu mərasimdə iştirak edəcəksiniz.  
Mənim Özbəkistana, özbək xalqına həmişə böyük hörmət və  məhəbbətim olmuşdur. Düzdür, bu mənim 
Özbəkistana ilk səfərimdir. Ancaq Özbəkistan və özbək xalqı haqqında geniş məlumatım vardır. Mənim atam 
prezident Heydər Əliyev dəfələrlə burada olmuş və öz fikirlərini və duyğularını mənimlə bölüşmüşdür. Əmin 
ola bilərsiniz ki, bu siyasət, yəni Azərbaycan–Özbəkistan münasibətlərinin daha da dərinləşdirilməsi, inkişafı 
istiqamətində aparılan siyasət bundan sonra da davam edəcəkdir və xalqlarımız gələcəkdə də birlikdə olacaqlar, 
bir nöqtəyə vuracaqlar, həmişə olduğu kimi, bir-birinə dayaq və arxa olacaqlar.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə