İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   42   43   44   45   46   47   48   49   ...   84

119 
 
Azərbaycanda birgə layihələrimizə  və planlarımıza çox böyük əhəmiyyət  veririk. Perspektivlər çox 
ümidvericidir.  Ən başlıcası isə, bütün istiqamətlərdə, ilk növbədə geri qaldığımız sahələrdə – məhz  əmtəə 
dövriyyəsinin artırılmasında və iqtisadi əlaqələrin möhkəmlənməsində qarşılıqlı münasibətləri gücləndirməyi 
səmimi-qəlbdən arzulayırıq. Ən əsası, bu istiqamətdə irəliləmək arzumuz vardır.  
Gələcəkdə həm ikitərəfli münasibətlərin bütün sahələrində, həm də regional planda fəal əməkdaşlıq etmək 
üçün Özbəkistanın və Azərbaycanın çox yaxşı perspektivləri mövcuddur. Qardaş xalqlarımız bir-birinə böyük 
rəğbət və  məhəbbət bəsləyirlər. Özbəkistanda dahi Azərbaycan  şairi Nizaminin abidəsinin açılması, eləcə  də 
böyük özbək  şairi  Əlişir Nəvaiyə Azərbaycanda abidə qoyulması barədə  qərar qəbul edilməsi faktı bir daha 
sübut edir ki, bizim aramızda xeyirxah, saf münasibətlər, qarşılıqlı rəğbət var.  
Mən Özbəkistana dövlət səfərinə  dəvət edildiyimə görə bu ölkənin prezidentinə böyük minnətdarlığımı 
bildirirəm. Bu yaxınlarda seçilmiş prezident kimi, bu səfər mənim üçün çox mühümdür. Mən ikitərəfli 
münasibətlərimizə böyük əhəmiyyət verirəm, həm regionda, həm də dünyada böyük nüfuza malik olan dünya 
miqyaslı siyasətçi kimi, İslam Abduqəniyeviçin prezident vəzifəsindəki fəaliyyətini çox yüksək 
qiymətləndirirəm. Mən  əlimdən gələni edəcəyəm ki, ölkələrimiz arasındakı münasibətlər qardaşlıq, mehriban 
qonşuluq, qarşılıqlı yardım və qarşılıqlı anlaşma məcrasında irəliləsin.  
Bir daha aparılan danışıqlardan, fikir mübadiləsindən məmnunluğumu bildirirəm. Əminəm ki, bütün bunlar 
gələcəkdə münasibətlərimizin inkişafı üçün yaxşı zəmin olacaqdır. Sağ olun.  
*  *  * 
 
S u a l:  Mənim sualım cənab Kərimovadır. Cənab Prezident, Azərbaycan ilə Özbəkistan arasında 
siyasi və humanitar sahədə  əməkdaşlıq uğurla inkişaf edir. Ölkələrimizin beynəlxalq təşkilatlar 
çərçivəsində əməkdaşlığının perspektivlərini necə görürsünüz? 
İ s l a m  K ə r i m o v: Həqiqətən münasibətlərimizin bütün istiqamətlərdə kifayət qədər müsbət inkişaf 
etdiyi barədə  İlham  Əliyevin indicə söylədikləri bir daha təsdiqləyir ki, biz ikitərəfli və çoxtərəfli xarakter 
daşıyan məsələləri şəxsi əsasda saat yarımdan çox müzakirə etdik. Deməliyəm ki, beynəlxalq aləmdə mövcud 
olan çox kəskin məsələlərdən heç biri barədə bizim aramızda fikir ayrılığı olmadı. Bu gün dünya dövlətlərinin 
diqqətinin məhz regionlarımıza – Cənubi Qafqaza və Mərkəzi Asiyaya yönəldildiyini nəzərə alsaq, görərik ki, 
ciddi problemlər var. Onlar Əfqanıstandakı hadisələrlə, habelə Mərkəzi Asiyada və Cənubi Qafqazda baş verən 
hadisələrlə bağlıdır. Həqiqətən, bir çox ölkələrin diqqəti buraya yönəlmişdir. Bundan əlavə, mənafelərin toqquş-
ması və qarşıdurma elementləri var. Onlar özünü hələlik o qədər də aydın büruzə vermir, lakin burada gərginlik 
və böyük dövlətlərin mənafelərinin üst-üstə düşməməsi müşahidə edilir. Odur ki, ümumi əlaqələrin və ümumi 
mənafelərin, habelə Azərbaycanın da, Özbəkistanın  da uzunmüddətli mənafelərinə eyni dərəcədə cavab verən 
ümumi təmasların, ümumi maraqların, habelə  məqsədlərin axtarılıb tapılması, bir-birimizə  həyanlıq 
göstərilməsi, bu ölkələrdən və bu xalqlardan hər birinin mənafelərinə uyğun gələn məsələlərdə dəstək olması, 
beynəlxalq sahədə çox mühüm məsələlərdə dəstək olması və hər bir ölkənin təşəbbüsünün dəstəklənməsi bizim 
üçün çox vacibdir. Sizə bildirmək istəyirəm ki, bütün bu məsələlərdə biz ümumi rəyə gəldik. Bu, təkcə ikitərəfli 
münasibətlərimiz üçün deyil, həm də çoxtərəfli münasibətlərimiz üçün böyük əhəmiyyətə malikdir. 
Buna görə  də siz beynəlxalq aləmdə qarşılıqlı münasibətlərimizin perspektivlərini necə gördüyümü 
soruşduqda, deməliyəm ki, dünyada baş verən hadisələrin qiymətləndirilməsində elə bir məsələ yoxdur ki, 
aramızda fikir ayrılığı olsun.  
O ki qaldı BMT, ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımıza, habelə Avropa Birliyi, 
ABŞ  və Rusiya ilə münasibətlərimizin perspektivlərinə, zənnimcə, jurnalistlər və siyasətçilər kimi başa 
düşürsünüz ki, ziddiyyətlər bəzən məhz bu məsələlərlə əlaqədar baş verir. Lakin biz öz münasibətlərimizdə belə 
fikir ayrılığı olduğunu hiss etmirik. Jurnalistlərin məni düzgün başa düşməsi üçün təkrar edirəm ki, 
Azərbaycanın mənafeləri Özbəkistanın mənafeləri ilə tam uyğun gəlir.  
Bundan istifadə edib demək istəyirəm ki, İlham  Əliyev Azərbaycan prezidenti seçiləndə çoxları göz 
qoymağa başladı ki, görəsən yeni prezident nə cür siyasət yeridəcək, ölkənin xarici siyasətini müəyyənləşdirən 
əsas məsələlərdə səmtlər dəyişəcəkmi? Mən məmnuniyyətlə cavab verirəm ki, İlham Əliyevin siyasəti Heydər 
Əliyev siyasətinin qanunauyğun və müdrik davamıdır. Mən geniş iclasda Heydər  Əliyev  şəxsiyyətinin təkcə 
Azərbaycan üçün deyil, həm də bizim ikitərəfli münasibətlərimiz üçün əhəmiyyətindən danışmışdım. 
Jurnalistlərin yanında bir daha demək istəyirəm ki, ölkələrimizin münasibətlərinin, mədəniyyətlərimizin, dilləri-
mizin, dinlərimizin yaxınlığı və ümumiliyi kimi dərin kökləri vardır. İlham Əliyev artıq dedi ki, Azərbaycanda 
Nəvainin abidəsi ucaldılacaq, küçələrdən birinə isə bizim ulu əcdadımız Uluqbəyin adı veriləcəkdir. Artıq 60 
ildir ki, Nizaminin adını daşıyan Pedaqoji Universitetin önündə bu dahi Azərbaycan şairinin bu gün açacağımız 
abidəsi bir daha sübut edir ki, münasibətlərimiz həmişə elə köklərə malik olmuşdur ki, bu nadir imkandan 
istifadə etməmək cinayətdir.  


120 
 
1990-cı illərin  əvvəllərində Azərbaycanda həyəcanlı hadisələr baş verəndə  və hakimiyyətə  gələn Elçibəy 
kimi bəzi adamlar xalqları  nəinki bir-birinə yaxınlaşdırmağa çalışmırdılar, hətta onları bir-birindən ayırmaq 
üçün hər şeyi edirdilər. Özbəkistanla Azərbaycan arasında gözəgörünməz sədd yaranmışdı. Bu qeyri-təbii idi. 
Mən bunu tarixi yaddaşı olan bir insan kimi  deyirəm. O illərdə mən Özbəkistanın rəhbəri idim və bütün bunları 
hiss edirdim, görürdüm. Yalnız Heydər  Əliyev hakimiyyətə qayıtdıqdan sonra və  şəxsən özü mənimlə bu 
mövzuda danışanda deyirdi ki, Elçibəy kimi bəsirətsiz adamların hakimiyyətə  gəlməsinə görə Azərbaycandan 
incimək olmaz. Mən Heydər Əliyevin xalqlarımızın bir-birindən ayrı düşməsindən necə narahatlıq keçirdiyini 
və bu səddi aradan götürmək üçün nə  qədər çox iş gördüyünü bilirəm və bu gün biz müəyyən dərəcədə 
xalqlarımızın bir-birinə yaxınlaşması siyasətini davam etdiririk. Mən deməliyəm ki, bu, Heydər  Əliyevin və 
daim onun komandasında olmuş insanların xidmətidir. Mən hesab edirəm ki, bu komanda Azərbaycanda o qədər 
böyükdür ki, ona qalib gəlmək mümkün deyildir.  
Odur ki, sizin sualınızdan istifadə edib mən başqa məsələyə  də toxundum. Biz mühüm beynəlxalq 
problemlərin həllində ümumi səmtdən və bir-birimizi dəstəkləməkdən və beynəlxalq miqyasda ölkələrimizin 
nüfuzundan danışanda zənn edirəm ki, keçmiş tariximizlə bağlı  məsələlərə toxunmamaq mümkün deyildir. 
Xoşbəxtlikdən bu yöndəmsiz hallar uzun çəkmədi. Bu gün biz, iki prezident yanaşı oturmuşuq və İlham Əliyev 
Heydər  Əliyevin başladığı  işin davamçısıdır. Bu yaxınlarda o, Yeni Azərbaycan Partiyası  İdarə Heyətinin 
iclasında çıxış edərkən çox mühüm bir fikir söylədi və  mən bunu özüm üçün qeyd etmişəm: Mən Heydər 
Əliyevin siyasətinə sadiq qalacağam, təkcə ona görə yox ki, o mənim atamdır, ona görə ki, bu siyasətin 
alternativi yoxdur. Zənn edirəm ki, bu çox əhəmiyyətli ifadədir və Azərbaycanın sabah hansı yolla gedəcəyi ilə 
maraqlananlarda aydın təsəvvür yaradır. Bu da sizin sualınıza mənim cavabım. 
S u a l:  Sualım Azərbaycan prezidentinədir. Cənab  Əliyev, bu gün sərbəst ticarət haqqında sazişə 
əlavələr və dəyişikliklər edilməsi barədə protokol imzalandı. Bununla əlaqədar iki ölkənin müəssisələri və 
biznes dairələri arasında birbaşa işgüzar əlaqələr yaratmaq üçün hansı yeni imkanlar açılır? 
İ l h a m  Ə l i y e v: Biz ölkələrimiz arasında iqtisadi əlaqələrin möhkəmlənməsində çox maraqlıyıq. Bu gün 
biz bu barədə ətraflı danışdıq. Dövlətlərimizin iqtisadi potensialının inkişaf məntiqinin özü göstərir ki,  iqtisadi 
əlaqələrimiz inkişaf etməlidir. Həm Özbəkistan, həm də Azərbaycan son illər öz iqtisadi qüdrətini artırmaq 
yolunda böyük sıçrayış etmişdir. İqtisadiyyatda baş verən müsbət proseslər sosial sahədə də özünü göstərməyə 
bilməz. Bizim vəzifəmiz ondan ibarətdir ki, ölkələrimizin vətəndaşları yaxşı yaşasınlar. Bunun üçün də iqtisadi 
potensialdan tam istifadə edilməlidir. 
Təəssüf ki, bu gün ölkələrimiz arasındakı ticarət münasibətlərində  hələlik arzuedilən səviyyəyə çata 
bilməmişik. Lakin əminəm ki, bu gün aparılan danışıqlar və müvafiq qurumlara onların fəaliyyətini, habelə 
nəqliyyat kommunikasiyasından tam istifadə olunması üçün tarif siyasətini bazarın tələblərinə uyğunlaşdırmaq 
üçün verilən tapşırıqlar müsbət nəticələrə gətirib çıxaracaqdır. 
Təəssüf ki, Özbəkistanla Azərbaycan arasında birbaşa nəqliyyat  əlaqəsinin olmaması  əmtəə dövriyyəsinin 
artmasını xeyli dərəcədə ləngidir. Lakin biz bu süni sədlərin aradan qaldırılması, habelə potensialımızdan tam 
miqyasda istifadə etmək üçün başqa yollar axtarıb tapmaq istiqamətində birgə  işləmək niyyətindəyik. Ticarət 
etməyə imkanlarımız, bir-birimizdən öyrənməli cəhətlər vardır. Mən  əminəm ki, bu gün səfər çərçivəsində 
imzalanmış sənədlər bu baxımdan müsbət rol oynayacaqdır. Yaradılmış hökumətlərarası komissiya fəal işləyir, 
konkret məsələlər üzrə optimal inkişaf yollarının tapılması barədə ona tapşırıqlar verilmişdir. Mən əminəm ki, 
qarşılıqlı arzu olarsa – belə arzu isə vardır və bu gün bir daha təsdiq edildi – siyasi fon olarsa – bu da var – 
təsərrüfat subyektləri arasında birbaşa və uzunmüddətli münasibətlər yaranacaq, bunlar da  qarşılıqlı marağa və 
faydaya doğru aparacaqdır. 
S u a lCənab Kərimov, Azərbaycan və Özbəkistan Böyük İpək yolu layihəsində mühüm strateji rol 
oynayırlar. Siz bu layihənin gələcəyini necə qiymətləndirirsiniz? 
İ s l a m  K ə r i m o v: Avropa Birliyinin xarici əlaqələr üzrə komissarı cənab Kristofer Patten bu yaxınlarda 
Özbəkistanda səfərdə oldu. Həmin məsələ  də müzakirələrimizin diqqət mərkəzində idi. Avropa Birliyi bu 
marşrutun səmərəliliyinə böyük əhəmiyyət verir. Əgər kimsə bu marşrutun  əhəmiyyətini hələ başa düşmürsə, 
deməliyəm ki, bilavasitə  həmin yolun üstündə olan ölkələr nə vaxtsa bunu başa düşəcəklər. Bu məsələ 
qloballaşma əsrində böyük əhəmiyyət kəsb edir. Mən Bolqarıstanda olanda belə bir təşəbbüs irəli sürdük ki, 7 
dövlət – Orta Asiya dövlətləri, Gürcüstan və Azərbaycan öz üzərlərinə öhdəliklər götürərək tranzit üçün daha 
əlverişli rejim yaradacaq müqavilə imzalasınlar. Təəssüf ki, indi bu mövzuda çıxış edənlər Böyük İpək yolundan 
danışmağı sevirlər, özü də bu, çox vaxt quruca sözlər kimi səslənir. Bilirsinizmi, bu yol 2 min il əvvəl mövcud 
olmuşdur. Doğrudanmı bu gün biz o səviyyədəyik ki, 2 min il əvvəl insanlar bu marşrutun əhəmiyyətini başa 
düşürdülər, amma indi həmin layihənin həyata keçirilməsi yolunda əngələ çevrilən dövlətlər meydana gəlir? 
Sadəcə, dəvə karvanlarının olduğu o dövrdə insanlar bu yolun əhəmiyyətini başa düşürdülər. Karvan yollarında 
soyğunçuluq törədən quldurları  Əmir Teymurun amansızcasına cəzalandırdığına dair onlarca misal var. O 
dövrlərdə regionumuzdan keçən karvanlar hiss edirdilər ki, onlar müdafiə olunurlar. Odur ki, bu 7 dövlət heç də 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə