İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   40   41   42   43   44   45   46   47   ...   84

115 
 
qurumları TRASEKA-nın işləməsinin və inkişaf etməsinin  əhəmiyyətini başa düşsünlər. Bu yaxınlarda 
Özbəkistanın təşəbbüsü ilə  Əfqanıstan və  İranı TRASEKA-nın tərkibinə daxil etməyi qərara almışlar. Bu bir 
çox  əsrlər  ərzində mövcud olmuş böyük İpək yolunun tam miqyasda fəaliyyət göstərməsi baxımından çox 
vacibdir. İndi Türkmənistanla bağlı problemlər qalır, odur ki, Qafqaz regionunun Orta Asiya ilə təkcə bu ölkə 
vasitəsilə birləşməməsi üçün yeni yollar və marşrutlar axtarıb tapmaq barədə düşünmək lazımdır. Biz başa 
düşməliyik ki, bu vəzifələr  ən ciddi səbəblərlə, ilk növbədə ölkələrimizin mənafelərinin uyğun gəlməsinin 
zəruriliyi ilə bağlıdır. Təkcə bir misal çəkə bilərəm. Bu gün pambığı Xəzəraşırı yolla satmaq Şimal marşrutu ilə 
satmaqdan bizə 20 faiz baha başa gəlir. Bundan müvafiq nəticələr çıxarmaq lazımdır. Çünki bazar iqtisadiyyatı 
ideologiyadan asılı olmayaraq fəaliyyət göstərir. Ona görə də burada biz amirlik edə bilmərik, səmərəli mexa-
nizmlər yaratmalıyıq.  
Hörmətli  İlham Heydəroviç, Azərbaycan  ədəbiyyatını Özbəkistanda tanıyır və sevirlər. Sizin ölkənizdə  də 
Özbəkistan mədəniyyəti və incəsənətinə beləcə hörmətlə yanaşırlar. Bir daha təkrar etmək istəyirəm ki, qədim 
dövrlərdən bəri xalqlarımız bir-birinə meyl etmişlər. Qarşıdakı əlamətdar hadisə – Azərbaycan xalqının böyük 
oğlu Nizami Gəncəviyə abidənin, Mədəniyyət Mərkəzinin və  səfirliyin yeni binasının açılması buna parlaq 
sübutdur. Sonda əmin olduğumu bildirmək istəyirəm ki, prezident İlham Əliyevin Özbəkistana ilk dövlət səfəri 
ikitərəfli münasibətlərdə mühüm və  əlamətdar hadisə olacaq və Özbəkistan-Azərbaycan  əməkdaşlığının 
potensialından xalqlarımızın rifahı naminə istifadə etməyə imkan verəcəkdir. Sağ olun.  
İ l h a m   Ə l i y e v: Mən dost və qardaş Özbəkistana dövlət səfərinə dəvətə görə prezident İslam Kərimova 
ürəkdən təşəkkür edirəm.  
Bu sizin ölkənizə Azərbaycan prezidenti kimi mənim ilk səfərimdir. Biz bu səfərə,  əlaqələrimizə, 
görüşlərimizə və apardığımız danışıqlarımıza çox böyük əhəmiyyət veririk.  
Böyük məmnunluqla vurğulamaq istəyirəm ki, bir saatdan çox çəkən təkbətək görüşümüz böyük inam 
yaratdı ki, ölkələrimiz, dövlətlərimizin rəhbərləri arasındakı tarixi dostluq və qardaşlıq münasibətləri davam 
etdiriləcəkdir. Bu baxımdan əməkdaşlığımızın və əlaqələrin dərinləşdirilməsinin alternativi yoxdur. Xalqlarımız 
əzəldən bir-birinə böyük meyl, rəğbət və  məhəbbət göstərmişdir və göstərirlər. Bu hisslər həyatın müxtəlif 
sahələrində – siyasi münasibətlərdə də, mədəni əlaqələrdə də, məişət səviyyəsində də təzahür etmişdir və edir. 
Çox mühüm və  dəyərlidir ki, Özbəkistan və Azərbaycan müstəqilliyə qovuşduqdan sonra bu münasibətlər 
qırılmadı, əksinə, özünün daha parlaq inkişafını tapdı. Burada, ilk növbədə, dövlətlərimizin milli liderləri İslam 
Kərimovun və Heydər Əliyevin çox böyük xidməti var.  
İslam Abduqəniyeviç, Azərbaycan xalqının milli lideri Heydər  Əliyev haqqında deyilmiş  səmimi sözlərə 
görə Sizə çox minnətdaram. Həqiqətən onun fəaliyyəti Azərbaycanı dağılmaqdan, bir neçə hissəyə 
parçalanmaqdan, qarmaqarışıqlıqdan və  vətəndaş müharibəsindən xilas etdi. Əlbəttə, prezident kimi onun 
Azərbaycana başçılıq etdiyi 10 il xalqımıza çox şey verdi. Azərbaycan dirçəldi, öz dövlətçiliyini, müstəqilliyini, 
iqtisadiyyatını möhkəmləndirdi və indi bu yolla fəal irəliləməkdə davam edir. Biz Sizinlə bu mövzuda danışdıq 
və bir daha demək istəyirəm ki, Heydər  Əliyevin siyasətinin alternativi yoxdur və bu siyasəti ardıcıl surətdə 
davam etdirəcəyik.  
Azərbaycandan fərqli olaraq, Özbəkistanın bəxti onda gətirdi ki, müstəqillik əldə olunduqdan dərhal sonra bu 
ölkəyə İslam Kərimov kimi görkəmli dövlət xadimi başçılıq etdi. Sizin fəaliyyətiniz – bunu təkcə Özbəkistanda 
deyil, Azərbaycanda da bilirlər – sayəsində Özbəkistan müstəqilliyin ilk illərində ən mürəkkəb vəziyyətlərdən 
çıxmağa, bu müstəqilliyi möhkəmlətməyə, dönümsüz etməyə  və dövlətçiliyin qurulması  və 
möhkəmləndirilməsi, güclü iqtisadiyyat yaradılması sahəsində genişmiqyaslı  dəyişikliklər həyata keçirməyə 
müvəffəq oldu. Özbək xalqının haqlı olaraq fəxr edə biləcəyi bütün bu nailiyyətlər məhz Sizin fəaliyyətiniz 
sayəsində qazanılmışdır.  
Azərbaycanda vəziyyət bir qədər başqa cür idi. Müstəqillik  əldə olunduqdan sonra hakimiyyətə  gələn 
adamlar nəinki ölkəni qarmaqarışıqlığa düçar etdilər, həm də Azərbaycan cəmiyyətinin özünün daxilində yeni 
qarşıdurma ocaqları yaratdılar və bununla da bütün xalq təsərrüfatı kompleksini tamamilə dağıtdılar. 
Azərbaycanın xarici siyasətinə də, o cümlədən xalqlarımız arasındakı tarixi dostluq və qardaşlıq münasibətlərinə 
də çox böyük ziyan vuruldu. Sonralar münasibətlərimizin bu qara səhifəsini çevirmək üçün illərlə vaxt lazım 
oldu. İslam Abduqəniyeviç, məhz Sizin müdrikliyiniz, uzaqgörənliyiniz və Heydər Əliyevin müdrikliyi və uzaq-
görənliyi ona nail olmağa imkan verdi ki, həmişəki kimi, bu gün yenə  də biz bu qarşılıqlı yardım və  dəstək 
xəttini xalqlarımız və insanlarımız arasındakı çoxəsrlik dostluq münasibətləri əsasında davam etdiririk. Əminəm 
ki, bu, gələcəkdə  də davam etdiriləcəkdir. Biz nəinki ikitərəfli xarakterli bir çox məsələlər, həm də regional 
məsələlər və dünya məsələləri barədə çox fəal siyasi dialoq, məsləhətləşmələr aparırıq.  
Bugünkü fikir mübadilələri göstərdi ki, bu məsələlərdə  də mövqelərimiz üst-üstə düşür. Bu  çox vacibdir. 
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Özbəkistanın prinsipial mövqeyi də bizim üçün 
çox vacibdir. Bu münaqişədən neçə illərdir ki, təkcə Azərbaycan yox, həm də bütün region əzab çəkir. 


116 
 
Azərbaycan  ərazilərinin 20 faizinin Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunması, nəticədə bir 
milyondan artıq azərbaycanlının qaçqın-köçkünə çevrilməsi regional təhlükə və qorxu amilidir.  
Biz bu məsələdə öz mövqeyini ardıcıl surətdə bildirdiyinə görə Özbəkistana minnətdarıq. Həm də ona görə 
minnətdarıq ki, Azərbaycan kimi, Özbəkistan da bu məsələnin həllini yalnız ölkəmizin  ərazi bütövlüyünün 
bərpa olunması çərçivəsində görür. Biz bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşırıq və əlbəttə, hesab 
edirik ki, bu münaqişənin nizama salınması yalnız beynəlxalq hüquq normaları  və Azərbaycanın  ərazi 
bütövlüyünün bərpa edilməsi çərçivəsində mümkündür. 
Beynəlxalq terrorizmlə mübarizə ölkələrimizin üzləşdiyi yeni sınaqdır. Azərbaycan erməni terrorizminin 
qurbanı olmuşdur. Ölkəmizdə onlarca terror aktı törədilmiş, nəticədə iki mindən artıq günahsız adam həlak 
olmuşdur. Biz bunun necə bəla olduğunu və onunla mübarizənin necə çətin olduğunu bilirik, çünki düşmən göz 
qabağında deyildir. Beynəlxalq terrorizmlə mübarizədə ölkələrimizin mövqeləri kontekstində bizim birgə 
fəaliyyətimiz bu bəlanı aradan qaldırmaq üçün son dərəcə vacibdir. Beynəlxalq terrorizmlə  səmərəli 
mübarizənin yeganə  zəruri  şərti bundan ibarətdir ki, onunla hamılıqla mübarizə aparılsın və  məsələyə eyni 
münasibət olsun. Terror təşkilatları təkcə ölkələrin konkret olaraq hansısa bir qrupuna qarşı çıxış edən qurum 
deyildir. Biz bu məsələyə eyni mövqedən yanaşmalı  və kimin əleyhinə yönəldilməsindən asılı olmayaraq, 
terrorizmin hər cür forma və  təzahürlərini pisləməliyik. Zənn edirəm ki, antiterror tədbirlərinin uğuru xeyli 
dərəcədə Azərbaycanın və Özbəkistanın prinsipial mövqeyindən asılı olacaqdır. 
Hörmətli  İslam Abduqəniyeviç, Siz haqlı olaraq qeyd etdiniz ki, belə ciddi qarşılıqlı münasibətlər və 
qarşılıqlı anlaşmalar fonunda iqtisadi sahədəki  əməkdaşlığımız bir qədər geri qalır. Bunun obyektiv səbəbləri 
vardır və Siz onları dediniz: etibarlı kommunikasiyaların olmaması bu prosesi ləngidir. Təəssüf ki, bu gün, 
dünyada inteqrasiya prosesi getdiyi, kommunikasiyaların dəstəklənməsinin regional əməkdaşlıq üçün öncül 
istiqamət olduğu bir vaxtda, dəhlizin bəzi elementləri yoxdur. Biz potensialımızı tam işə salmaq üçün 
kommunikasiyalara yol tapmaq istiqamətində birgə fəaliyyət göstərəcəyik. 
Siz haqlı olaraq bildirdiniz ki, əməkdaşlığımızın böyük potensialı  və onun davam etdirilməsi üçün istək 
vardır. Biz yerüstü nəqliyyat dəhlizi tələb etməyən bütün tədbirləri həyata keçiririk. Siz dediniz ki, 
Özbəkistanda istehsal olunmuş iki təyyarə alınmışdır. Təəssüf ki, malların və xidmətlərin  əksəriyyəti üçün 
yerüstü nəqliyyat dəhlizi lazımdır. Bu işdə heç də  hər  şey bizdən asılı deyildir. Lakin zənn edirəm ki, birgə 
səylərimiz uğurla nəticələnəcəkdir. 
Şübhəsiz ki, hökumətlərarası komissiya fəaliyyətini gücləndirməlidir. Mən də məmnunluqla qeyd edirəm ki, 
bu komissiya fəal işləyir və iqtisadi əməkdaşlığın yeni yollarını axtarır. Sovet hakimiyyəti illərində pambıqçılıq 
sahəsində olmuş  ənənəvi  əməkdaşlıq indi sahmanlanır və yenidən dirçəldilir. Zənnimcə, Özbəkistan 
mütəxəssislərinin ölkəmizə  gəlməsi çox mühüm amil idi. Ümidvarıq ki, bu, yaxın vaxtlarda öz bəhrəsini 
verəcəkdir. Biz bu istiqamətdə birgə layihələr üzərində də işləyirik. Əlbəttə, neft-qaz sahəsi Azərbaycan üçün 
öncül sahədir, ölkəmizdə bu istiqamətdə böyük uğurlar qazanılmışdır. Azərbaycanı dünya bazarları ilə üç isti-
qamətdə birləşdirəcək yeni nəqliyyat dəhlizlərinin yaradılması, lazım gələrsə,  əlbəttə ki, Özbəkistanın da tam 
ixtiyarında olacaqdır.  
Daşımalar və tariflərin aşağı salınması sahəsində vəziyyətin nizamlanması ilə bağlı konkret məsələlər də həll 
edilməlidir. Sizin təcrübəniz göstərir – yüklərin Azərbaycandan Gürcüstana nəqli üçün tarifin baha olması bir 
daha təsdiqləyir ki, biz bazar iqtisadiyyatının qanunlarına  əməl etməliyik. Müvafiq qurumlarımız da bazar 
iqtisadiyyatının qanunlarına ciddi yanaşmalıdır. Düşünürəm ki, hökumətlərarası komissiya məsələni səmərəli 
surətdə  həll edəcəkdir, özü də bizim bu istiqamətdə müsbət təcrübəmiz var. Biz tariflərin qaydaya salınması 
çərçivəsində digər ölkələrlə işləyirik və bu məsələdə razılaşdırılmış siyasətimiz var.  
Özbəkistan prezidentinin humanitar sahədə  əlaqələrimizin möhkəmləndirilməsinə göstərdiyi böyük diqqətə 
görə də dərin təşəkkürümü bildirmək istərdim. Nizaminin abidəsinin açılması bir daha sübut edir ki, xalqlarımız 
arasındakı dostluq və qardaşlıq telləri möhkəmlənir. Hörmətli  İslam Abduqəniyeviç, bu addıma görə  şəxsən 
Sizə çox minnətdaram. Nizami Gəncəvinin abidəsinin açılması xalqlarımızın daha da yaxınlaşmasına təkan 
verəcəkdir.  
Qonaqpərvərliyə, dəvətə görə də dərin təşəkkürümü bildirmək istərdim. Özbəkistan Azərbaycan üçün nəinki 
siyasi, iqtisadi baxımdan mühüm ölkədir, həm də bizə  mənən çox yaxın ölkədir. Bizi qədim qardaşlıq telləri 
bağlayır. Mən atamın, prezident Heydər  Əliyevin Özbəkistana, özbək xalqına münasibətini xatırlayıram. Onu 
Özbəkistanla çox səmimi münasibətlər bağlayırdı  və  əmin ola bilərsiniz ki, digər bütün sahələrdəki kimi, bu 
istiqamətdə də Azərbaycan siyasətinin varisliyi təmin olunacaqdır.  
Belə  səmimi qəbula görə bir daha təşəkkür edirəm. Ümidvaram ki, bu səfər ölkələrimiz arasında 
münasibətlərin daha da möhkəmlənməsinə kömək edəcəkdir.  
İ s l  a m     K ə r i m o v: Hörmətli İlham Heydəroviç, səmimi sözlərə və Özbəkistana göstərdiyiniz belə 
hörmətə görə Sizə təşəkkür edirəm.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə