İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab


MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNİN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   48   49   50   51   52   53   54   55   ...   84

133 
 
 
MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNİN 
YAY İDMAN KOMPLEKSİNİN VƏ İCTİMAİ 
ƏLAQƏLƏR MƏRKƏZİNİN AÇILIŞI  
 
26 mart 2004-cü il 
 
Milli Təhlükəsizlik Nazirliyinin 85 illik yubileyi münasibətilə nazirliyin yerləşdiyi  ərazidə yeni yay idman 
kompleksinin açılışı  və ictimai əlaqələr mərkəzinin istifadəyə verilməsi münasibətilə keçirilmiş  mərasimdə 
Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyev iştirak etmişdir. 
Prezident  İlham  Əliyevə nazirlikdə son illər  ərzində görülən işlər barədə  məlumat verilərək  bildirildi ki, 
dövlətçiliyimizin, vətənimizin təhlükəsizliyinin keşiyində duran əməkdaşlar üçün olimpiya tipli yeni yay idman 
kompleksi istifadəyə hazırdır. Əməkdaşlar burada idmanın müxtəlif növləri üzrə təlim-məşq toplantısı, yarışlar 
keçirəcək, fiziki sağlamlıqlarını daha da möhkəmləndirəcəklər. 
Azərbaycan prezidenti İlham  Əliyev yay idman kompleksinin rəmzi açılışını bildirən qırmızı lenti kəsdi, 
burada yaradılan şəraitlə yaxından tanış oldu, idmançıların nümunəvi çıxışlarına baxdı.  
Dövlətimizin başçısı sonra ümummilli liderimiz Heydər  Əliyevin təşəbbüsü ilə nazirlikdə yaradılmış 
"Müstəqillik, dövlətçilik və milli təhlükəsizliyin keşiyində" muzeyinə gəldi. Respublikamızın rəhbərinə muzeydəki 
eksponatlar və sənədlər barədə ətraflı məlumat verildi.  
Prezident İlham Əliyev ölkəmizdə təhlükəsizlik orqanlarının yaranmasını və fəaliyyətinin ayrı-ayrı dövrlərini 
əks etdirən materiallarla yaxından tanış oldu.  
Muzeydə ümummilli lider, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər  Əliyevin təhlükəsizlik 
orqanlarında çalışdığı illəri əks etdirən qiymətli materialların toplandığı bölmə böyük maraq doğurur. Xüsusi 
vurğulandı ki, prezident Heydər  Əliyev tərəfindən muzeylərə göstərilmiş diqqət və qayğı bundan sonra da 
davam etdiriləcəkdir. Prezident İlham  Əliyev muzey barədə tövsiyələrini verdi, o cümlədən Azərbaycanın 
müstəqillik illərində baş vermiş hadisələri daha dolğun  əks etdirən xüsusi ekspozisiyanın yaradılmasını 
məsləhət gördü. 
Dövlətimizin başçısı Azərbaycan Xalq Cümhuriyyətinin təhlükəsizlik xidmətinin rəhbərlərindən olan Nağı 
Şeyxzamanlının hazırda Amerikada yaşayan qızı  və  nəvəsi, milli hökumətin ilk sədri Fətəli xan Xoyskinin 
Türkiyədə yaşayan qardaşı nəvəsi ilə səmimiyyətlə görüşdü.  
 
Prezident İlham Əliyev muzeyin rəy kitabına  
yazdığı ürək sözləri 
 
"Milli Təhlükəsizlik Nazirliyinin Muzeyi Azərbaycan milli təhlükəsizlik orqanlarının 85 illik tarixini əks 
etdirir. Muzeydə nümayiş etdirilən eksponatlar böyük maraq doğurur. Azərbaycan Milli Təhlükəsizlik 
Nazirliyinin bütün əməkdaşlarına dövlətçiliyimizin qorunması yolunda yeni uğurlar arzulayıram.  
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
26 mart 2004-cü il" 


134 
 
 
ÖLKƏMİZDƏ SƏFƏRDƏ OLAN  
RUSİYA DÖVLƏT DUMASININ SƏDRİ  
BORİS QRIZLOV BAŞDA OLMAQLA  
RUSİYA FEDERASİYASININ PARLAMENT  
NÜMAYƏNDƏ HEYƏTİ İLƏ  
GÖRÜŞDƏ SÖHBƏT 
 
Prezident sarayı  
 
29 mart 2004-cü il 
 
İ l h a m   Ə l i y e v: Hörmətli qonaqlar, sizi səmimi-qəlbdən salamlayıram. Mən Moskvada, Rusiyaya 
rəsmi səfərim çərçivəsində Dövlət Dumasında keçirdiyimiz görüşlərimizi xatırlayıram. Sizin Azərbaycana 
səfəriniz dialoqumuzu davam etdirmək üçün yaxşı imkandır. 
Mən öz səfərimi, bu səfər çərçivəsində prezident Vladimir Vladimiroviç Putinlə, Rusiyanın digər rəsmi 
şəxsləri ilə keçirdiyim çox mühüm görüşləri böyük səmimiyyətlə xatırlayıram. 
Münasibətlərimiz uğurla inkişaf edir. Biz bütün istiqamətlərdə çox yaxşı dinamika olduğunu görürük. Siyasi 
dialoq baxımından xeyli tərəqqi müşahidə edilir. Azərbaycan prezidentinin Rusiyaya rəsmi səfəri və Rusiya 
prezidenti ilə aparılmış danışıqlar bir daha təsdiq etdi ki, ölkələrimiz arasında həll olunmamış problemlər 
yoxdur. Müxtəlif problemlər doğuran nə vardısa, hamısı keçmişdə qalmışdır.  İndi ölkələrimiz arasında 
münasibətlər iqtisadi sahədə də – əmtəə dövriyyəsi ildən ilə artır – humanitar əməkdaşlıq sahəsində də dinamik 
inkişaf edir. Biz Azərbaycan mədəniyyət xadimlərinin Rusiyaya vaxtaşırı  səfərlər etməsi, ölkələrimizin 
mədəniyyət günlərinin keçirilməsi barədə də razılığa gəlmişik. 
Əlbəttə, bütün bunların əsasını ölkələrimizin rəhbərləri arasında qarşılıqlı siyasi anlaşma təşkil edir. Yaxın 
vaxtlarda Bakıda Rusiya–Azərbaycan biznes forumu keçiriləcəkdir. Biz Moskvada bu barədə  də danışmışıq. 
Zənnimcə, Rusiya biznesinin Azərbaycanda fəal iştirakı daha da yaxınlaşmağımıza kömək edəcəkdir. 
Olduqca fərəhlidir ki, – biz sizinlə bu barədə Moskvada danışmışıq – ölkələrimizin parlamentləri arasında 
çox yaxşı  əlaqələr, qarşılıqlı anlaşma mövcuddur. Bütün məsələlərdə  tərəflərin mövqeləri tam uyğun gəlir. 
Hörmətli Boris Vyaçeslavoviç, siz Dövlət Dumasının sədri seçilərkən  parlamentimizin sədri cənab Ələsgərov 
dumanın birinci iclasında iştirak etmişdir. Bu da Azərbaycanın Rusiyaya, Rusiyanın Azərbaycana 
münasibətlərindən xəbər verir. Bir sözlə, biz bu müsbət təcrübəni bütün istiqamətlərdə inkişaf etdirəcəyik. 
Əlbəttə, Rusiyadan hər bir hörmətli qonağın gəlişi bizim üçün çox vacibdir. Odur ki, sizin bugünkü səfəriniz 
münasibətlərimizin daha da möhkəmlənməsinə, şübhəsiz, kömək edəcəkdir. 
Xoş gəlmisiniz, sizi görməyimizə şadıq. 
B o r i s   Q r ı z l o v: Cənab Prezident! Səmimi qəbula görə Sizə təşəkkür edirik. Bakıya səfərə dəvətə görə 
minnətdarlığımı bildirirəm. Mən bu imkandan böyük məmnuniyyətlə istifadə etdim. Ünvanıma söylədiyiniz 
səmimi sözlərə, seçilməyim münasibətilə təbriklərinizə görə sağ olun.  
Bizim Moskvadakı görüşümüzdən sonra  o qədər də çox vaxt keçməyibdir. Prezidentimizlə görüşünüzdə 
formalaşdırdığınız vəzifələr bu gün parlamentdə cənab Ələsgərovla söhbətin mövzusu oldu. Biz mühüm iqtisadi 
problemləri müzakirə etdik. Biz bu fikirdəyik ki, yaxın vaxtlarda ölkələrimiz arasında  əmtəə dövriyyəsi bir 
milyard dollar təşkil etməlidir və buna necə nail olacağımızı bilirik. 
Dövlət Dumasında parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir və ona deputat Səfərəliyev başçılıq 
edir. Bundan əlavə, deputat Kozlovskinin rəhbərlik etdiyi  parlamentlərarası  işçi qrupu da yaradılmışdır. O, 
buradadır və Siz onu yaxşı tanıyırsınız. Siz olimpiya hərəkatı üzrə həmkarsınız. Odur ki, biz bu istiqamətdə də 
sıx qarşılıqlı fəaliyyət göstərməliyik.  
Biz başa düşürük ki, parlamentlərarası qrupun işi ümumi mövqeləri axtarıb tapmaq baxımından ölkələrimizin 
qanunvericiliyinin real şəkildə  nəzərdən keçirilməsinə yönəldiləcəkdir. Növbəti görüşü biznes foruma qədər, 
aprel ayının ilk günlərində Moskvada keçirmək nəzərdə tutulmuşdur. Bu qrup hər iki ölkədə qəbul edilə biləcək 
bir sıra qanun layihələrini real surətdə müzakirə etməlidir.  İndi dövlətlər, onların strukturları, o cümlədən 
parlamentlər arasında qarşılıqlı  fəaliyyətin səviyyəsi çox yüksəkdir. Mən cənab  Ələsgərova bir daha 
minnətdarlığımı bildirirəm. Sədr seçilməyim münasibətilə məni şəxsən ilk təbrik edən o olmuşdur.  
İndi dumada, ilk dəfə olaraq, bir partiyaya – "Yedinaya Rossiya" partiyasına  əsaslanan böyük parlament 
çoxluğu fəaliyyət göstərir. Parlamentdə "Yedinaya Rossiya" fraksiyasının 306 deputatı vardır. Siz bilirsiniz ki, 
prezidentin qərarı ilə o, yenidən seçilənədək hökumət istefaya göndərilmiş və "Yedinaya Rossiya" partiyası yeni 
hökumətin təşkili barədə prezidentlə  məsləhətləşmələr aparmışdır.  İndi hökumətdə partiyanın nümayəndələri 
çoxdur və biz başa düşürük ki, bu, bir anlıq nailiyyət yox, gələcək dörd il ərzində  həm hökumətdə, həm də 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə