İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə60/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   56   57   58   59   60   61   62   63   ...   84

152 
 
 
AZƏRBAYCANIN PRAVOSLAV   
XRİSTİANLARINA 
 
Hörmətli həmvətənlər! 
Sizi xristianların müqəddəs Pasxa bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, 
xoşbəxtlik və bayram əhval-ruhiyyəsi arzulayıram. 
Yüksək bəşəri-mənəvi dəyərlərdən faydalanmaq imkanı verən Pasxa bayramı xristian aləmi tərəfindən 
həmişə böyük sevinclə qarşılanmışdır. Bütün dini bayramlar kimi, bu bayram da sülhə, əmin-amanlığa çağıran 
və  mərhəmət duyğusu oyadan ruhu ilə  əsrlər boyu insanlar arasında səmimiyyət və mehribanlığı artırmış, 
dostluq, qardaşlıq və həmrəyliyin rəmzinə çevrilmişdir. 
Səmavi dinlərin dinc və birgəyaşayış  məkanı olmuş Azərbaycanda tarixən müxtəlif dini icmalar arasında 
həmişə mehriban dostluq münasibətləri hakim olmuş, dini zəmində heç bir problem mövcud olmamışdır. 
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Pasxa bayramının da pravoslav vətəndaşlarımız 
tərəfindən geniş şəkildə qeyd edilməsi ölkəmizdə dilindən, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq, 
uzun əsrlər boyu bir yerdə yaşayan xalqlar arasındakı dini dözümlülüyün parlaq təzahürüdür. 
Azərbaycanda yaşayan bütün xalqların dini-mənəvi dəyərlərinə qarşılıqlı ehtiramla yanaşılması nəticəsində 
burada hökm sürən tolerantlıq və konfessiyaların azad fəaliyyəti üçün yaradılmış imkanlar təməli ümummilli 
lilerimiz Heydər  Əliyev tərəfindən qoyulmuş  və bu gün də  uğurla həyata keçirilən dövlət-din münasibətləri 
konsepsiyasının doğruluğu və həyatiliyini göstərir. 
İnanıram ki, müstəqil Azərbaycanın daha güclü olması naminə ölkəmiz qarşısında dayanan başlıca 
vəzifələrin həllində, cəmiyyətimizdə  vətəndaş  həmrəyliyinin tam bərqərar olması  işində siz – xristian 
həmvətənlərimiz bundan  sonra da öz qüvvələrinizi səfərbər edəcəksiniz. Bu yaz günlərində bütün saf 
niyyətlərinizin yerinə yetməsini arzu edir, hər birinizin ailəsinə firavanlıq, dinc həyat və  mənəvi rahatlıq 
diləyirəm. 
Bayramınız mübarək olsun! 
 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı şəhəri, 10 aprel  2004-cü il 


153 
 
 
SURİYA ƏRƏB RESPUBLİKASININ  
PREZİDENTİ ZATİ-ALİLƏRİ  
CƏNAB BƏŞŞAR ƏL-ƏSƏDƏ 
 
Hörmətli cənab Prezident! 
Suriya  Ərəb Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı 
şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm. 
Əminəm ki, Azərbaycan ilə Suriya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı üçün səylərimizi 
bundan sonra da davam etdirəcəyik. 
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Suriya xalqına sülh və tərəqqi arzulayıram. 
 
Hörmətlə, 
 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti  
 
Bakı şəhəri, 10 aprel 2004-cü il  


154 
 
 
DANİMARKANIN KRALİÇASI  
ÜLYAHƏZRƏT  II MARQRETEYƏ 
 
Ülyahəzrət! 
Danimarka  Krallığının milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz 
adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm. 
Əminəm ki, ölkələrimiz arasında yaranmış dostluq və  əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeyinə 
uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. 
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Danimarka xalqına sülh və firavanlıq arzulayıram. 
 
Hörmətlə, 
İLHAM ƏLİEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı şəhəri, 10 aprel 2004-cü il 


155 
 
 
AZƏRBAYCANDA ATATÜRK MƏRKƏZİNİN  
AÇILIŞI MƏRASİMİNDƏ
*
  NİTQ 
 
10 aprel 2004-cü il 
 
Hörmətli cənab nazir! 
Hörmətli qonaqlar! 
Hörmətli xanımlar və cənablar! 
Bu gün Azərbaycanın müasir tarixində çox əlamətdar bir gündür. Bu gün Azərbaycanda Atatürkün evi – 
Atatürk Mərkəzi açılır. Mən bu münasibətlə sizin hamınızı ürəkdən təbrik edirəm.  
Burada qeyd olundu ki, bu mərkəzin açılması barədə qərar Azərbaycanın ümummilli lideri Heydər Əliyev 
tərəfindən verilmişdir. Həmin sərəncam veriləndən sonra bir müddət mərkəz üçün münasib bir bina axtarılıb və 
nəhayət, bu, müəyyən olunubdur. Bu gün gözəl tarixi binada Atatürk Mərkəzi öz fəaliyyətinə başlayır.  
Mustafa Kamal Atatürk dünyanın  ən görkəmli  şəxsiyyətlərindən biridir. Böyük dövlət xadimi, siyasi 
xadimdir. Onun Türkiyə qarşısında, bütün türk dünyası qarşısında misilsiz xidmətləri olmuşdur.  Ən böyük 
xidməti isə Türkiyə Cümhuriyyətini yaratmasıdır. Müasir Türkiyə Mustafa Kamal Atatürkün əsəridir. Necə ki, 
müasir Azərbaycan Heydər  Əliyevin  əsəridir. Atatürkdən sonra 65 il yaşayan Türkiyənin bütün uğurlarının 
təməli məhz 1923-cü ildən qoyulmuşdur. Bu düzgün, sağlam təməl üzərində qurulmuş müasir dövlət inkişaf 
etmiş, güclənmişdir və bu gün Türkiyə dünyada böyük siyasi çəkiyə malik olan bir ölkədir. Türkiyənin Dünya 
Birliyində çox önəmli yeri vardır. Bu bizim hamımızı – bütün türk dünyasını sevindirir. 
Mustafa Kamal Paşanın ən böyük xidmətlərindən biri də odur ki, onun tərəfindən, bilavasitə onun rəhbərliyi 
və iştirakı ilə türk ordusu yaranmışdır. Bu ordu bu gün güclənmiş və deyə bilərəm ki, bölgədə, regionda sülhün, 
təhlükəsizliyin keşiyində duran bir ordudur. Türkiyə Cümhuriyyətinin, bütün türk dünyasının rahat, təhlükəsiz 
şəraitdə yaşamasında mühüm rol oynayan bir amildir. Biz, türk dünyası haqlı olaraq bundan qürur hissi 
duyuruq.  
Mustafa Kamal Atatürk təkcə Türkiyə haqqında deyil, bütün türk dünyası haqqında daim düşünmüşdür. O 
cümlədən Azərbaycanda yaşanan olaylar da onu hər zaman narahat edirdi, düşündürürdü və azərbaycanlı 
qardaşlarına olan məhəbbəti, hörməti, sevgisi bizim hamımıza bəllidir. 
Təsadüfi deyil ki, Azərbaycan müstəqilliyə qovuşandan sonra onu tanıyan ilk ölkə Türkiyə olmuşdur. Ondan 
sonra Türkiyə–Azərbaycan  əlaqələri, münasibətləri günü-gündən inkişaf edir, güclənir. Bu münasibətlərin 
inkişafında Azərbaycanın ümummilli lideri Heydər  Əliyevin xidmətləri müstəsnadır. Məhz onun fəaliyyəti 
nəticəsində son on il ərzində Türkiyə–Azərbaycan münasibətləri güclənmiş, inkişaf etmişdir və bu gün 
ölkələrarası münasibətlərə örnək, nümunə ola bilər. Biz bu siyasətə sadiqik. Biz, Azərbaycanın yeni rəhbərləri 
bütün məsələlərdə Heydər Əliyevin yolu ilə gedirik. O cümlədən Türkiyə–Azərbaycan münasibətlərinin inkişafı 
baxımından da biz bu siyasətə sadiqik. 
Ölkələrimiz arasında bütün sahələrdə  uğurlu  əməkdaşlıq, işbirliyi mövcuddur. Siyasi, iqtisadi, hərbi, mədəni – 
bütün sahələrdə münasibətlərimiz inkişaf edir və bu bizi çox sevindirir.  
Bu gün Türkiyədə  və Azərbaycanda dünyanın  ən böyük layihəsi – Bakı–Tbilisi–Ceyhan layihəsi həyata 
keçirilir. Bu layihə bizi daha da sıx bağlayacaq, daha da sıx birləşdirəcəkdir. Regional əməkdaşlıq üçün gözəl 
şərait yaradacaqdır. Ümumiyyətlə, regionda bundan sonra gedən proseslərə böyük təsir göstərəcəkdir.  
Bizim gücümüz birliyimizdədir. Azərbaycan müstəqil ölkə kimi yaşamağa başlayandan sonra biz hər zaman 
Türkiyənin dəstəyini hiss etmişik və ümummilli liderimiz Heydər Əliyevin həmişə kəlamını yadda saxlayırıq: 
Biz bir millət, iki dövlətik. Türkiyə harada, Azərbaycan orada, Azərbaycan harada, Türkiyə orada olmalıdır. 
Əminəm ki, bundan sonra da belə olacaqdır. 
Bilirsiniz ki, Heydər  Əliyev, eyni zamanda, Atatürk beynəlxalq sülh mükafatı ilə  təltif edilmişdir. Mən o 
mərasimi çox yaxşı xatırlayıram. O orada böyük bir nitq söylədi və qeyd etdi ki, müxtəlif dövrlərdə çoxlu 
ordenlər, medallar, mükafatlar almışdır. Amma dedi ki, mənim üçün bu mükafat indiyə  qədər aldığım bütün 
mükafatlardan qiymətlidir, doğmadır və əzizdir. Bu da təbiidir. Çünki Heydər Əliyev Atatürkün mədəni, tarixi 
irsinə  həmişə sadiq olan bir şəxsiyyət idi və bugünkü Azərbaycan da məhz bu yol ilə gedir. Azərbaycan 
güclənir, öz iqtisadi, siyasi potensialını işə salır və dünyada özünə layiq yerini artıq tutubdur. Mən əminəm ki, 
ölkəmiz bundan sonra daha yüksək pilləyə qalxacaqdır. 
                                                 
      
*
Mərasimdə Azərbaycanda Atatürk Mərkəzinin müdiri Nizami Cəfərov, Türkiyə Cümhuriyyətinin dövlət naziri Bəşir 
Atalay, Atatürk Yüksək Qurumunun başqanı, professor Sadıq Tural çıxış etdilər.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə