İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə68/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   64   65   66   67   68   69   70   71   ...   84

174 
 
 
Türkiyə prezidenti Əhməd Necdət Sezərin çıxışı 
 
Dəyərli mətbuat nümayəndələri! 
Dost və qardaş Azərbaycanın çox hörmətli prezidenti İlham Əliyev ilə keçirdiyimiz təkbətək və heyətlərarası 
görüşlərdə ikitərəfli əlaqələrimizin bütün sahələrini müzakirə etdik. Siyasi və iqtisadi əlaqələr başda olmaqla
yüksək səviyyədə davam edən işbirliyimizin hər sahədə daha da inkişaf etdirilməsinin yollarını araşdırdıq.  
Az öncə imzalanan birgə bəyanat və dəyərli sənədlər ölkələrimiz arasındakı yaxın əlaqələri daha da yüksək 
nöqtələrə çatdırmaq arzusunda olduğumuzun  ən gözəl göstəricisidir. Sarsılmaz təməllərə dayanan Türkiyə–
Azərbaycan əlaqələri günbəgün inkişaf edərək daha da sağlamlaşmaqdadır. 
Hörmətli  İlham  Əliyev ilə keçirdiyimiz görüşlərdə ölkələrimizi yaxından maraqlandıran regional məsələlər 
gündəmə  gəlmiş, bu çərçivədə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, Cənubi Qafqaz 
bölgəsində azərbaycanlı qardaşlarımıza böyük acılar çəkdirən məsələnin sülh yolu ilə çözülməsi üçün atıla biləcək 
addımlar müzakirə olunmuşdur. Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq 
normalarına uyğun sülh yolu ilə həlli üçün əlimizdən gələn hər cür köməyi göstərməyə hazır olduğumuzu azər-
baycanlı qardaşlarımıza bir daha çatdırmaq istəyirəm. 
Cənubi Qafqazda sülh, əmin-amanlıq, təhlükəsizlik və  işbirliyinin qurulması sahəsində hörmətli  İlham 
Əliyev ilə eyni fikirdə olduğumu görməkdən məmnunam.  
Görüşlərimizdə ölkələrimiz arasındakı  işbirliyinin ən gözəl nümunəsini göstərən Bakı–Tbilisi–Ceyhan neft 
kəməri və Bakı–Tbilisi–Ərzurum qaz kəməri layihələri haqqında fikir mübadiləsi apardıq. Bakı–Tbilisi–Ceyhan 
xəttinin inşasındakı irəliləmələrdən və ilk neftin 2005-ci ildə Ceyhana çatdırılacağından məmnunluğumuzu dilə 
gətirdik. Bütün dünyanın yaxından izlədiyi bu layihələrlə  əlaqədar birgə çalışmalarımız ölkələrimiz arasında 
mövcud olan əlaqələri inkişaf etdirərək, bölgəmizi güclü və təhlükəsiz bir gələcəyə aparacaqdır. 
Hörmətli  İlham  Əliyevin ölkəmizə prezident kimi gerçəkləşdirdiyi bu ilk ziyarət Türkiyə ilə Azərbaycan 
arasındakı yaxın dostluq əlaqələrinin daha da inkişafına və Cənubi Qafqaz bölgəsinin sülhə qovuşmasına təkan 
verəcəyinə inanıram. Bir daha təşəkkür edirəm. 
 
Azərbaycan prezidenti İlham Əliyevin çıxışı 
 
Hörmətli xanımlar və cənablar! 
Hörmətli mətbuat nümayəndələri! 
Azərbaycan Respublikasının prezidenti kimi mən Türkiyəyə ilk səfərə gəlmişəm. Bu səfər çox uğurla həyata 
keçirilir. İlk növbədə, Türkiyə Respublikasının cümhurbaşqanı, qardaşım Əhməd Necdət Sezərə məni Türkiyəyə 
rəsmi səfərə dəvət etdiyinə görə bir daha öz təşəkkürümü bildirmək istəyirəm. Mənə, bizim nümayəndə heyətimizə 
göstərilən diqqətə və qonaqpərvərliyə görə bütün türk qardaşlarıma minnətdaram.   
Bu gün biz Türkiyə–Azərbaycan münasibətlərinin gələcək perspektivlərini ətraflı müzakirə etdik. Bir daha 
əmin olduq ki, ölkələrimiz arasında əlaqələr, münasibətlər uğurla inkişaf edir. Azərbaycan dövlət müstəqilliyini 
əldə etdikdən sonra onu ilk tanıyan Türkiyə olmuşdur. O illərdən bu vaxta qədər ölkələrimiz arasında əlaqələr 
ilbəil güclənir, inkişaf edir. Ölkələrimiz bütün sahələrdə  uğurlu işbirliyi aparır və bu, təkcə ölkələrimiz üçün 
deyil, bütün bölgə üçün önəm daşıyır. 
Türkiyə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanla daim 
birlikdə olubdur, Azərbaycanın yanında olubdur. Bugünkü görüşlər, danışıqlar bunu bir daha göstərir. Bu 
münaqişə beynəlxalq hüquq normaları  əsasında, Azərbaycanın  ərazi bütövlüyü çərçivəsində öz həllini 
tapmalıdır. Yəni, hörmətli cümhurbaşqanın qeyd etdiyi kimi, mərhələli yolla öz həllini tapa bilər. Çox şadıq ki, 
artıq beynəlxalq ictimaiyyət də məsələyə bu prizmadan yanaşmağa başlayıbdır. Əminik ki, əgər bu məsələ ilə 
məşğul olan qurumlar, beynəlxalq təşkilatlar da bu nöqteyi-nəzərdən yanaşsalar, problem tezliklə öz həllini tapa 
bilər.         
Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələrin inkişafı göz önündədir. Mən burada qeyd elədim 
ki, üç gün bundan əvvəl Bakıda Atatürk Mərkəzi açılmışdır. Prezident Heydər  Əliyev tərəfindən qərar 
verilmişdi ki, bu Mərkəz açılsın. Çox şadam, xoşbəxtəm, bəxtiyaram ki, bunun açılışını etmək mənə  nəsib 
olmuşdur. Türkiyədən gələn heyətlə birlikdə biz bu Mərkəzi açdıq. Bütün türk dünyasının ulu öndəri Mustafa 
Kamal Atatürkün tarixi irsi orada öyrəniləcək və təbliğ ediləcəkdir. 
İqtisadi əlaqələrimiz uğurla inkişaf edir. Türkiyə ilə Azərbaycanın iqtisadi inkişafı sürətlə gedir. Ölkələrimiz 
son illər ərzində bu istiqamətdə böyük uğurlar əldə etmişdir. Azərbaycanın iqtisadiyyatı hər il orta hesabla 10 
faiz artır. Türkiyə iqtisadiyyatının da artımı bizi çox sevindirir. Bu, deməyə əsas verir ki, ölkələrimizin iqtisadi 
potensialı gücləndikcə, iqtisadi əlaqələrimiz də güclənəcək, mal dövriyyəsinin həcmi artacaqdır. Beləliklə
ölkələrimiz daha da səmərəli işbirliyi, əməkdaşlıq edəcəkdir. 


175 
 
      Əlbəttə, bu məsələdə Bakı–Tbilisi–Ceyhan neft və Bakı–Tbilisi-Ərzurum qaz kəmərlərinin uğurla tikilib 
istifadəyə verilməsi böyük önəm daşıyır. Bu təkcə iqtisadi məsələ deyil, həm də bölgədə yeni bir mühit 
yaradacaqdır. Bölgəyə sülh, təhlükəsizlik,  əmin-amanlıq gətirəcəkdir. Biz hamımız səbirsizliklə o günü 
gözləyirik ki, Bakı–Tbilisi–Ceyhan neft kəmərinin və Bakı–Tbilisi–Ərzurum qaz kəmərinin açılışında iştirak 
edək. Bu günlər uzaqda deyildir. Əminəm ki, yaxın zamanlarda biz buna nail olacağıq. 
Bir daha qeyd etmək istəyirəm ki, ölkələrimiz arasında heç bir problem yoxdur. Həll olunmayan məsələ 
yoxdur. Biz Türkiyə  tərəfindən daim dəstək, yardım, diqqət görmüşük. Münasibətlərimiz daim qardaşlıq, 
dostluq prinsiplərinə söykənibdir. Biz bu prinsiplərə sadiqik.  
Hörmətli Cümhurbaşqanı, mən Sizi və bütün qardaşlarımızı bir daha ürəkdən salamlayır və nümayəndə 
heyətimizə göstərilən diqqətə, məhəbbətə, qonaqpərvərliyə görə öz dərin təşəkkürümü bildirmək istəyirəm. Sağ 
olun.  
 
* * * 
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 13-də onun üçün ayrılmış iqamətgahda – Camlı 
köşkdə Türkiyə Respublikası Silahlı Qüvvələri Baş  Qərargahının rəisi, ordu generalı Hilmi Özkökü qəbul 
etmişdir. 
Söhbət zamanı ölkələrimizi maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə