İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə66/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   62   63   64   65   66   67   68   69   ...   84

168 
 
bizim ölkəmiz bunu yaşayıb.  Əlbəttə ki, biz gözəl bilirik ki, terrorla mübarizədə bütün ölkələr birləşməlidir. 
Terrorçu təkcə sənin ölkənə qarşı terror aktı keçirən deyildir. Başqa ölkədə terror aktının həyata keçirilməsinə 
göz yumursansa, heç vaxt terrorizmlə mübarizə  uğurlu olmayacaqdır. Bütün dövlətlər terrorizmə qarşı mü-
barizədə birləşməlidir, bütün dünyada mövcud olan terrorçu təşkilatlar, onların fəaliyyəti dayandırılmalıdır, 
bank hesabları, bütün əmlakı müsadirə olunmalıdır. Ancaq bu təqdirdə terrorizmlə mübarizə səmərəli ola bilər. 
Yox,  əgər bunda da ayrı-seçkiliyə yol veriləcəksə,  əgər yalnız özünə müxalif olan terrorçu təşkilatlara qarşı 
mübarizə aparılacaqsa, bunun heç bir faydası olmayacaq. Terrorizmə qarşı mübarizədə gərək bütün ictimaiyyət, 
beynəlxalq aləm birləşsin.  
– Azərbaycanın mədəniyyət və  sənət adamları,  şairləri terrorun aradan qaldırılması  və sülhə nail 
olunması üçün bir sülh elçiləri kimi nə edə bilərlər?  
– Bu barədə məqsədyönlü iş aparılmayıbdır. Amma bilirsiniz ki, Azərbaycanın çox qədim mədəni irsi var. 
Bizim sənət adamlarımız müxtəlif ölkələrdə olurlar, tədbirlərdə iştirak edirlər. Deyə bilərik ki, bu baxımdan da 
öz töhfəmizi veririk. Amma əlbəttə ki, terrorla səmərəli mübarizə aparmaq üçün, ilk növbədə, gərək vahid bir 
yanaşma ortaya qoyulsun, bütün ölkələrdə terrora qarşı mübarizə aparılsın və terrorçu təşkilatlar gərək bunu 
bilsinlər.  
– Müsahibə üçün çox təşəkkür edirik. Azərbaycan üçün, Türkiyə üçün və dünya üçün bundan əlavə 
söyləmək istədikləriniz varmı?  
– Mənim mesajım belədir ki, prezident kimi çalışaraq öz vəzifəmi ləyaqətlə yerinə yetirəm. Xalq məni seçib, 
mənə inanıb, mən də xalqa xidmət edirəm və öz vəzifəmi bunda görürəm. Bir neçə gündən sonra mən Türkiyəyə 
prezident kimi səfər edəcəyəm. Məni Türkiyə ilə uzun illər, tellər bağlayır. Türkiyə bizim üçün doğma ölkə, 
doğma vətəndir. Amma prezident kimi ilk dəfə gedəcəyəm. Əlbəttə, ümid edirəm ki, bu səfərdən sonra qardaş 
ölkələrimiz arasında əlaqələr daha da möhkəmlənəcək, yeni layihələr üzərində işləyəcəyik, həmişə olduğu kimi, 
bir-birimizə  dəstək, arxa olacağıq. Bizim gücümüz birlikdədir, biz bu siyasətə sadiqik, bu yolla gedəcəyik. 
Bütün türk xalqına hörmət və sevgilərimi çatdırıram. Xoşbəxt 
olsunlar. 
    
 
                 Müsahibənin mətni «Azərbaycan» qəzetində                                  
                       (14 aprel 2004-cü il) dərc olunmuşdur. 


169 
 
 
ANKARANIN ESENBOĞA HAVA 
LİMANINDA QARŞILANMA 
 
13 aprel 2004-cü il 
 
Azərbaycan Respublikasının və Türkiyə Respublikasının dövlət bayraqları ilə bəzədilmiş Esenboğa hava 
limanında prezident İlham  Əliyevi Türkiyə Baş nazirinin müavini, Xarici İşlər naziri Abdullah Gül, Kənd 
Təsərrüfatı naziri Sami Güclü, Ankara valisi Yəhya Gur, Azərbaycanın Türkiyədəki səfiri Məmməd  Əliyev, 
Türkiyənin ölkəmizdəki səfiri Əhməd Ünal Çeviköz, respublikamızın İstanbuldakı baş konsulu İbrahim Yaqubov 
və digər rəsmi şəxslər səmimiyyətlə qarşıladılar.   
Qarşılanma mərasimində iştirak edən Türkiyə Respublikasının dövlət və hökumət nümayəndələri Azərbaycan 
prezidentinə təqdim olundu.  
Qardaş ölkədə yaşayan soydaşlarımız prezident İlham  Əliyevi hərarətlə salamladılar və xanımı Mehriban 
Əliyevaya gül dəstəsi təqdim etdilər.  
 
 
ANITQƏBRİ ZİYARƏT 
 
Aprelin 13-də Azərbaycan prezidenti İlham  Əliyev Esenboğa hava limanından birbaşa Türkiyə 
Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə – Anıtqəbrə gəldi. Prezident İlham 
Əliyev böyük Atatürkün məzarını ehtiramla ziyarət etdi. Dövlətimizin başçısının adından məzarın önünə  əklil 
qoyuldu. Türk dünyasının böyük oğlunun əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.  


170 
 
Azərbaycan prezidentinin xatirə kitabına yazdığı  
ürək sözləri: 
 
"Bütün türk dünyasının ulu öndəri, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün müqəddəs 
məzarı önündə baş əyirəm. Böyük Atatürkün əziz xatirəsinə Azərbaycan xalqının sonsuz hörmətini və sevgisini 
bildirirəm. Böyük Atatürkün ölməz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.  
 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
13 aprel 2004-cü il” 
 


171 
 
    
ÇANKAYA KÖŞKÜNDƏ RƏSMİ QARŞILANMA  
MƏRASİMİ 
 
Anıtqəbri ziyarətdən sonra Türkiyə Respublikası prezidentinin iqamətgahında – Çankaya köşkündə Azərbaycan 
Respublikasının prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi oldu.  
Türkiyə və Azərbaycanın dövlət bayraqları ilə bəzədilmiş iqamətgahın qarşısında respublikamızın rəhbərinin 
şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.  
Türkiyə Respublikasının prezidenti Əhməd Necdət Sezər və xanımı Səmra Sezər Azərbaycan Respublikasının 
prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı səmimiyyətlə qarşıladılar.  
Azərbaycan prezidentinin şərəfinə toplardan yaylım atəşi açıldı. Hərbi orkestrin ifasında Azərbaycanın və 
Türkiyənin dövlət himnləri  səsləndi.  
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidentinə raport verdi. Dövlət başçıları  fəxri qarovul dəstəsinin 
qarşısından keçdilər. Prezident İlham Əliyev türk əsgərlərini salamladı. 
Türkiyə Respublikasının rəsmi  şəxsləri prezident İlham  Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri 
prezident Əhməd Necdət Sezərə təqdim olundu.  
Sonra dövlət başçıları mətbuat nümayəndələri qarşısında bəyanatlarla çıxış etdilər. 
 
Türkiyə prezidenti Əhməd Necdət Sezərin bəyanatı 
 
Hörmətli Prezident! 
Əziz qonaqlar! 
Hörmətli mətbuat nümayəndələri! 
Azərbaycan Respublikasının prezidenti İlham  Əliyevi və onu müşayiət edən nümayəndə heyətini öz 
adımdan və türk ulusu adından  ən səmimi hisslərlə salamlayır, dost və qardaşlarımızı ölkəmizdə görməkdən 
duyduğum böyük xoşbəxtlik hisslərini dilə  gətirmək istəyirəm. Hörmətli  İlham  Əliyevin prezident kimi 
Türkiyəyə bu ilk səfəri ölkələrimiz arasında ardıcıl olaraq həyata keçirilən  ən yüksək səviyyədəki görüşlərin 
yeni və mühüm bir vəsiləsini təşkil edir. 
Türk ulusunun Azərbaycana mehriban hissləri hamıya məlumdur. Ölkələrimiz arasındakı dostluq və 
qardaşlıq  əlaqələri, xalqlarımız arasındakı köklü bağlar və  həmrəylikdən aldığı güc gündən-günə daha da 
möhkəmlənməkdədir. Türkiyə ilə Azərbaycanın gələcəkdə də sıx əməkdaşlığı davam etdirəcəyi  şübhəsizdir. 
Türkiyə  Cənubi Qafqaz bölgəsində  cərəyan edən hadisələri yaxından izləyir və bölgədə sülh, sabitlik və 
tərəqqi olmasına böyük əhəmiyyət verir. Bu bölgədəki problemlər sülhün, əməkdaşlığın və sabitliyin bərqərar 
olmasına mane olur. Türkiyə Dağlıq Qarabağ münaqişəsi başda olmaqla, Cənubi Qafqazdakı bütün problemlərin 
ölkələrin  ərazi bütövlüyü və beynəlxalq hüquq prinsipləri çərçivəsində  ən qısa müddətdə sülh yolu ilə həllini 
istəyir. Prezident İlham Əliyev ilə aparacağımız danışıqlarda Türkiyə–Azərbaycan əlaqələrinin bütün aspektləri 
müzakirə ediləcək və münasibətlərimizin bütün sahələrdə daha da inkişaf etdirilməsi imkanları araşdırılacaqdır. 
Eyni zamanda, danışıqlarda regional münaqişələrlə bağlı fikir mübadiləsi aparılacaqdır. 
Azərbaycan prezidenti, əziz qardaşım hörmətli İlham Əliyevə və hörmətli xanımına, nümayəndə heyətinə bir 
daha "Xoş gəlmisiniz!" deyirəm. 
 
Azərbaycan prezidenti İlham Əliyevin bəyanatı 
 
Türkiyə Cümhuriyyətinin hörmətli prezidenti Əhməd Necdət Sezər! 
Hörmətli dostlar, xanımlar və cənablar! 
İlk növbədə Sizə  və hamınıza Azərbaycan xalqının xoş arzularını çatdırıram və  əziz qardaşım, 
cümhurbaşqanı, məni Türkiyəyə rəsmi səfərə dəvət etdiyinizə görə Sizə öz minnətdarlığımı bildirmək istəyirəm.  
Ölkələrimiz arasında mövcud olan dostluq, qardaşlıq münasibətləri günü-gündən güclənir. Azərbaycan 
müstəqilliyini əldə etdikdən sonra Türkiyə onu tanıyan ilk ölkə olmuşdur. O illərdən başlayaraq bu günə qədər 
və xüsusən son 10 il ərzində ölkələrimiz arasında olan münasibətlər inkişaf etmiş, güclənmişdir. Bütün 
sahələrdə, siyasi, iqtisadi, mədəni sahələrdə ölkələrimiz uğurlu  əməkdaşlıq edir. Türkiyə daim Azərbaycana 
arxa, dəstək olmuşdur. Azərbaycanın  ən çətin dövrlərində biz bu dəstəyi, bu köməyi daim hiss etmişik. 
Azərbaycan üçün, bütün bölgə üçün ən təhlükəli məsələdə – Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ 
münaqişəsinin həlli istiqamətində də biz daim Türkiyənin dəstəyini hiss etmişik və hiss edirik. Ümid edirik ki, 
bundan sonra aparılacaq danışıqlarda beynəlxalq birlik, ictimaiyyət münaqişənin beynəlxalq hüquq normalarına 
uyğun həlli istiqamətində öz səylərini göstərəcəkdir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə