İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə63/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   59   60   61   62   63   64   65   66   ...   84

161 
 
 
ƏLCƏZAİR XALQ DEMOKRATİK 
RESPUBLİKASININ PREZİDENTİ  
ZATİ-ALİLƏRİ  
CƏNAB ƏBDÜLƏZİZ BUTEFLİKAYA  
 
Hörmətli cənab Prezident! 
Əlcəzair Xalq Demokratik Respublikasının prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi 
ürəkdən təbrik edirəm. 
Əminəm ki, Azərbaycan Respublikası ilə  Əlcəzair Xalq Demokratik Respublikası arasında dostluq və 
əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeyinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir. 
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Əlcəzair xalqının rifahı naminə  fəaliyyətinizdə  uğurlar 
arzulayıram. 
 
Hörmətlə,  
 İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı şəhəri, 12 aprel 2004-cü il 
 
 


162 
 
 
AVROPA AZƏRBAYCANLILARI KONQRESİ  
TƏSİS KONFRANSININ 
İŞTİRAKÇILARINA 
 
Əziz həmvətənlər! 
Hörmətli soydaşlar!  
Sizi – Almaniyanın paytaxtı Berlin şəhərində öz təsis konfransına toplanmış Avropa Azərbaycanlıları 
Konqresinin iştirakçılarını və qonaqları səmimiyyətlə salamlayır, toplantının işinə uğurlar diləyirəm. 
Xalqımızı və vətənimizi təmsil edən çoxsaylı azərbaycanlı icmaları neçə illərdir ki, Avropada və dünyanın 
müxtəlif yerlərində  fəaliyyət göstərir. Onların hamısını azərbaycançılığın  əsası hesab olunan milli dövlət 
təsisatlarına, ana dilinə, mədəniyyətə, dinə, adət-ənənələrə, milli-mənəvi dəyərlərə məhəbbət birləşdirir. 
Lakin bir fakt da qeyd olunmalıdır ki, xarici ölkələrdə yaşayan azərbaycanlılar uzun zaman bir-biri ilə zəif 
əlaqəyə malik olmuş, təşkilatlanmamış, ölkələrinin ictimai-siyasi və mədəni həyatında mütəşəkkil qüvvə kimi 
çıxış etməmişlər.  Əslində, bu sahədə  məqsədyönlü iş aparan da olmamışdır. Yalnız müstəqil Azərbaycan 
Respublikası dövründə, xüsusən 1993-cü ildən başlayaraq, xaricdə yaşayan soydaşlarımızla iş dövlət 
səviyyəsinə qaldırılmış, bu sahədə məqsədyönlü siyasət həyata keçirilmişdir. 
Dünya azərbaycanlılarının, o cümlədən Avropada yaşayan azərbaycanlıların təşkilatlanması, mütəşəkkil 
birliyinin yaranması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü ilə 31 dekabr Dünya 
Azərbaycanlılarının birlik və həmrəylik günü elan edilmiş və hər il təntənəli şəkildə qeyd olunur. Xarici ölkələrə 
dövlət başçısı kimi səfərləri zamanı Heydər Əliyev müntəzəm olaraq azərbaycanlı icmaları ilə görüşlər keçirmiş, 
onların təşkilatlanmasına kömək göstərmiş, fəaliyyəti üçün tövsiyələr vermişdir. 2001-ci ildə Azərbaycan 
prezidentinin sərəncamı və bilavasitə rəhbərliyi ilə Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi.   
Qurultay dünya azərbaycanlılarının tarixi-mənəvi birliyinin və milli varlığımızın daha bir təsdiqi kimi, 
Azərbaycan dövlətinin və soydaşlarımızın qarşısında duran ümummilli vəzifələri müəyyənləşdirdi, Dünya 
Azərbaycanlılarının  Əlaqələndirmə  Şurasını formalaşdırdı. 2002-ci ildə Azərbaycan prezidentinin fərmanı ilə 
xüsusi dövlət qurumu  Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsi yaradıldı. 
Müstəqil Azərbaycan dövləti dünya azərbaycanlılarının ümumi vətənidir, onların siyasi və mənəvi dayağıdır. 
Soydaşlarımız harada yaşamasından asılı olmayaraq, özlərini Azərbaycanın, xalqımızın bir parçası kimi hiss 
etməli, vətənin təəssübünü çəkməli, onun qayğıları, problemləri ilə yaşamalıdırlar. Eyni zamanda, Azərbaycan 
Respublikası da dünya azərbaycanlılarının mənəvi-siyasi mərkəzi kimi, onların milli və vətəndaş hüquqlarının 
qorunması üçün beynəlxalq konvensiyalarda nəzərdə tutulmuş bütün imkanlardan istifadə edəcəkdir.  
Bu gün xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasında, birlik və həmrəyliyinin güclənməsində yeni bir 
mərhələnin başlandığını söyləmək olar. Hazırda bütün Avropa ölkələrində azərbaycanlıların icmaları, milli-
mədəni cəmiyyətləri yaradılmış, onların arasında müəyyən  əlaqələr qurulmuşdur. Avropa azərbaycanlıları 
Azərbaycan dilinin, mədəniyyətinin təbliğində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında və 
dövlətçilik maraqlarımızın qorunmasında getdikcə daha fəal rol oynayırlar. 
Bununla yanaşı, düşünürəm ki, Avropada yaşayan azərbaycanlı icmalarının bütün istiqamətlər üzrə daha 
böyük imkanları, istifadə olunmamış potensialı mövcuddur. Bu ölkələrdə  həmvətənlərimizin birləşməsi, 
təşkilatlanması  hələ  də lazımi səviyyədə deyildir. Diasporumuz sözün həqiqi mənasında, hələ tam 
formalaşmayıb, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar arasında əlaqələr kifayət qədər möhkəm və davamlı 
deyildir. Yaşadıqları ölkələrin ictimai-siyasi və mədəni həyatına onların təsiri zəif hiss olunur.  
Biz Azərbaycan diasporunun, icmalarının təşkilatlanması  və  fəaliyyətini, Vətənlə  əlaqələrini keyfiyyətcə 
yeni, daha yüksək səviyyəyə qaldırmaq niyyətindəyik. Bunun üçün dünyanın müxtəlif ölkələrində yaşayan 
azərbaycanlılar daha sıx birləşməli, mütəşəkkil, dinamik daxili strukturu olan birlik kimi çıxış etməlidirlər. 
Onlar həm Azərbaycanın milli mənəvi dəyərlərini və mütərəqqi adət-ənənələrini qoruyub saxlamalı, həm də 
etnik qapalılıqdan çıxmalı, təmsil etdikləri ölkələrin siyasi, iqtisadi, ictimai və  mədəni həyatına inteqrasiya 
olunmalı, fəal siyasi amilə çevrilməlidirlər. Avropadakı Azərbaycan diasporu milli və dövlət maraqlarımıza aid 
məsələlərdə razılaşdırılmış ümumi mövqe nümayiş etdirməli, siyasi dairələrdə lobbiçilik imkanlarını 
genişləndirməlidir. Azərbaycanla  ənənəvi dostluq münasibətləri olan xalqların və dövlətlərin icmaları ilə  sıx 
əməkdaşlıq edilməli, onların müsbət təcrübəsindən və köməyindən bəhrələnilməlidir.  
Avropanın mərkəzində, Berlin şəhərində öz təsis konfransına toplaşan Avropa Azərbaycanlıları Konqresi 
mühüm tarixi hadisədir. Əminəm ki, Konqres öz qarşısında duran vəzifələri müvəffəqiyyətlə yerinə yetirəcək, 
Avropada yaşayan azərbaycanlıların həyatında, dünya azərbaycanlılarının birlik və  həmrəyliyinin təmin 
olunmasında, diasporumuzun güclənməsində əhəmiyyətli rol oynayacaqdır.  
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə